Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2144/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(060)-91/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(060)-91/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüquqlarının itirilməsi və qeydiyyatda olan şəxslərin yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia təmin edlib, İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evində qeydiyyatda olan 19.02.1995-il tarixdə anadan olmuş Cavabdeh1 (Şəxsiyyət vəsiqəsi: AZE 8108938), xx.xx.1996-cu il tarixdə anadan olmuş Cavabdeh1 (Şəxsiyyət vəsiqəsi: AZE ********), xx.xx.1966-cu il tarixdə anadan olmuş X6 (Şəxsiyyət vəsiqəsi: AZE 23.12.1949), 01.05.1940-cı il tarixdə anadan olmuş Cavabdeh2 (Şəxsiyyət vəsiqəsi: AZE ********), xx.xx.1964-cü il tarixdə anadan olan Cavabdeh4 (Şəxsiyyət vəsiqəsi: AZE ********) və Cavabdeh5 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə həmin yaşayış sahəsindən çıxarılmaları, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021ci il tarixli, 2(060)-91/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-cı il tarixli, 2(105)-1254/2018 saylı məhkəmə qətnaməsi ilə X8 və “’İddiaçı” ASC arasında bağlanmış 08 may 2015-ci il tarixli, 07/5470/İBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X8, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 125627,22 ABŞ dolları əsas borc, 28531,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 154158,94 ABŞ dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul vəsaiti tutularaq İddiaçıASC-yə ödənilməsi, tutma ipoteka predmeti olan Cavabdeh5 tam mülkiyyət hüququ ilə məxsus olan AZ5021 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küşəsi 3 ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 352,9 kv.m ibarət olan, 7 otaqlə fərdi yaşayış evinə və Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh5 tam mülkiyyət hüququ ilə məxsus olan AZ5021 ünvan 3 ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 352,9 kv.m ibarət olan, 7 otaqlı fərdi yaşayış evinin bazar qiyməti 195000 manat, Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evin bazar qiyməti 120000 manat müyyən edilməsi, fərdi yaşayış evləri açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına ümumilikdə 154158,94 ABŞ dolları məbləğində borc ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı ASC-yə olan borcunun ödənilməsinə, qalan vəsait isə cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qaytarılması qət etmişdir. Qanuni qüvvəsini almış qətnamənin icrası məqsədi ilə Ədliyyə Nazirliyinin Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən icra tədbirlərinə başlanılmış və 24.07.2019-ci il tarixdə “xxxx” MMC tərəfindən keçirilən təkrar hərracda ipoteka saxlayan İddiaçı ASC “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.7-ci maddəsinə əsasən satış predmetləri olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evini 76500 manata məbləğində almışdır. Əmlaka dair hərrac Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən həyata keçirilmişdir. Hərracın nəticələrinə əsasən 24.07.2019-cu il tarixli, Y-200 “Hərracın nəticələri haqqında” yekun protokolar tərtib edilmiş, eyni zamanda hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanunun 8-ci maddəsinə və Mülki Məcəllənin 139-1ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evinə dair çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş və qeyd edilən qurum tərəfindən 30.08.2019-cu il tarixli, qeydiyyat nömrəsi **********9 olan Çıxarış təqdim edilmişdir. Həmin çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəs.,73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evinin İddiaçı ASC-nin xüsusi mülkiyyətində olması göstərilmiş və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrində **********43-10301 nömrəsi ilə qeydiyyata alındığı göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında 19.02.1995-il tarixdə anadan olmuş Cavabdeh1 (Şəxsiyyət vəsiqəsi: AZE 8108938), xx.xx.1996-cu il tarixdə anadan olmuş Cavabdeh1 (Şəxsiyyət vəsiqəsi: AZE ********), xx.xx.1966-cu il tarixdə anadan olmuş X6 (Şəxsiyyət vəsiqəsi: AZE 23.12.1949), 01.05.1940-cı il tarixdə anadan olmuş Cavabdeh2 (Şəxsiyyət vəsiqəsi: AZE ********), xx.xx.1964-cü il tarixdə anadan olan Cavabdeh4 (Şəxsiyyət vəsiqəsi: AZE ********) qeydiyyatdadırlar və həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin məktubuna əsasən bu ünvanda Cavabdeh5 da qeydiyyatdadır. Hesab edirlər ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir, bu zaman mülkiyyətçi olaraq İddiaçı ASC-nin həmin yaşayış sahəsində olan qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və onları yaşayış sahəsindən çıxartmaq hüququ var. Ona görə də, İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evində qeydiyyatda olan 19.02.1995-il tarixdə anadan olmuş Cavabdeh1 (Şəxsiyyət vəsiqəsi: AZE 8108938), xx.xx.1996-cu il tarixdə anadan olmuş Cavabdeh1 (Şəxsiyyət vəsiqəsi: AZE ********), xx.xx.1966-cu il tarixdə anadan olmuş X6 (Şəxsiyyət vəsiqəsi: AZE 23.12.1949), 01.05.1940-cı il tarixdə anadan olmuş Cavabdeh2 (Şəxsiyyət vəsiqəsi: AZE ********), xx.xx.1964-cü il tarixdə anadan olan Cavabdeh4 (Şəxsiyyət vəsiqəsi: AZE ********) və Cavabdeh5 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 31 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında yerləşən yaşayış evini birgə nikah dövründə özü almış və arvadı Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Qardaşı İddiaçı ASC-dən kredit almış və 08 may 2015-ci il tarixdə İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün ipotekaya qoyulmuşdur. Onun bu ipoteka müaviləsindən məlumatı olmamışdır. Halbuki yaşayış evi ipoteka ilə yüklü edilərkən onun və yetkinlik yaşına çatmış uşaqlarının razılığı alınmalı idi. Bu günə kimi notariat orqanına yalnız etibarnamə vermək və almaq üçün getmişdir. İddiaçı tərəfindən kreditin onun tərəfindən ödənilməsinə və ya evin onun tərəfindən satılmasına imkan verilməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.R.Həsənov apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11, Cavabdeh4 və Cavabdeh5 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh H.Ə.Musayev apelyasiya şikayəti vermiş, digər cavabdehlər apelyasiya şikayəti verməmişlər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ancaq Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(060)-820/2017 saylı qətnaməsi ilə “İddiaçı" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh X8 arasında bağlanmış 08 may 2015-ci il tarixli, 07/5470/İBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 125.627.22 ABŞ dolları məbləğində əsas və 28.531.72 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 154.158 (bir yüz yüz əlli dörd min bir yüz əlli səkkiz) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmalar Cavabdeh5 məxsus AZ 5021 Sumqayıt şəhəri, Coral qəsəbəsi, Zəminə Həsənova küçəsi 3, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.m-yaşayış sahəsi, 115.3 kv.m-yardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinə və Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə 72B ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, İ mərtəbəli, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 3, 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaq11, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.m-yaşayış sahəsi, 115.3 kv.m- yardımçı sahəsi) olan, 25 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 165.000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi. 73-cü məhəllə, 72B ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti isə 85.500 manat müəyyən edilməsi, fərdi yaşayış evləri açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına ümumilikdə 154.158 (bir yüz yüz əlli dörd min bir yüz əlli səkkiz) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla “xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsait isə cavabdahlər Cavabdeh5 və Cavabdeh4 qaytarılması, iddia qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul cavabdchlər X3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər X3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2018-ci il tarixli, 2(105)- 1254/2018 saylı qətnaməsi ilə cavabdeh tərəfin verdiyi apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.m-yaşayış sahəsi; 115.3 kv.m-yardımçı sahəsi) olan, 25 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 195000 manat, Cavabdeh4 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 7213 ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, İ mərtəbəli, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evinin bazar qiyməti 120 000 manat müəyyən edilməsi, 1ətnamə qalan hissələrdə, yəni cavabdeh X8 ilə "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 08 may 2015-ci il tarixli, 07/5470/İBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X8, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 125.627,22 ABŞ dolları məbləğində əsas və 28.531,72 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 154.158 ABŞ dolları 94 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh5 məxsus ünvan 3 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.m-yaşayış sahəsi; 115.3 kv.myardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinə və Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, İ mərtəbəli, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evlərinin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına ümumilikdə 154.158 ABŞ dolları 94 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla “xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə cavabdchlər Cavabdeh5 və Cavabdeh4 qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehlər X2, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun cavabdehlər X2, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə kkspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə 24.07.2019-cu il tarixli müqavilənin surətindən müəyyən edilir ki, Cavabdeh4 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 0,06 ha torpaq sahəsində yerləşən ev 72B-nin qiyməti 120000 (bir yüz iyirmi min) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7ci maddəsinə əsasən “xxxx” ASC 76500 (yetmiş altı min beş yüz) manata əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0915438 saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72B xüsusi mülkiyyət hüququ üzrə “xxxx” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli,30.08.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(005)1380/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə, X10 və X4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 4 nömrəli notariat ofisinin xüsusi notariusu X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və evin yüklülükdən azad edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli, 2(103)6695/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(005)-1380/2020 nömrəli qətnaməsi iddiaçı Cavabdeh2 apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən 11.12.2019-cu il tarixli “çıxarış”ın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 73, ev 72B-də qeydiyyatdadırlar. AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh5 Sumqayıt şəhəri, məhəllə 73, ev 72B-də qeydiyyatdadır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və X8 arasında 08 may 2015-ci il tarixli, 07/5470/İBK saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evi ipoteka müqaviləsinə əsasən bank qarşısında ipotekaya qoymuşdur. Borc ödənilmədiyindən bank məhkəməyə müraciət etmiş, kredit borcu ipoteka predmeti olan əmlaka yönəldilmiş və banka olan kredit borclarının ödənilməsi müəyyən edilmişdir. Sözügedən mənzil hərracın yekunlarına dair çıxarışa əsasən bankın mülkiyyətinə keçmiş, bankın adına müvafiq çıxarış alınmışdır. Bank mülkiyyət hüququnun təmin edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət edib, evin boşaldılmasını və orada qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılması və mənzilin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı bank mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyanla birlikdə digər ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər və ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldilmiş, iddiaçı bank evi açıq hərracdan almış və mübahisəli ev tam mülkiyyət hüququ ilə iddiaçı bankın mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi nəticəsinə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, mənzil iddiaçı bankın mülkiyyətində olduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlərin İddiaçı ASC-nin mülkiyyətində olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 B ünvanında xüsusi mülkiyyət olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m ibarət olan, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması, yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməli olduğu nəticəyə gəlmişdir. Cavabdeh1 iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də, onun apelyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(060)-91/2021 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2144/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2144/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver