Məhkəmə qərarları › İş №2(105)-218/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-218/2021

01.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-218/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının vəkili: X6, Cavabdehin nümayəndəsi və vəkili: X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X5rşı torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.M.Yaqubov) iddianın təmin edilməsi, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, xx xxx 2008-ci il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilməsi, JN-2287 seriyalı, KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı geri qaytarılması, iş üzrə məhkəmə xərcini təşkil edən 60 manat məbləğində pulun cavabdehlərdən alınıb «xxxx» MMC-ə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon X2 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə onun mülkiyyətinə verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən torpaq sahəsinin Cavabdeh alınaraq ona qaytarılması və ona məxsus torpaq sahəsi üçün cavabdehə verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1997-ci il tarixdə X2 qərarı ilə işlədiyi sovxozdan ona 0,43 ha torpaq sahəsi verilmişdir. 2001-ci ildə həmin torpaq sahəsi üçün dövlət aktı almış, 2006-cı ildə isə torpaq sahəsi ona təhvil verilmişdir. Yaşlı və xəstə olduğundan, həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. 2014-cü ildə torpaq sahəsinə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin ona məxsus torpaq sahəsi üçün başqa şəxsə çıxarış verildiyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı ərazi idarəsinin xx.xx.2014-cü il tarixli **********4 saylı məktubundan görünür ki, İddiaçı məxsus 43 sot torpaq sahəsinə digər şəxsin adına dövlət Reyesrtindən çıxarış verilmişdir. Bununla əlaqədar torpağımın kimlər tərəfindən mənimsənildiyini müəyyənləşdirmək məqsədi ilə Quba rayon Prokurorluğuna şikayət ərizəsi verilmişdir. Quba rayon Prokurorluğuna vermiş olduğum şikayət araşdırılması üçün Quba RPŞ-nə göndərilmişdir. Quba rayon Polis Şöbəsinin təhqiqatçısı X3 həmin materialı araşdırmış və cinayət işinin başlanmasının rədd olunması barədə xx xxxxx 2015-ci il tarixdə qərar qəbul etmişdir. Həmin qərarla razılaşmadığım üçün Quba rayon məhkəməsinə şikayət vermişdir. Quba rayon məhkəməsinin xx xxxxx 2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul olunmuşdur və materiallar araşdırılması üçün yenidən Quba rayon Prokurorluğuna göndərilmişdir. Quba rayon Prokuroru yenidən həmin işi araşdırılması üçün Quba RPŞ-nə göndərmişdir. Quba RPŞnin təhqiqatçısı F.Mirzəbəyov xx xxxxxx 2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda göstərilir ki, ona mübahisəli torpaq sahəsi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Qətnamənin mövcudluğundan onun 2020-ci ilin yanvar ayında xəbəri olmuşdur. Məhkəmə əsas sübut kimi xx xxxx 2016-cı il tarixli mütəxəssis rəyini əsas götürərək, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə yer quruluşu xəritəsinə əsasə torpaqların üst-üstə düşməsini dair aktı əsas gətirərək. Qanunsuz və ədalətsiz qətnamə qəbul etməklə nəzərə almamışdır ki, o, dövlət orqanları tərəfindən verilmiş sənədlər əsasında alqı-satqı apararaq vicdanlı alıcı qismində torpaq sahəsini əldə etmişdir. O, alqı-satqı apararkən vətəndaş Svetlana Vasilyevnaya həmin torpaqların ona məxsus olmasına dair baş etibarnamə əsasında notarial kontorunda əməliyyat aparılarkən, həmin ərəfədə torpaqların iddiaçıya aid heç bir sübutlar olmamışdır, bu da onu göstərir ki, uzun müddətdən sonra həmin torpaq sahələrində təsərrüfat yaraldıqdan sonra məlum olmayan mənbədən iddiaçı ortaya çıxmışdır. Məhkəmə işə cavabdehlərə cəlb etməyərək, dövlət orqan və komitələrin bir-birə zidd olan arayış və çıxarışlarını nəzərə almayaraq, qanunsuz qətnamə qəbul etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(027)-112/2016 saylı qətnaməsi əsassız və qanunsuz olduğuna görə ləgv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili İ.F.Əsədov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı vəkili A.H.Vəliyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər S.V.Salahova və AR ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X7 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan JN-2287 seriyalı KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təstiq edilmiş surətindən görünür ki, Quba rayon X2 xx xxxxxx 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Quba rayonu, İİ Nügədi kənd sakini İddiaçı mülkiyyətinə 0,43 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi torpaq sahəsi verilmişdir. İşdə olan Quba RPŞ-nin təhqiqatçısı F.Mirzəbəyovun Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2015-ci il tarixli qərarından görünür ki, Quba rayonu, İİ Nügədi kənd sakini İddiaçı yaşadığı kəndin ərazisində yerləşən ona məxsus 43 sot torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı ərizə üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma ilə əlaqədar DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin S.S.Hıcyevaya ünvanlandığı xx xxxxxx 2014-cü il tarixli məktubunda qeyd olunur ki, JN-2287 seriyalı, KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinə 5 saylı Ərazi İdarəsi tərəfindən digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda Quba Rayon Notariat Kontorunun İddiaçı ünvanlandığı xx xxxxxx 2014-cü il tarixli məktubunda Quba rayon DNK-da həmin şəxsin adına alqı-satqı müqaviləsinin aşkar olunmadığı göstərilmişdir. İşə əlavə olan daşınmaz əmlakın alqı-satqı müqavilələrindən görünür ki, satıcı qismində S.V.Salahova Quba rayonu, İİ Nügədi kəndində yerləşən özünə məxsus ümumilikdə 23,42 ha olan torpaq sahəsini alıcı qismində olan Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, xx xxx 2008-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2016-cı il tarixli mütəxəssis rəyindən qeyd olunur ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə yerquruluşu xaritəsinə əsasən GRS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Araşdırılmanın nəticəsi olaraq İddiaçı JN-2287 seriyalı, KOD 30320018 olan Torpaga mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 0,43 ha torpaq sahəsinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MH seriyalı, ******* saylı çıxarışla verilmiş 5 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 60 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh verilmiş çıxarışı etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ləğv olunmasını tələb etdiyi qeydiyyat vəsiqəsinin əsasını Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin xx xxxxx 2008-ci il tarixli AN-1 ******* saylı qərarı təşkil edir. Tələb həmin qərarın və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsindən sonra əmlak barədə hüquqlar nəticəsini tapa bilər. Həmin qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli onqanlar inzibati orqandır Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul dilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(027)-112/2016 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh, X1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X5rşı torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar