Məhkəmə qərarları › İş №2(105)-212/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-212/2024

31.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-212/2024 31.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, əsassız varlanma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X33 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-531/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. JN-479A KOD 41017018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X18 0,12 ha torpaq sahəsi verilmişdir.

2. Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli 14 saylı protokolundan Çıxarışdan görünür ki, X15 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsi özünün imtina və razılıq ərizəsinə əsasən ləğv edilməsi, Çuxuryurd Bələdiyyəsinə daxil olmuş ərizəsini onunla əlaqədar komissiya tərəfindən tərtib olunmuş torpaqların alqısatqısına dair aktını və dövlət rüsmunu ödəməsini nəzərə alıb X19 həmin 0,12 ha həyətyanı torpaq sahəsini təhkim edilməsi qərara alınmışdır.

3. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi X1.

4. xx.xx.2005-ci il tarixli kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı alqı-satqı yolu ilə 0,12 ha həyətyanı torpaq sahəsi üçün 300000 manat ödəmişdir.

5. Şamaxı RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Şamaxı rayonu Qaleybuğurd kəndində yaşayan X11 RPŞ-nə ərizə ilə müraciət edərək Şahlar adlı şəxsin ona və yaxın qohumlarına qarşı hədəqorxu gəldiyini bildirməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir.

6. Şamaxı rayon Məlhəm Bələdiyyəsinin arayışından görünür ki, Aqrar İslahat Komissiyasının Şamaxı rayonunun Çuxuryurd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə 479 nömrə ilə X18 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Sonradan keçmiş Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı protokolundan məlum olur ki, X25 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün, bələdiyyə fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq, həmin torpaq sahəsi X19 təhkim edilmişdir. Lakin, qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərində coğrafi yerləşməsi və tərtib edilmiş sxeminin bələdiyyənin mövcud arxivində aşkar edilmədiyi üçün, həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mövcud tikilidə yaşayış olmadığı üçün kimin tərəfindən tikildiyi məlum deyildir. 2005-ci ildən bu günə kimi qeyd olunan torpaq sahəsinə dair torpaq vergisi hər hansı bir şəxs tərəfindən ödəniş edilməmişdir.

7. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X15 vərəsələri X30, Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X18 verilmiş **********30 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir.

8. Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********30, qeydiyyat tarixi xx.xx.2022 il olan Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

9. Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə X7.

10. Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin təqdim edilmiş ölçülərə və fototəsvirlərə əsasən, 2007-ci il tarixinə bazar dəyəri 27.000 manat təşkil etmişdir.

11. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən maneəsiz istifadə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X18 0,12 ha torpaq sahəsi verilmişdir. Daha sonra X25 həmin torpaq sahəsini X20, o isə X5. Lakin, torpaq sahəsi satılarkən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən iki mərtəbəli ev tikilmişdir. Həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. 2018-ci ildə X25 vəfat etmiş, 2022-ci ildə isə Cavabdeh həmin torpaq sahəsini mülkiyyətinə keçirərək satmışdır. İddiaçı hazırda həmin torpaq sahəsində yerləşən tikdirdiyi evdən istifadə edə bilmir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-212/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında Cavabdeh məxsus olmuş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən mübahisəli fərdi yaşayış evinin tikintisinə 2007-cı il üçün mövcud olan orta bazar qiymətlərlə çəkilmiş xərclərin (ayrı-ayrılıqda və ümumilikdə materialların və görülən işlərin dəyəri göstərilməklə) dəyərinin müəyyən edilməsi (fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmadıqda, evin dəyəri iş materiallarında olan foto və mütəxəssis rəyində göstərilən iş və materialların siyahısı əsasında nəzəri baxımından müəyyən edilsin) tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumat məktubu ilə ekspertizanın aparılmasından imtina edildiyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində 2007-ci ildə inşa etdiyi ikimərtəbəli fərdi evin tikintisinə sərf etdiyi 27.000 manat vəsait və illik minimal 5 faiz bank uçot dərəcəsi hesabı ilə 16 illik dövr üçün 21.600 manat əldən çıxmış fayda, torpağın alışı məqsədilə 2005-ci ildə ödədiyi 1.400 ABŞ dolları, 2023-cü ildə ödəniş gününə məzənnə üzrə 2.380 manat, hər il (2006-2023-cü illər) üzrə minimal məzənnə qiymətləri əsasında əldən çıxmış fayda kimi (minimal 5% hesabı ilə) 1497,25 manat və bələdiyyəyə torpağın alqı-satqısı üçün ödədiyi 60 manat əsas borc, 54 manat əldən çıxmış fayda olmaqla, cəmi 52591,25 manat məbləğində zərərin və əldən çıxmış faydanın Cavabdeh tutularaq, ona ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha ölçüdə torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı əsasında X15 mülkiyyətinə verilib. DTXK-nin Şamaxı Rayon Şöbəsi xx.xx.2002-ci il tarixli JN-479A kod 41017018 nömrə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vermişdir. Torpağın mülkiyyətçisi X25 09 iyun 2004-cü ildə rəsmiləşdirilmiş sadə yazılı müqavilə, yəni razılaşmaya uyğun olaraq şəhadətnamə üzrə özünə məxsus olan 0,12 ha ölçüdə torpaq sahəsini X6. Razılaşmada torpağı təqdim edənin və alanın şəxsiyyət vəsiqəsinin nömrə və seriyası qeyd edilməklə torpaq sahibi Şamil Qurbanov 400 ABŞ dolları məbləğində pul aldığını razılaşmada qeyd etmişdir. İlkin mülkiyyətçi qeyd olunan sadə yazılı formada özünə məxsus olan torpaq sahəsini A.Məlikova təqdim etdikdən sonra, eyni zamanda torpaq sahəsinə görə Çuxuryurd Bələdiyyəsinə ödənilməli olan torpaq vergisi də Cavabdeh adından xx.xx.2005-ci il tarixdə A.Məlikov tərəfindən rəsmi olaraq Bələdiyyəyə ödənilmişdir. Qeyd olunan torpaq sahəsini 400 ABŞ dolları ödəməklə ilkin mülkiyyətçi X13 almış X16 atası, 2005-ci ildə mərhum İsa əmimin və digərlərinin, habelə torpaq sahəsinin şəhadətnamə üzrə sahibi X15 iştirakı ilə həmin torpaq sahəsini ona 1400 ABŞ dollarına satmışlar. 15-16 sentyabr 2005-ci ildə razılaşma olan zaman torpaq sahəsinə görə həmin vaxta qədər mövcud olmuş Vergi Bələdiyyənin hesabına X15 adından ödənilmişdir.Eyni zamanda torpağın ilkin mülkiyyətçisi hazırkı cavabdehin atası X8 Bələdiyyəsinə ərizə təqdim edərək, qeyd olunan torpaq sahəsindən Bələdiyyənin xeyrinə imtina etmişdir. Çuxuryurd Bələdiyyəsinin sədrinin iştirakı ilə torpaq sahəsinə dair JN-479A kod 41017018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin əsli ona təqdim edilmişdir. Şamil Qurbanov şəhadətnamənin daxilində torpaqdan imtina etməsi barədə yazılı formada ərizə kimi fikirlərini yazıb. Bu şəhadətnamədə Şamilin yazdıqlarını Bələdiyyə sədri imzası və möhürü ilə təsdiqləmişdir. Şamil Qurbanov bu şəhadətnamədə əlyazma qaydasında aşağıdakıları qeyd edib:“Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ei il tarixli 14 №li iclas protokolunun qərarına əsasən X18 məxsus JN-479A №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təhkim olunmuş 0,12 hektar fərdi həyətyanı torpaq sahəsi özünün imtina ərizəsinə əsasən ləğv edilərək, Şamaxı şəhər sakini Qarayeva (Gərayeva) Samirə Murad qızına fərdi ev tikmək üçün təhkim edilsin.” Həmin gün Bələdiyyənin Protokol qəran və “Torpağın alqı-satqısına dair” Akt ona təqdim olunmuşdur. Torpaq sahəsini ümumi razılaşmaya uyğun olaraq, yəni Şamil Qurbanovun könüllü torpaqdan imtina edib, torpağı Bələdiyyəyə təqdim etdiyi üçün, tərəfindən 13 sentyabr 2005-ci il tarixdə 166 nömrəli mədaxil qəbzi əsasında Bələdiyyəyə torpağı almaq məqsədilə 300 000 manat alqı-satqı üçün Bələdiyyəyə pul ödəmişdir.Şamil Qurbanov torpaq sahəsindən Bələdiyyənin xeyrinə imtina etdiyi üçün, o, həm Bələdiyyəyə 300 000 manat ödəmiş, həm də torpaq sahəsini Şamildən alıb, 2004-cü ildə Cavabdeh 400 ABŞ dolları və Şamilin adından Bələdiyyəyə 2005-ci ilə qədər yığılıb qalmış Bələdiyyə torpaq vergisini ödəniş Azər Məlikov (onun adından atası) tərəfindən Bələdiyyəyə ödənilmiş vəsaitlər nəzərə alınmaqla,o, yekunda torpaq sahəsini almaq üçün Şamil Qurbanovun iştirakı ilə A.Məlikova (atasına) 1400 ABŞ dolları pul ödəmişdir. Gərayev İsa əmisinin rəhbərliyi və nəzarəti altında 2007-ci il ərzində Çuxuryurd kəndində yerləşən qeyd olunan torpaq sahəsində 10 metrin 08 metrə olan ölçülərlə iki mərtəbəli fərdi həyət evi inşa etdirmişdir. Evin daxilində suvaq, elektrik işləri və digər zəruri işlər görülmüşdür. Fərdi həyət evinin daxilində otaqlar üçün quraşdırılmamış qapılar və digər materiallar olmuşdur. 2007-ci ildə fərdi yaşayış evinin tikintisi, tikinti materiallarının və sair malların alışı, təmiri və sair zəruri işlərin icrası məqsədilə İsanın rəhbərliyi ilə fərdi evin tikintisi məqsədilə Rusiyada yaşayan digər əmisi Gərayev Xatəmin göndərdiyi 27000 (iyirmi yeddi min) manat pul vəsaiti məbləğində tikintiyə vəsait xərclənmişdir. Tərəfindən iki mərtəbəli evin damı bağlanmış və evin daxilində təmir işləri görülməyə başlamışdır. 01-10 yanvar 2022-ci il tarixlərdə qeyd olunan torpaq sahəsinin adına rəsmiləşdirilməsi və çıxarışın alınması məqsədilə Gərayev İsaya təklif olunmuşdur ki, sənədləşmənin ən asan yolu ilkin mülkiyyətçi mərhum X15 adına çıxarış aldıqdan sonra torpaq sahəsi onun adına keçirilsin. Bu məqsədlə yanvar 2022-ci il tarixdə ilkin mülkiyyətçinin oğlu hazırkı Cavabdeh ilə (bununla əlaqədar) İsa əmi tərəfindən danışıqlar aparılan zaman cavabdeh ilkin olaraq etiraz etmədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra səlahiyyətli nümayəndəsi İsa cavabdeh Şahlarla əlaqəyə çıxmışdır. Köməklik göstərməsi məqsədilə qeyd olunan torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin (bu sənədin əsli 2005-ci ildən etibarən onda olmuşdur) surəti və digər sənədlərin surətləri Şahlara təqdim olunub. Bir müddət keçəndən sonra cavabdeh İsa əmidən evin adına keçirilməsinə razılıq məqsədilə 15.000 manat pul tələb etmişdir. İsa əmi torpağın pulunu mərhum atasına həmin vaxt tam şəkildə ödənildiyini cavabdehə bildirmiş, lakin cavabdeh 2022-ci ildə ayrı-ayrı vaxtlarda Gərayev İsanı hədələmişdir. Cavabdeh Şahlar X23 cibinə narkotik atıb tutduracağı ilə hədələmişdir. Bundan sonra İsa əmi yüksək stress və təzyiq xəstəliyi tapmaqla, xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. 2022-ci ilin (aprel-may aylarında) əvvəllərində cavabdeh fərdi evini özbaşına zəbt edib, açarları dəyişmişdir. Yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsi ilə əlaqədar cavabdehə qarşı “Torpaq sahəsindən və evdən maneəsiz istifadə tələbinə dair” iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin gedişində onlara məlum olmuşdur ki, ki, DT və XK tərəfindən tərtib edilmiş JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” 2002-ci il tarixli şəhadətnamə əsasında ilkin mülkiyyətçi X15 vərəsəsi, hazırkı Cavabdeh xx.xx.2022-ci il tarixli 2V-253 saylı qanun üzrə “Vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixdə öz adına vərəsə olaraq rəsmiləşdirmişdir. Hansı ki, məhkəmə gedişində onlara məlum olmuşdur ki, miras qoyan Şamil Qurbanov 2018-ci ildə rəhmətə getdiyi halda, cavabdeh dörd il müddətində mirası nə faktiki, nə də hüquqi qəbul etməmiş və mirası qəbul etmək məqsədilə notariusa ərizə verməmişdir. Çünki cavabdeh belə bir torpağın atasının adına olmasından məlumatı olmamışdır. Bu torpaq sahəsi barədə məlumatı cavabdehə yanvar 2022-ci ildə İsa əmisi demişdir. Cavabdeh Bakı şəhərində 19 saylı Notariat ofisində tərtib olunmuş xx.xx.2022-ci il tarixli 4Ə-523 saylı reyestr nömrəli alqısatqı müqaviləsi əsasında torpaq sahəsini X24 adına özgəninkiləşdirmişdir. Sonuncunun adına xx.xx.2022-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. İşin qeyd olunan halları məlum olduqdan sonra o məhkəmədə iştirak edib hüquqlarını müdafiə etmək məqsədilə vəkil ilə hüquqi xidmət barədə müqavilə bağlamaqla, vəkilə notarial qaydada etibarnamə vermişdir. Vəkil mülki işə qoşulub, iş materialları ilə tanış olduqdan sonra, yəni məhkəmə baxış iclası zamanı AR MPM-nin 53cü maddəsinə əsasən “iddia ərizəsinin dəyişdirilməsi barədə” ərizəni Şamaxı Rayon Məhkəməsinə təqdim etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-1075/2022 saylı qərardadı əsasında (əlavə baxış zamanı verilmişdir) iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd olunan işin faktiki halları nəzərə alınmaqla qeyd edir ki, torpaq sahəsinin ilkin mülkiyyətçisi sadə yazılı müqavilə qaydasında torpaq sahəsini 2004-cü ildə Araz Məlikova satmışdır. Yenidən ilkin mülkiyyətçinin (Şamil Qurbanovun) iştirakı və razılığı əsasında, Araz Məlikov vasitəsilə torpaq sahəsi ona 2005-ci ildə Bələdiyyə vasitəsilə Bələdiyyənin qərarı əsasında təqdim olunmuşdur. Bələdiyyəyə 300000 manat alqı-satqı üçün pul ödəmişdir. Torpağın ilkin mülkiyyətçisi sadə yazılı müqavilə qaydasında torpaq sahəsini satdıqdan sonra, keçən dövr ərzində, yəni 2018-ci ildə rəhmətə getmişdir. AR MM-nin 1159-cu maddəsinə əsasən cavabdeh qanun üzrə vərəsə 2018-2022-ci illər dövründə nə faktiki, nə də hüquqi olaraq miras əmlakı (torpaq sahəsini) qəbul etməmişdir. Lakin onun təmsilçi İsa əmi yanvar 2022-ci il tarixdə Bələdiyyə vasitəsilə və Bələdiyyənin alqı-satqı sənədi əsasında aldığı torpaq sahəsini adıına rəsmiləşdirmək üçün cavabdehə torpaq sahəsinə dair şəhadətnamənin surətini verdikdən sonra, cavabdeh xx.xx.2022-ci il tarixdə “vərəsəlik şəhadətnaməsi” almış və xx.xx.2022-ci il tarixdə adına dövlət reyestrindən çıxarış əldə etmişdir. Cavabdeh torpaq sahəsinin onun atası tərəfindən o, azyaşlı olan zaman (11 yaşında olarkən) satıldığı faktını biləndən sonra, polis əməkdaşı olmasından istifadə edərək sənədlərin nüsxələrini ondan (əmisindən) götürdükdən sonra hazırkı hərəkətləri icra etmişdir. Hansı ki, cavabdeh torpaq sahəsini onun atası tərəfindən ona təqdim olunduğunu və torpaq sahəsinin mübahisəli olduğunu notariusa bildirmədən, nəticədə AR MM- nin 1246, 1247, 1248-ci maddələrin və digər normaların tələbləri pozulmaqla, 2022-ci ildə məqsədli və qərəzli hərəkət edilmişdir. Hansı ki, altı ay müddətində mirası qəbul etmədiyi halda, mirasa dair hüququnu məhkəmə qaydasında tanıda bilərdi. Cavabdeh bununla kifayətlənməyərək qeyd olunan torpaq sahəsi ilə əlaqədar mübahisənin mövcud olmasına baxmayaraq, Bakı şəhərindəki 19 saylı notarial ofisində əmlakı digər bir şəxsə məqsədli surətdə satmaqla, vicdanlı alıcı obrazını yaratmışdır. Çünki cavabdeh bilirdi ki, mərhum atası ilkin torpaq mülkiyyətçisi olaraq torpaq sahəsini sadə yazılı müqavilə qaydasında 2004-cü ildə başqasına satmış, həm də ona məxsus olmuş torpaq sahəsindən Bələdiyyənin xeyrinə atası 2005-ci ildə imtina etmişdir. Onun torpaqdan imtinası əsas götürülməklə, onun adıına Bələdiyyə öz qərarı ilə 2005-ci ildə alqı-satqını rəsmiləşdirmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-1075/2022 saylı qanuni qüvvə almış qətnaməsi, eyni tərəfiər arasında olmuşdur. Məhkəmə qətnaməsi əsasında onun “Torpaq sahəsindən çıxarılma və evdən maneəsiz istifadə” tələbi üzrə işə baxılarkən aşağıdakılar Məhkəmə tərəfindən müəyyən olunmuşdur. Belə ki, iiş materiallarında olan JN-479A KOD 41017018 saylı torpağın mülkiyyətə verilməsinə şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekab. 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X18 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli 14 saylı prtokolundan Çıxarışdan görünür ki, X15 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsi özünün imtina və razılıq ərizəsinə əsasən ləğv edilməsi, Çuxuryurd Bələdiyyəsinə daxil olmuş ərizəsini onunla əlaqədar komissiya tərəfindən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktını və dövlət rüsmunu ödəməsini nəzərə alıb X19 həmin 0,12 ha həyətyanı torpaq sahəsini təhkim edilməsi qərara alınmışdır. İş materiallarında olan torpaqların alqısatqısına dair aktdan görünür ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi X1. İş materiallarında olan xx.xx.2005-ci il tarixli kassa mədaxil orderi qəbzindən görünür ki. İddiaçı alqı-satqı yolu ilə 0,12 ha həyətyanı torpaq sahəsi üçün 300000 manat ödəmişdir. İş materiallarında olan Şamaxı rayon Məlhəm Bələdiyyəsinin məhkəmənin sorğusuna 22 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki. Aqrar İslahat Komissiyasının Şamaxı rayonunun Çuxuryurd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə 479 nömrə ilə X18 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Sonradan keçmiş Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı protokolundan məlum olur ki, X25 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün bələdiyyə fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq həmin torpaq sahəsi X19 təhkim edilmişdir. Lakin qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərində coğrafi yerləşməsi və tərtib edilmiş sxeminin bələdiyyənin mövcud arxivində aşkar edilmədiyi üçün həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mövcud tikilidə yaşayış olmadığı üçün kimin tərəfindən tikildiyi məlum deyildir. 2005-ci ildən bu günə kimi qeyd olunan torpaq sahəsinə dair torpaq vergisi hər hansı bir şəxs tərəfindən ödəniş edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X15 vərəsələri X30, Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X18 verilmiş **********30 reystr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reystrindən reyestr nömrəsi **********30, qeydiyyat tarixi 13.04.22 olan Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini xx.xx.2022- ci il tarixdə X7. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X18 0,12 ha torpaq sahəsi verilmişdir. Daha sonra X25 həmin torpaq sahəsini X20, o isə X5. Lakin torpaq sahəsi satılarkən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində iddaçı tərəfindən iki mərtəbəli ev tikilmişdir. Həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. 2018-ci ildə X25 vəfat etmiş, 2022-ci ildə isə Cavabdeh həmin torpaq sahəsini mülkiyyətinə keçirərək satmışdır. İddiaçı hazırda həmin torpaq sahəsində yerləşən tikdirdiyi evdən istifadə edə bilmir.

15. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-531/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 27.000 manat vəsaitin, illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 21.600 manat əldən çıxmış fayda, torpağın alışına ödənilmiş 1.400 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla), həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1497,25 manatın və bələdiyyəyə torpağın alqı-satqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat əldən çıxmış fayda olmaqla, vurulmuş zərərin əvəzi və ödənilmiş 105,78 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Fərid Yaqubov).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 449.1, 449.2, 449.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(074)-531/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmır. Belə ki, iş materiallarında olan JN-479A KOD 41017018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X18 0,12 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdehin atasına verilmişdir. Bu işin mübahisəsiz halıdır. İş materiallarında olan Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli 14 saylı protokolundan Çıxarışdan görünür ki, X15 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsi özünün imtina və razılıq ərizəsinə əsasən ləğv edilməsi, Çuxuryurd Bələdiyyəsinə daxil olmuş ərizəsini onunla əlaqədar komissiya tərəfindən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktını və dövlət rüsmunu ödəməsini nəzərə alıb X19 həmin 0,12 ha həyətyanı torpaq sahəsini təhkim edilməsi qərara alınmışdır. Məhkəmə bu halı araşdırmamışdır. X9 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsinə dair onun özünün imtina və razılıq ərizəsi olmamışdır. Belə olan halda həmin torpaq sahəsinin iddiaçıya satılmasına hansı əsas ola bilərdi. Yəni həmin torpaq sahəsi cavabdehin atasının adına olub və satılmamışdır. Tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə olmadığı halda iddiaçı həmin torpaq sahəsində necə tikinti işləri apara bilərdi? Hesab edirəm ki, məhkəmə bu halları araşdırmalı idi. Çünki iddiaçı iddia edir ki, guya həmin torpaq sahəsini alıb və orda ev tikmişdir. İşdə rəsmi hər hansı bir sənəd olmadığı halda məhkəmə qətnamə qəbul edərək, cavabdehdən əsassız olaraq pul vəsaiti tutur. Cavabdehin atasına məxsus torpaq sahəsində ev tikməsini iddiaçıya kim icazə vermişdir? Bunu kim təsdiq edir? Təbii ki, iddiaçı yalan ifadə verən şahidlərin vasitəsilə cavabdehdən əsassız olaraq pulun tutulmasına nail olub və əsassız olaraq varlanıb (digər məhkəmə iclasına ifadə verən şahidlər). İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi X1. Yuxarıda qeyd etdiyi kimi məhkəmə cavabdehin atasının razılıq və imtinasını araşdırmadığı halda bu nəticəyə gəlmişdir. Cavabdehin atasının adına olan torpaq sahəsini Şamaxı rayon Çuxuryurd X4 necə sata bilərdi? Məhkəmə bu halları niyə araşdırmamışdır? Axı iddiaçının tələbi məhz həmin torpaq sahəsindən qaynaqlanır. İş materiallarında olan Şamaxı rayon Məlhəm Bələdiyyəsinin arayışından görünür ki, Aqrar İslahat Komissiyasının Şamaxı rayonunun Çuxuryurd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə 479 nömrə ilə X18 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Sonradan keçmiş Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı protokolundan məlum olur ki, X25 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün, bələdiyyə fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq, həmin torpaq sahəsi X19 təhkim edilmişdir. Lakin, qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərində coğrafi yerləşməsi və tərtib edilmiş sxeminin bələdiyyənin mövcud arxivində aşkar edilmədiyi üçün, həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mövcud tikilidə yaşayış olmadığı üçün kimin tərəfindən tikildiyi məlum deyildir. 2005-ci ildən bu günə kimi qeyd olunan torpaq sahəsinə dair torpaq vergisi hər hansı bir şəxs tərəfindən ödəniş edilməmişdir. Göründüyü kimi bələdiyyə alqı-satqı etdiyi həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən edə bilmədiyi barədə arayış vermişdir. Belə olan halda bələdiyyə həmin torpaq sahəsini necə sata bilərdi? Hazırkı vəziyyətdə iddiaçı və bələdiyyənin əlbir olması açıq-aydın görünür. Məhkəmə isə bu halları araşdırmadan qərar qəbul edir. Cavabdehin atası torpaq sahəsindən necə imtina edib ki, həmin torpaq sahəsinə dair cavadehin oğlu çıxarış alır? Bütün bu sulların hamısı cavabsız qalmış və məhkəmə bu halları araşdırmamışdır. Hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar aydınlaşdırılmalıdır. Çünki birinci instansiya məhkəməsi işdə olan guya X25 tərəfindən yazılmış və imzalanmış əlyazmanın kimin tərəfindən yazılmasını və imzalanmasını belə araşdırmamışdır. Halbuki həmin əlyazmanın kimin tərəfindən yazıldığı və imzalandığı müəyyən olunsaydı o zaman bütün bu məsələlərə aydınlıq gələrdi. Bu barədə ekspertiza keçirilməsini tələb etsək də, məhkəmə ekspertizanın keçirilməsini təmin etməmişdir. İş materiallarında olan xx.xx.2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X15 vərəsələri X30, Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X18 verilmiş **********30 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********30, qeydiyyat tarixi xx.xx.2022 il olan Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə X7. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin təqdim edilmiş ölçülərə və fototəsvirlərə əsasən, 2007-ci il tarixinə bazar dəyəri 27.000 manat təşkil etmişdir. Ekspert rəyi ilə də razı deyil. Çünki həmin ev iddiaçı tərəfindən yox, cavabdeh tərəfindən tikilmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən maneəsiz istifadə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X18 0,12 ha torpaq sahəsi verilmişdir. Daha sonra X25 həmin torpaq sahəsini X20, o isə X5. Lakin, torpaq sahəsi satılarkən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində iddaçı tərəfindən ikimərtəbəli ev tikilmişdir. Həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. 2018-ci ildə X25 vəfat etmiş, 2022-ci ildə isə Cavabdeh həmin torpaq sahəsini mülkiyyətinə keçirərək satmışdır. İddiaçı hazırda həmin torpaq sahəsində yerləşən tikdirdiyi evdən istifadə edə bilmir. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, guya X25 həmin torpaq sahəsini X20, o isə X5. Göründüyü kimi digər məhkəmə aktında iddiaçının həmin torpaq sahəsini X14 aldığı müəyyən olunmuşdur. Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı protokolundan məlum olur ki, X25 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün, bələdiyyə fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq, həmin torpaq sahəsi X19 təhkim edilmişdir. Lakin bu ziddiyyətli hal da məhkəmə tərəfindən araşdırılmamışdır. X44 həmin torpaq sahəsini X2, niyə həmin torpaq sahəsin dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır? X10 həmin torpaq sahəsini X3, niyə bu barədə alqı-satqı müqaviləsi bağlanmamışdır? Buna nə mane olurdu? X28 torpaq sahəsini almaq üçün pul vəsaitini X20 ödədiyi halda niyə cavabdehdən tələb edir??? Niyə məhkəmə həmin pul vəsaitini cavabdehdən tutur??? Belə çıxır ki, X27 iddiaçını aldadıb və ona məxsus olmayan torpaq sahəsini, yəni cavabdehin atasına məxsus olan torpaq sahəsini iddiaçıya satmışdır. Belə olan halda iddiaçıya maddi ziyanı kim vurub? Təbii ki, X27. Çünki cavabdehin atası torpaq sahəsini kiməsə satmamışdır və torpaq sahəsində evi özü tikmişdir. Bundan əlavə qətnamədən görünür ki, həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. Belə olan halda iş üzrə əsl İddiaçı necə ola bilər? Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bunun nəticəsində də iddiaçı əsassız olaraq varlanmış və cavabdeh isə əksinə olaraq maddi ziyana düşmüşdür. Əgər qətnamə qüvvədə qalarsa iddiaçı əsassız olaraq varlanmış olacaq. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş zərərlə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə sadəcə hesab etmişdir ki, həmin evi iddiaçı tikib və bu əsasla da iddianı təmin etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Lakin məhkəmə iddia tələbini təmin etmişdir. Cavabdehin və ya onun atasının həmin torpaq sahəsini iddiaçıya satması və orada hər hansı bir tikilinin tikilməsinə dair razılığı yoxdur. Belə olan halda həmin tikilinin iddiaçı tərəfindən tikilməsini sübut edən hər hansı bir mötəbər sübut yoxdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq Şamaxı Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsi qanuni və əsaslı olduğu üçün, apellyasiya şikayətini təmin etmədən qətnaməni qüvvədə saxlamağı xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim olunmuş apellyasiya şikayətində mübahisələndirilən məsələlər Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(074)-1075/2022 saylı qətnaməsi əsasında məhkəmə tərəfindən müəyyən olunmuş məsələlər ilə əlaqədardır. Belə ki, eyni tərəflər arasında eyni predmet, yəni torpaq sahəsi ilə əlaqədar mübahisə üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 1075/2022 saylı qətnaməsi əsasında müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi cavabdehin atasına məxsus olub. Həmin torpaq sahəsi cavabdehin atası tərəfindən hazırkı iddiaçıya faktiki olaraq satılmış və torpağa dair sənədlərin əsl nüsxələri hazırkı iddiaçıya təqdim olunmaqla, torpaq sahibi aldığı pulun müqabilində torpaq sahəsindən Bələdiyyənin xeyrinə imtina etmişdir. Bununla əlaqədar torpağın sahibi olaraq cavabdehin atası Bələdiyyəyə ərizə təqdim etmişdir. Cavabdehin atası mərhum X25 “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında ona məxsus olan torpaq sahəsindən imtina etdiyi üçün, Bələdiyyə öz qərarı əsasında torpaq sahəsini hazırkı iddiaçıya təqdim etmişdir. Hazırkı iddiaçı bu torpaq sahəsində 2007-ci ildə 2 (iki) mərtəbəli fərdi ev tikmişdir. Fərdi evin tikintisinə böyük məbləğdə pul xərcləmişdir. Beləliklə iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş apellyasiya şikayəti əsasında mübahisələndirdiyi məsələlər Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(074)-1075/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar ilə əlaqədardır. Həmin Məhkəmə prosesində cavabdehin iştirakı ilə qəbul edilmiş qətnamə qanuni qüvvə almışdır. Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(074)-531/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən mübahisələndirdiyi məsələlər qanuni qüvvəyə minmiş 1075/2022 saylı Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallarla əlaqədardır. Cavabdehin həmir qanuni qüvvə almış Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazırkı iş üzrə apellyasiya şikayəti qaydasında mübahisələndirməsi əsassızdır. Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 531/2023 saylı qətnamənin qəbul edilməsi üçün, hüquqi əsası məhz Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-1075/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar olmuşdur. Cavabdeh həmin məhkəmə aktı ilə müəyyən edilmiş hallarla razılaşaraq qətnaməni aldıqdan sonra, ondan şikayət verməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraza uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

23. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

24. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

27. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

28. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

30. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

31. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

36. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

37. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

45. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-531/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

49. Bu səbəbdən kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 21600 manat əldən çıxmış fayda, torpağın alışına ödənilmiş 1400 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla), həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1497,25 manatın və bələdiyyəyə torpağın alqı-satqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat əldən çıxmış fayda olmaqla, vurulmuş zərərin əvəzi və ödənilmiş 55 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı və iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Belə ki, X17 Cavabdeh qarşı “torpaq sahəsindən və evdən maneəsiz istifadə” tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən maneəsiz istifadə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X18 0,12 ha torpaq sahəsi verilmişdir. Daha sonra X25 həmin torpaq sahəsini X20, o isə X5. Lakin, torpaq sahəsi satılarkən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən iki mərtəbəli ev tikilmişdir.

52. Hazırda iddiaçı cavabdehin mülkiyyətində olmuş torpaq sahəsi üzərində özünün sahibliyində olan müddətdə inşa edilmiş tikiliyə sərf etdiyi xərclərini və bununla bağlı digər pul vəsaitlərini tələb edir. Bununla belə, iddiaçı tərəfindən inşa edilmiş tikilinin özgəninkiləşdirilmiş torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır.

53. Həmin hal qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində öz əksini tapmışdır.

54. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

55. Kollegiya həmin tikintiyə xərclənmiş pul vəsaitini müəyyən etmək üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-212/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin obyektə baxışda cavabdeh iştirak etmədiyindən və tədqiqat obyektinin qapısı bağlı olduğundan, baxışın keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır.

56. Belə olan halda kollegiya hesab edir ki, hazırkı mülki iş üzrə MPM-nin 97.5-ci maddəsi tədbiq edilməlidir. Həmin maddənin məzmunundan görünür ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

56. Kollegiya həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir.

57. Belə ki, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.

58. Belə olan halda tərəflər arasındakı “tikintiyə xərclənmiş pul vəsaiti”nə dair mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

59. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,

2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, birinci instansiya məhkəməsi “fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 27000 manat vəsaitin” cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması hissəsində düzgün nəticəyə gəlmişdir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə qismən razılaşaraq, hesab edir ki, iddia “illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 21600 manat əldən çıxmış fayda, torpağın alışına ödənilmiş 1400 ABŞ dolları, həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1497,25 manatın və bələdiyyəyə torpağın alqı-satqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat” məbləğində pul vəsaitin tutulması hissəsində əsassız olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalıdır.

61. Kollegiya belə qənaətə gəlir ki, X28 torpaq sahəsinə görə 1400 ABŞ dolları X20 ödədiyindən, həmin pul vəsaiti və ona hesablanmış əldən çıxmış fayda hazırkı cavabdehdən tutula bilməz.

62. Kollegiya həmçinin hesab edir ki, qətnamənin iddianın təmin edilmiş “5 faiz bank uçot dərəcəsi, bələdiyyəyə ödənilmiş pul vəsaitinin tutulması” hissəsində əsassız olduğundan ləğv edilməlidir.

63. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

64. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklər yaranmadığından, iddiaçının beş faizin ödənilməsinə dair iddiası təmin oluna bilməz.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-531/2023 nömrəli qətnaməsi qismən - illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 21600 manat əldən çıxmış fayda, torpağın alışına ödənilmiş 1400 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla), həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1497,25 manatın və bələdiyyəyə torpağın alqı-satqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat əldən çıxmış fayda olmaqla, vurulmuş zərərin əvəzi və ödənilmiş 55 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın və iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar