Məhkəmə qərarları › İş №2(105)-2206/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2206/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2206/2020 10.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi: X2, Cavabdehin vəkili: X1 iştirakları ilə, İddiaçı X4 X3 Cəmiyyətinin Cavabdeh qarşı borcun əvəzinin girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit və girov müqavilələri üzrə xx.xx.2016-cı il tarixə ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla 3077 (üç min yetmiş yeddi) ABŞ dolları 86 sent məbləğində əsas borcu, 948 (doqquz yüz qırx səkkiz) ABŞ dolları 58 sent məbləğində faiz borcu olmaqla, cəmi 4026 (dörd min iyirmi altı) ABŞ dolları 44 sent, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə tutulması, tutma girov qoyulmuş 3 ədəd sep, qolbaq, sığra (çəkisi 41,4 qr), 1 ədəd qolbaq (çəkisi 49,7 qr), 1 ədəd kişi saatı (çəkisi 55,6 qr), 1 ədəd qadın saatı (çəkisi 4 qr), 3 ədəd qadın üzüyü (çəkisi 18 qr), 1 ədəd sünbül qolbaq (çəkisi 14,4) qr və 1 ədəd sığra (çəkisi 3,9 qr) qızıl zinət əşyalarına yönəldilməsi, həmin qızıl zinət əşyaları qiymətləndirilməklə açıq hərracda satılması və satışdan əldə edilən pul məbləği hesabına Cavabdeh İddiaçı-nə olan kredit borcu ödənilməsi və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh qaytarılması, Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 nömrəli kredit və girov müqavilələrinə əsasən, 3077.97 ABŞ dolları əsas, 915.66 ABŞ dolları hesablanmış faiz, 462.92 ABŞ dolları dəbbə pulu, cəmi 4456.55 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 nömrəli kredit və girov müqavilələrinə əsasən girov qoyulmuş 3 ədəd sep, qolbaq, sığra (çəkisi 41,4 qr), 1 ədəd qolbaq (çəkisi 49,7 qr), 1 ədəd kişi saatı (çəkisi 55,6 qr), 1 ədəd qadın saatı (çəkisi 4 qr), 3 ədəd qadın üzüyü (çəkisi 18 qr), 1 ədəd sünbül qolbaq (çəkisi 14,4) qr və 1 ədəd sığra (çəkisi 3,9 qr) açıq hərracda satılaraq tələb olunan borcun ödənilməsi, hərracda satılan girov qoyulmjuş daşınar əmlakdan əldə olunan məbləğ tələb olunan borcdan artıq olduqda qalıq məbləğin borcluya qaytarılması, əgər həmin məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehən alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh keçmiş “İddiaçıbank” ASC-nin (indiki İddiaçı) “Quba” flialından xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 nömrəli kredit və girov müqavilələrinə əsasən illik 35 faizlə, 12 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədilə 3180 ABŞ dolları borc almışdır. Bu borclardan Cavabdeh mülkiyyətindəki qızıl-zinət əşyaları – 3 ədəd sep, qolbaq, sığra (çəkisi 41,4 qr), 1 ədəd qolbaq (çəkisi 49,7 qr), 1 ədəd kişi saatı (çəkisi 55,6 qr), 1 ədəd qadın saatı (çəkisi 4 qr), 3 ədəd qadın üzüyü (çəkisi 18 qr), 1 ədəd sünbül qolbaq (çəkisi 14,4) qr və 1 ədəd sığra (çəkisi 3,9 qr) xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 nömrəli girov müqaviləsi ilə yüklü edilmişdir. 2019-cu ilin noyabr ayının 8-dək Cavabdeh İddiaçı-yə xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 nömrəli kredit müqavilələri üzrə 3077.97 ABŞ dolları əsas, 915.66 ABŞ dolları hesablanmış faiz, 462.92 ABŞ dolları dəbbə pulu, cəmi 4456.55 ABŞ dolları borcu vardır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 nömrəli kredit və girov müqavilələrinə əsasən, 3077.97 ABŞ dolları əsas, 915.66 ABŞ dolları hesablanmış faiz, 462.92 ABŞ dolları dəbbə pulu, cəmi 4456.55 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 nömrəli kredit və girov müqavilələrinə əsasən girov qoyulmuş 3 ədəd sep, qolbaq, sığra (çəkisi 41,4 qr), 1 ədəd qolbaq (çəkisi 49,7 qr), 1 ədəd kişi saatı (çəkisi 55,6 qr), 1 ədəd qadın saatı (çəkisi 4 qr), 3 ədəd qadın üzüyü (çəkisi 18 qr), 1 ədəd sünbül qolbaq (çəkisi 14,4) qr və 1 ədəd sığra (çəkisi 3,9 qr) açıq hərracda satılaraq tələb olunan borcun ödənilməsi, hərracda satılan girov qoyulmuş daşınar əmlakdan əldə olunan məbləğ tələb olunan borcdan artıq olduqda qalıq məbləğin borcluya qaytarılması, əgər həmin məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehən alınaraq İddiaçı-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun hansı səbəbdən müqavilə müddətinin bitdiyi tarixdən gecikdirərək 3,5 il sonra məhkəməyə müraciət etdiyini araşdırmamışdır. Məhkəmə borc, faiz və dəbbə pulunun hansı müddətlər üçün hesablandığını araşdırmamışdır. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(027)-457/2020 saylı qətnaməsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh nümayəndəsi A.N.Kərimov apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunmasını, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit və girov müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh illik 35 faizlə, 12 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədilə 3180 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh mülkiyyətindəki qızıl-zinət əşyaları – 3 ədəd sep, qolbaq, sığra (çəkisi 41,4 qr), 1 ədəd qolbaq (çəkisi 49,7 qr), 1 ədəd kişi saatı (çəkisi 55,6 qr), 1 ədəd qadın saatı (çəkisi 4 qr), 3 ədəd qadın üzüyü (çəkisi 18 qr), 1 ədəd sünbül qolbaq (çəkisi 14,4) qr və 1 ədəd sığra (çəkisi 3,9 qr) xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 nömrəli girov müqaviləsi ilə yüklü edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı-yə xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit və girov müqaviləsi üzrə 3077.97 ABŞ dolları əsas, 915.66 ABŞ dolları hesablanmış faiz, 462.92 ABŞ dolları dəbbə pulu, cəmi 4456.55 ABŞ dolları dolları məbləğində borcu vardır. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müqavilə bitdiyi tarixə qədər ümumiyyətlə tələb olunan borc, faiz və dəbbə pulunun hesablanmasını araşdırmaması barədə gətirdiyi dəlili qəbul etmir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3589 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 3077,86 ABŞ dolları məbləğində əsas borc, 948,58 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4026,44 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İşə əlavə olan xəbərdarlığın surətindən görünür ki, cavabdeh banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını mövafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair höquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq höququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehdən faizlərin tutulması tələbini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxx 2020-ci il tarixli 2(027)-457/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar