Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-221/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaranmış maneələrin aradan qaldırılması, əldən çıxmış fayda və ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması, əldən çıxmış fayda və ziyan tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X36 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X22 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(027)-127/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları JN-171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən Quba rayon AİK-nın xx.xx.1998ci il tarixli 17 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,40 ha torpaq sahəsi Quba rayonu Hacıqaib kənd sakinləri X17, X23 və İddiaçı mülkiyyətinə verilib. AZ-İ 418136 seriya və nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X17 xx.xx.2010-cu il tarixində vəfat etmiş, xx.xx.2010-cu il tarixində 17 nömrə ilə qeyd edilmişdir. AZ-İ 293540 seriya və nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X23 xx.xx.2008-ci il tarixində vəfat etmiş, xx.xx.2008-ci il tarixində 16 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1970-ci il tarixində anadan olmuş, şəhadətnamənin atası qrafasında X17, anası qrafasında X23 qeyd edilib. Quba RİHB-nın Hacıhüseynli İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 720 nömrəli arayışına əsasən X6 rayonu Hacıqaib kəndində yaşamış, xx.xx.2008-ci il tarixində vəfat etmiş və aşağıdakı vərəsələri, X23 (vəfat edib), X19 (vəfat edib), X14 (vəfat edib), İddiaçı (1970-ci il təvəllüdlü) qalmışdır. Quba RİHB-nın Hacıhüseynli İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 719 nömrəli arayışına əsasən X3 rayonu Hacıqaib kəndində yaşamış, xx.xx.2010-cu il tarixində vəfat etmiş və aşağıdakı vərəsələri, X23 (vəfat edib), X19 (vəfat edib), X14 (vəfat edib), İddiaçı (1970-ci il təvəllüdlü) qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 7/510; 9/3584 nömrəli ekspert rəyinin nəticəsinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X7 bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri a.e.ü.f.d., X31 işçisi Şahid və Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, a.e.ü.f.d., X31 işçisi Babakişi Quliyev tərəfindən 28 fevral 2022-ci il tarixli 24 №-li məktubu ilə verilən mütəxəssis rəyinə (səhifə 80-82) əsasən Quba rayon Hacıqayıb kəndində yerləşən 1,40 ha torpaq sahəsinin mübahisə edilən 0,50 ha hissəsində 2008-ci ildə 5x4 m əkin sxemi ilə alma bağı əkilmişdir. Həmin alma bağında 2016cı ildə cərgə aralarında sıxlaşdırma işi aparılmaqla, gavalı və alça bitkiləri əkilmişdir.Həmin sahədə cəmi 172 ədəd alma ağacının 147 ədəd “Simirenko reneti”, 11 ədəd “Qolden Delişes”, 2 ədəd “Qızıl Əhmədi”, 3 ədəd “Qrani Smit”, 6 ədəd “Cırhacı” və 3 ədəd “Şampan reneti” ağacları vardır. Bağ sahəsində 2016-cı ildə sıxlaşdırılma yolu ilə əkilmiş gavalı və alça bitkilərindən cəmi 190 ədəd olduğu müəyyən edilib. Bağda sortlar üzrə 108 ədəd “Xurmayı Vengerka” və 44 ədəd “Adi Vengerka” gavalı, həmçinin 38 ədəd “Rəcəbli” alça sortlarının ağacları vardır. Həmin sahədə şumlama, diskləmə, malalama, hamarlanma, cərgə və ağac yerlərinin nişanlanması, çalaların qazılması (400 ədəd) tinglərin əkilməsi (400 ədəd), mıxçaların vurulması, tinglərin bağlanması, əkilimiş bağın suvarılması, tinglərin düzəldilməsi kimi aqrotexniki qulluq işləri görülmüşdür. Tədqiqata təqdim edilmiş Quba rayon məhkəməsinin 2(027)-127/2022 saylı mülki iş materiallarındakı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik X7 bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri a.e.ü.f.d., X31 işçisi Şahid və Meyvə bitkilərinin çoxaldılması texnoiogiyası şöbəsinin baş elmi işçisi, a.e.ü.f.d., X31 işçisi Babakişi Quliyev tərəfindən 28 fevral 2022-ci il tarixli 24 №-li məktubu ilə verilən mütəxəssis rəyinə (səfə 80-82) əsasən Quba rayon Hacıqayıb kəndində yerləşən 1,40 ha torpaq sahəsinin mübahisə edilən 0.50 ha hissəsində yeni meyvə bağının əkilməsi xərcləri aşağıdakı kimi müəyyən edillib: sahənin şumlanması, disklənməsi, malalanması, hamarlanması, cərgə və ağac yetərinin nişanlanması-265 manat; çalaların qazılması (400 ədəd), tinglərin əkilməsi (400 ədəd), mıxçaların vurulması və tınglərin bağlanması-560 manat, əkilmiş bağın suvarılması və tinglərin düzəldilməsi-10 manat, meyvə tinglərinin qiyməti (400 x 2,5 manat)-1000 manat olmaqla cəmi 1835,0 manat müəyyən edildi. Məhsula düşənə kimi cavan alma bağına aqrotexniki becərmə tədbirləri və xərcləri, 5 ildə cəmi - 4900 manat. Məhsuldar alma bağına aqrotexniki becərmə tədbirləri xərcləri 8 ildə cəmi - 12632 manat. 0,50 ha sahədə alma və gavalı bağlarının salınması, həmin bağlara 13 il ərzində aqrotexniki qulluq işlərinin yerinə yetirilməsi üçün təxmini olaraq cəmi 19367 manat maliyyə vəsaiti xərclənə bilər. 0,50 ha bağda olan 170 ədəd məhsuldar alma ağaclarından, onların ilkin məhsuldarlıq dövrü olan 8 il ərzində orta hesabla bir ağacdan təxmini olaraq 18,0 kq meyvə məhsulu yığmaq mümkündür. Bunu əsas götürərək 172 ədəd ağacdan bir ildə 3096 kq, 8 ildə isə 3096x 8 il = 24768 kq meyvə məhsulu istehsal etmək olar, alma məhsulunun bir kiloqramının orta satış qiyməti 0,30 manat olmaqla, 8 il ərzində istehsal edilmiş 24768 kq məhsuldan cəmi 24768 kq x 0,30= 7430,0 manat məbləğində maliyyə vəsaiti əldə etmək mümkündür. Sıxlaşdırılmada əkilmiş gavalı və alça ağacları cavan yaşda olduğuna görə məhsula düşməmiş və onlardan təsərrüfat əhəmiyyətli məhsul istehsal edilməmişdir. 8 il ərzində istehsal edilmiş 24768 kq meyvə məhsulunun yığılmasına 594,5 manat, yüklənməsi, boşaldılması və nəqliyyata daşınmasına 402,0 manat, cəmi 996,5 manat maliyyə vəsaiti xərclənə bilər. Ümumiyyətlə 0,50 ha meyvə bağının salınmasına-1835,0 manat, cavan və məhsuldar alma, gavalı və alça bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) - 17532,0 manat, məhsulun yığılması və daşınmasına isə - 996,5 manat, cəmi 20363,5 manat maliyyə vəsaiti xərclənə bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı ilkin iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh Xutbəddin oğlunun Torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən 1,40 ha torpaq sahəsindən çıxarılması, 2006-cı ildən 2020-ci ilə kimi bağ sahəsindən aldığı ortalama illik 2000 (iki min) manat olmaqla, 14 il ərzində əldə etdiyi 28000 (iyirmi səkkiz min) manat məbləğində əldən çıxmış fayda kimi ziyanın, dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X24 iddia tələbini belə əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən atası X10, anası X18 və ona kənd təsərrüfatı məqsədi ilə 1,40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində meyvə ağacları vardır. Anası və atası yaşlı olduğundan bağ sahəsinə o baxaraq oradan gəlir əldə edir. 2004-2005-cı illərdə ailə vəziyyətiylə bağlı bağa baxa bilməyib. Artıq neçə il idi ki, bağ baxımsız vəziyyətdə olub. Bağa baxa bilmədiyi üçün onu satmaq qərarına gəlib. Lakin bağ baxımsız vəziyyətdə olduğundan onu satmaq üçün dirçəltmək lazım olub. Həmkəndlisi olan Cavabdeh Xutbəddin oğlu həmin bağı 2006-cı ildə ona satmağı istəyib. Lakin bağ çox baxımsız olduğundan Cavabdeh Xutbəddin oğlu həmin bağa 2-3 il baxacaq, qulluq edəcək, gəlir əldə edərsə həmin bağı 6000 (altı min) dollara alaraq alqı-satqı edəcəkdi. Beh olaraq ona 800 manat pul da verib. Elə razılaşdığı kimi Cavabdeh Xutbəddin oğlu bir neçə il bağa qulluq etdi, ağaclar meyvə verdi. Daha sonra Cavabdeh Xutbəddin oğluna alqı-satqı etməyi bildirsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək nə bağın pulun vermirdi, nə də bağı öz adına rəsmiləşdirmirdi. Bundan sonra 09 mart 2008-ci ildə anası X23, 05 iyun 2010cu ildə atası X17 vəfat etdiyindən valideyn itkisinin verdiyi dərd səbəbindən bir neçə il o Cavabdeh Xutbəddin oğlundan nə pulunu tələb edə bilməyib, nə də o bağı sənədləşdirmək istəmir. Lakin 2006-cı ildən bəri Cavabdeh Xutbəddin oğlu həmin bağın meyvəsini sataraq gəlir əldə edir. İllərdir ki, cavabdeh 6000 (altı min) dollar pulu verəcəyini deyərək alqı-satqını etmir. Cavabdeh qarşılıqlı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 26800 (iyirmi altı min səkkiz yüz) manat alınıb ona qaytarıldıqdan sonra onun istifadəsində olan və cavabdeh İddiaçı, onun atası X8 və anası X15 adlarında olan 0,50 ha torpaq sahəsinin cavabdeh İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xutbəddin oğlu qarşılığlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci ilin sentyabr ayında ona məlum olub ki, Quba rayonu Hacıqayıb kənd sakinləri cavabdeh İddiaçı, onun atası X17 və anası X4 Aktına əsasən özlərinin birgə mülkiyyətlərində olan 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,50 ha hissəsini satmaq istəyirlər. Bununla bağlı həmin torpaq sahəsinə baxıb, torpaq sahəsini bəyəndiyi üçün cavabdeh İddiaçı, onun atası X17 və anası X23 ilə qiymətdə razılaşıb 0,50 ha torpaq sahəsini 1100 (bir min bir yüz) manata alıb. O, razılaşdığı həmin puldan 200 (iki yüz) manatı dərhal cavabdeh İddiaçı nağd ödəyib. Qalan 900 (doqquz yüz) manat məbləğində pulu isə öz bağındakı alma məhsulunu satıb onlara çatdıracağı barədə razılaşıb. 2008-ci ilin mart ayında cavabdeh İddiaçı onun yanına gələrək anası X15 vəfat etdiyini və buna görə də qalan 900 manatın onlara təcili lazım olduğunu bildirib. Həmin vaxt bağının alma məhsulunu hələ tam satıb qurtarmamışdı. Lakin buna baxmayaraq onlara borclu qaldığı 900 (doqquz yüz) manat pulu düzəldib cavabdeh İddiaçı yanında onun atası X10 nağd olaraq ödəyib. Həmin pulları cavabdeh İddiaçı, habelə onun atası X10 ödədiyi vaxt onun yanında şahidlər də olub və həmin şəxslər bu faktı təsdiq edə bilərlər. Cavabdeh İddiaçı onun arvadı tərəfdən qohumudur. Buna görə də onlara inandığı üçün torpaq sahəsinə görə onlara pulu alqı-satqı müqaviləsi notariatda təsdiqlənməmiş vermişdir. Cavabdeh İddiaçı, atası X17 və anası X23 ona bildirmişdilər ki, yaxın bir-iki ay vaxt ərzində alqı-satqını notariatda rəsmiləşdirəcəklər. Lakin razılaşdığı bir-iki ay müddət qurtarandan sonra məlum olub ki, cavabdeh İddiaçı hansısa bankdan kredit götürmüş və həmin torpaq sahəsini ipoteka qoymuşdur. Beləliklə həmin vaxt alqı-satqı müqaviləsinin notariatda təsdiqlənməsi mümkün olmamışdır. 2007-cı ildə həmin 0,50 ha torpaq sahəsini aldığı zaman həmin sahədə bir neçə köhnə meyvə (alma) ağacları və bir qədər də təzə əkilmiş meyvə tingləri olub. O həmin köhnə ağacaları çıxarıb, oradakı meyvə tinglərindən əlavə təzə alma tinglərini əkib, həmin 0,50 ha torpaq sahəsinə bütünlüklə yeni alma bağı salıb. Ötən 14 il müddətində həmin ağaclara aqrotexniki qulluq, dərman və sair xərclər çəkməklə hər il azı 1000 (min) manat, 14 il müddətində azı 14000 (on dörd min) manat həmin bağa xərc qoyub. Ötən 14 il ərzində həmin 0,50 ha torpaq sahəsində 360 (üç yüz altmış) ədəd alma ağacını əkib, yetişdirib, hal-hazırda həmin ağaclar böyüyüb yetkin, bar verən ağaclar olublar. Ötən 14 il ərzində həmin 0,50 ha torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsində olmuşdur. Bu müddət ərzində cavabdeh İddiaçı, onun atası X8 və anası X15 həmin torpaqla əlaqədar ona qarşı heç bir tələbləri olmamışdır. Cavabdeh İddiaçı anası X23 2008-ci ildə, atası X17 isə 2010-cu ildə vəfat etmişlər. Onların vəfatından sonra da həmin torpaq sahəsi onun istifadəsində qalmış və cavabdeh İddiaçı həmin torpaqla əlaqədar ona heç bir tələbi, etirazı olmamışdır. Meyvə bağı təxminən axırıncı 1-2 ildir ki, məhsula çatmışdır və faktiki olaraq ötən 14 il ərzində həmin bağa hər il azı 1000 (min) manat xərc qoymuş, lakin hər hansı gəlir əldə etməmişdir. 2019-cu ildə cavabdeh İddiaçı xəstələnib və Bakı şəhərinə xəstəxanaya gedib ayağından əməliyyat olunması zəruriyyəti yaranıb. Bununla əlaqədar cavabdeh İddiaçı pulu olmadığı üçün onun bir qohumu kimi ona müraciət edib. O, cavabdehi öz maşınıyla Bakı şəhərinə aparıb orada xəstəxanada ayağından əməliyyat etdirib. İddiaçı müalicəsi ilə əlaqədar cəmi 800 (səkkiz yüz) manat xərc çəkib. Cavabdeh İddiaçı sağalıb kəndə qayıtdıqdan sonra yenidən onunla söhbət edib onlardan aldığı torpaq sahəsinin alqı-satqı müqaviləsini notariatda təsdiqlənməsini xahiş edib. Cavabdeh İddiaçı alqı-satqı müqaviləsini notariatda təsdiqləməyə razı olduğunu, lakin torpaq sahəsinə aid X32 kənd sakini X11 olduğunu bildirib. O cavabdeh İddiaçı ilə birlikdə X12 yanına gedib. Məlum olub ki, cavabdeh İddiaçı Dövlət Aktı üzrə ona 0,50 ha torpaq satdıqdan sonra mülkiyyətlərində qalmış 0,90 ha torpaq sahəsini də qeyri-rəsmi olaraq Hacıqayıb kənd sakini X1. Onlar üçü birlikdə məsləhət edib cavabdeh İddiaçı və ailə üzvləri tərəfindən ona və X2 torpaq sahələri barədə alqı-satqı müqavilələrini birlikdə gedib notariatda təsdiqləmək barədə razılığa gəliblər. Lakin bir müddətdən sonra cavabdeh İddiaçı Dövlət Aktını vərəsəliyi qəbul etmək üçün lazım olduğunu bildirərək X9 geri götürmüş, nə onunla, nə də ki, X20 ilə torpağın alqı-satqı müqavilələrini notariat kontorunda təsdiqləməmişdir. Daha sonra isə cavabdeh İddiaçı onunla torpaq sahəsinin alqı-satqısmı notariat kontorunda təsdiqləməkdən imtina etmişdir. Cavabdeh İddiaçı ona qarşı ilkin iddiası ilə əlaqədar qeyd etmək istəyir ki, cavabdehin və ailə üzvlərinin adlarında olan 1,40 ha torpaq sahəsindən yalnız 0,50 ha onun qanuni istifadəsindədir. Lakin cavabdeh İddiaçı ona qarşı əsassız olaraq 1,40 ha torpaq sahəsinin boşaldılması barədə iddia qaldırmışdır. O cavabdehdən və ailə üzvlərindən aldığı həmin 0,50 ha torpaq sahəsini boşaltmağa o şərtlə razıdır ki, cavabdeh ona dəymiş zərəri tam olaraq ödəsin. Cavabdeh İddiaçı ona qarşı ilkin iddiasının ikinci hissəsinə gəldikdə isə həmin hissədə onun iddiasını ümumiyyətlə qəbul etmir. Ona görə ki, əvvəla həmin torpaq sahəsindən hər hansı xeyir əldə etməyib. Xərc qoyub həmin torpaq sahəsində alma bağı salıb. Alma ağacları indi-indi məhsula gəlir və o bundan sonra həmin bağdan xeyir götürmək niyyətində olub. Digər tərəfdən də o, həmin torpaq sahəsini cavabdehdən və ailə üzvlərindən satın alıb və həmin torpaq sahəsindən hər hansı xeyir əldə etsə də qanunla cavabdehə qaytarmalı deyil. Ona görə də cavabdehin ondan hər hansı məbləğdə əldən çıxmış gəlir və ya ziyan tələb etməsi əsassızdır. O, cavabdeh İddiaçı,onun atası X5 və anası X13 0,50 ha torpaq sahəsini 1100 (bir min bir yüz) AZN-ə alsa da, halhazırda torpaq sahələrinin qiymətləri dəfələrlə bahalaşmışdır. Hal-hazırda Quba rayonunun Hacıqayıb kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı boş torpaq sahəsinin dəyəri 10000-12000 manat təşkil edir. Ona görə də o həmin 0,50 ha torpaq sahəsinin dəyəri olaraq cavabdeh İddiaçı 12000 (on iki min) manat tələb edir. O, həmin 0,50 ha torpaq sahəsində 360 (üç yüz altmış) ədəd alma ağacının aqrotexniki qulluq, dərman və sair xərclər çəkməklə yetişdirilməsinə qoyduğu 14000 (on dörd min) manat xərclərini cavabdeh İddiaçı geri tələb edir. Bundan əlavə cavabdeh İddiaçı Bakı şəhərində ayağından əməliyyat olunarkən cavabdehdən ötrü onun çəkdiyi 800 (səkkiz yüz) manat müalicə xərcini də cavabdeh İddiaçı geri tələb edir və cavabdeh İddiaçı 26800 (iyirmi altı min səkkiz yüz) manat alınıb ona qaytarıldıqdan sonra onun istifadəsində olan və cavabdeh İddiaçı, onun atası X8 və anası X15 adlarında olan 0,50 ha torpaq sahəsinin cavabdeh İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(027)-127/2022 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh Torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD 30313088 nömrəli Dövlət Aktına əsasən 1,40 ha torpaq sahəsinin 0,50 ha hissəsindən çıxarılması, 7430 (yeddi min dörd yüz otuz) manat məbləğdə əldən çıxmış ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin Cavabdeh tutulub İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 20363 manat 50 qəpik məbləğdə pul vəsaitinin tutulub Cavabdeh verilməsi qət edilmişdir. (hakim İlqar Məmmədov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi, Mülki Məcəllənin 21.1, 152.1, 157.4-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmənin onun iddia tələbinin ziyan hissəsi və qarşılıqlı iddia tələbinin pul vəsaitinin tutulması hissəsində gəldiyi nəticə əsassızdır. Ona görə ki, onun 2006-cı ildən hazıra kimi bağ sahəsini isitifadə edib, oradan meyvə məhsulu dərib, orada heç bir alma qələmi əkməyib, orada alma qələmini əkməsinə dair sübut yoxdur. Yalnız alma ağaclarının arasında gavalı qələmi əkmiş, həmin gavalı qələmlərindən şəkillərdən də göründüyü kimi məhsul almışdır. Məhkəmə tərəfindən məhkəməyə hər bir alma ağacının təxmini olaraq 20 kiloqram meyvə məhsulu gətirməsi barədə mütəxəssis rəyini təqdim etmişdir. Halbuki hər alma ağacı orta hesabla 20-100 kiloqram arasında meyvə məhsulu gətirir. Bundan başqa almanın kiloqramının topdan satış qiymətinin 0,40 manat, pərakəndə satış qiymətinin isə 0,50-0,60 manat olması barədə Quba bazarında fəaliyət göstərən “Aynur" Kiçik müəssisəsində arayış almışdır. Beləliklə məhkəmə tərəfindən heç bir əsas və sübut olmadan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institunun verdiyi rəyə əsasən qətnamə qəbul etmişdir. Halbuki həmin rəy verilərkən həqiqətən alma ağacının hər il 18 kiloqram meyvə gətirməsi və onun 2006-ci ildən bu vaxta kimi kiloqramını 0,30 manata satılmasına dair heç bir mötəbər sübuta istinad olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 17 iyun 2022-ci il tarixli ekspert rəyi də həmin mütəxəssis rəyinə əsaslanmış, özü müstəqil olaraq araşdırma aparmamışdır. Yalnız onlara daxil olan mütəxəssis rəyini təsdiqləməklə işini bitmiş hesab etmişdir. Yəni haradan bilinir və müəyyən olunur ki, alma ağacının hər il 18 kiloqram meyvə gətirir və onun 2006-ci ildən bu vaxta kimi kiloqramını 0,30 manata satılır. Bundan əlavə alma ağaclarının arasında əkilən artıq iki ildən çoxdur ki, meyvə gətirən 190 ədəd alça və gavalı ağaclarının gətirdiyi meyvələrə görə əldə ediləcək gəlirlər hesablanmamışdır. Halbuki məhkəməyə təqdim etdiyi fotoşəkildən də görünür ki, gavalı ağaclarında kifayət qədər meyvə vardır və onlar 3 kiloqramı ən azından 0,40 - 1 manat aralığında satılır. Bundan başqa məhkəməyə mütəxəssis rəyindən göstərilənlərin əksinə olaraq alma və gavalı meyvəsini hektara nə qədər məhsul gətirməsini, onların qiymətləri barədə internet resuslarından çap etdiyi məqalələr və elmi araşdırmalarını təqdim etsə də, məhkəmə buna əhəmiyyət verməmiş, mütəxəssis rəyinin həmin bu araşdırmalar fonunda nə qədər əsaslı olmasına qiymət verməmişdir. Qısacası məhkəmə tərəfindən onun 2006-cı ildən bu vaxta kimi əldən çıxmış fayda kimi çox az miqdarda ziyan dəydiyini hesablanmış qətnamə qəbul etmiş, cavabdehin onun hesabına əsasız varlanmasına göz yummuşdur. Qarşılıqlı iddia ilə bağlı onu qeyd edir ki, qarşılıqlı iddia tamamilə əsassızdır və rədd olunmalıdır. Ona görə ki, cavabdeh ondan heç bir pul məbləği tələb edə bilməz. Ona görə ki, qarşılıqlı iddia tələbinin əksinə olaraq cavabdehin həmin bağ sahəsində 170 ədəd meyvə ağacı əkməsi heç nə ilə sübut olunmur. Hansı ki, həmin ağaclar bağ sahəsini cavabdehə satmamışdan qabaq və ondan əvvəl əkdikləri ağaclardır, cavabdehin bağ sahəsinə ağacların əkməsinə dair heç bir sübutu yoxdur, iş üzrə verilmiş mütəxəssis rəyində də, ağacların cavabdeh tərəfindən əkilməsi ilə bağlı heç bir sübut yoxdur və ola da bilməz. Çünki bağ sahəsindəki alma ağaclarını cavabdeh əkməmişdir. Bundan əlavə əkilməmiş alma ağaclarına görə ağacların əkilmə xərclərini hansı sübut olmadan müəyyən edilməsi əsassızdır. Bundan başqa heç bir əsas olmadan alma və digər meyvə ağaclarına qulluq etməyə görə 20363,5 manat pul xərclənməsi qeyd edilməsi əsassızdır. Həmin pulun xərclənməsi ilə bağlı heç bir sübut yoxdur və ekspert rəyinə də xərclənib deyil, xərclənə bilər yazılmışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokol Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 56.9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilmiş və qarşılıqlı iddia tələbinin rədd edilmiş hissələrindən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz. Verilmiş apellyasiya şikayətindən görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin 20570 manat təmin edilməyən, habelə qarşılıqlı iddia tələbinin 20363,5 manat təmin olunmuş hissələrini mübahisələndirmişdir. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia rədd olunmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməyən hissədə düzgün hüquqi nəticəyə gəlsə də, qarşılıqlı iddia tələbini qismən təmin etməklə səhvə yol vermişdir. Belə ki, ilkin iddia və qarşılıqlı iddia ərizələrində qoyulmuş tələblərdən və onların əsaslandırmasından məlum olur ki, hazırkı mübahisənin predmetini iddiaçı və cavabdeh tərəfin torpaq üzərindəki hüquqlarının həqiqiliyinin mübahisələndirilməsi deyil, ilk iddiaçının mülkiyyətində olan torpaq sahəsində ilk cavabdeh tərəfindən qanunsuz meyvə bağı salınaraq gəlir məbləği müəyyən edilməsi və həmin torpağa meyvə ağaclarının əkilməsi, aqrotexniki qulluq işlərinin görülməsi, habelə yeni meyvə bağının əkilməsi xərclərin müəyyən edilməsi və həmin xərclərin kimə aid edilməsi təşkil edir. İşdən görünür ki, İddiaçı gələcəkdə alqı-satqı müqaviləsi bağlamaq məqsədi ilə ona məxsus 1,40 ha torpaq sahəsindən 0,5 ha olan hissəsini Cavabdeh Xutbəddin oğluna istifadəsinə vermişdir. Lakin tərəflər arasında mübahisəli torpaq sahəsinə dair qiymətlə bağlı razılıq əldə olunmadığından, torpağa dair hər hansı müqavilə bağlanılmamışdır. Cavabdeh Xutbəddin oğlu tərəfindən həmin meyvə ağaclarının əkilməsi və aqrotexniki qulluq işlərinin görülməsi üçün vəsaitin sərf edilməsi halına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin maddənin tələbi baxımından Cavabdeh Xutbəddin oğlu ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsi və ya özündə saxlaması hüququna malikdir. Ağacların uzun müddətdən sonra çıxarılaraq yerinin dəyişdirilib əvvəlki məhsuldarlıq əldə edilməsinin qeyri-mümkün olacağı halında vicdanlı sahib qeyd edildiyi kimi əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi Cavabdeh Xutbəddin oğlu mübahisəli torpaq sahəsinin dəyərindən dəfələrlə artıq məbləğdə ziyanın ödənilməsini tələb edir ki, bu da mülki qanunvericiliyin normalarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası ilkin iddianın apellyant tərəfindən mübahisələndirdiyi təmin edilməyən hissəyə hüquqi qiymət verərək, qeyd edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı keçirilən ekspertizanın nəticəsinə görə, 0,50 ha bağda olan alma ağaclarından onların ilkin məhsuldarlıq dövrü olan 8 il ərzində orta 7430,0 manat məbləğində maliyyə vəsaiti əldə etməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsində ilkin iddianın təmin edilməyən 20570 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsi hissədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(027)-127/2022 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın təmin edilmiş İddiaçı 20363 manat 50 qəpik məbləğdə pul vəsaitinin tutulub Cavabdeh verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın, qarşılıqlı iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-221/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-221/2023
08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver