Məhkəmə qərarları › İş №2(105)-2163/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2163/2022

26.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2163/2022 26.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-4536/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-4536/2021 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilib, Cavabdeh ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 46,36 kv.metr olan, üç otaqlı 29 saylı mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 46,36 kv.metr olan 29 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun doğma qızıdır. Cavadeh 10 ildir ki, həmin ünvanda yaşamır və faktiki olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarının pozulmasına gətirib çıxarır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumayıt Şəhər Məhkəməsi 14 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiasından imtina edib, iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh iddiaçının iddiadan imtinasının qəbul edilməsini xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə kollegiyasına müraciət edərək göstərmişdir ki, qızı Cavabdeh ünvan 1 ünvanda yerləşən 29 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasından imtina edib, iş üzrə icraata xitam verilməsini xahiş edir və iddiadan imtinanın hüquqi nəticələri ona aydındır. Mülki Prosessual Məcəllə Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.2. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı iddiadan imtinası qanuni və əsaslı olduğundan qəbul edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263-265, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-4536/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar