Məhkəmə qərarları › İş №2(105)-2105/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2105/2022

29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2105/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi işləmə faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(034)-307/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(034)-307/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodunda çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tullantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi faktının müəyyən olunması qət edlmişdir (hakim Gülsarə İmanova). Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilərək Zəngilan Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(034)-307/2022 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞ İ N H A L L A R İ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı «işləmə faktının müəyyən olunması» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan rayonu Şərab zavodunda xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixə kimi çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİNİZAHATLARİ Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə əsassızdır. Belə ki, ərizəçi iddia edir ki, 1979-cu ildən 1983-cü ilə qədər X6 fəhlə işləmişdir. Ərizəçinin 3 şahidi var. Şahidlərdən Paşayev Füzulinin əmək kitabçası var və o, 1982-ci ildən 1994-cü ilə qədər həmin zavodda işlədiyini iddia edir. Paşayev Füzulinin fəhlə vəzifəsindən azad olunması xx.xx.1994-cü il tarixə təsadüf edir. Zəngilan rayonu xx.xx.1993-cü ildə işğal olunub. Həmin tarixdən sonrakı dövrə Zəngilan rayonunda əmək fəaliyyəti ilə məşğul olmaq barədə hər hansı qeydin olması absurddur. İkinci şahid Bəsti Eyvazova ifadə verərək bildirib ki, 1979-1993cü illərdə sözügedən zavodda fəhlə işləyib. Ərizəçi də onunla bir yerdə işləyib. Sabiq hakim İlyas Mahmudovun barəsində başlanılmış cinayət işinə dair ittiham aktında Bəsti Eyvazova dindirilərkən əmək stajını saxta olaraq əldə etdiyini etiraf edir. Digər şahidin qətnaməsində də Bəsti Eyvazova şahiddir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(034)-307/2022 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(034)-307/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinəəsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(034)-307/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçini rayondan tanıyır, amma qohum deyillər. 1982-ci ildə universiteti bitirdikdən sonra onun təyinatını Zəngilan rayonuna vermişlər və o, orada baş mühəndis kimi işə başlamışdır. O işə başlayanda artıq ərizəçi orada işləyirdi. Ərizəçi sonradan onun yanında usta kimi işləmiş, belə ki, ərizəçi xarab olan əşyaları düzəltdirmişdir. Ərizəçi bir müddət tullantı sex rəisi kimi də işləmişdir. Ərizəçinin işlədiyi sex elə zavoda aid, zavodun nəzdində olmuşdur. Şərab zavodunun nəzdində bir neçə sexləri olmuşdur. Rayon işğal olana kimi də həmin zavodda işləmişdir. Bütün işçilərin əmək kitabçaları isə işğal zonasında qalmışdır. O, sonradan öz əmək kitabçasını bərpa etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, özü təqaüdçüdür. Ərizəçi isə onun iş yoldaşı olmuşdur. O,1974cü ildən 1993-cü ilə kimi zavodda işləmişdir. Ərizəçi isə 1979-cu ildən işə gəlmiş, sex rəisi kimi işləmiş, onlar isə fəhlə olmuşlar. Ərizəçi hərbi xidmətə gedib gələndən sonra yenə həmin zavodda işləmişdir. Ərizəçi aparatlar xarab olanda onları təmir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə bildirmişdir ki, ərizəçi onun iş yoldaşı olmuşdur. Onlar 1979-cu ildən 1993-cü ilə kimi Zəngilan rayon şərab zavodunda işləmişlər. Onun əmək kitabçası yoxdur. O, təxmini 1978-ci ildən işləmişdir. Rövşən ondan bir il sonra işə başlamışdır. Toxum üyüdən və ustaişləmişdir. Rayon işğal olana kimi onlar X8 işləmişlər. Əmək kitabçaları işğal zonasında qalmışdır. iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi filialının Ərizəçi ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayım güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz 9 may 1994-cü il tarixli, HT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (21 il 7 ay 14 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zəngilan rayon İcra Hakimiyyəti Zəngilan rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 nömrəli xx.xx.2020-ci tarixli arayışdan aydın olur ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin o cümlədən Zəngilan Rayon Şərab zavodunun sənədləri arxivə daxil olmamışdır. İş materiallarında olan «Azərbaycan Dəmir Yolları «Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 2 nömrəli Biləcəri Yol sahəsi tərəfindən verilmiş 63 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən “Azərbaycan Dəmir Yolları” Biləcəri yol distansiyasında, hal-hazırda “Azərbaycan Dəmir Yolları” İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri yol sahəsi adlandırılan sahədə xx.xx.1994-xx.xx.2007ci il, xx.xx.2010-xx.xx.2016-cı il, xx.xx.2020-xx.xx.2020-cı ilə qədər yol montyoru işləyib. Əmək şəraiti zərərli və ağır olduğuna görə, işçiyə işlədiyi müddət ərzində əmək şəraitinə görə 12% həcmində əmək haqqı ödənilir və 11 təqvim günü məzuniyyətə əlavə gün verilirir. Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə ümümi əmək stajı xx.xx.2020-ci il tarixə 19 il 6 ay təşkil edir. Azərbaycan Respublikasının “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 2007-ci il tarixli 12 nömrəli 21.4 bəndinə əsasən güzəştli şərtlərə yaşa görə pensiyası hüququ verir. İş materiallarına əlavə edilmiş hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(034)-123\2009 nömrəli qətənamənin surətindən aydın olur ki, Zəngilan rayon sakini Şahid2 xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonunun Şərab zavodunda əmək münasibətlərində olması faktı müəyyən edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən və Abşeron rayonu Xırdalan şəhəri 5 saylı MTİİT sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci ll tarixli 2440 nömrəli aryaşından görünür ki, Məmmədov X3 rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi filialının Ərizəçi ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 1,0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi 9 may 1994-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (21 il 7 ay 14 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyi uyğun olaraq ona münasibətdə 42956,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20223,93 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinat qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləmiş,1993-cü ilin oktyabr ayının 28-də rayonun ermənilər tərəfindən işğal edilməsi ilə əlaqədar Zəngilan rayonunu tərk etmək məcburiyyətində qalmış və rayonu tərk edərkən əmək kitabçasını götürmək mümkün olmamışdır. Ərizəçinin yaşa görə pensiya yaşına çatdığı üçün işlədiyi müddətin təsdiq edilməsi zərurəti yaranmışdır, lakin onun işlədiyi qurum hal-hazırda fəaliyyət göstərmir və əmək kitabçasını bərpa etmək mümkün olmamışdır. Ərizəçi bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi filialının ona güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı müraciət etmiş, lakin cavabdeh təşkilat bundan imtina edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayı güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması, onun isə may 1994-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (21 il 7 ay 14 gün), güzəştli iş stajınız isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil etməsi bildirilmişdir.Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi 1979-cu ildən 1980-ci il kimi Zəngilan rayonu Şərab zavodunda işləmiş, 1980-ci ildə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, 1982-ci il tarixdə həqiqi hərbi xidmətdən təxris olunduqdan sonra elə həmin ildə də təkrar olaraq yenidən zavodda işə başlamışdır. Ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun sosial sığorta stajı tamam olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşaraq hesab edir ki, məhkəmə ərizənin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kolegiyası hesab edir ki, birinici instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə əsaslıdır. Belə ki, iş hallarından görünür ki, Ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləmiş,1993-cü ilin oktyabr ayının 28-də rayonun işğal edilməsi ilə əlaqədar Zəngilan rayonunu tərk etmək məcburiyyətində qalmış və rayonu tərk edərkən əmək kitabçasını götürmək mümkün olmamışdır. Ərizəçinin qeyd edilən müəssisədə işləməsi şahid ifadələri ilə müəyyən edilir. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid1 göstərdi ki, Ərizəçi 1979-cu ildən onunla işləyib, 1982-1986-cı illərdə çilingər, 1986-cı ildən 1992-ci ilə qədər sex rəisi olub. 1992-1993-cü illərdə isə çilingər vəzifəsində təkrar fəaliyyət göstərib. Sabiq hakim İlyas Mahmudov onun barəsində saxta qətnamə çıxarıb. Amma onlar Zəngilan Rayonunda bir yerdə işləyiblər. 1993-cü ilə qədər həmin zavodda işləyib. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid2 göstərdi ki, Ərizəçila 1979-cu ildən X8 iş yoldaşı olub. O, 1974-cü ildən həmin zavodda işləyib. Ərizəçi işçisi olub, fəhlə kimi fəaliyyət göstərib. Zavodda təxminən 150-yə qədər işçi var idi. Ərizəçi 1979-1986-cı illərdə həmin zavodda çilingər, 1986-1992-ci illərdə sex rəisi, 1992-1993-cü illərdə yenidən çilingər işləyib. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X2 göstərdi ki, Zəngilan rayonunda şərab zabovunda 1976-cı ildən işləyib, ərizəçi 1979-cu ildə həmin zavoda gəlib, 1979-cu ildən 1980-cı ilə qədər işləyib, hərbi xidmətə gedib, 2 ildən sonra gəlib, 1982-ci ildən 1993-cü ilə qədər çilingər işləyib. Ərizəçi çilingər, sex rəisi, sonra yenidən çilingər işləyib. Özünə məxsus əmək kitabçasını rayon işğal olunamamışdan əvvəl öz istəyi ilə müəssisədən alıb. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X7 bildirdi ki, Kalinin adına sovxozda işləyib, şərab zavodu soxvozun tərkibində olub. Sovxozda 1975-ci ildən işləyib, ərizəçi 1979-cu ildən şərab zavodunda işləyib, 1983-cü ildə zavod soxvozdan ayrılıb. Ərizəçi həmin dövrdə də zavodda işləyib. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Plenum həmçinin əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı olduğunu qeyd etməklə, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməli olduğunu nəzərə çatdırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli, 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, qeyd edilən qərara görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə görə məhkəmə qaydasında müəyyən edilməli fakt hər şeydən əvvəl mövcud olmalı və həmin faktın təsdiqi üçün ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan Sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin qeyd edilən işlərdə xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi həmin müəssisədə işləmiş şəxslərin ifadələri ilə təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Şahid2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apellyant apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin şahid qismində dindirilmiş Bəsti Eyvazovanın əmək stajını saxta olaraq əldə etməsi barədə dəlilə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, həmin şahid ifadəsi şübhə doğursa da, həmin illər ərzində həmin müəssisədə işləmiş və əmək kitabçaları ilə həmin müəssisədə işləmələri təsdiq edilmiş şahidlərin ifadələri ilə ərizəçinin həmin illər ərzində qeyd edilən vəzifələrdə işləməsi faktı təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şkayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsininqanuni və əsaslı qətnaməsinin ləğv çün əsaslı ola bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, maraqlı tərəfin apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Zəngilan Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(034)-307/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar