Məhkəmə qərarları › İş №2(105)-21/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-21/2023

14.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-21/2023 14.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MTK-ya və digərlərinə qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinə dair müqavilələrin etibarsız hesab edilməsi, yaşayış sahəsinin təhvil verilməsi) Sədrlik edən və məruzəçi-hakim X9, hakimlər X3 və Səyyad Qafari Ağaəli oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Nəhmətova (Qluxenkaya) Dilarə Ağa qızının, onun nümayəndəsi X13, Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh3 prosessual hüquqi varisi X6 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MTK, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 qarşı müqavilələrin etibarsız hesab edilməsi və öhdəliyin icra edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019cu il tarixli, 2(012)1778/2019 saylı qətnaməsindən Cavabdeh6 və qətnamə hüquq və vəzifələrinə toxunulan şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2009-cu il tarixli müqaviləyə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 96 kv. metr ümumi sahəsi olan 34 saylı mənzili, 20 mart 2009-cu il tarixli müqaviləyə görə həmin yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv. metr ümumi sahəsi olan 31 saylı və 20 mart 2009-cu il tarixli müqaviləyə görə həmin yaşayış evinin 5-ci blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət 87,56 kv. metr ümumi sahəsi olan 66 saylı mənzilləri payçı kimi ona verilmiş, müqavilə bağlanan tarixdə verilən maliyyə arayışına əsasən mənzillərin dəyəri tam olaraq payçı tərəfindən MMC-yə ödənilmişdir. X16 ilə "xxxx" MMC arasında bağlanan 03 fevral 2012-ci il tarixli müqavilənin surətindən ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 111,4 kv.m olan 31 saylı mənzil ona verilir. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanan 16 noyabr 2007-ci il tarixli, 233 saylı müqavilənin surətindən ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 5-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 111.4 kv.m olan 15 saylı, 3 otaqlı mənzili payçı olaraq ona ayrılmışdır. Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanan 03 iyun 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanan 16 noyabr 2007-ci il tarixli, 233 saylı müqavilə yeni şərtlərlə aşağıdakı kimi bağlanır: 5-ci blok, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 49.3 kv.m olan izolə edilmiş 1 otaqlı 109 saylı mənzili payçı kimi ona ayırır. Cavabdeh4 ilə "xxxx" MMC arasında bağlanan 05 aprel 2014-cü il tarixli, 625 saylı müqavilənin surətindən ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 111 kv.m olan 31 saylı mənzilə dair mənzilin payçıya verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh5 ilə "xxxx" MMC arasında bağlanan 28 yanvar 2017-ci il tarixli, 212 saylı müqavilənin surətindən ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 15 mərtəbəli yaşayış evinin 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan 3 otaqdan ibarət 34 saylı mənzilə dair payçı kimi müqavilə bağlanmışdır. Cavabdeh5 ilə "xxxx" MMC arasında bağlanan 09 fevral 2009-cu il tarixli müqavilənin surətindən ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 4-cü blokunun 8-ci mərtəbədə yerləşən sahəsi 96,0 kv.m olan, 3 otaqlı 30 saylı mənzili payçı kimi ona verilir. Cavabdeh6 ilə "xxxx" MMC arasında bağlanan 03 may 2017-ci il tarixli müqavilənin surətindən ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 15 mərtəbəli yaşayış evinin 4-cü blok 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan 3 otaqdan ibarət 34 saylı mənzilə dair payçı kimi müqavilə bağlanmışdır. Cavabdeh6 ilə "xxxx" MMC arasında bağlanan 03 may 2011-ci il tarixli müqavilənin surətindən ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 96 kv. metr ümumi sahəsi olan mənzilə dair bağlanmışdır. Cavabdeh7 ilə Cavabdeh9 MTK arasında bağlanan 13 fevral 2018-ci il tarixli,133 saylı müqavilənin surətindən ki, onunla "xxxx" MMC arasında bağlanan 31 oktyabr 2016-cı il tarixli 112 saylı müqavilə aşağıdakı şərtlərlə yenidən bağlanır, həmin yaşayış evinin 5-ci blok 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,1 kv.m olan 2 otaqdan ibarət 66 saylı mənzilə dair payçı kimi müqavilə bağlanır, qalıq borc 7103 manat 12 ay müddətinə ödənilir. Cavabdeh7 ilə "xxxx" MTK arasında bağlanan 24 iyun 2017-ci il tarixli 26 saylı müqavilənin surətindən ki, "xxxx" MMC ilə bağlanan 31 oktyabr 2016-cı il tarixli 112 saylı müqavilə aşağıdakı şərtlərlə yenidən bağlanır, həmin yaşayış evinin 5-ci blok 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 87,7 kv.m olan 2 otaqdan ibarət 66 saylı mənzili payçıya verir. Cavabdeh8 ilə "xxxx" MMC arasında bağlanan 15 noyabr 2010-cu il tarixli müqavilənin surətindən ki, həmin yaşayış evinin 5-ci blok, 9-cu mərtəbəsində ümumi sahəsi 87,3 kv.m olan, 2 otaqlı -nömrəsiz mənzil payçı kimi ona verilir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh8 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Cavabdeh9 MTK-nın xx.xx.2019-cu il tarixli arayışından görünür ki, 2007-ci il tarixli eskiz layihəsinə əsasən 5-ci blok 4-cü mərtəbədə 19,20,21,22,23,24 saylı - 3 otaqlı 6 ədəd mənzillər layihələndirilmişdir. Həmin layihəyə əsasən hər mərtəbədə 1 ədəd 1 otaqlı 49.3 m2, 1 ədəd 2 otaqlı 60,4 m2,4 ədəd 3 otaqlı 111.4 m2, 103.8 m2,121,1 m2,119,3 m" mənzillər layihələndirilmişdir. 2013-cü ildə tərtib edilmiş və dəyişdirilmiş eskiz layihəsinə əsasən mənzillərin sahələri və sayları dəyişdirilmişdir və 5-ci blok 4-cü mərtəbədə 25,26,27,28, 29, 30, 31, 32 saylı 8 ədəd mənzillər layihələndirilmişdir. Həmin layihəyə əsasən hər mərtəbədə 4 ədəd 1 otaqlı 59.55 m2, 49.86 m2, 49.30 m2 , 59.55 m2, 3 ədəd 2 otaqlı - sahələri 60.4 m2, 87.56 m2 ,79.20 m2, 1 ədəd 3 otaqlı 110.80 m2 mənzillər layihələndirilmişdir. Mübahisəli mənzillərə dair aşağdakıları qeyd edirik: 1.İddiaçı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunan yaşayış binasının V blok, 4-cü mərtəbə, ümumi sahəsi 111 kvadrat metr olan 1 saylı, 3 otaqlı mənzil faktiki olaraq layihələndirilmiş və həmin mənzilin nömrəsi 31-qeyd edilmişdir. Bu onunla əlaqədardır ki, dəyişdirilmiş yeni eskiz layihəsinə uyğun müqavilələr tərtib edilmişdir. X15 ilə xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 4-cü mərtəbə, ümumi sahəsi 111.4 kvadrat metr olan 15 saylı, 3 otaqlı mənzil ayrılsa da həmin mərtəbədə əvvəlki 2007-ci il tarixli layihəyə uyğun olaraq sahəsi 111.4 kvadrat metr mənzil mövcuddur və mənzilin nömrəsi 15 deyil, 21-dir. Eyni mərtəbəni nəzərə alsaq xx.xx.2007-ci il tarixli müqavilə ilkin olaraq bağlandığından sonradan layihəyə dəyişiklik edildiyindən və hər mərtəbədə 1 ədəd 3 otaqlı mənzil saxlanıldığından faktiki olaraq X23ma aid hesab edilə bilər. 2. İddiaçı ilə xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunan yaşayış binasının V blok, 9 mərtəbə,ümumi sahəsi 87.56 kvadrat metr olan 2 otaqlı saylı mənzil faktiki olaraq layihələndirilmiş və həmin mənzilin nömrəsi 66-qeyd edilmişdir. Bu onunla əlaqədardır ki, dəyişdirilmiş yeni eskiz layihəsinə uyğun müqavilələr tərtib edilmişdir. Həmin 66 saylı mənzil əvvəlki layihəyə uyğun olaraq 50 saylı 3 otaqlı mənzilin bölünməsi hesabına layihələndiribmişdir. X15 xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 9 mərtəbə,ümumi sahəsi 103.8 kvadrat metr olan 4 saylı mənzil əvvəlki 2007-ci il tarixli layihəyə uyğun olaraq sahəsi 103.8 kvadrat metr 6-cı mərtəbədə mövcud olmuş, 9-cu mərtəbədə isə 52 sayla qeyd edilmişdir. Həmin mübahisəli mənzil isə hazırki layihəyə uyğun olaraq 9-cu mərtəbədə 3 otaqlı mənzil 71 saylı mənzillə üst üstə düşür. X15 xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 9 mərtəbə,ümumi sahəsi 111.4 kvadrat metr olan 5 saylı əvvəlki 2007-ci il tarixli layihəyə uyğun olaraq sahəsi 111.4 kvadrat metr 6-cı mərtəbədə mövcud olmuş, 9-cu mərtəbədə isə 53 sayla qeyd edilmişdir. Həmin mübahisəli mənzil isə hazırki layihəyə uyğun olaraq 9-cu mərtəbədə 3 otaqlı mənzil 71 saylı mənzillə üst üstə düşür. Eskiz layihəsi ikinci dəfə 2013-cü ildə razılaşdırılmasına baxmayaraq İddiaçı adına yazılmış müqavilələr 2009-cu ildə qeyd olunsa da həmin vaxt müqavilədə qeyd edilən mənzillər faktiki olaraq layihələndirilməmişdir. Hansı yolla müqavilələrin 2009-cu ildə bağlandığı və əvvəlcədən 2013-cü ildəki layihəyə uyğunlaşdırılması aydın deyildir. Bu ona dəlalət edir ki, qeyd edilən müqavilələr sonradan əvvəlki tarixə saxta yollarla direktor X4 adından tərtib edilərək bağlanılmışıdr. Hazırda faktiki olaraq mübahsiəli mənzillər tikilməmiş və tikinti işləti 5-ci blokda davam edir. Abşeron Rayon Məhkəməsinin 2(102)-19/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, ünvan 3 ünvanda köhnə (2006-cı il) eskiz layihəsinə görə layihələndirilmiş Xİİ (İ mərtəbə qeyri-yaşayış + Xİİ mərtəbə yaşayış) mərtəbəli, yeni eskiz (2015-ci il) layihəsinə əsasən layihələndirilərək inşa edilən yüksək (İ mərtəbə qeyriyaşayış + XİV mərtəbə yaşayış) mərtəbəli yaşayış binasının A (5-ci) blokunun İ mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 02 saylı mənzil üzrə "xxxx" MMC ilə Xalıqova (Şahbazova) Lamiyə Xalıq qızı arasında bağlanmış 17 oktyabr 2007-ci il tarixli, 223 saylı müqavilə; həmin binanın A (5-ci) blokunun İİ mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111 kv.m olan 3 otaqlı 07 saylı mənzil üzrə "xxxx" MMC ilə X24 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilə; həmin binanın A (5-ci) blokunun Xİ mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,0 kv.m olan 3 otaqlı mənzil üzrə "xxxx" MMC ilə X14 arasında bağlanmış 19 dekabr 2007-ci il tarixli müqavilə; həmin binanın A (5-ci) blokunun Xİİİ mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,0 kv.m olan 3 otaqlı 102 saylı mənzil üzrə "xxxx" MMC ilə X25 arasında bağlanmış 20 oktyabr 2009-cu il tarixli müqavilə; həmin binanın A (5-ci) blokunun X mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 38 saylı mənzil üzrə "xxxx" MMC ilə X7 arasında bağlanmış 07 oktyabr 2008-ci il tarixli, 397 saylı müqavilə; həmin binanın A (5-ci) blokunun 10-cu (X) mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 79 saylı mənzil üzrə "xxxx" MTK ilə X7 arasında bağlanmış 14 may 2016-cı il tarixli, 73 saylı müqavilə və həmin mənzil üzrə "xxxx" MTK ilə X7 arasında bağlanmış 17 iyun 2017-ci il tarixli, 20 nömrəli müqavilə; həmin binanın A (5- ci) blokunun 11-ci (Xİ) mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 119,5 kv.m olan 3 otaqlı 71 saylı mənzil üzrə Cavabdeh9 MTK ilə X7 arasında bağlanmış 06 fevral 2019-cu il tarixli, 106 saylı müqavilə; həmin binanın A (5-ci) blokunun İV mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,0 kv.m olan 3 otaqlı 31 saylı mənzil üzrə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 mart 2009-cu il tarixli müqavilə; həmin binanın A (5-ci) blokunun İX mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 35 saylı mənzil üzrə "xxxx" MMC ilə X26 arasında bağlanmış 20 oktyabr 2007-ci il tarixli müqavilə; həmin binanın A (5-ci) blokunun İX mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 71 saylı mənzil üzrə Cavabdeh9 MTK ilə X26 arasında bağlanmış 23 sentyabr 2016-cı il tarixli, 154 saylı müqavilə; həmin binanın A (5-ci) blokunun İX mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 71 saylı mənzil üzrə Cavabdeh9 MTK ilə X17 arasında bağlanmış 03 noyabr 2016-cı il tarixli müqavilə etibarsız hesab olunmuş, ünvan 3 ünvanda yerləşən binanın yeni eskiz (2015-ci il) layihəsinə əsasən A (5-ci) blokunun İİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 6 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 2 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun İİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 07 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 03 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun İİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 15 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 7 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun İV mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 23 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İİİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 11 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun V mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 31 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İV mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 15 saylı mənzilin, həmin binanın A (5-ci) blokunun X mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 70 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İX mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 34 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun X mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 71 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İX mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 35 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun Xİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 78 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən X mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 38 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun Xİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 86 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Xİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 42 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun Xİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 87 saylı mənzilin həmin binanın A (5-ci) blokunun (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Xİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 43 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun Xİİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 94 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Xİİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 46 saylı mənzilin); həmin binanın A (5-ci) blokunun Xİİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 95 saylı mənzilin (Maraqlı şəxs ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Xİİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 47 saylı mənzilin) əlavə müqavilə dəyəri tələb edilməməklə iddiaçıya təhvil verilməsi barədə Maraqlı şəxs ilə yeni müqavilələrin bağlanması, qeyd edilən mənzillərin tikilib ona təhvil verilməsi və onun adına həmin mənzillərə mülkiyyət hüququ ilə əlaqədar Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların alınması üçün zəruri sənədlərin (payçı olduğu barədə ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, borcun olmadığı barədə arayış və s.) verilməsi vəzifələrinin "xxxx" MTK-ya həvalə edilməsi, ünvan 3 ünvanda yerləşən binada layihə dəyişikliyi ilə bağlı Maraqlı şəxs verilməli olan mənzillərin ümumi sahəsinin 127,2 kv.m azalması ilə əlaqədar 127,2 kv.m sahənin bazar qiyməti olan 82.680 manat (127,2 kv.m x 650 manat) məbləğində pulun Cavabdeh9 MTK-dan tutularaq Maraqlı şəxs xeyrinə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, əqdlər etibarsız hesab edildiyindən, ilk iddia üzrə fiziki şəxs olan cavabdehlərin MTK-ya və qeyrilərinə qarşı ziyan tələbi barədə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqlarının izah edilməsi, İddiaçı Maraqlı şəxs ilə "xxxx" MMC (hazırda Cavabdeh9 MTK) arasında Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111,4 kv.m ümumi sahəsi olan 15 saylı mənzilə dair bağlanmış 17 sentyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı və X1 apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-19/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi İddiaçı və X1 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1352/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(105)-903/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəmələrində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdehlər "xxxx"MTK və X10 qarşı müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin icra edilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2009-cu il tarixli və 20 mart 2009-cu il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 96 kv.metr ümumi sahəsi olan 34 saylı, həmin yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv.metr ümumi sahəsi olan 31 saylı və həmin yaşayış evinin 5-ci blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət 87,56 kv.metr ümumi sahəsi olan 66 saylı mənzillərinin ona təhvil verilməsi və həmin mənzillərə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya həvalə edilməsi; cavabdehlər X18 və Cavabdeh9 MTK arasında Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunda yerləşən 60 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair bağlanmış 17 mart 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini artıraraq ilkin iddia tələbi ilə yanaşı, digər şəxslər Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, X5, X2 cavabdeh qismində işə cəlb olunmaları, habelə iddia olunan mənzillərlə bağlı bu şəxslərlə Cavabdeh9 MTK ("xxxx" MMC) arasında bağlanan müxtəlif tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbini azaldaraq onun ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2009-cu il tarixli və 20 mart 2009-cu il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 96 kv.metr ümumi sahəsi olan 34 saylı, həmin yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv. metr ümumi sahəsi olan 31 saylı və həmin yaşayış evinin 5-ci blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət 87,56 kv.metr ümumi sahəsi olan 66 saylı mənzillərinin ona təhvil verilməsi və həmin mənzillərə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya həvalə edilməsi; həmin mənzillərə dair X16, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7 ilə Cavabdeh9 MTK ("xxxx" MMC) arasında bağlanan müqavilələrin etibarsız hesab edilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 09 fevral 2009-cu il tarixdə həmin dövrdə "xxxx" Məhdud Məsuliyyəti, hal-hazırda Cavabdeh9nə çevrilmiş "xxxx" MMC ilə onun arasında müqavilə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-cii blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 96 kv.metr ümumi sahəsi olan 34 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 09 fevral 2009-cu il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən 34 saylı mənzilin dəyəri tam şəkildə onun tərəfindən ödənilmişdir. Bundan başqa, 20 mart 2009-cu il tarixdə "xxxx" MMC ilə onun arasında daha 2 müqavilə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli. 301 sayh Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv. metr ümumi sahəsi olan 31 saylı və həmin yaşayış evinin 5-ci blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət 87,56 kv.metr ümumi sahəsi olan 66 saylı mənzili ona verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 20 mart 2009-cu il tarixli maliyyə arayışlarına görə yuxarıda göstərilən 31 və 66 saylı mənzillərin dəyəri də tam şəkildə onun tərəfindən ödənilmişdir. Şərh olunanlardan da göründüyü kimi cavabdeh şirkətlə onun arasında 3 ədəd mənzilə dair müqavilələr bağlanmışdır. Həmin mənzillərin dəyəri onun tərəfindən ödənilsə də, bu günə qədər bu mənzillər ona təhvil verilməmişdir. Bununla əlaqədar olaraq Cavabdeh9nə müraciət edilərək, 2 gün ərzində, təcili şəkildə bütün maneələrin aradan qaldırılmasını, 09 fevral 2009-cu il tarixli və 20 mart 2009-cu il tarixli müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsini, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 96 kv.metr ümumi sahəsi olan 34 saylı, həmin yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv. metr ümumi sahəsi olan 31 saylı və həmin yaşayış evinin 5-ci blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət 87,56 kv. metr ümumi sahəsi olan 66 saylı mənzillərinin ona təhvil verilməsi və həmin mənzillərə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsini tələb etmiş,lakin, üzərindən 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, həmin müraciətləri ümumiyyətlə cavablandırılmamışdır. 20 aprel 2009-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən binanın 2-ci blokunun 1-ci mərtəbəsində 200 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi satılmışdır. Bununla əlaqədar olaraq o məhkəməyə müraciət etmiş və artıq Abşeron Rayon Məhkəməsinin 2(102)-5131/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, həmin sahənin ona təhvil verilməsi qət edilmişdir. Lakin, bu yaxınlarda ona məlum olmuşdur ki, 2-ci blokun 1-ci mərtəbəsində artıq boş qeyri-yaşayış sahəsinin mövcud olmamasına baxmayaraq 17 mart 2011ci il tarixdə X18 adlı şəxsə də həmin mərtəbədə 60 kv.metr qeyri-yaşayış sahəsi satılmışdır. Bu sahə ilə ona məxsus 200 kv.metr qeyri-yaşayış sahəsi üst- üstə düşür. İddiaçı tərəfindən qeyriyaşayış sahəsinin dəyərinin və pay haqqının tam şəkildə ödənilməsinə, o cümlədən də qanunvericiliyin tələblərinə baxmayaraq Cavabdeh9 MTK hər hansı bir hüquq və səlahiyyəti olmadan ona məxsus qeyri-yaşayış sahəsinin bir hissəsini cavabdeh M.Mustafayevə satmışdır. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(012)1778/2019 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı və "xxxx" MMC arasında bağlanmış 09 fevral 2009-cu il tarixli və 20 mart 2009-cu il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 96 kv.metr ümumi sahəsi olan 34 saylı mənzil həmin yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv. metr ümumi sahəsi olan 31 saylı mənzil və həmin yaşayış evinin 5-ci blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət 87,56 kv. metr ümumi sahəsi olan 66 saylı mənzilin İddiaçı təhvil verilməsi, həmin mənzillərə dair Dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya həvalə edilməsi, Quliyeva Mərqubə Xasay qızı və "xxxx" MMC arasında bağlanan 03 fevral 2012-ci il tarixli müqavilə, Həmzəyev Mobil Pərvanə oğlu və "xxxx" MMC arasında bağlanan 16 noyabr 2007-ci il tarixli, 233 saylı müqavilə, Cavabdeh4 oğlu və "xxxx" MMC arasında bağlanan 05 aprel 2014-cü il tarixli, 625 saylı müqavilə, Cavabdeh3 və "xxxx" MMC arasında bağlanan 28 fevral 2011-ci il tarixli müqavilə və Cavabdeh4 və Cavabdeh9 MTK arasında bağlanan 25 mart 2019-cu il tarixli, 203 saylı müqavilə, Qasımova Nərminə Aydın qızı və Cavabdeh9 MTK arasında bağlanan 28 yanvar 2017-ci il tarixli, 212 saylı müqavilə, Nəhmətova Dilarə Ağa qızı və "xxxx" MMC arasında bağlanan 03 may 2011-ci il tarixli və Cavabdeh9 MTK arasında bağlanan 03 may 2017-ci il tarixli, 249 saylı müqavilə, Cavabdeh7 və Cavabdeh9 MTK arasında bağlanan 13 fevral 2018-ci il tarixli, 133 saylı müqavilə və onunla "xxxx" MMC arasında bağlanan 31 oktyabr 2016-cı il tarixli, 112 saylı müqavilə etibarsız hesab edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmiş və "xxxx" MTK-dan İddiaçı xeyrinə 25 manat dövlət rüsumuna görə pulun tutulması qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2019cu il tarixli, 1774/2019 saylı qətnaməsi ilə X19 31 saylı mənzillə bağlı iddiasının təmin edilməsi, hazırkı halda məhkəmənin qeyd edilən mövqeyinə görə iddianın rədd edilməsi üçün əsas olmadığından bu hissədə iddia əsaslıdır və təmin edilməli, həmin yaşayış evinin 5-ci blokunun 4cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv.metr ümumi sahəsi olan mənzil iddiaçıya təhvil verilməlidir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2009-cu il tarixli və 20 mart 2009-cu il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 9cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 96 kv.metr ümumi sahəsi olan 34 saylı, həmin yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv. metr ümumi sahəsi olan mənzil (37 saylı) və həmin yaşayış evinin 5-ci blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət 87,56 kv.metr ümumi sahəsi olan 66 saylı mənzil İddiaçı təhvil verilməli, həmin mənzillərə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-nə həvalə edilməli, X16 ilə "xxxx" MMC arasında bağlanan 03 fevral 2012-ci il tarixli müqavilə, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanan 16 noyabr 2007-ci il tarixli, 233 saylı müqavilə, Cavabdeh4 ilə"xxxx" MMC arasında bağlanan 05 aprel 2014-cü il tarixli, 625 saylı müqavilə, Cavabdeh3 ilə "xxxx" MMC arasında bağlanan 28 fevral 2011-ci il tarixli müqavilə və Cavabdeh4 ilə Cavabdeh9MTK arasında bağlanan 25 mart 2019-cu il tarixli, 203 saylı müqavilə, Cavabdeh5 ilə "xxxx"MTK arasında bağlanan 28 yanvar 2017-ci il tarixli 212 saylı müqavilə, Cavabdeh6 ilə "xxxx" MMC arasında bağlanan 03 may 2011-ci il tarixli və Cavabdeh9MTK arasında bağlanan 03 may 2017-ci il tarixli, 249 saylı müqavilə, Cavabdeh7 ilə Cavabdeh9MTK arasında bağlanan 13 fevral 2018- ci il tarixli, 133 saylı müqavilə və onunla "xxxx" MMC arasında bağlanan 31 oktyabr 2016-cı il tarixli 112 saylı müqavilə etibarsız hesab edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Tərəflər arasında əqdlər etibarsız hesab edildiyindən nə qədər ki, pulların ödənməsi barədə işdə mötəbər sübutlar yoxdur, o halda cavabdehlərin MTK-ya qarşı ziyan tələbi barədə məhkəmədə iddia qaldırmaq hüquqları saxlanılır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1, 421.1, 157.2, 178.8, 157.4, 337.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına görə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddələrinə istinad etmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin bu hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2023-cü il tarixli 2(105)-21/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh8 iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə vəfat etdiyindən, cavabdeh qismində çıxış etməsi qanunvericiliklə yolverilməz olduğundan,Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(012)1778/2019 saylı qətnaməsinin Cavabdeh8 aid hissədə ləğv edilməsi, bu hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qətnamədən Cavabdeh6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normaların pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçı ilə "xxxx" MMC arasında göstərilən müqavilələrin həqiqətən bağlanıb-bağlanmaması (həqiqətən iradə ifadələrinin olub olmaması, imzaların həqiqi olub olmaması və digər şərtlər) müəyyən edilməyib. Məhkəmə yalnız cavabdeh MTK-nın çıxışını sübut olaraq əsas götürüb. Elə cavabdeh MTK və ya onun hüquq varisi olduğu digər Cəmiyyət tərəfindən bir mənzil bir neçə şəxsə satılıb. Belə olan halda onun izahatı necə sübut olaraq əsas götürülə bilər? Bəlkə iddiaçı ilə bağlanan müqavilə də sonradan bağlanıb ki, cavabdehlər ilə bağlanan müqavilə etibarsız hesab edilsin. Məhkəmə tərəfindən ən azı müqaviləni bağlayan hər iki şəxs məhkəməyə dəvət edilməli və müqavilənin bağlanma şərtləri müəyyən edilməli idi. Lakin məhkəmə proseslərinin heç birində iddiaçı şəxsən iştirak etməmiş. Düzdüz iddiaçının nümayəndəsi var və o, bütün məhkəmə proseslərində iddiaçını müdafiə edir, ancaq müqavilənin bağlanması anı ilə bağlı suallara əlbəttə ki, nümayəndə cavab verə bilməz idi və iddiaçının şəxsən məhkəmədə bununla bağlı izahatları alınmalı idi. Lakin əksinə iddiaçı tərəfindən hər hansı müqavilənin əsli təqdim edilməmiş və məhkəmədə bununla əlaqədar bir neçə dəfə şifahi və yazılı vəsatət çıxarılsa da məhkəmədə iddiaçıdan bu sənədlərin asillərini tələb etməmiş. Onun tərəfindən məhkəməyə rəsmi olaraq iki dəfə vəsatət təqdim edilmişdir. Həmin vəsatətlərin məzmunu "xxxx" MMC-nin o vaxt ki rəhbərinin şahid qismində məhkəməyə dəvət edilməsi və müqavilələrdəki imzaların müəyyən edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizalarının keçirilməsi olub. Lakin məhkəmə işdə olan müqavilələrin kserosürətini əsas götürərək qətnamədən verilən vəsatətlərə mövqe bildirməmiş. MTK-nın nümayəndəsinin məhkəmədə qeyd etməsi ki, cavabdehlər ilə bağlanan müqavilələrinin etibarsız hesab edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır – özü də şübhəli haldır. Bəlkədə elə iddiaçı ilə bağlanan müqavilədə uydurmadır. Məhkəmə tərəfindən "xxxx" MMC-nin möhürünün hal hazırda harda olması da araşdırılmalı və qətnamədə bu öz əksini tapmalı idi. Məhkəmə işini araşdırarkən də müəyyən etmək olur ki, həmin binada sonradan mərtəbə sayı çoxaldığına görə, bir neçə mənzillərin nömrəsi üst-üstə düşüb. Məsələn onun ilə Cavabdeh5 arasında bağlanmış müqavilələr. Cavabdeh5 əvvəl 30 mənzil verilib, sonrada eyni mənzili nömrəsi 34 olub. Bu da mərtəbələrin sayının artmasına görə baş verib. Bunu digər cavabdehlərin də izahatından müəyyən etmək olur. Belə olan halda iddiaçı ilə cavabdehlərin mənzillərinin üstüstə düşməsi nə ilə sübut olunur. Bəlkə iddiaçının iddia etdiyi mənzillərin nömrələnməsində problemlər var. Belə olan halda işə tikintiyə icazə verən qurumlardan mütəxəssislər cəlb edilməli və bu məsələ də araşdırılmalı idi. Çünki bina hələ də tikilməyib və bu səbəbdən də hələ heç kim öz mənzilindən istifadə etməyib ki, mənzilin ilkin kimin istifadəsində olub olmaması bilinsin. Bir mənzili isə bir neçə nəfərə satan şəxsin tərtib etdiyi müqavilələrdə əks olunan nömrələrə isə inanmaq nə qədər düzgündür, (bu iş üzrə də sübut olunur). Binanın tikintisinə icazə verən dövlət qurumu maraqlı şəxs kimi işə cəlb edilməli və tikintinin layihəsi də işə əlavə olunmalıdır. Məhkəmə əgər yuxarıda kı məsələləri sübut olunmuş hesab edirsə cavabdehlərin də ilkin vəziyyətə qaytarılması məsələsini tam həll etməli idi. Qətnamədə yalnız onların iddia qaldırmaq hüququnun olmasını müəyyən etmək və onları yenidən iddia qaldırmaq yükü və vəzifəsi ilə öhdələndirmək, iş üzrə ədalətli qərar qəbul etmək deyil. Qətnamədə qeyd edilib ki, cavabdehlərin ödədikləri məbləğləri müəyyən etmək olmur, o biri tərəfdən isə sübut olaraq işə əlavə edilmiş və qətnamədə də sadalanan maliyyə arayışlarından görsənir ki, cavabdehlər müəyyən məbləğlər ödəmişlər. O, da 26112 manat pul məbləği ödəmiş. Qalığ məbləğ isə yenidən hüquq varisinin mənzilin tikilməsi üçün tələb etdiyi məbləğdir. İlkin müqavilə üzrə ("xxxx" MMC ilə bağlanan) bütün məbləğ tam şəkildə ödənilmişdir və maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Qətnamədən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X15 apellyasiya şikayəti verərək, qətnamənin qismən - Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin təsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv.metr ümumi sahəsi olan mənzil (31 saylı), həmin yaşayış evinin evinin 5-ci blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət 87,56 kv.metr ümumi sahəsi olan 66 saylı mənzil İddiaçı təhvil verilməsi, həmin mənzillərə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il arixdə bağlanmış 12 ədəd müqavilələrə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A saylı binanın 5-ci (A) blokunda hər birinin ümumi sahəsi 103,8 kv.m olan hər biri 3 otaqdan ibarət 2, 34, 38, 42 və 46 saylı mənzillərin, yenə də həmin binanın 5-ci (A) blokunda inşa olunmuş, hər biri 3 otaqdan ibarət hər birinin ümumi sahəsi 111,4 kv.m olan 47, 43, 35, 15, 7, 3 və 11 saylı mənzillərin tikilib ona təhvil verilməsi üçün "xxxx" MMC daha sonra qeyd edilən müqavilələr üzrə mənzillərə görə Cavabdeh9 MTK və "xxxx" MTK tikinti işlərini davam etdirir və öhdəlik daşıyır) ilə müqavilə bağlamışdır. O, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küşələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 5-ci blok 2, 34, 38, 42, 46, 47, 43, 35, 15, 7, 3 və 11 saylı mənzillərin müqavilə (pay) qiyməti olan cəmi 276.641 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəmişdir. "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli 12 ədəd müqavilə üzrə eyni tarixli maliyyə arayışlarından göründüyü kimi, mənzillərin müqavilə qiyməti olan cəmi 276,641 manat onun tərəfindən "xxxx" MMC-yə tam ödənilmişdir. Odur ki, qeyd edilən müqavilələrin 4-cü bəndinə əsasən sözügedən mənzillər ona təhvil verilməlidir. Sözügedən binanın həm yeni eskiz layihəsində (Dövlət Ekspertizası Baş İdarəsinə xx.xx.2015-cı tarixdə daxil olmuş (razılaşdırılmış eskiz layihəsi), həm də köhnə eskiz layihəsində (Abşeron rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə xx.xx.2006-ci il tarixdə razılaşdırılmış eskiz layihəsi) ünvan 4 ünvanda inşa edilən yaşayış binasının 5-ci (A) blokunda yerləşən binanın xarici həndəsi ölçüləri (eni və uzunu) eynidir, hər ikisində uzunluq 59,750 m, eni 19,6 m-dir. Hər iki eskiz layihəsində otaqların planlaşdırılması və yerləşdirilməsi (əsas və köməkçi sahələr də daxil olmaqla) eynidir, hətta pilləkən qəfəsi və açıq eyvanlar da eynidir və bir-birinə uyğun gəlir, yeni eskiz layihəsində yalnız mənzil saylari süni surətdə artırılmış, hər iki eskiz layihəsində yerləşən mənzillərin hamısının birlikdə orta ümumi daxili sahəsi ( yeni eskiz layihəsində 556,4 kv.m, köhnə eskiz layihəsində (565,3 kv.m) 560 kv.m-dir. Onun ilə"xxxx" MMC arasında qeyd edilən binanın 5-ci (A) blokunun 5-ci mərtəbəsi üzrə 17 senyabr 2007-ci il tarixdə bağlanmış 5 ədəd müqavilədə göstərilən mənzillərin ümumi daxili sahəsi (542,0 kv.m) uyğundur, 20 kv.m fərq isə 3 otaqlı mənzilləri 1 və 2 otaqlıya çevirərkən divarlarda, o cümlədən mənzillərin eyvanlarının Barlarında qalmışdır. Köhnə eskiz layihəsindəki mənzillərin nömrələri yeni eskiz lahiyəsində dəyişdirilmişdir. Belə ki, sözügedən yaşayış evinin köhnə eskiz layihəsində 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv.m ümumi sahəsi olan 15 saylı mənzil yeni eskiz layihəsində 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv.m ümumi sahəsi olan 31 sayl) mənzildir, köhnə eskiz layihəsində həmin yaşayış evinin 5-ci blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv.m ümumi sahəsi olan 35 saylı mənzil yeni eskiz layihəsində 2 otaqdan ibarət 87,56 kv.m ümumi sahəsi olan 66 saylı mənzildir. Mülki Məcəllənin 110-1.1-ci maddəsinə əsasən kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Əslində, X15 ilə "xxxx" MMC (daha sonra qeyd edilən müqavilələr üzrə mənzillərə görə Cavabdeh9 MTK və "xxxx" MTK arasındakı münasibətlər) kooperativ ilə onun üzvü arasındakı münasibətlərdir və bu münasibətlərə Mülki Məcəllənin 109 - 113 maddələri tətbiq olunur. Birinci instansiya məhkəməsi isə X15 ilə "xxxx" MMC arasında 17 sentyabr 2007-ci il tarixdə bağlanmış 2 ədəd müqavilələnin və Mülki Məcəllənin 109-113 maddələrinin tələblərini pozmuşdur. Onun ilə "xxxx" MMC arasında 17 senyabr 2007-ci il tarixdə bağlanmış 12 ədəd müqaviləyə görə ünvan 5 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının V blokunun 02, 03, 07, 11, 15, 34, 35, 38, 42, 43, 46 və 47 saylı mənzilləri üzrə "xxxx" MMC, Cavabdeh9 MTK və "xxxx" MTK-nın həmin mənzilləri tikib iddiaçıya təhvil vermə üzrə öhdəlikləri olduğu halda, adı çəkilən hüquqi şəxslər qeyd edilən 12 ədəd mənzili tikib başqa şəxslərə təhvil verilməsi üzrə müqavilələr bağlamışlar. Odur ki, nömrələri sadalanan mənzilləri tikib başqa şəxslərə təhvil verilməsi ilə əlaqədar "xxxx" MMC, Cavabdeh9 MTK və "xxxx" MTK-nın bağladıqları müqavilələr etibarsız əqdlər hesab edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi qeyd edilən binanın 5-ci (A) blokunda yeni eksiz layihəsindəki 31 saylı və 66 saylı (köhnə eskiz layihəsi üzrə müvafiq olaraq 15 və 35 mənzillər üzrə onun ilə "xxxx" MMC arasında 17 Rabr 2007-ci il tarixdə bağlanmış 2 ədəd müqavilənin İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2009-cu il tarixli və 20 mart 2009-cu il tarixli müqavilələrdən əvvəlki tarixdə bağlandığını nəzərə almamış, bununla da, Mülki fcsüənin 337.1-ci, 337.2-ci, 425.1-ci və 448.1-ci maddələrinin tələblərini pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi obun ilə "xxxx" MMC arasında 17 senyabr 2007-ci il tarixdə bağlanmış 2 ədəd müqaviləni, həmçinin, yeni və köhnə eskiz layihələrini nəzərə almmamaqla, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozaraq sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Qətnamədən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X15 apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə apellyasiya şikayətinə əlavə verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1778/2019 saylı, 13 iyun 2019-cu il tarixli qətnaməsinin qismən - Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv.m ümumi sahəsi olan 31 saylı mənzilin (xx.xx.2009-cu il tarixli müqavilə) İddiaçı təhvil verilməsi və həmin mənzillərə dair dövlət reyestrindən çıxarışların alınması üçün zəruri sənədlərin (ümimi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh Nəhmətova (Qluxenkaya) Dilarə Ağa qızı nümayəndəsi X22 məhkəmə iclasında cavabdehin apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh Nəhmətova (Qluxenkaya) Dilarə Ağa qızı əvvəlki məhkəmə iclasında özünün apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2023-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfinin iştirakı olmadan keçirilməsini, iddiaçı tərəfin apellyasiya şikayətinin təmin edilməsini, işdə iştirak edən digər şəxslərin apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin nümayəndəsi Vəkil3 əvvəlki məhkəmə iclasında qətnamə hüquq və vəzifələrinə toxunulan şəxsin apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında qətnamə hüquq və vəzifələrinə toxunulan şəxsin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 prosessual hüquqi varisi X20 əvvəlki məhkəmə iclasında iştirak edərək, öz izahatında apellyasiya şikayətlərinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixədək olan redaksiya) Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (yeni redaksiya) Maddə 337.1 və 337.2. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayətləri məhkəmə aktının apellyasiya şikayətləri verən şəxslərə aid hissələrdə ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin onlara aid hissələrdə (onlara münasibətdə) qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X8 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv. metr ümumi sahəsi olan 31 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya həvalə edilməsi hissəsində ləğv edilməli, iddia tələbi bu hissədə təmin edilməməli, Cavabdeh6 apellyasiya şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəli halı apellyasiya baxışının predmeti olan hissədə ondan ibarətdir ki, iddiaçı müvafiq ünvanda yerləşən 31 saylı, 34 saylı və 66 saylı mənzillərin ona məxsus olduğunu, həmin mənzillərə dair cavabdeh müvafiq MTK ilə arasında müqavilələr bağlandığını, həmin mənzillərin ona təhvil verilmədiyini, həmin mənzillərə dair ondan sonra başqa şəxslərlə müqavilələr bağlandığını əsas gətirərək, qeyd olunan iddia tələbini irəli sürmüşdür. Cavabdeh6 mübahisə predmeti olan 34 saylı mənzilin satın alınmasına dair cavabdeh müvafiq MTK ilə aralarında müqavilə bağlandığından, həmin mənzil ona məxsus olduğundan, iddia tələbinə ona aid hissədə (müvafiq ünvanda yerləşən 34 saylı mənzillə bağlı) etiraz etmişdir. Hazırki iş üzrə maraqlı şəxs qismində çıxış edən X15 müvafiq ünvanda yerləşən 31 saylı mənzilin, ona məxsus olduğunu, bu barədə başqa məhkəmə mübahisəsi olduğunu əsas gətirərək, müvafiq məhkəmə qətnaməsini məhz həmin mənzillə bağlı hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hissədə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə (Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(012)-19/2021 nömrəli) müvafiq yaşayış binasının A (5-ci blokunun) İV mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 11,0 kv.m olan 3 otaqlı 31 saylı mənzil üzrə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 mart 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin X12 təhvil verilməsi barədə yeni müqavilə bağlanılması, müvafiq Çıxarışın alınması üçün zəruri olan sənədlərin verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normasının tələbini əsas götürərək, hesab edir ki, indiki halda müvafiq ünvanda yerləşən mübahisə predmeti olan 31 saylı mənzilə dair İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış 20 mart 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin X12 təhvil verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir və həmin hallar hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin mənzilin (müvafiq ünvanda yerləşən 31 saylı mənzil) maraqlı şəxsə məxsus olması, ona təhvil verilməsi halı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən, habelə iddiaçının həmin mənzilə dair iddia tələbinin əsası kimi istinad etdiyi müvafiq müqavilə etibarsız hesab edildiyindən, iddia tələbinin həmin hissədə qanuni əsası mövcud olmamaqla, iddia tələbi həmin hissədə əsassız olmuşdur. Nəticə etibarilə birinci instansiya məhkəməsi müvafiq ünvanda yerləşən 31 saylı mənzilin iddiaçıya təhvil verilməsi və ona dair sənədlərin verilməsi vəzifəsinin cavabdeh müvafiq MTK-nın üzərinə qoyulmasına dair gəldiyi qənaəti işin hallarına uyğun olmamış, həmin mənzilin iddiaçıdan öncə hansı şəxsə məxsus olması halı müəyyən edilməmiş, bu hissədə işin halları tam aydınlaşdırılmamış, bu hal isə həmin hissədə düzgün olmayan nəticəyə gəlməyə səbəb olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq ünvanda yerləşən 31 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya həvalə edilməsi hissəsində ləğv edilməli, həmin 31 saylı mənzilə aid hissədə iddia tələbi təmin edilməməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X8 apellyasiya şikayətinin dəlilləri yuxarıda istinad olunan hallara əsasən əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası Cavabdeh6 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qeyd olunan cavabdeh Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-ci blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 96 kv. metr ümumi sahəsi olan 34 saylı mənzilin ona satılmasına dair "xxxx" MMC ilə aralarında 03 may 2011-ci il tarixli müqavilə bağlanılması, mənzilin dəyərinin tam ödənilməsi, buna dair maliyyə arayışının ona təqdim edilməsini əsas gətirərək, iddiaçı ilə həmin mənzilə dair bağlanılmış müqavilənin saxta olduğuna, buna görə də həmin mənzilin iddiaçıya yox, məhz ona məxsus olması halına istinad edərək, həmin hissədə məhkəmə qətnaməsini mübahisələndirmişdir. İş materiallarından görünür ki, müvafiq ünvanda yerləşən 34 saylı mənzilə dair iddiaçı ilə "xxxx" MMC arasında 09 fevral 2009-cu il tarixli müqavilə bağlanılmış, onun adına mənzilin dəyərinin tam ödənilməsi, heç bir borcunun qalmamasına dair 09 fevral 2009-cu il tarixli maliyyə arayışı verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, həmin eyni ünvanda yerləşən müvafiq 34 saylı mənzilə dair Cavabdeh6 arasına 03 may 2011-ci il tarixli müqavilə bağlanılmış, onun adına həmin mənzilin dəyərinin tam ödənilməsi, heç bir borcunun qalmamasına dair 03 may 2011-ci il tarixli maliyyə arayışı verilmişdir. Eyni zamanda məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, müvafiq 34 saylı mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə verilməsi halı müəyyən edilməmiş, habelə həmin mənzil faktiki olaraq heç kəsin istifadəsində deyildir. Göründüyü kimi müvafiq ünvanda yerləşən 34 saylı mənzilə dair iddiaçı müqavilə üzrə öz üzərinə düşdüyü öhdəliyi icra edərək, mənzilin pay dəyərini cavabdeh müvafiq MTK-ya ödəsə də, cavabdeh MTK isə müqavilə öhdəliyinə əməl edərək, həmin mənzili cavabdehə təhvil verməmiş, əksinə həmin mənzili başqa şəxsə sataraq, mənzilə dair hazırki cavabdehlə başqa müqavilə bağlamışdır. İndiki halda isə həmin mənzilə dair iddiaçı ilə müvafiq MTK arasında bağlanılmış müqavilənin həqiqiliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, müvafiq mənzilə dair ilkin müqavilənin (müqavilənin bağlanma tarixi əsas götürülməklə) iddiaçı ilə bağlanılması halını əsas götürərək, düzgün olaraq iddiaçıya təhvil verilməsi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası Cavabdeh6 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır, 89.3cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İndiki halda həmin cavabdehə aid hissədə iddiaçı tərəfindən mübahisə predmeti olan mənzilə dair müqavilənin notarial təsdiq olunmuş surəti məhkəməyə təqdim edildiyindən, habelə cavabdeh tərəfindən həmin müqavilənin həqiqiliyini şübhə altına alan hər hansı dəlilə istinad edilmədiyindən, müvafiq ekspertizanın keçirilməsi ilə bağlı hər hansı əsas (zərurət) mövcud olmamışdır. Bu baxımından qeyd edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda qeyd edilən cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər hallarla bağlı qeyd edilməlidir ki, müvafiq 34 saylı mənzilin həm iddiaçı, həm də həmin cavabdehlə bağlanmış müqavilənin predmeti olan mənzillə üst-üstə düşməsi halı cavabdeh müvafiq MTK-nın məhkəməyə təqdim etdiyi yazılı etiraz ərizəsində öz əksini tapmışdır. Belə ki, həmin etiraz ərizəsində xx.xx.2009-cu il tarixli, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının İV blok, 9-cu mərtəbə, ümumi sahəsi 96,0 kv.m olan 34 saylı 3 otaqlı mənzilə digər X27, X29, X31 ilə müxtəlif tarixlərdə əvvəlki təsisçi tərəfindən müqavilələr bağlanılmışdır. Məhkəmə araşdırması zamanı bu halın müəyyən edilməsi (cavabdehin özünün verdiyi izahatı) və iş materiallarında buna dair sənədlərin mövcudluğu özlüyündə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi həmin halı da təkzib edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edilən cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər halla bağlı qeyd edilməlidir ki, indiki halda qeyd edilən cavabdehin istinad etdiyi müqavilə etibarsız hesab edildiyindən, həmin müqavilə üzrə mənzilə dair müvafiq MTK-ya pul ödənilməsi və bu ödəmələrin real olmasına dair sübutlar olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu izah etmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh6 apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, bu hissədə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət vermişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X8 apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv. metr ümumi sahəsi olan 31 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya həvalə edilməsi hissəsində ləğv edilməli, iddia tələbi bu hissədə təmin edilməməli, Cavabdeh6 apellyasiya şikayəti təmin edilməməli, qətnamə ona aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmçinin, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və Cavabdeh6 tərəfindən öədnilmiş 15 manat məbləğində dövlət rüsumu onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X8 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(012)1778/2019 saylı qətnaməsi qismən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111 kv.metr ümumi sahəsi olan 31 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh9 MTK-ya həvalə edilməsi hissəsində ləğv edilsin, bu hissədə yeni qərar qəbul edilsin və iddia tələbi bu hissədə təmin edilməsin. Cavabdeh6 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə Cavabdeh6 apellyasiya şikayəti üzrə ona aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və Cavabdeh6 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar