Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2102/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə Cavabdeh Azərbaycan Dövlət X4 Filialının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedoqoji X1rşı «Azərbaycan Dövlət X4 Filialında» tərəflər arasında müddətsiz bağlanmış xx.xx.2005-ci il tarixli əmək müqaviləsinin qüvvədə saxlanması faktı və xx.xx.2010-cu il tarixdən Kadrlar Şöbəsinin müdiri vəzifəsində əmək hüquqlarının bərpa edilməsinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-2266/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedoqoji X1rşı «Azərbaycan Dövlət X4 Filialında» tərəflər arasında müddətsiz bağlanmış xx.xx.2005-ci il tarixli əmək müqaviləsinin qüvvədə saxlanması faktı və xx.xx.2010-cu il tarixdən Kadrlar Şöbəsinin müdiri vəzifəsində əmək hüquqlarının bərpa edilməsinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-2266/2019 saylı qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. (hakim R.Həsənov) Qərardaddan İddiaçı xx.xx.2020-ci il tarixdə şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-2266/2019 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Dövlət X4 Filialının nümayəndəsi X5 şikayətə etiraz edərək qeyri-mümkün hesab edilməsini xahiş etdi. İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası şikayətin mümkünlüyünü onun iştirakı olmadan müzakirə etməyi mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apelyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə görə məhkəmə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəlləsinin 135.2-ci maddəsinin tələbinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. İş materiallarının 65-ci səhifəsində olan zərfdən görünür ki,xx.xx.2019-cu il tarixdə iddiaçı, ünvanına göndərilən Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-2266/2019 saylı qərardadının surətini qəbul etməkdən imtina etmişdir. Belə olan halda məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixdən məhkəmə qərarını iddiaçıya rəsmi qaydada verilmiş hesab edir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, qanunverici qərardad tərəfə rəsmi qaydada verildikdən sonra şikayət müddətini 10 gün müəyyən edir. Halbuki, işdən görünür ki, iddiaçı tərəfindən şikayət qərardad rəsmi qaydada verildiyi gündən 6 ay sonra xx.xx.2020-ci il tarixdə verilmişdir. Bununla da müəyyən edilmiş prosessual müddət pozulmuşdur. İddiaçı tərəfindən isə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkəməyə heç bir ərizə ünvanlanmamış, müddətin ötürülməsinin üzrlü olmasına dair heç bir əsaslı səbəb və mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinin tələbinə əməl etməmişdir. Qeyd olunan maddənin tələbini pozaraq şikayəti verən şəxs tərəfindən müddətin axımını nəzərdə tutan halları nəzərə almadan, apelyasiya şikayətinin verilməsi müddətini müzakirə etmədən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-2266/2019 saylı qərardadı ləğv edilməli, mülki iş mübahisələndirilən qərardaddanşikayətin AR MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunan Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 400 və 405-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-2266/2019 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedoqoji X1rşı «Azərbaycan Dövlət X4 Filialında» tərəflər arasında müddətsiz bağlanmış xx.xx.2005-ci il tarixli əmək müqaviləsinin qüvvədə saxlanması faktı və xx.xx.2010-cu il tarixdən Kadrlar Şöbəsinin müdiri vəzifəsində əmək hüquqlarının bərpa edilməsinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-2266/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş, mübahisələndirilən qərardaddan şikayətin AR MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apel-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2102/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2102/2020
11.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver