Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2188/2021 18.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X7 İstismarı İdarəsinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin 16 may 2021-ci il tarixli 2(067)-1311/2021 saylı qərardadından "Cavabdeh" İB tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X7 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin nümayəndəsi X1 işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Xaçmaz rayon məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X7 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(067)- 1311/2021 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin nümayəndəsi Kiçibəy Abdullayevin verdiyi şikayət təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X7 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İBnin X7 İstismarı İdarəsinin hüquqi şəxs olmamasına görə, MPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının hazırkı iddiasına aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalı olduğunu göstərmiş və işin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair şifahi vəsatət vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz rayon məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin hüquqi şəxs olmadığı üçün ona qarşı iddia tələbi irəli sürülə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi X3 şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsi barədə gəldiyi nəticəni iddianın əsl cavabdehə və əsl olmayan cavabdehə qarşı yönəldilməsi məsələsinin məhkəmə iclasında işə mahiyyəti üzrə baxıldıqda həll edilməsi və hazırkı halda iddia tələbi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-ə qarşı yönəldilmədiyi üçün işin aidiyyəti üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin əsaslı hesab edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X7 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehin nümayəndəsi şifahi vəsatət verərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin hüquqi şəxs olmaması əsası ilə mülki işin Cavabdeh hüquqi ünvanı Xətai rayonu olduğundan, aidyyəti üzrə Xətai rayon məhkəməsinə baxılmalı olmasını bildirmişdir. İşdən görünür ki, iddiaçı ilə əmək müqaviləsi Cavabdeh İB-nin X7 İstismar İdarəsi arasında bağlanmış və müqaviləyə qeyd olunan təşkilat tərəfindən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir (Mülki Prosessual Məcəllənin 35.2. maddəsi). Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qanunda başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin yaşayış yeri üzrə verilir. İddia tələbinə cavab verən cavabdeh hüquqi şəxs olduqda, hüquqi şəxsin ünvanına görə iddia ərizəsi məhkəməyə verilməlidir. Cavabdehin hüquqi ünvanı Xaçmaz rayonunda yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun 06.10.2012-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 44.1. maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin 16 may 2021-ci il tarixli və 24 may 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 365, 372, 400 və 402-ci -ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin 16 may 2021-ci il tarixli və 24 may 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2188/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2188/2021
18.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver