Məhkəmə qərarları › İş №2(105)-2207/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2207/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2207/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X13 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-155/2020 saylı qətnaməsindən İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-155/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Firidun qızına, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və X8 qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Firidun qızının, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X6 İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının mülkiyyətində olan Quba şəhəri, Heydər Əliyev prospekti, 213 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, evin boşaldılması və onların həmin evdən çıxarılaraq evin İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(027)-594/2012 saylı qətnaməsinin icrası ilə əlaqədar DƏDRX Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən əvvəllər Cavabdeh1 məxsus fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı qapalı səhmdar cəmiyyətibank olmayan kredit təşkilatı adına rəsmiləşdirilmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının qeyd olunan evə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdən etibarən daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından əvvəlki mülkiyyətçinin Quba şəhəri, H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ itirilmişdir. Cavabdeh1 verilmiş kreditə sərf olunmuş vəsaitin bərpasının təmin edilməsi üçün İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının mülkiyyətinə keçmiş, əvvəllər Cavabdeh1 məxsus olan yaşayış evinin müvafiq qaydada satılması zərurəti yaranmışdır. İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı xx.xx.2019-cu il tarixli, 3-7/887 saylı məktubla həmin yaşayış evindən əvvəlki mülkiyyətçi Cavabdeh1 istifadə etdiyini nəzərə alaraq, həmin evin alınmasını ilkin olaraq ona təklif etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 ailə üzvləri ilə birlikdə təşkilatın mülkiyyətində olan yaşayış evini tərk etməmiş, bildirişə heç bir reaksiya verməmiş və hazırda həmin evdən qanunsuz istifadə etməkdə davam edirlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 nömrəli Fərmanının icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququ İddiaçı qapalı səhmdar cəmiyyətinə güzəşt edilmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamı verilmiş və həmin Sərəncamın icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı S-ƏMK-102 nömrəli, xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən hazırki mülki iş üzrə mübahisə predmeti olan, əvvəllər Cavabdeh1 məxsus olmuş Quba şəhəri, Heydər Əliyev prospekti, 213 saylı ünvanda yerləşən fərdi yaşayış evi 41438,0 manat balans dəyəri ilə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına təhvil verilmişdir. Bundan sonra əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş və daha sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə məxsus fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının adına rəsmiləşdirilmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı bu evin qanuni mülkiyyətçisidir və mülkiyyətçi olaraq fərdi yaşay evi üzərində istifadə, sahiblik və sərəncam hüquqlarına malikdir. Məhkəmə iddia tələblərini təmin etməyərkən hesab etmişdir ki, tərəflər arasında iddiaçının iddia tələblərinin rədd edilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(027)-594/2012 saylı qətnaməsi mövcuddur və həmin qətnamə ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11, Cavabdeh12 və X6 ipoteka predmeti olan Quba şəhəri, Heydər Əliyev prospekti, 213 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi və onların həmin evdən çıxarılması barədə iddiası təmin olunmamışdır. Məhkəmə eyni zamanda İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının iddia ərizəsində cavabdeh kimi qeyd olunan şəxslərin evin ipoteka qoyularkən notarial qaydada evi tərk etmək barədə razılıq ərizələrinin olmadığına da istinad etmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, Quba Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(027)-594/2012 saylı qətnaməsi qəbul edilərkən İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı iddiaçı olmamış, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti olmuşdur. Həmin qətnamədə məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan mənzil üzərində ümumi birgə mülkiyyətçilərin istifadə hüquqlarına, həmin mənzil hərracda satılana və əmlak üzərində başqa şəxsin mülkiyyət hüququ yaranana qədər xitam verilməsi onların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmiş olardı. Qətnaməyə görə cavabdeh şəxslərin yaşayış evi üzərində mülkiyyət hüquqlarına həmin ev hərracda satılana qədər xitam verilmədiyinə görə iddia həmin hissədə təmin edilməmişdi. Hazırki vəziyyətdə isə artıq yaşayış evinin mülkiyyətçisi dəyişmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ hazırda İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına məxsusdur. Bundan başqa, Quba Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(027)-594/2012 saylı qətnaməsindən də göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olan Quba şəhəri, Heydər Əliyev prospekti, 213 saylı ünvanda yerləşən fərdi yaşayış evi kreditin təminatı kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə ipoteka qoyularkən cavabdeh şəxslərin notarial qaydada razılıq ərizələri alınmışdır. Lakin birinci instnasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yuxarıda sadalan hallar, o cümlədən Azərbaycan Respublikası MM-nin 152.1, 152.5, 152.6-cı və “İpoteka haqqında” qanunun 59.3-cü maddələrinin tələbləri nəzərə alınmamış, qanunvericilik normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə iş materiallarında olan sübutlara obyektiv qiymət verməmiş, öz qətnaməsini düzgün əsaslandıra bilməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X17 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9 Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Firidun qızı, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(027)-594/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh12, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh11 qarşı ipoteka ilə yüklü edilmiş evin və torpaq sahəsinin hərraca çıxarılması, hərracdan əldə olunan pulun kredit borcunun ödənilməsinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 046/11 nömrəli, xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyinə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin tələbinin ipoteka predmeti olan, 003/11 nömrəli, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Quba şəhəri, H.Əliyev prospekti 213 saylı ünvanda yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışla mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin hərrac yolu ilə satılaraq satışdan əldə olunan əsas kredit borcuna görə 39.940 manat, kredit üzrə faiz borcuna görə 4414 manat, dəbbə puluna görə 680 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul olmaqla, cəmi 45.034 manat məblğində pulun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh1 verilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin tələbin ödənilməsi üçün yetərli olmadığı halda isə qalan borcun ödənilməsinin Cavabdeh1 başqa əmlaklarına yönəldilməsi yolu ilə təmin edilməsi qət edilmişdir. İş materiallarında olan hərracın nəticələri haqqında Y-388 saylı, xx xxxx 2014-cü il tarixli protokolun surətindən görünür ki, “X5 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən keçirilmiş hərracda Cavabdeh1 məxsus Quba şəhəri, H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 65000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, əmlakın satılmış son qiyməti 41438 manat müəyyən edilmiş və həmin ev “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən alınmışdır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh1 məxsus Quba şəhəri, H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evini hərracda 41438 manata “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba şəhəri, H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin adına xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylıƏrazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba şəhəri, H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının adına xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən Cavabdeh1 ünvanlanmış 3-7/887 saylı, xx xxxx 2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, əvvəllər ona məxsus olmuş, onun tərəfindən alınmış kreditin təminatı kimi ipoteka qoyulmuş Quba şəhəri, H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evi alınmış kredit qaytarılmadığı üçün müvafiq məhkəmə qərarının icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının mülkiyyətinə keçmişdir. Hazırda fərdi yaşayış evinin digər şəxslərə satılması və satışdan daxil olan məbləğin bu kreditə sərf olunmuş vəsaitlərin bərpasına yönəldilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olduğu və bu əmlakdan hazırda istifadə etdiyi nəzərə alınaraq bu əmlakın alınması ilkin olaraq ona təklif olunmuş, təklifdən imtina etdiyi və yaxud 10 gün ərzində təklifə münasibət bildirmədiyi halda, onun və həmin evdə birlikdə yaşayan digər ailə üzvlərinin məcburi qaydada evdən çıxarılması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 166 saylı, xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Quba şəhəri, H.Əliyev prospekti 213 saylı evdə Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Firidun qızı, X10, X12, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X11 yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh4, Cavabdeh11, Cavabdeh12, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, X11, X12, X9 və X1 şəhəri, H.Əliyev prospekti 213 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası MM-nin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.4-cü maddəsinə görə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən Quba Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(027)-594/2012 saylı qətnaməsi ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin iddia tələbinin cavabdehlərdən Cavabdeh1, X4, Cavabdeh12, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh11 qarşı evdən və torpaq sahəsindən çıxarılmalarına dair hissəsinin təmin edilməməsinə, hazırda isə qeyd olunan cavabdehlərlə birlikdə Cavabdeh3, Cavabdeh9, Cavabdeh6, Cavabdeh8 Firidun qızına, Cavabdeh10 və X8 qarşı da eyni tələblə iddia qaldırılmasına, cavabdehlərdən Cavabdeh3, Cavabdeh9, Cavabdeh6, Cavabdeh8 Firidun qızı, Cavabdeh10 və X6 ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürməmələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Quba şəhəri, H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evinə yönəldilmiş, xx xxxx 2014-cü il il tarixdə keçirilmiş hərracda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti qalib gələrək Cavabdeh1 məxsus Quba şəhəri, H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evini 41438 manata almış, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin həmin evə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində xx xxxxxx 2014cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 nömrəli Fərmanının icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququ İddiaçı qapalı səhmdar cəmiyyətinə güzəşt edilmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamı verilmiş və həmin Sərəncamın icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı S-ƏMK-102 nömrəli, xx xxxxxx 2017-ci il tarixli təhvil- təslim aktına əsasən hazırkı mülki iş üzrə mübahisə predmeti olan, əvvəllər Cavabdeh1 məxsus olmuş Quba şəhəri, Heydər Əliyev prospekti, 213 saylı ünvanda yerləşən fərdi yaşayış evi 41.438,0 manat balans dəyəri ilə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına təhvil verilmiş, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının həmin evə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Quba Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(027)-594/2012 saylı qətnaməsi ilə hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh12, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh11 qarşı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin iddia tələbinin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və fərdi yaşayış evindən çıxarılması hissələrini rədd edərkən məhkəmə gəldiyi nəticəni Quba şəhəri, Heydər Əliyev prospekti, 213 saylı fərdi yaşayış evinin hələ Cavabdeh1 mülkiyyətində olması, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin həmin ev üzərində mülkiyyət hüququnun olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 203.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.3.1-ci maddəsinin mənasına görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması üçün əsasdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarında olan X2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh12, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh11 xx.xx.2011-ci il tarixli birgə ərizələrindən görünür ki, Cavabdeh1 məxsus Quba şəhəri, H.Əliyev prospekti 213 saylı evin ipotekaya qoyulmasına razılıq vermiş, ipoyekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. İşdən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında Quba şəhəri, H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evinə dair ipoteka müqaviləsi xx xxxxx 2011-ci il tarixdə bağlanmışdır. Həmin vaxt hazırki iş üzrə cavabdehlər Cavabdeh3 xx.xx.1999-cu il təvəllüdlü, Cavabdeh10 xx.xx.1999-cu il təvəllüdlü və X9 xx.xx.1998-ci il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmamışlar. Belə olan halda, onların fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıqları da tələb olunmurdu. Göründüyü kimi, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-155/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Firidun qızına, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və X8 qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Ələkbərova X7 Aytən Murad qızı, Cavabdeh11, Cavabdeh12 və X6 Quba şəhəri, Heydər Əliyev prospekti, 213 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin, onlar həmin evdən çıxarılaraq ev boşaldılsın və İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar