Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2193/2022 20.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Maraqlı şəxs, onun nümayəndə və vəkili X2 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)-4852/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)-4852/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, 25 sentyabr 2019-cu il tarixə hesablanmış 395661 (üç yüz doxsan beş min altı yüz altmış bir) manat məbləğində Dövlət Büdcəsinə olan vergi borcu ödənilənədək hüquqi şəxs “X1 Mekanik İnşaat ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) icra orqanının rəhbəri xx xxxxxx 1988-ci il təvəllüdlü X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)-4852/2019 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndə və vəkili X4 ərizənin qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş ərizəni nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətlərindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apellyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)-4852/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apellyasiya şikayətindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)-4852/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməldir. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)-4852/2019 saylı qətnaməsindən Maraqlı şəxs münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2193/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2193/2022
20.12.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver