Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2158/2021 20.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-70/2021 saylı qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi və vəkili X16 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-70/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim B.Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi və vəkili X16 apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və ona məxsus cehiz əşyalarının onun mülkiyyətindəki Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin və ona məxsus cehiz əşyalarının, o cümlədən qonaq otağı mebel dəstinin (qorkanın, kamodun, masanın və 6 ədəd stulun), şüşə televizor altlığının, 1 ədəd "Samsung" markalı televizorun, şüşə materialdan olan jurnal masasının, Türkiyə istehsalı olan "Saloğlu" markalı divanın, Türkiyə istehsalı olan yataq otağı mebel dəstinin (taxtın, şifonerin, tirmonun və 2 ədəd tumbanın), 1 ədəd "İndesit" markalı soyuducunun, servizin, qab-qacağın və mətbəx əşyalarının iddiaçının mülkiyyətindəki Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddia tələbini qalan hissədə müdafiə etməklə, iddia tələbinin həcmini cehiz əşyalarına münasibətdə artırmaqla, mübahisəli ünvandan çıxarılmalı olan əşyaların siyahısına 12 nəfərlik servizin və 1 ədəd "Siemens" markalı paltaryuyan maşının da əlavə edilməsini xahiş etmiş, eyni zamanda cavabdehin soyadının "Nəzərova" soyadına dəyişdirilməsinin nəzərə alınmasını göstərmişdir. Məhkəmə gedişatında iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının, o cümlədən qonaq otağında qalmış qorkanın, kamodun, yataq otağındakı taxtın və yataq ləvazimatlarının, habelə yorğan-döşəyin iddiaçının mülkiyyətindəki Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Siyəzən şəhəri, B.Dəmirov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evi iddiaçının tam mülkiyyətində olmaqla, sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ilə onun oğlu Həmdulla Hüseynov 20 may 2009-cu il tarixdə rəsmi nikah bağlamış, 12 iyun 2009-cu il tarixdə isə keçirilmiş toy mərasimindən sonra cavabdeh bu evə gəlin köçmüş, birgə nikahdan onların Əli adlı bir övladları doğulmuşdur. Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu, üçüncü şəxs Həmdulla Hüseynovla cavabdeh arasında olan nikah pozulmuşdur. O, toydan sonra oğlu və keçmiş gəlninə müvəqqəti olaraq ona məxsus olan evdə yaşamağa icazə vermiş, nikah pozulduqdan sonra bir neçə dəfə cavabdehdən ona məxsus olan evi boşaltmasını tələb etsə də, sonuncu nəinki evi boşaltmış, hətta onu ölümlə hədələmişdir. Yalnız onun tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra, cavabdeh özü könüllü qaydada, yəni 2021-ci ilin fevral ayında Siyəzən şəhəri, B.Dəmirov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evini tərk etmişdir. Cavabdeh iddiaçının evini tərk edərkən cehiz əşyalarının böyük bir qismini özü ilə aparsa da, qonaq otağı mebelləri olan qorka və kamod, həmçinin Türkiyə istehsalı taxt və yataq ləvazimatları (yorğan-döşək) hazırda onun evində qalmaqdadır. Cavabdehin mübahisə predmeti olan evi məcburiyyət qarşısında tərk etməsi barədə dedikləri həqiqətə uyğun deyildir, çünki belə olsa idi, cavabdeh polis və ya prokurorluq orqanlarına müraciət etmiş olardı. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara doğru qiymət verməmiş, düzgün maddi hüquq normalarına istinad etməmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən miras kimi keşmiş və hazırda ona məxsus olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Əks təqdirdə, həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməzdi. Hazırkı mübahisə Mülki Məcəllənin 228.2-ci maddəsilə həll edilməlidir. Mülki iş materiallarında Cavabdeh nə 06 aprel 2010-cu il tarixdə vəfat etmiş Gövhər Hüseynova ilə, nə də sonradan Babək Hüseynovla notarial qaydada təsdiqlənmiş razılaşması yoxdur. Başqa sözlə, cavabdehin mübahisəli evdən istifadə hüququ olmadığından ona məxsus əşyalar evdən çıxarılmalıdır. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi və vəkili X16 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, hazırda yaşayış yerini dəyişib, Bakı şəhərində yaşayır və işləyir. Həmin iş yeri onun daimi iş yeridir. Oğlu Əli də onunla yaşayır, Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mikrorayonda yerləşən 5 saylı məktəbdə təhsilini davam etdirir. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını və işin faktiki hallarını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN 761A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi X5 və onun ailə üzvləri X2, X1, X6 və X14 mülkiyyətinə verilmişdir. Yenə işə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 07 oktyabr 2011-ci il tarixdə verilmiş 14a /602 nömrəli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışın surətindən görünür ki, X2 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər onun mərhum X7 aid olmuş Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət hüququnun qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Eyni zamanda arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən 07 dekabr 2011-ci il tarixdə reyestrdə 2V-173 və 2V-174 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, miras əmlakı vərəsəliyə qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 06 aprel 2010-cu il tarixdə ölmüş X5 21 noyabr 1972-ci il tarixdə ölmüş əri X7 məxsus olmuş Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evindəki payına, eləcə də, sonuncunun və mərhum X15 rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsindəki paylarına münasibətdə X2 vərəsəlik hüququ təsbit edilmişdir. Yenə işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 17 yanvar 2012-ci il tarixli, MA ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi 1/5 hissədə X8, İddiaçı, X3, 2/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Yenə də işdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər Soveti tərəfindən 12 aprel 1984-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 352379 nömrəli nikahın bağlanması, eləcə də Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 09 aprel 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 008476 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı əri Babək Hüseynov 23 avqust 2018-ci il tarixdə Qazaxıstan Respublikası Cənubi Qazaxıstan rayonunun Tülkübas şəhərində miokardın infarktından ölmüşdür. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən 01 sentyabr 2019-cu il tarixdə reyestrdə 2V-1295 və 3M-917 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də miras payın bağışlanma müqaviləsinin surətlərindən görünür ki, İddiaçı, X21 və X3 23 avqust 2018-ci il tarixdə ölmüş Babək Hüseynovdan miras qalmış əmlaka, o cümlədən Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin mərhuma məxsus 2/5 hissəsinə vərəsəlik hüquqları təsbit edilmiş, habelə Aysel Əkbərova və Həmdulla Hüseynov öz paylarını anaları İddiaçı bağışlamışlar. Yenə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi 1/5 hissədə X8 və X3, 3/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 oktyabr 2020-ci il tarixli, 2(059)-365/2020 nömrəli qətnaməsindən görünür ki, X13 ilə X19 arasında Siyəzən rayon qeydiyyat şöbəsində 20 may 2009-cu il tarixdə, 46 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 29 oktyabr 2011-ci il təvəllüdlü X9 anası X10 himayəsində və yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün X18 Hüseynovanın xeyrinə 15 sentyabr 2020-ci il tarixdən başlayaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-70/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia ərizəsi təmin olunmalıdır. Məhkəmə iddianı rədd edərkən cavabdehin mübahisəli evdən istifadə hüququnun mövcud olmasına, buna görə də ona məxsus əmlakların bu mənzildən çıxarılmasının qanunsuz olmasına istinad etmişdir. Məhkəmə belə hesab etmişdir ki, cavabdeh 12 iyun 2009-cu il tarixdə mübahisəli Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə gəlin köçərkən həmin yaşayış sahəsi bu və ya digər formada iddiaçının, habelə onun ailə üzvlərinin, o cümlədən mərhum ərinin adına dövlət qeydiyyatından keçməmiş, bununla da, tərəflərin mübahisəli ünvandan bərabər surətdə istifadə hüquqları mövcud olmuşdur. Bu nəticəyə gələrkən məhkəmə tərəflər arasındakı hüquq münasibətlərinin 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. İş materiallarından görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə mübahisəli yaşayış evinin altında yerləşən 0,06 ha torpaq sahəsi X5 və onun ailə üzvləri X2, eləcə də, iddiaçı və üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Mübahisəli yaşayış evi isə Gövhər Hüseynovanın 21 noyabr 1972-ci il tarixdə ölmüş əri Həmdulla Hüseynova məxsus olmuş, miras onun tərəfindən faktiki qəbul edilsə də, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 06 aprel 2010-cu il tarixdə ölmüşdür. Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evindəki payına, eləcə də, sonuncunun və mərhum Gövhər Hüseynovanın 0,06 ha torpaq sahəsindəki paylarına münasibətdə Babək Hüseynovun vərəsəlik hüququ təsbit edilmiş, habelə bu torpaq sahəsi 1/5 hissədə Aysel Hüseynovanın (Əkbərovanın), İddiaçı, Həmdulla Hüseynovun, 2/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, 17 yanvar 2012-ci il tarixdə Babək Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra, 23 avqust 2018-ci il tarixdə Babək Hüseynovun ölməsi ilə İddiaçı, Aysel Əkbərovanın və Həmdulla Hüseynovun mərhumdan miras qalmış əmlaka, o cümlədən Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin mərhuma məxsus 2/5 hissəsinə vərəsəlik hüquqları təsbit edilmiş, habelə Aysel Əkbərova və Həmdulla Hüseynov öz paylarını anaları İddiaçı bağışlamış, bununla da, 19 sentyabr 2019-cu il tarixdə miras əmlak üzərində vərəsələrin hüquqları qeydə alınmışdır. Buna qədər, yəni mübahisəli fərdi yaşayış evi 17 yanvar 2012-ci il tarixdə əvvəlcə İddiaçı mərhum əri Babək Hüseynovun adına qeydə alınana kimi sonuncuların oğlu Həmdulla Hüseynov 20 may 2009-cu il tarixdə Cavabdeh ilə nikahlarını rəsmiləşdirməklə evlənmiş, 12 iyun 2009-cu il tarixdə isə keçirilmiş toy mərasimindən sonra sonuncu mübahisəli evə gəlin köçərək cehiz əşyalarını orada yerləşdirmişdir. Bundan sonra, tərəflər uzun müddət mübahisəli evdə yaşamış, lakin Siyəzən Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X20 Nəzərova arasında nikah pozulduqdan sonra sonuncu ilə iddiaçı tərəf arasında mübahisə yaranmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən 19 saylı fərdi yaşayış evi statusuna görə xüsusi mülkiyyətdə olan evdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında müəyyən edilmişdir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Eyni mövqe «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında da əks etdirilmişdir. Həmin qərara görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, mübahisə tərəfləri arasında hüquq münasibətləri 12 iyun 2009-cu il tarixdə (Cavabdeh mübahisəli evə gəlin gələrkən) yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsilə tənzimlənməlidir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında müəyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İşin faktiki hallarından görünür ki, Cavabdeh mübahisəli evə gəlin gələrkən (12 iyun 2009-cu il) mübahisəli ev mərhum Həmdulla Hüseynovun mirası kimi onun vərəsələri olan arvadı Gövhər Hüseynova və oğlu Babək Hüseynov tərəfindən faktiki qəbul edilmişdir, başqa sözlə, bu miras əmlak qəbul edildiyi andan onların mülkiyyətində olmuşdur. Bu halı Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən 07 dekabr 2011-ci il tarixdə reyestrdə 2V-173 və 2V-174 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr təsdiq edir. Cavabdeh isə mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi üçün nə Gövhər Hüseynova ilə, nə də Babək Hüseynovla, ondan sonra isə hazırki iddiaçı ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması yoxdur. Ümumiyyətlə, cavabdehin ailə üzvü kimi mübahisəli evə yaşamaq üçün gəldikdən sonra həmin evə istifadə hüququnun tanınması ilə bağlı hər hansı hərəkətinin olması barədə iş materiallarında sübut yoxdur. İşin tədqiq olunan faktiki hallarından görünür ki, Cavabdeh qanunvericiliklə müəyyən edilmiş mənzildən istifadə hüququnun gerçəkləşdirlməsi ilə bağlı hazırki vaxtadək heç bir cəhd etməmişdir. Mübahisəli evə qeydiyyata alınması üçün Cavabdeh evin hazırkı mülkiyyətçisi İddiaçı müraciət etməsini yuxarıda qeyd edilən yazılı razılaşma kimi qəbul etmək olmaz. Belə ki, yaşayış sahəsinə qeydiyyata düşmə ilə yaşayış sahəsindən istifadə hüququnun yaranması tamamilə başqa institutlardır və fərqli normalarla tənzimlənir. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur. İş materiallarından görünür ki, Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi İddiaçıdır və onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınarkən həmin evə dair cavabdehin rəsmi reyestrdə qeydə alınmış heç bir hüququ olmamış, başqa sözlə ev onun mülkiyyətinə digər şəxslərin hüquqları ilə yüklənməmiş şəkildə keçmişdir. Hazırda o, məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının, o cümlədən qonaq otağında qalmış qorkanın, kamodun, yataq otağındakı taxtın və yataq ləvazimatlarının, habelə yorğan-döşəyin bu evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yenə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İşin tədqiq olunan hallarından göründüyü kimi iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus əmlakdan istifadə edir. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad olunan maddi hüquq normalarından da göründüyü kimi mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Cavabdehə məxsus əmlakların mübahisəli evdə qalması isə həmin evin mülkiyyətçisi olan İddiaçı hüquqlarının pozulması mənasına gəlir və buna görə də onun iddiası təmin edilməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, cavabdehin özünün də izahatında bildirdiyi kimi o, artıq yaşayış yerini dəyişib, yaşamaq üçün Bakı şəhərinə köçmüş, daimi iş yeri var, azyaşlı oğlu da Bakı şəhərində yerləşən məktəbdə təhsilini davam etdirir. Başqa sözlə, digər səbəblərlə yanaşı, cavabdehə məxsus əşyaların iddiaçının evində qalmasına zərurət qalmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdehin mübahisəli evdə 2009-cu ildən yaşaması faktından, yəni hüquqdan sui-istifadə etməsi qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-70/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsumları cavabdehdən alınaraq ona verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-70/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin olunsun. Cavabdeh məxsus cehiz əşyaları, o cümlədən qonaq otağında qalmış qorka, kamod, yataq otağındakı taxt və yataq ləvazimatları, habelə yorğan-döşək İddiaçı məxsus Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi ödənilmiş cəmi 20,80 manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2158/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2158/2021
20.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver