Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2115/2022 14.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası X2 direktoru Cavabdeh qarşı işə bərpa və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(074)-476/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şamaxı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(074)-476/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası X2 direktoru Cavabdeh qarşı işə bərpa və məcburi iş buraxmaya görə kompensasiyanın ödənilməsi tələbi barədə iddiası təmin edilməmişdir (hakim Natiq İsmayılov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdehyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli Elmlər Akademiyası X2 direktorunun 14 dekabr 2021-ci il tarixli əmrinin ləğv olunması, Azərbaycan Milli Elmlər X3 Rəsədxanasında əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqlarının cavabdehin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun işdən çıxarılmasına dair əmr xx.xx.2021-ci il tarixdə verilmiş, həmin əmri poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə əldə edib. Birinci instansiya məhkəməsinin qətnaməsində isə qeyd olunur ki, o, əmri mübahisələndirmək üçün nəzərdə tutulmuş bir ay müddəti ötürmüşdür. Bu, düzgün deyil. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tibbi bülletendə olub. İddia ərizəsində bunu yanlışlıqla xx.xx.2011 olaraq göstərib. O, əmri xx.xx.2022-ci il tarixdə mübahisələndirib. Məhkəməyə müraciət etdikdə bildirildi ki, əvvəlcə mediasiya mərhələsindən keçilməlidir. Buna görə də dərhal Mediasiya Şurasına müraciət edib. xx.xx.2022-ci il tarixdə də mediasiyaya dair sənədlər cavabdehə göndərilib. Bunu təsdiq edən qəbzlər mövcuddur. xx.xx.2022-ci il tarixdə, yəni bir aydan sonra o, sənədləri almasına dair imza edib. Bundan sonra sənədləri Şamaxı Rayon Məhkəməsinə göndərib. Mediasiya Şurasına müraciət etdiyi an artıq müddət məsələsi qüvvəsini itirmişdi. xx.xx.2022-ci il tarixində Mediasiya Şurası tərəfindən sənədlər məhkəməyə göndərildi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(074)-476/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası X2 direktoru Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, tərəflər 40 ildir ki, bir yerdə işləyirlər, həm də tələbə yoldaşı olublar. Ölkədə astrofizik sayı çox azdır. Onlar bir qrupda oxuyublar, bir təşkilatda da işləyiblər. Sonradan münasibətləri kəskin surətdə pozulub. İddiaçı bir aydan artıq müddətdə işə çıxmayıb. Cavabdeh aralarındakı münasibətə görə ona vaxt verib. O, özü həmin idarədə həm də Həmkarlar İttifaqının katibidir. İddiaçı ilə danışıqlara getdikdə onlara kobud cavab vermiş, bildirmişdir ki, cavabdehlə onların arasındakı münasibətə qarışmasınlar. Müəssisənin quruluşu spesifikdir. Yaşayış yerləri ilə iş yeri arasında 40 metr məsafə var. İşə gələ bilməmək qeyri-mümkündür. İddiaçının xəstə olmasına dair hər hansı sənəd yoxdur. Yəni üzrsüz səbəbdən işə gəlməyib. İşə gəlməməsinin səbəbini soruşduqda isə cavabdeh bildirdi ki, o işdə olub, onu görməyiblər. İddiaçı 1 gün gəlməmişdi, ona xəbərdarlıq olundu, xəbərdarlıqdan sonra 1 ay işə gəlmədi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(074)- 476/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli, 244 nömrəli əmrdən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, ŞAR-ın əmək intizamı qaydalarını və bağladığı əmək müqaviləsində müəyyən edilən tələbləri pozduğuna, əvvəl edilmiş intizam tənbehindən heç bir nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını kobud şəkildə pozduğuna görə ŞAR-ın “Nəzərə Asrofizka və Kosmologiya” şöbəsinin aparıcı elmi işçisi X7 ilə bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsi xx.xx.2021-ci il tarixindən ləğv edilmiş və o həmin tarixdən işdən çıxarılmışdır. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixdə AMEA Tusi adına X4 işə götürən ŞAR-ın direktoru Cavabdeh işçi İddiaçı “nəzəri astrofizika və kosmologiya” şöbəsində aparıcı elmi işçi vəzifəsinə işə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli birləşmiş şəhər xəstəxanasının Poliklinika şöbəsinin Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 13.12-xx.xx.2021-ci il tarixlərdə və 18.12-xx.xx.2021-ci il tarixlərdə işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 164 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən X1 xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Tusi adına X2 Baş direktoru AMEA müxbir üzvü Cavabdeh tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, N.Tusi adına ŞAR üzrə 29 fevral 2016-cı il tarixli, 25N-li və ona əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 142N-li əmrləri əsas tutaraq əmək intizamını yoxlanılması üzrə komissiya üzvləri işə davamiyyəti yoxlamaq məqsədilə növbəti yoxlama keçirmişlər. Yoxlama nəticəsində əməkdaşlar Rəcəbov Balaəli, Hüseynov Şirin, Hüseynov Sədi, İddiaçı, Alışova Zəhra, Həsənova Əzizə, Əliyev Sabir, Hüseynova Təranə, İsmayılova Şəfəq iş yerlərində olmamışlar. İş materiallarında olan Tusi adına X2 Baş direktoru AMEA müxbir üzvü Cavabdeh Kargüzar A.A.Seyidovanın məlumatından görünür ki, 03 sentyabr 2021-ci il tarixində “Nəzəri astrofizika və kosmologiya “şöbəsinin aparıcı elmi işçisi İddiaçı 01 sentyabr 2021ci il tarixində tam iş günündə işə çıxmamasının səbəbi ilə əlaqədar izahat yazılması müraciəti kadrlar şöbəsinin müdiri V.T.Mütəllimova tərəfindən təqdim olunmuş, İddiaçı əvvəl müraciəti qəbul etməkdən imtina etmiş, sonra isə V.T.Mütəllimovanı ağır şəkildə təhqir edərək müraciəti götürərək otağı tərk etmişdir. İş materiallarında olan Tusi adına X2 Həmkarlar Təşkilatına ünvanladığı xx.xx.2021ci il tarixli məktubunda qeyd edilir ki, AMEA X2 “Nəzəri Astrofizika və Kosmologiya” şöbəsinin aparıcı elmi işçisi İddiaçı müəssisənin daxili nizam-intizam qaydalarına heç cür tabe olmaq istəmir, istədiyi vaxt istədiyi yerdə işə çıxır, son bir ayda ümumiyyətlə işdə yoxdur və müdiriyyətin yazılı izahat tələbinə heç bir məhəl qoymur, belə hallara son qoymaq üçün ona axırıncı xəbərdarlıqla şiddətli töhmət verilsə də o buna məhəl qoymur, bir elmi işçi kimi son 20 ildə ciddi bir nailiyyəti və publikasiyaları yoxdur, kollektivdə davranışına görə çox kobuddur (söyüşləri, təhqirləri, əlbəyaxa vuruşları, şər-böhtan məktubları və s.). Bütün bunları nəzərə alaraq ŞAR rəhbərliyi İddiaçılə bağlanmış Əmək müqaviləsinə birtərəfli qaydada xitam verməyə israrlıdır. İş materiallarında olan N.Tusi adına X4 Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli, 08 saylı protokolundan çıxarışdan görünür ki, ŞAR rəhbərliyi aparıcı elmi işçi İddiaçılə bağlanmış Əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən birtərəfli qaydada xitam verə bilər qərarı alınmışdır. İş materiallarına əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı məktubdan görünür ki, cavabdeh tərəfindən iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin materiallarından görünür ki, 14 dekabr 2021-ci il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilmiş və müvafiq əmr ona 23 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, hətta iddiaçı öz hüquqlarının pozulduğunu həmin tarixdən bilməli olması nəzərə alındıqda belə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı 15 fevral 2022-ci il tarixdə Mediasiya şurasına, mövcud iddia ərizəsi ilə 15 mart 2022-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia tələbi rədd edilməlidir- Beləliklə məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı iddiasını və apellyasiya şikayətinin dəlillərini əsaslandırmamışdır, eləcə də qanunvericilikdə nəzərdə tutulan bir aylıq müddəti ötürmüşdür. Bundan başqa iş imateriallarından görünür ki, iddiaçı müəssisəyə qarşı iddia qaldırmaq əvəzinə müəssisənin direktoruna qarşı iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanır, qeyd olunan dəlillərə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Ona görə də həmin dəlillər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Şamaxı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(074)-476/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2115/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2115/2022
14.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver