Məhkəmə qərarları › İş №2(105)-2170/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2170/2023

21.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2170/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 6872/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi İddiaçı məxsus, Pirşağı Sumqayıt sərnişin mənzilin 42 km pk 00+20 mdən pk 00+60 m-dək (keçmiş 42 km pk 1+ 60 m-dən pk 2+00 m-dək) yolun kilometr artımı istiqamətinin sol tərəfinə düşən yerdə yerləşən 12,5 sot torpaq sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-6872/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır.(hakim Ə.Ələkbərov) İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, mülki işin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət əsassız hesab edilmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin geri qaytarılması barədə işə baxan məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlak Sumqayıt Bələdiyyəsinin deyil, Abşeron rayonu, Novxanı Bələdiyyəsinin hüdudlarındadır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğundan və sözügedən torpaq sahəsi Abşeron rayonu, Novxanı Bələdiyyəsinin hüdudlarında yerləşdiyindən mübahisə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aiddir. Qeyd edir ki, eyni iddia ilkin olaraq Abşeron Rayon Məhkəməsində qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4728/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin hansı rayonun inzibati ərazisində yerləşməsi barədə iddia ərizəsinə heç bir sənəd əlavə edilməmişdir. Belə olan halda mülki işə hazırda Abşeron Rayon Məhkəməsində baxılması mümkün deyildir. Bu səbəbdən də iddiaçı sonradan öz iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Ona görə də şikayət təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 6872/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Bu Məcəllənin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bu Məcəllənin 152.1.3-ci maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iş materiallarında (iş vərəqi 7) olan Sumqayıt Bələdiyyəsinin İddiaçı ünvanlanmış 2863 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna istinadən qeyd edir ki, həmin məktubdan müəyyən olur ki, hazırkı iddia ərizəsində qeyd edilən mübahisəli 12,5 sot torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Həmçinin işə əlavə edilmiş həmin İddiaçı ayrılan torpaq sahəsinin yerquruluşu planından Çıxarış və miqyas Abşeron rayonu Novxanı Bələdiyyəsi tərəfindən verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə aid olmadığı üçün, habelə mahiyyət etibarı ilə tələb əsasında iddia ərizəsi müstəsna aidiyyat normaları ilə tənzimləndiyindən hazırkı mülki işə Sumqayıt şəhər məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-6872/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar