Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2122/2022 28.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(060)-5714/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(060)-5714/2022 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Aysel adlı şəxsə qarşı cavabdehləri vərəsəlikdən məhrum etməklə onun şəxsi evindən çıxarılmasını, onlar barəsində xüsusi qərardad qəbul edilməsi, onlara, İlhaməyə və digərlərinə vurduqları zərərin ödənilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-5714/2022 nömrəli qərardadından İddiaçı verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun izah olması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(060)-5714/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Aysel adlı şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehləri vərəsəlikdən məhrum etməklə onun şəxsi evindən çıxarılmasını, onlar barəsində xüsusi qərardad qəbul edilməsi, onlara, İlhaməyə və digərlərinə vurduqları zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-5714/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Aysel adlı şəxsə qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 23 avqust 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsi 17 avqust 2022-ci il tarixli, 2(060)- 5714/2022 nömrəli qərardadından verdiyi şikayətə qanunun tələblərini pozaraq onun iştirakı olmadan baxmış və qanunsuz qərar qəbul etmişdir. Qərardadda şikayət ərizəsini geri qaytarılması göstərilsə də, şikayət ərizəsinin əsli ona qaytarılmamışdır. Hesab edir ki, hakim ona qarşı qərəzli mövqedədir. Göstərilənlərə əsasən o, məhkəməyə təqdim etdiyi iddia və şikayət ərizələrinə baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının şikayətini icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 10-1.3, 361, 363.1.5-ci maddələrinə istinad edərək göstərmişdir ki, hazırki şikayət məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və birinci instansiya məhkəməsi şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(060)-5714/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2122/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2122/2022
28.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver