Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2130/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abdulleyava Məsmə İsmayıl qızına qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(060)-3054/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(060)-3054/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Sumqayıt şəhəri, 40-cə məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməmişdir (hakim E.H.Hüseynov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(060)-3054/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin, 13 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, cavabdehlə 06 may 2006-cı il tarixdə nikahını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan uşaqları doğulmamışdır. Bu onun ikinci nikahı olmuşdur. Cavabdeh mübahisəli mənzildə formal pasport qeydiyyatındadır. Cavabdehlə mübahisəli mənzildə yaşamış, lakin sonradan aralarındakı münasibətlər pisləşdiyi üçün məhkəmənin 30 oktyabr 2020-ci il tarixli qətnaməsilə nikahı ləğv olunmuşdur. Hazırda cavabdeh bu mənzildə yaşamır, artıq uzun müddətdir ki, daimi olaraq başqa ünvana köçüb getmişdir. Mübahisəli mənzilin mülkiyyətçisi kimi o, cavabdehin həmin mənzildə qeydiyyatda qalmasına razı deyil, buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə onun iddiasını rədd edərkən ona istinad etmişdir ki, guya mübahisəli mənzil tərəflərin birgə mülkiyyətindədir və cavabdehin bu mənzildə payı mövcuddur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarını əks etdirmir və həqiqətə uyğun deyildir. Belə ki, onun mülkiyyətində daha əvvəllər başqa mənzil olmuşdur. Sumqayıt şəhəri, 5-ci mkr., ev 53, mənzil 61. AN-İ ******* saylı, 30 may 2006-cı il tarixli alqı-satqı müqaviləsilə o, o cümlədən övladları Turanə, Ramil və Esmira həmin mənzili 28928 manata X2 və elə həmin il, cəmi 10 gün sonra, bu vəsaitdən istifadə edərək 09 iyun 2006-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən o, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3, mənzil 13-ü 20250 manata X4 almışdır. Mübahisəli mənzil tarix baxımından 06 may 2006cı il tarixdə, cavabdehlə nikahda olduğu zaman əldə edilsə də burada birgə vəsaitdən söhbət gedə bilməz. Necə ola bilər ki, onlar 06 may 2006-cı il tarixdə nikaha girərək cəmi 1 aya 20250 manat əldə etmişlər. İşə baxan məhkəmə bu incə nüansa diqqət yetirməmiş və səhv nəticəyə gəlmişdir. Buna görə də məhkəmənin Ailə Məcəlləsinin 32 və 36- cı, habelə Mülki Məcəllənin 225.1-ci maddəsinə əsaslanması və iddianı rədd etməsi tamamilə qanunsuzdur. MH ******* saylı, 15.07.2006-cı il tarixli reyestrdən çıxarışa əsasən Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3, mənzil 13 onun tam mülkiyyətindədir. O, bu mənzilin artıq 15 ildir ki, mülkiyyətçisidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı nikahın 2006-cı ildə bağlanmasına, mübahisəli mənzilin də 2006-cı ildə əldə edilməsinə əsasən hesab edir ki, hazırkı iddiasına Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun cavab verilməlidir. Qeyd edir ki, cavabdehin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda bu mənzildən istifadə ilə bağlı mülkiyyətçi kimi onunla cavabdeh arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma da yoxdur. Nikahlarına 30 oktyabr 2020-ci ildə xitam verildiyindən, o cümlədən cavabdeh uzun müddətdir ki, münahisəli mənzili tərk edərək daimi başqa ünvana köçdüyündən hesab edir ki, onun buradakı istifadə hüququ itirilmişdir. Bu faktı cavabdehin özü də qəbul edir, lakin mübahisəni araşdıran məhkəmə onun iclasda iştirakını təmin etməmiş, iddiaya münasibətini belə öyrənməmişdir. Bu da ciddi prosessual pozuntudur. Hazırkı halda hesab edir ki, cavabdehin mübahisəli mənzildə vaxtilə qeydiyyatının olmasına əsaslanması və buna görə də oradan hələ də istifadə hüququna malik olması dəlili əsassızdır və bu hal mənzilin mülkiyyətçisi kimi onun hüquqlarının kobud şəkildə pozulması mənasına gəlir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(060)-3054/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də cavabdeh məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş matertiallarında olan Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin, 13 saylı mənzilində pasport qeydiyyatındadır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15.07.2006-cı il tarixli çıxarışından görünür ki, Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin, 13 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz əmlakın 09 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin, 13 saylı mənzili iddiaçı tərəfindən əvəzli olaraq, yəni pul ödənilməklə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2729/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06.05.2006-cı ildə bağlanmış nikah pozulmuşdur. Müəyyən olunmuşdur ki, iddiaçı Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin, 13 saylı mənzilin çıxarışa əsasən mülkiyyətçisidir, cavabdeh isə onun keçmiş arvadıdır. Cavabdehlə aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2729/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh həmin mənzildə yaşamır və pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən müddəalarına görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab etmişdir ki, tərəflər 06 may 2006-cı ildə nikaha daxil olmuşlar, mübahisəli mənzil 15.07.2006-cı ildə alınmış, tərəflər arasında olan nikah isə 30 oktyabr 2020-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi qeyd edilən mənzil nikah dövründə alınmışdır və cavabdehin ümumi əmlakın bölünməsinə dair 3 illik iddia hüququ vardır. İddiaçının ümumi birgə mülkiyyət hüququ üzrə ona məxsus əmlakla bağlı hərəkət etməyə subyektiv hüququ məhduddur, bunula yanaçı sözügedən əmlak iddiaçı ilə cavabdehin ümumi mülkiyyətidir. Ona görə də iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh Sumqayıt şəhəri, 40-cə məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Bundan başqa iddiaçının apelyasiya şikayətinə əlavə etdiyi AN-İ № 0075613, 30.05.2006cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı (övladları ilə birlikdə) mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 53 saylı evin 61 saylı mənzilini 30.05.2006-cı il tarixdə 28.928 manata X1. Bununla apelyant qeyd edir ki, mübahisəli mənzil cavabdehlə nikah bağlanmamışdan öncə, digər mənzilin satılmasından əldə olunan vəsait hesabına alınmışdır. Ona görə də iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən apelyasiya şikayətində istinad etdiyi alqı-satqı müşqaviləsi birinci instansiya məhkəməsində təqdim olunmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil iddiaçı ilə cavabdeh arasında nikah bağlanmadan öncə alınsa belə tərəflər arasında nikah bağlandıqdan sonra cavabdeh iddiaçının ailə üzvü kimi onun mülkiyyətində olan mənzilə onun razılığı ilə köçərək yaşamaqla yaşayış hüququ əldə etmişdir. Ona görə də məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinəəsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(060)-3054/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2130/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2130/2021
06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver