Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2136/2020 27.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: X7 (Babayeva), Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X8 və X5 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın qismən təmin edilməsi, İddiaçı azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X13 ilə birlikdə ünvan 1 ünvanda yerləşən cavabdehlər Cavabdeh, X6 və X4 yaşadıqları evə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh ilə birgə nikahından olan uşaqları ilə birlikdə ünvan 1 fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Gəlin kimi cavabdehin yaşadığı ünvan 2 ünvanda yaşamış və həmin evə qeydiyyata düşmüşdür. Birgə nikahlarından xx.xx.2009-cu ildə Kənan, xx.xx.2013-cü ildə isə Ayhan adında uşaqlarımız doğulmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdehin təkidi və məcburiyyəti nəticəsində yaşadıqları evdən məcbur çıxaraq uşaqlarla birlikdə valideynlərinin yanına qayıtmışdır. Hazırda valideynlərinin yanında yaşamaq və uşaqlarının mənafeyinə uyğun şərait qurmaq imkanı yoxdur. Cavabdeh bununla əlaqədar üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Uşaqların harada yaşaması barədə maraqlanmır. Halbuki onların doğulduqları evdə yaşamaq və orada böyümək hüquqları vardır. Lakin cavabdeh buna imkan vermir. Hesab edir ki, onlar həmin evə köçürülməli və orada yaşamaq hüququları bərpa edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddiasında yaşamaq yeri olmadığını və ata evinə getdiyini bildirmişdir. Lakin iddiaçı ilə o, 2010-cu ildə özlərinə məxsus olan 5 sot torpaq sahəsində tikidiyi evdə məskunlaşmış və hazırda iddiaçı həmin evdə yaşayır. Onlar hal-hazırda mülkiyyətində olan Quba rayonu Dəvədabani yaşayış massivində artıq demək olar ki, 1 ilə yaxındır ailəsi ilə birlikdə həmin evdə qalırlar. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(027)-2008/2019 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı N.Ə.Piriyeva (Babayeva) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər N.Cavabdeh və S.S.Babayeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, tərəflərin yaşadığı fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdehlə 2008-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan X12 xx.xx.2009-cu il tarixdə və X11 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. İşdə olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1684/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Quba rayon Şuduq İƏV-də bağlanmış 02 nömrəli nikah qeydinin pozulması və uşaqların analarının yanında qalması qət edilmişdir. İş materiallarında olan İddiaçı, K.Cavabdeh və A.Cavabdehavin şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların yaşayış yeri ünvan 3 ünvandır. İşə əlavə edilmiş DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, arxiv sənədlərində Quba şəhəri, S.Vurğun küçəsi, ev 56 A ünvanında yerləşən fərdi yaşayış evinə Quba rayon Tİ və MHQ idarəsi tərəfindən texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Həmin texniki pasportda R.S.Babayevin adı qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd olunan evə dair texniki pasport aşkar edilsə də, evin qeydiyyat sənədi yoxdur. Yəni evə dair hazırda mülkiyyət sənədi mövcud deyildir. Lakin cavabdehlər faktiki olaraq həmin evdə yaşayırlar və texniki pasportda R.S.Babayevin adı qeyd edilmişdir. İddiaçı uşaqları ilə birlikdə həmin evə köçürülməsini və evdən istifadə hüququnun tanınmasını xahiş edir. Cavabdehlər isə qeyd olunan iddia tələbinə öz etirazlarını bildirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»-nda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası Cavabdeh 2010-cu ildən özlərinə məxsus olan 5 sot torpaq sahəsində tikdiyi evdə məskunlaşması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 1 cavabdehlərin yaşadığı fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları dövrdə onların faktiki istifadələrində olmuşdur. Evə dair mülkiyyət hüququ qeydə alınmasa da, daha öncə qeyd olunduğu kimi mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur. Məhkəmə hesab edir ki, “qanuni gözləntiyə” malik hesab olunan cavabdehlər qeyd olunan əmlakın sahibi hesab olunur. Uşaq hüquqları haqqında BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 16.1ci maddəsinə əsasən heç bir uşaq onun şəxsi həyat, ailə həyatı, mənzil toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşına və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz qəsd obyekti ola bilməz. Uşaq hüquqları haqqında xx xxx 1998-ci il tarixli Azərbaycan Respublikası qanunun 20.1-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadagan edir. Nəzərə aalınmalırdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə hesab edir ki, 2008-ci ildə iddiaçının Cavabdeh ilə nikaha daxil olaraq, həmin ildə cavabdehlərin yaşadığı ünvan 1 evə köçərək, iki uşağı ilə birgə həmin evdə yaşaması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli olan evə köçürülməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Bundan başqa yetkinllik yaşına çatmayan uşaqlar analarının yanında olmaqla, onun himayəsində yaşayırlar. Həmin uşaqların yaşayış yeri iddiaçının yaşayış yeri sayıldığından, onlar da mübahisəli evə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, iddiaçının mübahisəli evə özünün və uşağlarının istifadə hüququnun tanınmasını tələb etsə də, iş materiallarından görünür ki, qeyd olunan yaşayış evinin heç bir qanuni sənədi yoxdur. Buna görə də, iddiaçının yaşayış sahəsində istifadə hüququnun tanınması tələbi əsassız və təmin edilməməsini məhkəmə kollegiyası düzgün hesab edir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(027)-2008/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2136/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2136/2020
27.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver