Məhkəmə qərarları › İş №2(105)-2222/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2222/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2222/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, ilkin İddiaçı, ilkin iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1, cavabdeh "xxxx" MTK-nin nümayəndəsi X1 iştirakı ilə, İlkin İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 qarşı mənzilin təhvil verilməsi tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və "xxxx" MTK-ya qarşı mənəvi zərərin əvəzinin tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(012)-3167/2019-004 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh2 MTK və Cavabdeh1 qarşı mənzilin təhvil verilməsi tələbinə dair ilk iddia tələbi qismən təmin edilib, İddiaçı və "xxxx" MMC arasında 12.12.2015-ci il tarixli, 15 saylı müqavilə (21.05.2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə) və İddiaçı və "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK arasında 08.01.2016-cı il tarixli, 204 saylı müqavilələr etibarsız hesab edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, Cavabdeh1 İddiaçı və Cavabdeh2 MTK-ya qarşı qarşılıqlı iddia tələbi qismən təmin edilib, "xxxx" MMC və İddiaçı arasında "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilin pay alğı-satqısına dair bağlanmış 21.05.2009-cu il tarixli müqavilə etibarsız hesab edilməsi və qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1114/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev-sədrlik edən və məruzəçi, E.Rəhimov və L.Məmmədova) İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(012)- 3167/2019 saylı qətnaməsi İddiaçı verdiyi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 15 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xəlilov və M.Əhmədova) İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1114/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilməsi, iş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh1 qarşı ərizəsi iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış 12.08.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı, 60 saylı mənzilin İddiaçı təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəfərov X3-2016 MTK-ya qarşı 12.08.2010cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı 60 saylı mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair manelərin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə Cavabdeh1 iddia tələbi təmin edilmişdir. 19.06.2019-cu il tarixli bildirişlə cavabdeh Progress-2016 MTK-ya rəsmi qaydada müraciət olunaraq 3 (üç) gün ərzində onunla bağlanılmış Hayan-E MMC ilə 21.05.2009-cu il tarixli alğı-satqı müqaviləsinə və maliyyə arayışına əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı 60 saylı mənzilin İddiaçı sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və ona rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh 21.06.2019-cu il tarixli 21/06 saylı məktubu ilə ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı 60 saylı mənzilin Cavabdeh1 verilməsi barədə Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(012)- 1519/2018 saylı qətnaməsi çıxarıldığından bildirişdə göstərilmiş tələblərin yerinə yetirilməsi qeyrimümkünsüzlüyü və qanunverciliyin tələblərinə müvafiq olaraq çıxarılmış məhkəmə qətnaməsi maraqlarına toxunan şəxs kimi məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Abşeron Rayon Məhkəməsi işə baxarkən kobud prosessual pozuntu ilə işi aparmaqla onu hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçüncü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, hal-hazırda mübahisəli mənzilin kimin mülkiyyətində olmasını müəyyən etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Hayan-E MMC ilə (hüquqi varis Progress-2016 MTK) 21.05.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı 60 saylı mənzilə dair 66800 manat tərəfindən tam ödənilmişdir. Bu haqda 21.05.2009-cu il tarixli maliyyə arayışı imzalanıb təsdiq edilərək ona verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 201 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 10-cu mərtəbə, ümumi sahəsi 133,6 m2 olan 3-cü blok, 60 saylı mənzil izolə olunmuş 4 otaqdan ibarət bir pay kimi Payçıya verməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən "Payçı" müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürür. Tikinti işləri 3-cü blokda başa çatmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra iliznəm˝ıçarcİ˝ təhvil verir, Payçı mənzili qəbul edir. Ona görə də mənzil ona təhvil verilməli, mənzil üzərində istifadə və sahiblik hüquqları tanınmalıdır. Digər tərəfdən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 301 saylı, 25.08.2006- cı il tarixli sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Tağıyevküçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı 60 saylı mənzilə dair Cavabdeh1 Hayan-E MMC arasında 12.08.2010-cu il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən hər m2 285 manat olmaqla ümumilikdə 37099 manat ödənildiyi qeyd edilmişdir. Mübahisəli mənzilə dair alğı-satqı müqaviləsi İddiaçı ilə 21.05.2009-cu il tarixdə bağlandığı halda Hayan-E MMC-nin əvvəlki direktoru X2 tərəfindən həmin mənzil təkrar 12.08.2010-cu il tarixdə Cavabdeh1 əsassız olaraq satılmışdır. Cavabdeh1 İddiaçı və "xxxx" MTK -ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın təmin edilməməsi, MMC ilə İddiaçı arasında MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 3-cü blok, 10- cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilin pay alğı-satqısına dair bağlanmış 21.05.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı qanunsuz hərəkətləri ilə ona vurduğu mənəvi zərərin əvəzi kimi 5000 manat pulun İddiaçı alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı ilə Hayan-E MMC arasında bağlanmış 12.12.2015- ci il tarixli və Hayan-E MMC-nin hüquqi varisi "xxxx" MTK arasında bağlanmış 08.01.2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh1 Hayan-E MMC arasında bağlanmış 12.08.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Hayan-E MMC ilə İddiaçı arasında bağlanmış 21.05.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı, 60 saylı mənzilin İddiaçı təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması vəzifəsinin cavabdeh Hayan-E MMC-nin hüquqi varisi "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin İddiaçı öz iddia ərizəsində bütün arqumenti onun üzərində qurmuşdur ki, guya o, mənzili ondan əvvəl əldə etmişdir və buna görə də, İddiaçı mənzilə olan hüquqları ondan üstün hesab edilməlidir. Həmçinin, İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, güya Abşeron Rayon Məhkəməsi Cavabdeh1 Hayan-E MMC-yə qarşı iddia tələbi üzrə 2(012)-1519/2018 saylı işə baxarkən kobud prosessual pozuntuya yol verərək işi birtərəfli aparmaqla hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçüncü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, halhazırda mübahisəli mənzilin kimin mülkiyyətində olmasını müəyyən etmədən qanunsuz və əsassız 09.04.2018-ci il tarixli qətnamə qəbul etmişdir. Sonradan İddiaçı məlum olmuşdur ki, iştirakı təmin olunmadan, bu barədə İddiaçı xəbər verilmədən cavabdeh Progress-2016 MTK tərəfindən məlumatlandırılmadan maraqlarına toxunan qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Halbuki, onunla Hayan-E MMC arasında bağlanmış 12.08.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,3 m2 olan 4 otaqlı, 60 saylı mənzilin müqavilə üzrə dəyəri 37099 manat onun tərəfindən tam şəkildə ödənilmiş və bununla da həmin mənzil üzərində onun istifadə və sahiblik hüquqları yaranmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə həmin mənzilə dair onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar manelərin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi Progress-2016 MTK-ya həvalə edilmiş, həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. Həmin işin materialları ilə də sübut olunur ki, doğrudan da həmin məhkəmə prosesi dövründə mübahisəli mənzilə dair onunla Hayan-E MMC arasında bağlanmış 12.08.2010-cu il tarixli alğı-satqı müqaviləsindən başqa digər müqavilə, o cümlədən ilkin İddiaçıla Hayan-E MMC arasında alğı-satqı müqaviləsi mövcud olmamış, həmin məhkəmə prosesində iştirak edən Progress-2016 MTK-nın sədri X8 onun iddiasının əsaslı olduğundan qəbul etmiş, tikinti işləri tam başa çatdıqdan sonra həmin mənzilin ona təhvil veriləcəyinə dair məhkəmədə öhdəlik götürmüşdür. Əgər doğrudan da ilkin İddiaçı hazırda mübahisələndirdiyi mənzilə dair onunla Hayan-E MMC arasında 21.05.2009-cu il tarixli alğı-satqı müqaviləsi mövcud olsaydı, onda ssergorP˝-2016˝ MTK-nın sədri R.Nəsirov bu barədə 09.04.2018-ci il tarixli məhkəmə prosesində bildirərdi. Bundan başqa əgər doğrudan da mübahisəli mənzilə dair ilkin İddiaçı ilə Hayan-E MMC arasında 21.05.2009-cu il tarixli alğı-satqı müqaviləsi olsaydı, onda o Progress-2016 MTK-ya həmin mənzilin ona təhvil verilməsinə dair 19.06.2019-cu il tarixdə deyil, bundan çox əvvəl, ən azı hələ 2012-ci ildə müraciət edərdi. Belə ki, Hayan-E MMC-nin əvvəlki sədri E.Tağıyevin sahibi olduğu Birlik MMC-də törətdiyi dələduzluq əməllərinə görə Bakı Ağır Cinayətlərə dair Məhkəməsinin 2012-ci il tarixli qərarı ilə azadlıqdan məhrum edilmiş, bundan sonra onun sahibi olduğu Hayan-E MMC-də tikinti işləri dayandırılmış, onun həbs edilməsi xəbəri kütləvi informasiya vasitələrində geniş yayılmış və bu xəbər Hayan-E MMC-nin payçıları arasında da narahatçılıq, təşviş və rezonans yaratmışdır. Bundan sonra 2012-ci ilin əvvəllərindən Hayan-E MMC-nin direktoru vəzifəsinə X8 təyin edilmişdir. Lakin E.Tağıyevin əməlinə görə, Hayan-E MMC-nin payçılarının əksəriyyəti etimadlarını itirdikləri üçün müqavilə üzrə borclu qalanlar öz borclarını ödəməkdən imtina edirdilər. Bu səbəbdən də, yeni sədr R.Nəsirov yarımçıq qalmış binanın tikintisini davam etdirə bilməmişdir. Odur ki, Hayan-E MMC-nin payçı kütləsi Azərbaycan Respublikasının Prezidentinə rəsmi müraciət etmiş və şikayətə baxılması Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə yönəldilmişdir. Həmin İdarədə aparılan geniş müzakirələrdən sonra Hayan-E MMC-nin payçıları binanın yarımçıq qalmış tikintisini özləri davam etdirmək qərarına gəlmiş və bu məqsədlə 16.02.2014-cü il tarixdə Payçıların hüquqlarının müdafiəsi təşkilatı təsis edərək fəaliyyətə başlamışlar. Həmin Təşkilat rəsmi qeydiyyatdan keçməsə də, payçıların cəmiyyətə etimad göstərməsinə və pul vəsaiti toplanaraq Hayan-E MMC-nin yarımçıq qalmış tikintisini 2014-cü il oktyabr ayından 2018-ci ilin sentyabr ayınadək olan müddətdə davam etdirərək, 1-ci, 2-ci və 3-cü bloklarda "fəza betonkarkas", hörgü və suvaq işlərini tamamlama səviyyəsinədək çatdırmış, 4-cü və 5-ci bloklarda isə tikinti işləri hazırda ssergorP˝-2016˝ MTK-nın yeni rəhbərliyi tərəfindən davam etdirilir. Bu dövrdə Təşkilatın fəaliyyəti məhz payçıların özləri tərəfindən idarə olunmuş, Hayan-E MMC ilə birgə fəaliyyət göstərərək, mübahisəli mənzillərin kimin sahibliyində olmasını müəyyən etmiş, yığılan pul vəsaiti və görülən tikinti işlərinə dair Hayan-E MMC-nin rəhbərliyi ilə hər həftənin 6-cı günü birgə iclası keçirilərək, payçılara geniş məlumat verilmişdir. Qeyd etmək zəruridir ki, həmin dövrdə İddiaçı 2015-ci ildə müraciət edərək Hayan-E MMC ilə aralarında bağlanmış 21.05.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilin İddiaçı satıldğını və bu müqavilə üzrə 66800 manat ödəməsini bildirmiş və "xxxx" kimi qeydə alınmışdır. Həmin vaxt Hayan-E MMC-nin rəhbərliyi tərəfindən ona Cavabdeh1 ilə nayaH˝-E˝ MMC arasında həmin mənzilə dair 12.08.2010cu il tarixli müqavilə bağlanmış olduğu və müqavilə üzrə pulu tam ödədiyi bildirilmişdir. Lakin İddiaçı hazırda mübahisələndirdiyi həmin mənzilin Cavabdeh1 satıldığı barəsində ən azı elə həmin vatxtdan tam məlumatlı olsa da, nədənsə həmin vaxt bu mənzilin ona verilməsini tələb etməmiş, əksinə, Hayan-E MMC ilə aralarında 12.12.2015-ci il tarixli yeni müqavilə ilə əvvəllər 21.05.2009-ci il tarixdə 60 saylı mənzilə dair bağladığı alğı-satqı müqaviləsinə xitam vermiş, əvəzində isə Hayan-E MMC ilə arasında 12.12.2015-ci il tarixdə həmin binanın 3-cü blok, 13-cü mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 78 saylı mənzilin ona verilməsinə diar yeni müqavilə bağlamış, bundan sonra da Hayan-E MMC ilə arasında həmin 78 saylı mənzilə dair bağlanmış 12.12.2015-ci il tarixli müqaviləyə xitam verərək, həmin 78 saylı mənzilə dair müqaviləni yeni şərtlərlə, yəni mənzillin hər m2-nə görə əlavə olaraq 100 manat olmaqla, cəmi 13360 manat əlavə ödəniş etmək öhdəliyi götürməsinə dair 08.01.2017-ci il tarixli, 204 saylı yeni müqavilə bağlamış və bundan sonra isə sonuncu müqavilədəki borc öhdəliyi üzrə müəyyən ödənişlər etməyə başlamış, lakin indiyədək yeni borc öhdəliyini də tam yerinə yetirməmişdir. Odur ki, İddiaçı tərəfindən Hayan-E MMC ilə aralarında mənzil münasibətini əks etdirən yuxarıda göstərilən işin faktiki hallarını hazırkı məhkəmədən gizlədərək, guya 10-cu mərtəbədəki 60 saylı mənzilin Cavabdeh1 satılması barədə əvvəllər Hayan-E MMC tərəfindən ona məlumat verilməməsinə və guya Progress-2016 MTK tərəfindən məlumatlandırılmadığı üçün məhkəmə tərəfindən maraqlarına toxunan qətnamə qəbul edilməsinə dair göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı hazırki iddia tələbinə dair 2(012)-3167/2019 saylı mülki işin siyahısında 4-cü sırada 21.05.2009-cu il tarixli müqavilənin və maliyyə arayışının təsdiq olunmuş surətlərini əlavə etdiyini göstərsə də, faktiki olaraq həmin sənədərin heç bir halda təsdiq olunmamış rəngli kserosurətləri aşkar olundu. Odur ki, həmin müqavilə və maliyyə arayışı blanklarının həqiqi sənəd olması əsaslı şübhə yaradır və bu səbəbdən də həmin şübhəli blankların müvafiq ekspertizadan keçirilərək, sənədin hansı şəraitdə hazırlandığı, oradakı şriftlərin, möhürün, imzanın və digər qeydlərin həqiqi və ya əsl olub-olmaması, həmçinin saxta üsullarla hazırlanıbhazırlanmadığı müəyyən edilməli və bunun nəticəsindən asılı olaraq hüquqi qiymət verilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1519/2018-ci il tarixli, 09.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilərək, Hayan-E MMC ilə aralarında bağlanmış 12.08.2010-cu il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,3 m2 olan 4 otaqlı, 60 saylı mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi Progress-2016 MTK-ya həvalə edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Həmçinin, işin faktiki halları və həmin qətnamə ilə də sübut olunur ki, Progress-2016 MTK məhkəmə prosesində birbaşa iştirak etmiş, onun iddia tələbini qəbul etmiş, həmin mənzilin onun sahibliyində olduğunu etiraf etmiş, tikinti başa çatırıldıqdan sonra isə onun istifadəsinə veriləcəyinə dair öhdəlik götürmüşdür. İlkin İddiaçı hazırki iddia ərizəsində guya Abşeron Rayon Məhkəməsinin işə baxarkən kobud prosessual pozuntu ilə işi birtərəfli aparmasına, işin hərtərəfli araşdırılmadığına, qəbul edilmiş qətnamənin üçüncü şəxsin hüquqlarını poza biləcəyini nəzərə almamasına dair göstərdikləri tam əsassız və qondarmadır. Belə ki, əgər doğrudan da sözügedən 09.04.2018-ci il tarixli məhkəmə prosesi zamanı mübahsəli mənzilə dair ondan başqası ilə Hayan-E MMC arasında, o cümlədən İddiaçı arasında müqavilə mövcud olsaydı, onda həmin məhkəmə prosesində iştirak etmiş Progress-2016 MTK-nın sədri R.Nəsirov bu barədə məhkəməyə bildirərdi. Həmçinin İddiaçı mübahisəli mənzilə dair müqavilənin guya 21.05.2009-cu ildə bağlandığını iddia etsə də, əsl həqiqətdə isə həmin müqavilə sonradan qanunsuz və saxta üsullarla geri tarixə hazırlanmış, bundan sonra da həmin müqavilədəki saxtakarlığın üstünün açılmasından ehtiyatlanaraq mənzili əvvəllər (2015-ci ildə) tələb etməmiş və saxta müqavilənin gizlədilməsi məqsədilə həmin müqaviləni 12.12.2015-ci il tarixli digər müqavilə ilə ləğv edərək, bunun əvəzində həmin binanın 3-cü blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı, 78 saylı mənzilin ona verilməsinə dair yeni müqavilə bağlamış, bundan sonra da yenidən 08.01.2017-ci il tarixli, 204 saylı müqavilə ilə həmin 12.12.2015-ci il tarixli müqaviləyə xitam verərək, bunun əsasında həmin 78 saylı mənzilin ona yeni şərtlərlə verilməsinə dair, yəni bu mənzilin hər kvadrat metrinə görə əlavə 100 manat olmaqla, cəmi 13360 manat əlavə ödəniş etmək öhdəliyi götürməsinə dair müqavilə bağlamış və bundan sonra isə yeni müqavilədəki borc öhdəliyi üzrə müəyyən ödənişlər etməyə başlamış, lakin başa çatdırmamışdır. İddiaçı hazırda yuxarıda qeyd olunan 13-cü mərtəbədəki 78 saylı mənzilə dair müqavilələrini məhkəmədən gizlədərək, guya 21.05.2009-cu il tarixli müqavilə əsasında 60 saylı mənzili ondan əvvəl alması və bu mənzilin ona satılmasından və üzərində sahiblik və istifadə hüququnun tanınmasına dair Abşeron Rayon Məhkəməsinin 2(012)-1519/2018-ci il saylı, 09.04.2018-ci il tarixli qətnaməsi olmasından guya xəbərsiz olması, guya yalnız cavabdeh Progress-2016 MTK-nın 21.06.2019-cu il tarixli, 21/06 saylı məktubunu aldıqdan sonra ilk dəfə məlumatlı olması görüntüsünü yaradaraq, etibarsız və saxta dəlillər əsasında məhkəmədə iddia qaldırmışdır. Halbuki, İddiaçı ilə Hayan-E MMC arasında mübahisəli mənzilə dair bağlanmış 21.05.2009-cu il tarixli müqavilə saxta üsulla hazırlanaraq, qanunsuz yolla əldə edildiyindən heç bir hüquqi nəticə yaratmayan əhəmiyyətsiz əqddir. İddiaçı müqaviləsi əhəmiyyətsiz olduğundan onun həmin müqaviləyə istinad edərək, Cavabdeh1 müqaviləsinin etibarsızlığını və mənzilin boşaldılmasını tələb etmək hüququ yoxdur. Buna görə də, ilk iddia rədd olunmalıdır. Belə ki, əgər İddiaçı həqiqətən də, 10-cu mərtəbədəki 60 saylı mənzili ondan əvvəl almış olsaydı, onda o həmin mənzili əvvəllər tələb edərdi. Halbuki, işin faktiki halları ilə də, birbaşa sübut olunur ki, İddiaçı özünün razılığı ilə mübahisəli mənzilə dair müqaviləsinə xitam verərək, əvəzində Hayan-E MMC ilə həmin blokun 13-cü mərtəbədə yerləşən 78 saylı mənzilin ona verilməsinə diar 12.12.2015-ci il tarixli yeni müqavilə bağlamış, həmçinin 78 saylı mənzilə dair 12.12.2015-ci il tarixli müqaviləni də ləğv edərək, həmin mənzilə görə əlavə 13360 manat pul ödənişi öhdəçiliyi götürməsinə dair 08.01.2017-ci il tarixli yeni müqavilə bağlamış və müəyyən ödənişlər etmişdir. Əgər, İddiaçı həmin müqavilənin guya 21.05.2009-cu il tarixdə bağlanmasına inansaq, onda bu müqavilənin bağlandığı müddətdən 10 ildən çox müddət keçdikdən sonra mənzilin onun qəflətən "yadına düşməsi" əqdin həqiqiliyinə əsaslı şübhə yaradır və real hüquqi nəticələr yaratmaq yox, başqa niyyətlərlə hazırlandlğını göstərir. Bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi şərtinin mövcudluğu üçün pis niyyətin bir tərəfdə yox, hər iki tərəfdə olması şərti tələb olunur. İddiaçı ilə Hayan-E MMC arasında bağlanmış həmin 21.05.2009-cu il tarixli müqavilənin öz razılığı ilə ləğv edilərək, bunun əsasında yeni 12.12.2015-ci il tarixli müqavilə bağlanması və bu müqavilənin də ləğv edilərək, əsasında 08.01.2017-ci il tarixli, 204 saylı yeni müqavilənin bağlanması faktları ilə birbaşa sübut olunur ki, ilkin İddiaçı, Cavabdeh1 ilə Hayan-E MMC arasında müqavilənin mövcud olmasından ən azı 12.12.2015-ci il tarixdə əvvəlki müqaviləsini ləğv edərkən, yeni müqavilə bağlayan zaman məlumatı olmuş, lakin ilkin iddiaçı bu məlumatları əks etdirən sənədləri hazırki məhkəmədən gizlədərək, həqiqəti əks etdirməyən, qanunsuz yolla əldə etdiyi etibarsız dəlillərlə məhkəmədə əsassız iddia qaldırmış, öz iddiasını yalnız bir əsasa – öz müqaviləsinin guya daha əvvəlki tarixə olması əsasına söykəmişdir. Beləliklə, işin faktiki halları ilə də sübut olunur ki, ilkin İddiaçı hazırda məhkəməyə təqdim etdiyi, onunla guya Hayan-E MMC arasında 21.05.2009-cu ildə bağlandığını əks etdirən müqavilə etibarsız olmaqla yanaşı, həm də saxta üsullarla hazırlanmasına əsaslı şübhə vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddiaçı Qasımov X6 Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia ərizəsinin tam təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Müli Məcəlləsinin 329.1, 331.1, 337.1, 351.5, 355.1, 355.2, 357, 372.7, 389.1, 390.1, 421.3, 752.1, 752.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" MTK-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini həmin müqavilə səlahiyyəti olmayan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanması, qarşılıqlı iddianın qismən təmin edilməsini ilk iddiaçının qanunsuz hərəkəri nəticəsində bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması halı təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamış, bu nəticədən narazı qalan ilkin iddiaçının kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi hissələrində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaması, qeyd etdiyi halların şin halları ilə uyğunluq təşkil etməməsi, işə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İlkin iddiaçı qətnaməni ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası ilkin iddiaçının qətnaməni qismən mübahisələndirdiyini nəzərə alaraq apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla hər iki iddia tələbləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə qarşılıqlı iddia ilkin iddianı özündən asılı etdiyindən, ilkin olaraq qarşılıqlı iddia tələbinə mübahisələndirilən hissədə qiymət verilməlidir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, mübahisə predmeti olan mənzilin alqı-satqısının bütün şərtləri barədə razılıq "xxxx" MMC ilə məhz İddiaçı arasında əldə edilmiş, bu razılıq əsasında 21.05.2009-cu il tarixli müqavilə tərtib edilmişdir. Müqavilə İddiaçı şifahi tapşırığı əsasında qardaşı tərəfindən imzalanmış və İddiaçı tərəfindən mənzilin tam dəyəri MMC-yə ödənilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında 21.05.2009-cu il tarixli müqaviləyə dəyişiklik edilməsi ilə bağlı 12.12.2015-ci il tarixli və 08.01.2016-cı il tarixli müqavilələr bağlanmışdır. Sonradan 21.05.2009-cu il tarixli müqaviləyə dəyişiklik barədə bağlanmış müqavilələr iddiaçının mənafelərini pozduğundan sonuncu onların ləğvini tələb etmiş və onun tələbi ilə "xxxx" MMC həmin müqavilələri ləğv etmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin 21.05.2009-cu il tarixli müqavilənin etibarsızlığı ilə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, mübahisə predmeti olan mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında 21.05.2009-cu il tarixli müqavilə sonuncunun qardaşı tərəfindən imzalansa da həmin müqavilə faktiki olaraq İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və İddiaçı tərəfindən bəyənilmişdir. Əqdlərdə razılıq anlayışını tənzimləyən Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Belə olan halda qeyd olunan maddənin dispozitiv şərtləri əqdin bağlandığı andan onu bəyənmiş şəxsin hüquqlarını tanıyır. Eyni zamanda nəzərə alınmalıdır ki, müqavilə üçüncü şəxslərin, o cümlədən Cavabdeh1 hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmamışdır. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisə predmeti olan mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasındakı müqavilə 21.05.2009-cu ildə, "xxxx" MMC ilə Cavabdeh1 arasındakı müqavilə isə 12.08.2010-cu ildə bağlanmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanan vaxt Cavabdeh1 həmin mənzilə dair hər hansı bir hüququ olmadığından, 21.05.2009-cu il tarixli müqavilə sonuncunun hüquqlarına və qanunla qorunan mənafelərinə toxuna bilməz. Lakin qarşılıqlı iddia tələbi üzrə bu hissədə müqavilənin etibarsızlığı qənaətinə gələn birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına hüquqi qiymət verməmiş və bu hissədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Hayan-E” MMC ilə İddiaçı arasında bağlanmış 21.05.2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İlkin iddia tələbinin 12.08.2010-cu il tarixli müqavilənin etibarsızlığı barədə iddia tələbinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, eyni mənzillə bağlı 21.05.2009-cu il tarixdə müqavilə bağlandığı halda və qüvvədə olduğu halda (mübahisələndirilərək ləğv və ya etibarsız hesab edilmədiyindən), təkrar olaraq həmin mənzillə bağlı Cavabdeh1la müqavilə bağlanması müqavilə münasibətlərini tənzimləyən mülki qanunverciliyin müddəalarına zidd olmuşdur. Mülki Məcəllənin 337.1.maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, Hayan-E” MMC ilə Cavabdeh1 arasındakı bağlanmış 12.08.2010-cu il tarixli müqavilə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, ilkin iddia tələbi bu hissədə təmin edilməklə 12.08.2010-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. İlkin iddia tələbinin ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı, 60 saylı mənzilin İddiaçı təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması vəzifəsinin cavabdeh nayaH˝-E˝ MMC-nin hüquqi varisi "xxxx" MTK-ya həvalə edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, 21.05.2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilmədiyindən və həmin müqavilənin 1.2., 4.1. bəndlərinin tələbləri baxımından ilkin iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. Cavabdeh1 və "xxxx" MMC arasında 12.08.2010-cu il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzilin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzil İddiaçı təhvil verilsin, həmin mənzilə sahiblik və istifadə hüququ tanınsın, mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK-ya həvalə edilsin. Hayan-E” MMC ilə İddiaçı arasında ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzillin alqı-satqısına dair bağlanmış 21.05.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar