Məhkəmə qərarları › İş №2(105)-2201/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2201/2020

02.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2201/2020 02.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X7, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, su xəttinin bərpası tələbinə dair mülki iş üzrə Şamaxı rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-20/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın qismən təmin edilməsi, İddiaçı məxsus RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə gələn su xətti Cavabdeh hesabına bərpa edilməsi, iş üzrə keçrilmiş ekspertiza xərcləri İddiaçı 100 manat, Cavabdeh 100 manat olmaqla müştərək qaydada 200 manat ekspertiza xərci alınıb Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına və İddiaçı 94,09 manat, Cavabdeh 94,09 manat olmaqla müştərək qaydada 188,18 manat pul alınıb Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab N: AZ 23AİİB******************** hesaba köçürülməsi qət edilmişdir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, su xəttinin bərpasına dair iddia qaldıraraq, Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş ona məxsus 0,02 ha torpaq sahəsinin boşaldılması və həyətinə gələn su xəttinin cavabdehin hesabına bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, babası Əngəxaran kəndində yerləşən evini ona hədiyyə etmişdir. Hələ 1987-ci ildə babası, qonşuları Gülabbas Qəhrəmanov və Adil Tağıyevlə birlikdə həmin evə içməli su xətti çəkmişlər. Bu ilin avqust ayında Cavabdeh su xəttini qıraraq su çənini aşırmış, çəpəri evinə tərəf çəkərək torpaq sahəsinin 0,02 ha sahəsini zəbt etmişdir. Hazırda susuz qalmış, dəfələrlə Rəşada deyilsə də, nə torpağını boşaldır, nə də su xəttini bərpa etmək fikrində deyil. Su çəni yerləşən ərazini də çəpərə alıb heç kimi ora buraxmır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Cavabdeh Şamaxı rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehin su xəttini qıraraq su çənini aşırması, su çəni yerləşən ərazini də çəpərə alıb heç kimi ora buraxmayaraq su xəttinin bərpasına maneçilik yaratması nəticəsində iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini su ilə təmin etmək hüququndan məhrum olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan hər iki tərəf apellyasiya şikayəti vermiş, apellyasiya şikayətlərində qətnamənin ləğv olunmasını, iddiaçı iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə xx xxxx 2017-ci il tarixli qərarı). İş materiallarında olan Milli Arxiv İdarəsi Dövlət X17 xx xxxxxxxx 2018-ci il tarixli 769 saylı Arxiv çıxarışından görünür ki, X13 xx xxxxxxx 1987-ci il tarixli əmrinə əsasən Əngəxaran kənd sakinləri Gülabba Qəhrəmanov, Adil Tağıyev və Əbilfəs Aydəmirovun ərizələri nəzərə alınaraq onlara kəndin Ardıcılıq adlanan sahəsindən öz həyətlərinə içməli su xəttinin çəkilməsinə icazə verilmişdir. İş materiallarında olan JN-035 A KOD 41001038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X3, X12, X14, İddiaçı, X11, X6 Şamaxı rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,17 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli yaşayış evinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Rayon Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli 2276 nömrəli arayışına əsasən Şamaxı rayonunun Əngəxaran kəndi ərazisində 0.18 hektar torpaq sahəsində yerləşən 2000-ci tikilmiş, ümumi sahəsi 285 kv.m, əsas yaşayış sahəsi 150.5 kv.m, köməkçi sahəsi 134.5 kv.m olan 5 otaqdan ibarət yaşayış evini qardaşı oğlu Cavabdeh bağışlamışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli inventar nömrəsi 133 olan daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 1ində yerləşən 0,18 ha torpaq sahəsi olan fərdi yaşayış evi Cavabdeh məxsusdur. İş materiallarında olan Seriya RX № ******* saylı qeydiyyat tarixi xx.xx.2017-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,169 ha torpaq sahəsi olan, ümumi sahəsi 144,8 kv.m olan fərdi yaşayış evi X2 fərdi yaşayış evi və torpaq sahəsi, X12, X14, İddiaçı, X11, X6 torpaq sahəsi məxsusdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X1 qalmış əri X5 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən əmlak xx.xx.2017-ci il tarixdə X6 verilmiş **********89- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0,169 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədə ibarətdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 144.8 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən hədiyyə verən X3 (144.8 kv.m) - Hədiyyə alan İddiaçı, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.169 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən Hədiyyə verən X3 (0.046943 ha) hədiyyə verən X11 (0.03286 ha) hədiyyə verən X14 (0.028166 ha) hədiyyə verən X12 (0.028166 ha) Hədiyyə alan İddiaçı bağışlamışlar. İş materiallarında olan seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,169 ha torpaq sahəsi olan, ümumi sahəsi 144,8 kv.m olan fərdi yaşayış evi, 0,164301 ha torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı, 0,004694 ha torpaq sahəsi X6 məxsusdur. İş materiallarında olan açıq qalmış paya dair qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001- ci il tarixdə ölmüş X15 vərəsəsi Cavabdeh və o miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş lakin öz hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X8 xx.xx.2005-ci il tarixdə ölmüş anası X6 məxsus olmuş ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X6 verilmiş **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0,169 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədə ibarətdir. İş materiallarında olan seriya MH № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Əngəxaran kəndində mülkiyyətində olan 0.18 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 150.5 kv.m yaşayış, 134.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi xx xxxxxx 2008-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan reystr nömrəsi **********89-10301 olan, xx.xx.2018-ci il tarixli inventar nömrəsi 6459 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 1ində yerləşən torpaq sahəsi 0,16896 ha, faktiki sahə 0,1822 ha-dan ibarət olan fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx xxx 2019-cu il tarixli **********23 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçı və cavabdehin naturada həyətyanı torpaq sahələrinə baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçü işləri aparılmışdır. Lakin iddaçı İddiaçı RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda göstərilən 0,169 ha torpaq sahəsinin və Cavabdeh MH ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda göstərilən 0.18 ha torpaq sahəsinə verilmiş çıxarışlara əlavə olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim edilmədiyindən, cavabdeh tərəfindən naturada istifadə edilib edilməməsi müəyyən edilməmişdir. Rəy üzrə xərc 188,18 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 5133 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxx 2019-cu il tarixli **********23 saylı mütəxəssis rəyinə əsasən, iddaçı İddiaçı RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətreyestrindən” çıxarışda göstərilən 0.169 ha torpaq sahəsinə və Cavabdeh MH ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda göstərilən 0.18 ha torpaq sahəsinə verilmiş çıxarışlara əlavə olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim edilmədiyindən, cavabdeh tərəfindən naturada istifadə edilib edilməməsi müəyyən edilməmişdir. Keçirilmiş ekspertiza üzrə xərc 100 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 25855 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli **********87 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinin və 0,164301 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilibedilməməsinin müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Eyni zamanda mütəxəsis rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda göstərilən 0,169 ha torpaq sahəsinin və Cavabdeh məxsus MH ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda göstərilən 0,18 ha torpaq sahəsinə verilmiş çıxarışlara əlavə olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim edilmədiyindən cavabdeh tərəfindən naturada istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş ekspertiza üzrə xərc 100 manat təşkil edir. İşdən görünür ki, iddiaçı cavabdehin su xəttini qıraraq su çənini aşırması, su çəni yerləşən ərazini çəpərə alıb heç kimi ora buraxmamasını əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Göründüyü kimi iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdeh iddiaçının tələbinin əksini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmiş, cavabdehin hərəkəti nəticəsində iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini su ilə təmin etmək hüququndan məhrum olduğundan iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin su ilə təmin edilməsindən məhrum olunduğunu əsas gətirərək iddia tələbinin təmin etməklə aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar