Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-21/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,Cavabdeh, onun vəkili X13 iştirakı ilə, iddiaçı X4 Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair ilk, Cavabdeh X7 qarşı “pul” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-42/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı X14 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 2(031)-42/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Cavabdeh Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30408048 saylı Dövlət Aktı ilə X15 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Dəvəçi (Şabran) rayonu, Məliklər kəndi ərazisində yerləşən 3,28 ha pay torpaq sahəsinin 2,659 hektarının 0,833 ha hissəsindən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, X2 190 ədəd gilas ağacının (qələmin) alınmasına sərf olunan vəsait-1140.00 manat, 190 ədəd ağacın (çalalarının qazılmasına) əkilməsinə sərf olunan vəsait-260.0 manat, 0.50 hektara 4 il ərzində olunan aqrotexniki qulluğun dəyəri 2700.00 manat, dayaqlara, tikanlı məftilə və trubaya sərf olunan 3440 manat, cəmi 7540 (yeddi min beş yüz qırx) manat məbləğində pulun alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin əsassız olduğundan təmin olunmaması, qətnamə üzrə Cavabdeh torpaq sahəsindən çıxarılması ilə İddiaçı 7540 (yeddi min beş yüz qırx) manat məbləğində pulun alınıb Cavabdeh verilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərcinin tutularaq X12, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba ödənilməsi, Cavabdeh 60 (altımış) manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcinin tutularaq xxxxın 1 saylı Xətai filialının kod: 200071 VÖEN (bank) **********, müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN:**********, hesab nömrəsi: AZ23AİİB******************** hesaba ödənilməsi qət edilmişdir. (hakim Ç.Ə.İsgəndərov) İlk iddia üzrə İddiaçı Məmməd qızı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1154/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsinin dəyişdirilərək iddianın təmin olunmasına dair yeni qətnamə qət edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X14 məhkəmədə iddia qaldıraraq Cavabdeh mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus olan zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 200 ədəd ağacların dəyəri 12000 (on iki min ) manat məbləğində pulun alınıb ona verilməsi və qətnamələrin eyni anda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək X2 ona dəyən zərərə görə 18020 (on səkkiz min iyirmi) manat məbləğində pulun alınıb ona verilməsi və qətnamələrin eyni anda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək X2 ona dəyən zərərə görə 20980 (iyirmi min doqquz yüz səksən) manat məbləğində pulun alınıb ona verilməsi və qətnamələrin eyni anda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı Məmməd qızının nümayəndəsi Nümayəndə izahatında apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddiaçı 2016-cı il tarixindən Cavabdeh dəfələrlə demişdir ki, həmin sözügedən torpaq sahəsi onların ailəsinə məxsusdur və orada heç bir iş görməsin. Cavabdeh buna məhəl qoymamış, qəsdən orada ağac əkmiş və oranı hasara almışdır. Cavabdeh məhkəməni aldadaraq demişdir ki, guya o, 7540 manat pulu onun torpaq sahəsinə xərcləmişdir. Əslində isə, onlar cavabdehdən 20 il onların torpağını istifadə etdiyi üçün icarə haqqı almalıdırlar. Sözügedən torpaq sahəsini onlar icarəyə versəydilər, ildə 500 manat icarə haqqı alardılar. O, da, təxminən 20 il ərzində 10.000 manat pul təşkil edərdi. Halbuki o, bu halları Şabran Rayon Məhkəməsində öz izahatında bildirmişdir. Məhkəmə onun sözlərinə məhəl qoymamışdır. Belə işə baxmaqla məhkəmə tərəfindən ilkin iddia üzrə iddiaçının Mülki Prosessual Məcəllədə normalar ilə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüquqları əldə edə bilərlər. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-42/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, İddiaçı Şabran Rayon Məhkəməsində ona qarşı «cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia qaldıraraq məhkəmədən xahiş etmişdir ki, mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus olan zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılsın. Qeyd etmək istəyir ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 04 saylı qərarı ilə X15 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə Şabran rayonu Məliklər kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.28 hektar torpaq sahəsi verilmiş və onlara torpağa mülkiyyət hüququna dair JN-0081, kod 30408048 olan dövlət aktı verilmişdir. Həmin vaxtdan onlara göstərilən 3.28 hektar torpaq sahəsindən istifadə edirlər. İddiaçı iddia ərizəsində göstərir ki, 2016-cı ildən başlayaraq Uzunboyad bələdiyyəsi ilə aralarında pay torpaq sahəsinə görə mübahisə yaranmışdır. Uzunboyad bələdiyyəsi onlara rəsmi şəkildə məktublar göndərərək bildirmişdir ki, pay torpaq sahəsinin aşağı hissəsindən 1.40 ha ölçüdə bələdiyyənin torpağını zəbt etmişlər və həmin torpaq sahəsindən çəkilməlidirlər. Mübahisəni həll etmək üçün Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzinin 5 saylı Layihə Tədqiqat İdarəsinə müraciət etmiş, həmin idarədən gələn mütəxəssis Elşad Lətifov xx xxxx 2016-cı il tarixdə akt tərtib edərək onlara bildirmişdir ki, onlar həqiqətən də 90 x 120 metr ölçüdə pay torpağının aşağı hissəsindən bələdiyyə torpağına girmişlər. İddiaçı iddia edir ki, qanuni pay torpağı həmin ölçüdə pay torpağının yuxarı hissəsində yerləşdiyi üçün onlar 90x120 metr ölçüdə yuxarı hissəyə çəkilməlidir. Göründüyü kimi JN-0081, kod 30408048 olan dövlət aktının mülkiyyətçiləri təxminən 18 il ərzində onlara göstərilən torpaq sahəsindən istifadə etmişdir. Sadəcə olaraq Uzunboyad bələdiyyəsi 2016-cı il tarixdə onlara qarşı tələb irəli sürdükdən sonra torpaqlarının başqa yerdə yerləşdiyini bilmişlər. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli, 02 saylı qərarı ilə X5 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə Şabran rayonu Məliklər kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.44 hekta torpaq sahəsi verilmiş və torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 30408048 olan dövlət aktı verilmişdir. Torpaq sahəsi ayrılıb verilərkən onun sərhədləri yerdə (naturada) müəyyən edilmiş və faktiki istifadə etdiyi ölçülərə uyğun torpaq sahəsi ölçülərək təqdim edilmişdir. Məhkəmədə ekspertin rəyi ilə tanış olana qədər kiminsə torpaq sahəsinə daxil olmağı barədə məlumatı olmamışdır. 2001-ci ildən mülkiyyətçi hüquqları ilə vicdanlı sahib kimi onlara göstərilən 2.44 hektar torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etmiş, 4 ildən çoxdur ki, 2.44 hektar torpaq sahəsinin 50 sotunda gilas ağacları əkmiş, hal-hazırda orada 200 ədəd gilas ağacları mövcuddur. 2016-cı il tarixdən JN-0081, kod 30408048 olan dövlət aktında mülkiyyətçilər torpaq mübahisəsi yaradaraq torpaqları zəbt etməyini bildirirlər. Bağ saldığı 50 sot torpaq sahəsi 0.833 ha torpaq sahəsinin içində yerləşdiyindən bir şərtlə həmin 0,833 ha torpaq sahəsini boşaltmağa razı olar ki, X8 ağacların dəyəri olaraq 12000 (on iki min) manat pulu ona ödəsin. Belə ki, bir gilas ağacının qiyməti 6 manatdan hesablansa 200 ədəd ağac 12000 manat təşkil edir. Ağacların əkilməsinə (çalaların qazılmasına) 260 manat vəsait sərf etmişdir. Sözügedən 50 sot torpağa 4 il ərzində olunan aqrotexniki qulluğa görə 2700 manat vəsait sərf etmişdir. Bütün bunları gələcəkdə böyük mənfəət əldə etmək üçün etmişdir. Özü də bilmədən zəbt etdiyi torpaq sahəsindən çıxarılacağı halda külli miqdarda ziyana düşmüş olacaq. İddiaçı isə heç cür razılığa gəlmir, qəsdlə bu hərəkəti edir ki, o, ziyana düşsün. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-42/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X17 şikayətin dəlillərinə etiraz edərək onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə İddiaçı Məmməd qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı, eləcə də nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnamənin dəyişdirilməsini xahiş etsə də, apelyasiya şikayətinin dəlillərindən və iddiaçının nümayəndəsinin izahatından müəyyən edilir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia tələbinə münasibətdə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-42/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Cavabdeh bağına nəzarət edir, təxminən 4 il olar həmin ərazidə əkilən ağaclara qulluq göstərir. Gündəlik ona 10-12 manat zəhmət haqqı verilir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X18 bildirdi ki, o, traktorçudur. X3 və Cavabdeh tanıyır. Ceyhunun atası Mehmanın istifadə etdiyi torpaq sahəsində hansısa zavod tikiləcəkdi deyə əvvəldən böyük kotlavanlar qazılmışdır. Həmin kotlavanları traktorla o doldurmuşdur, işləmək pulunu isə Ceyhunun atası vermişdir. Sonra məlum olmuşdur ki, həmin torpaq sahəsi Boduşevlərə verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X23 bildirdi ki, o, tingçiliklə məşğul olur. Təxminən 4 il bundan qabaq Cavabdeh 200 ədəd bir ədədi 5-6 manata ting satmışdır. Onun əmisinə də tingləri o vermişdir. Həmin satdığı tinglərin əkilməsinə özü nəzarət etmiş, 1-2 günə əkib qurtarmışlar, əkməyə görə də əlavə pul almışlar. Həmin torpaq sahəsinin Cavabdeh məxsus olmasını bilirdi, ağaclar əkilən sahənin ətrafı dayaq və trubalara bərkidilmiş tikanlı məftillərlə hasara alınmışdır. Bu işlərin hamısını Ceyhun etmişdir. İşə əlavə edilmiş Şabran rayon Uzunboyad İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli 393 saylı arayışdan görünür ki, X1 rayonu Məliklər kəndində yaşayır. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30408048 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 04 saylı qərarına əsasən X15 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.28 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli C-06 saylı mütəxəssis rəyindən görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30408048 saylı Dövlət Aktına əsasən X15 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Dəvəçi (Şabran) rayonu Məliklər kəndi ərazisində yerləşən 3,28 ha pay torpaq sahəsi 2 ayrı hissədə yerləşən torpaq sahəsindən ibarətdir. Birinci hissədə (81U) yerləşən torpaq sahəsi 2.659 ha-dır. İkinci hissədə(81 İ) torpaq sahəsi 0.624 ha-dır. Mübahisə predmeti olan birinci hissəədə yerləşən 2,659 ha torpaq sahəsinin 0,833 ha hissəsini Cavabdeh istifadə edir. Qalan hissəsini isə iddiaçı özü istifadə edir. X15 mülkiyyətinə verilmiş JN-0081 saylı Dövlət Aktına əsasən 0.624 ha hissəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həmin ərazi mübahisə predmeti deyil. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli 28452 saylı ekspert rəyindən görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30408048 saylı Dövlət Aktı ilə X15 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Dəvəçi (Şabran) rayonu, Məliklər kəndi ərazisində yerləşən 3,28 ha pay torpaq sahəsinin 2,659 hektarının 0,833 ha hissəsinin Cavabdeh oğlu tərəfindən tutularaq istifadə olunduğu müəyyən edilir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30408048 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli, 02 saylı qərarına əsasən X5 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.44 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Uzunboyad İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli, 463 saylı arayışdan görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli 02, saylı qərarı ilə verilmiş 2.44 hektar JN-0083 nömrəli Dövlət Aktı atası X6 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən Ələkbərov Mehman vəfat edən günə qədər xx xxxxxx 2003-cü il tarixinə kimi istifadə etmişdir. Mərhumun vəfatından sonra ailə üzvləri, oğlu Ələskərov Ceyhun həmin torpaq sahəsindən istifadə edir. Hal-hazırda mülkiyyətində olan torpaq sahəsində kənd məhsulları əkib becərdirlər. İşə əlavə edilmiş Şabran rayon Kənd Təsərrüfatı Nazirliyinin Şabran rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli 46 saylı məktubdan görünür ki, xx xxx 2018-ci il tarixdə sözügedən əraziyə-Cavabdeh məxsus 0.50 ha əraziyə («Gilas Bağı»na) tərəflərin iştirakı ilə baxış keçirilmiş, bağda 190 ədəd qarışıq (ağ qara) gilas ağacının olduğu müəyyən edildi və bağdakı ağacların 4 illik olması tərəflərin iştirakı ilə təsdiqlənmişdir. Kənd Təsərrüfatı İdarəsi olaraq onların səlahiyyətləri daxilində aşağıdakı (məlumatı) rəqəmləri və qiymətləri «nisbi» olaraq bildirirlər. 1) 190 Gilas ağacının (qələmin) alınmasına sərf olunan vəsait-1140.00 manat, 2) 190 ağacın (çalalarının qazılmasına) əkilməsinə sərf olunan vəsait-260.0 manat, 3) nəzərə alınsa ki, 1.0 (bir) ha meyvə bağına 1(bir) il ərzində sərf olunan (aparılan) «aqrotexniki qulluğ»un dəyəri 13xx.xx-1350.00 manatdır, sözügedən əraziyə 0.50 hektara 4 il ərzində olunan aqrotexniki qulluğun dəyəri təqribən-26xx.xx-2700.00 manat təşkil etmişdir, 4) bağın yerinin hazırlanması, şumlanması, rotasiyon mala ilə işlənməsi, çəpərlənməsi və digər xərclər yuxarıda göstərilən vəsaitə daxil deyildir. İş materiallarında olan “Akkord-sement” təşkilatının rəsmi diler satış məntəqəsinin qaimə-fakturasından görünür ki, 2014-cü ildə 300 ədəd dayaq xx xxxxxxxx 3000 manat, 6 top tikanlı məftil 40 manatdan 240 manat, 40 ədəd truba 5 manatdan 200 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına və ekspert rəyinə istinadən ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı isə qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinə dair gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək X2 ona dəyən zərərə görə 20980 (iyirmi min doqquz yüz səksən) manat məbləğində pulun alınıb ona verilməsi və qətnamələrin eyni anda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsini əsaslandırarkən mübahisəli torpaq sahəsinin iddiaçıya deyil, özü və ailə üzvlərinə ayrılmasını, bu səbəbdən həmin torpaq sahəsinin 0,83 ha hissəsində gilas ağacları əkməsini bildirmişdir. Məhkəmə kollegiyası torpaq sahəsinin zəbt-olunub olunmaması barədə iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2014 saylı ekspert rəyindən görünür ki, Torpağın mülkiyyət hüququna dair JN-0081, KOD 30408048 saylı Dövlət Aktının mübahisə predmeti olan 81U hissəsindəki 2,66 ha torpaq sahəsinin 0,83 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Mübahisə predmeti olan 0,83 ha torpaq sahəsində gilas ağacları əkilmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçının qeyd etdiyi xüsusat, mübahisəli torpaq sahəsinin ona məxsus olması ekspert rəyi ilə təkzib edilir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, işin hallarından müəyyən edilir ki, qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsini özünə və ailəsinə ayrılması səbəbi ilə əkib becərmiş, orada ağac əkmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsində ağac əkməsi cavabdehin öz istəyi ilə olmuşdur. Həmin torpaq sahəsi İddiaçı tərəfindən cavabdehə satılmamış, hər hansı formada ona verilməmişdir. Belə olan halda, iddiaçıya məxsus torpaq sahəsində cavabdehin öz istəyi ilə ağac əkib becərməsinə iddiaçının hər hansı məsuliyyəti, günahı olmamışdır. Belə olan halda da, iddiaçının özünə məxsus torpaq sahəsində cavabdeh tərəfindən öz istəyi ilə ağaclar əkilməsində məsuliyyəti olmadından əkilmiş ağaclara görə ondan hər hansı formada maddi ziyan tələb edilməsi ağlabatan deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, tərəflərin mübahisə etdiyi torpaq sahəsinin iddiaçıya məxsus olması iş materaillarına əlavə edilmiş ekspert rəyləri ilə də təsdiq edilir, belə olan halda iddiaçıya məxsus torpaq sahəsində cavabdehin öz istəyi ilə əkdiyi ağaclara görə maddi ziyan tələb etməsi də əsassızdır. Bu səbəbdən də qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edlənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-42/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın qismən təmin edilməsi, X2 cəmi 7540 (yeddi min beş yüz qırx) manat məbləğində pulun alınıb Cavabdeh verilməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-42/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın qismən təmin edilməsi, X2 cəmi 7540 (yeddi min beş yüz qırx) manat məbləğində pulun alınıb Cavabdeh verilməsi hissəsində ləğv edilsin. Qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri olaraq 50 manat pul Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X12, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba, 79,92 manat “xxxx” ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-21/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-21/2021
09.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver