Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2230/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X11, qarşılıqlı iddia üzrə cavabdeh X14 iştirakları ilə açıq məhkəmə iclasında Qobustan Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(026)-50/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(026)-50/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Mirələm Quliyev) İddiaçı Cavabdeh oğuna qarşı əmlakın qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi barədə ilk iddiası qismən təmin edilmiş, Cavabdeh “MİTSUBİSHİ” markalı minik modelli, 2014-cü il buraxılışlı, tünd göy metallik rəngli, 4D56UCFB8519 mühərrik, MMBJNKB40FD018153 ban nömrəli, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil və avtomobilə aid olan xx xxxxxx 2014-cü il tarixdə verilmiş AC341388 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı evə və avtomaşına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, pul tələbi barədə qarşılıqlı iddiasının təmin olunmaması qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan “MİTSUBİSHİ” markalı, minik modelli, 2014-cü il buraxılışlı, tünd göy metallik rəngli, 4D56UCFB8519 mühərrik, MMBJNKB40FD018153 ban nömrəli, ** NV *** dövlət nömrə nişanlı avtomobilin və avtomobilə aid olan xx.xx.2014-cü il tarixdə verilmiş AC341388 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ona qaytarılması, habelə cavabdehdən avtomobili qaytarmağa borclu olduğu xx.xx.2017-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək, hər gün üçün 60 manat olmaqla əldən çıxmış faydanın, mənəvi zərərə görə 5000 manat kompensasiyanın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə verilmiş AC341388 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında mülkiyyətində olan “MİTSUBİSHİ” markalı, minik modelli, 2014-cü il buraxılışlı, tünd göy metallik rəngli, 4D56UCFB8519 mühərrik, MMBJNKB40FD018153 ban nömrəli, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2017-ci il tarixli etbarnamə ilə xx.xx.2017-ci il tarixədək idarə etmək üçün Cavabdeh vermişdir. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq Cavabdeh müxtəlif bəhanələrlə avtomobili qaytarmaqdan imtina etmişdir. Cavabdeh avtomobili onun vasitəsi ilə tanıdığı və idarə etmək üçün etibarnamə verdiyi Quba rayonu, Harut kənd sakini X8 olduğunu bildirərək, avtomobili qaytarmaqdan imtina etmişdir. Onun tərəfindən X12 qarşı verilmiş iddia üzrə Quba Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında isə Cavabdeh avtomobilin özündə olduğunu etiraf etmişdir. Cavabdeh avtomobili və avtomobilə aid hüquqmüəyyənedici sənədləri qaytarmamaqla, qanunsuz hərəkət etmiş və nəticədə onun əmlak hüququnu pozmuşdur. Əldən çıxmış fayda olaraq cavabdehdən avtomobili qaytarmağa borclu olduğu xx.xx.2017-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək, hər gün üçün 60 manat pul ödənilməsini tələb edir. Qarşılaşdığı haqsızlıqla bağlı keçirmiş olduğu psixoloji sarsıntı nəticəsində vurulmuş mənəvi zərərə görə cavabdeh ona 5000 manat kompensasiya ödəməlidir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək onunla cavabdeh İddiaçı arasında “MİTSUBİSHİ” markalı, **-HV-*** nömrəli və “Mercedes” markalı, **-CX-*** nömrəli yük avtomobillərinə və Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən 2 evinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmin əmlakların ona qaytarılması və aldatma yolu ilə cavabdeh tərəfindən ondan alınmış 20000 manat dəyərində 50 baş inəyin və 29000 manat dəyərində 120 baş inəyin, 10.000 manat pulun cavabdeh İddiaçı alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçılə 2014-cü ildə Maştağa heyvan bazarında Cahandarın vasitəsi ilə tanış olmuş və o zaman bazarda bütün mal-qara satanların hamısı İddiaçı sələmçi kimi tanıyırdılar. Həmin vaxtlarda o, Gürcüstandan Bakıya qoyun gətirirdi və gətirdiyi qoyunlara görə gürcülərə borcu yaranmışdı. O, gürcülər tərəfindən sıxışdırıldığından pul axtarırdı, şəriki Novruz isə özünü kənara çəkmişdi. Həmin vaxt Cahandar ona İddiaçı sələmə pul almaq olduğunu demişdir. Ona görə də zəngləşib Zabrat dairəsində İddiaçılə və oğlu Ələkbərlə görüşmüş və faizə 35000 manat pul istəmişdir. İddiaçı girova əmlak qoyulduğu təqdirdə 8%-lə borca pul verəcəyini bildirmişdir. O, İddiaçı “MİTSUBİSHİ” markalı, **-HV-*** qeydiyyat nömrəli və “Mercedes” markalı, **-CX-*** qeydiyyat nömrəli avtomobillərini girov qoya biləcəyini demişdir. İddiaçı həmin avtomobillərin girovu müqabilində ona 30000 manat borc verə biləcəyini söyləmişdi. Onların razılaşmasına görə avtomobillər alqı-satqı əsasında İddiaçı adına keçirilməli, lakin avtomobillərin idarə edilməsi etibarnamələri ona verilməklə avtomobillər onda qalmalı, borcunu qaytardıqdan sonra avtomobillər yenidən onun adına qeydiyyatdan keçiriməli idi. 2014-cü ilin dekabr ayında BDYPİ-də həmin avtomobilləri alqı-satqı yolu ilə İddiaçı adına keçirmiş, İddiaçı avtomobilləri idarə etmək üçün ona etibarnamə vermiş və avtomobillər onda qalmışdı. Həmin vaxtı İddiaçı ona Zabrat dairəsində görüşərək pulu verəcəyini demişdir. O, Zabrat dairəsinə gəlmiş və İddiaçı zəng etmiş, lakin İddiaçı telefonu bağlı olmuşdur. Bir neçə gün zəng eləsə də, İddiaçı telefonlarını açmamışdır. 12 gündən sonra İddiaçı tapıb görüşmüş, ya pulu, ya da avtomobillərini qaytarmasını istəmişdir. İddiaçı onun dostu Cahandarın ona 25000 manat borcu olduğundan, avtomobilləri həmin borcun əvəzinə aldığını, ona pul verməyəcəyini demişdir. O, Cahandarın borcunun ona aidiyyatı olmadığını bildirərək İddiaçılə sözləşmiş və İddiaçı oradan qaçmışdır. Beləcə İddiaçı avtomobilləri adına keçirdikdən sonra ona pul verməmişdir. Buna baxmayaraq bir neçə dəfə İddiaçılə görüşmüş, sonda İddiaçı Pikap markalı avtomobilin özündə qalması müqabilində, yük avtomobilini qaytarmasını bildirmişdir. Həmin vaxtı İddiaçı onu şirnikləndirmiş və başqa əmlakının girov qoyulması müqabilində ona aylıq 5% olmaqla böyük məbləğdə pul verəcəyini demişdir. Zabratda olan 2 evini girov qoysa, ona nə qədər pul verəcəyini soruşduqda, İddiaçı 70000 manat verəcəyini söyləmişdi. Onun borcu olduğu üçün İddiaçılə razılaşmışdı. Həmin evləri Xırdalan şəhərində yerləşən notariat kontorunda İddiaçı oğlu Ələkbərin adına formal alqı-satqı yolu ilə keçirmiş, lakin İddiaçı sözünün üstündə durmamış, ona 45000 manat pul vermiş, pul olmadığı üçün bir ay ərzində qalan pulu da verəcəyini bildirmişdir. Lakin sonradan İddiaçı yenə də onu aldatmış, pulu verməmişdi. Onun evləri İddiaçı oğlu Ələkbərin adına keçsə də, onun istifadəsində qalmış, eləcə də avtomobillər də onda olmuşdu. O, 2 ay müddətində İddiaçı 4200 manat faiz pulu vermiş, sonra isə 4-5 ay verə bilmədiyindən faiz borcu yığılmışdı. Həmin ərəfədə İddiaçı ona zəng edərək qızına inək alacağını deyərək, satırsa ondan alacağını bildirmişdir. O, bunu Cahandara demiş və Cahandarla birlikdə İddiaçılə görüşmüşdür. Cahandar İddiaçı 20000 manat dəyərində 50 baş inək verəcəyini, əvəzində onun avtomobillərini qaytaracağını demiş, İddiaçı də 20000 manatlıq inəklərin əvəzində, avtomobilləri onun adına keçirməyə razılaşmışdı. Ertəsi gün onlar Abşeron rayonu ərazisində yerləşən Bayqulu qışlağına getmiş və Cahandar Novruzdan aldığı mal-qaradan 50 baş inəyi seçib, İddiaçı və oğlu Ələkbərə təhvil vermiş, İddiaçı 2 yük maşını ilə inəkləri Bakıya gətirmişdir. Ertəsi gün o, notariat kontoruna gəlmişdir ki, İddiaçı avtomobillərə dair ona baş etibarnamə versin. Lakin İddiaçı yenə onları aldatmış, ona etibarnamə verməmişdi. Bunun səbəbini soruşduqda İddiaçı onun faizi vermədiyini, 20000 manat faiz borcunun yarandığını, inəkləri faiz əvəzinə götürdüyünü bildirmişdir. İddiaçı qanunsuz əməlləri nəticəsində onun bütün əmlakı əlindən çıxmışdır. Eyni zamanda İddiaçı süni olaraq faiz hesablamaqla onu pis vəziyyətə salmışdır. O və ailə üzvləri Zabrat qəsəbəsində tanışına məxsus fermada damazlıq inək saxlayırdı. 2015-ci ilin yay aylarında faizləri verə bilmədiyindən İddiaçı ona demişdi ki, evləri və avtomaşınları neçəyə olursa olsun satacaq və pulunu götürəcəkdir. Ona görə məcbur olub qardaşlarına və anasına hər şeyi açıb danışmış və İddiaçı avtomaşınları və evləri qaytarmaq üçün inəkləri satıb İddiaçı pulunu verməyi məsləhət görmüş, ailə üzvləri də onunla razılaşmışdılar. Ona görə də İddiaçı bildirmişdir ki, ona vaxt versin, mal-qaranı satıb pulunu verəcəkdir. İddiaçı qiymətləşərək evləri qaytarmaqla inəkləri ona verməsini təklif etmişdir. İddiaçı inəklərə baxaraq 120 baş inəyi 60000 manat qiymətləndirmişdir. Ertəsi gün İddiaçı oğlu Ələkbər və tanımadığı 2 şəxslə fermaya gələrək, anası Bibixanımın, qardaşları Üzeyir və Hilalın, çobanlar Təbriz, Ələmdar və Məhəmmədin yanında 120 baş inəyi qabaqlarına qataraq aparmışlar. Həmin inəklər ona və ailəsinə məxsus idi. Evləri onun adına keçirmək üçün ertəsi gün İddiaçı zəng etmiş, İddiaçı Bərdədə yas yerində olduğunu, qayıdan kimi evləri onun adına keçirəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı inəkləri Bakıda satdırmış, onun əmlaklarını da qaytarmaqdan imtina etmişdir. Sonradan İddiaçı Buzovnadakı evinə getmiş, əmlaklarını qaytarmağı tələb etdikdə, Əliyar bildirmişdir ki, güya ona əlavə olaraq 29000 manat faiz borcu yaranmışdır, ona görə də inəklərin pulundan, yəni 60000 manatdan, yalnız 31000 manat verəcəyini, qalan 29.000 manatı guya ona olan faiz borcunun əvəzinə hesablayacağını, evlərini qaytarmayacağını və 45000 manat ana borcu qaldığını bildirmişdir. İddiaçı növbəti dəfə onu aldadaraq inəklərini ələ keçirmişdi. O, qorxusundan bu söhbəti evdə heç kimə açıqlamamışdı. Sonra əlacsızlıqdan İddiaçı zəng edib evləri özünə götürməsini, avtomobilləri qaytarmasını, aralarında olanları heç kimin bilməməsini demişdir. İddiaçı özünə ev deyil, pul lazım olduğunu, evləri də, avtomobilləri da satıb onun pulunu verməsini, satanda gəlib notariat kontorunda alıcıya baş etibarnamə verərək öz pulunu götürəcəyini, artıq qalan pulu da ona verəcəyini bildirmişdir. Ona görə də bir müddət sonra “MİTSUBİSHİ” markalı avtomobilini Qubalı Vahid adlı şəxsə 21000 manata satması, daha doğrusu, maşını təxminən 180 baş quzu ilə dəyişəcəyi barədə razılığa gəlmişdilər. Buna görə də İddiaçı zəng edib Pikap maşınını satdığını demişdir. İddiaçı bunun müqabilində 10.000 manat istəmişdir ki, ana borcundan 10000 manat silsin və borcu 35000 manat qalsın. O buna razılıq vermiş, Vahidin 10000 manatlıqquzularını sataraq pul toplamışdır. Həmin vaxt Vahid Bakıya gəlmiş, o, Mahir Əliyevin və Vahidin yanında İddiaçı 10000 manat vermiş, İddiaçı də Vahidə baş etibarnamə vermiş və Vahid maşını götürüb Qubaya getmişdi. Bir müddət keçdikdən sonra Vahid ona zəng edərək avtomobili öz adına qeydiyyata salmaq istəyərkən, İddiaçı etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Bunun səbəbini soruşduqda, İddiaçı onun ana borcundan yenidən faiz borcu yarandığını və həmin 10000 manatı 2 ay faiz borcuna sildiyinə görə etibarnaməni ləğv etdirdiyini bildirmişdir. O, İddiaçı cəmi 45000 manat pul borc almış, lakin əvəzində İddiaçı aldatma yolu ilə ondan 36000 manat dəyərində 2 maşın, 100000 manat dəyərində 2 ev, 20000 manat dəyərində 50 baş inək, 29000 manat dəyərində 55 baş inək, avtomaşına görə 10000 manat pul almışdır. O aldığı pulun həm faizini, həm də əsas məbləğini dəfələrlə ödəməyinə baxmayaraq İddiaçı qanunsuz hərəkətlərinə görə böyük məbləğdə maddi ziyana düşmüşdür. İddiaçı ondan avtomobil tələb etməsi qanunsuzdur. Belə ki, həmin avtomobil onda olmamış, İddiaçı tələb etdiyi avtomobil Vahiddə olmuşdur. İddiaçı Vahidə qarşı həmin avtomobilin tələbi ilə bağlı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda iddia ərizəsi Quba Rayon Məhkəməsinin icraatındadır. Ona görə də İddiaçı ona qarşı hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməlidir. Belə ki, İddiaçı mübahisəli avtomobilin sonradan Quba rayonu Harut kənd sakini X12 etibarnamə ilə satıldığını və Vahid Yusifovun adına etibarnamə verildiyini bilir. Bu hal Azərbaycan Respublikası DİN Baş Dövlət X22 arxiv sənədləri ilə öz təsdiqini tapır. Lakin məhkəmə nədənsə mübahisəli avtomobilin etibarnamə əsasında kimlərin istifadə verilməsi barədə Azərbaycan Respublikası DİN Baş Dövlət X22 arxiv sənədlərini nəzərə almamışdır. Eyni zamanda məhkəmə İddiaçı bu vaxta kimi onu dəfələrlə aldadaraq külli miqdarda mal-əmlak və digər vəsaitini almasını nəzərə almamışdır. İddiaçılə 2014-cü ildə Maştağa heyvan bazarında Cahandarın vasitəsi ilə tanış olmuş və o zaman bazarda bütün mal-qara satanların hamısı İddiaçı sələmçi kimi tanıyırdılar. Həmin vaxtlarda o, Gürcüstandan Bakıya qoyun gətirirdi və gətirdiyi qoyunlara görə gürcülərə borcu yaranmışdı. O, gürcülər tərəfindən sıxışdırıldığından pul axtarırdı, şəriki Novruz isə özünü kənara çəkmişdi. Həmin vaxt Cahandar ona İddiaçı sələmə pul almaq olduğunu demişdir. Ona görə də zəngləşib Zabrat dairəsində İddiaçılə və oğlu Ələkbərlə görüşmüş və faizə 35000 manat pul istəmişdir. İddiaçı girova əmlak qoyulduğu təqdirdə 8%-lə borca pul verəcəyini bildirmişdir. O, İddiaçı “MİTSUBİSHİ” markalı, **-HV-*** qeydiyyat nömrəli və “Mercedes” markalı, **-CX-*** qeydiyyat nömrəli avtomobillərini girov qoya biləcəyini demişdir. İddiaçı həmin avtomobillərin girovu müqabilində ona 30000 manat borc verə biləcəyini söyləmişdi. Onların razılaşmasına görə avtomobillər alqı-satqı əsasında İddiaçı adına keçirilməli, lakin avtomobillərin idarə edilməsi etibarnamələri ona verilməklə avtomobillər onda qalmalı, borcunu qaytardıqdan sonra avtomobillər yenidən onun adına qeydiyyatdan keçiriməli idi. 2014-cü ilin dekabr ayında BDYPİ-də həmin avtomobilləri alqı-satqı yolu ilə İddiaçı adına keçirmiş, İddiaçı avtomobilləri idarə etmək üçün ona etibarnamə vermiş və avtomobillər onda qalmışdı. Həmin vaxtı İddiaçı ona Zabrat dairəsində görüşərək pulu verəcəyini demişdir. O, Zabrat dairəsinə gəlmiş və İddiaçı zəng etmiş, lakin İddiaçı telefonu bağlı olmuşdur. Bir neçə gün zəng eləsə də, İddiaçı telefonlarını açmamışdır. 12 gündən sonra İddiaçı tapıb görüşmüş, ya pulu, ya da avtomobillərini qaytarmasını istəmişdir. İddiaçı onun dostu Cahandarın ona 25000 manat borcu olduğundan, avtomobilləri həmin borcun əvəzinə aldığını, ona pul verməyəcəyini demişdir. O, Cahandarın borcunun ona aidiyyatı olmadığını bildirərək İddiaçılə sözləşmiş və İddiaçı oradan qaçmışdır. Beləcə İddiaçı avtomobilləri adına keçirdikdən sonra ona pul verməmişdir. Buna baxmayaraq bir neçə dəfə İddiaçılə görüşmüş, sonda İddiaçı Pikap markalı avtomobilin özündə qalması müqabilində, yük avtomobilini qaytarmasını bildirmişdir. Həmin vaxtı İddiaçı onu şirnikləndirmiş və başqa əmlakının girov qoyulması müqabilində ona aylıq 5% olmaqla böyük məbləğdə pul verəcəyini demişdir. Zabratda olan 2 evini girov qoysa, ona nə qədər pul verəcəyini soruşduqda, İddiaçı 70000 manat verəcəyini söyləmişdi. Onun borcu olduğu üçün İddiaçılə razılaşmışdı. Həmin evləri Xırdalan şəhərində yerləşən notariat kontorunda İddiaçı oğlu Ələkbərin adına formal alqı-satqı yolu ilə keçirmiş, lakin İddiaçı sözünün üstündə durmamış, ona 45000 manat pul vermiş, pul olmadığı üçün bir ay ərzində qalan pulu da verəcəyini bildirmişdir. Lakin sonradan İddiaçı yenə də onu aldatmış, pulu verməmişdi. Onun evləri İddiaçı oğlu Ələkbərin adına keçsə də, onun istifadəsində qalmış, eləcə də avtomobillər də onda olmuşdu. O, 2 ay müddətində İddiaçı 4200 manat faiz pulu vermiş, sonra isə 4-5 ay verə bilmədiyindən faiz borcu yığılmışdı. Həmin ərəfədə İddiaçı ona zəng edərək qızına inək alacağını deyərək, satırsa ondan alacağını bildirmişdir. O, bunu Cahandara demiş və Cahandarla birlikdə İddiaçılə görüşmüşdür. Cahandar İddiaçı 20000 manat dəyərində 50 baş inək verəcəyini, əvəzində onun avtomobillərini qaytaracağını demiş, İddiaçı də 20000 manatlıq inəklərin əvəzində, avtomobilləri onun adına keçirməyə razılaşmışdı. Ertəsi gün onlar Abşeron rayonu ərazisində yerləşən Bayqulu qışlağına getmiş və Cahandar Novruzdan aldığı mal-qaradan 50 baş inəyi seçib, İddiaçı və oğlu Ələkbərə təhvil vermiş, İddiaçı 2 yük maşını ilə inəkləri Bakıya gətirmişdir. Ertəsi gün o, notariat kontoruna gəlmişdir ki, İddiaçı avtomobillərə dair ona baş etibarnamə versin. Lakin İddiaçı yenə onları aldatmış, ona etibarnamə verməmişdi. Bunun səbəbini soruşduqda İddiaçı onun faizi vermədiyini, 20000 manat faiz borcunun yarandığını, inəkləri faiz əvəzinə götürdüyünü bildirmişdir. İddiaçı qanunsuz əməlləri nəticəsində onun bütün əmlakı əlindən çıxmışdır. Eyni zamanda İddiaçı süni olaraq faiz hesablamaqla onu pis vəziyyətə salmışdır. O və ailə üzvləri Zabrat qəsəbəsində tanışına məxsus fermada damazlıq inək saxlayırdı. 2015-ci ilin yay aylarında faizləri verə bilmədiyindən İddiaçı ona demişdi ki, evləri və avtomaşınları neçəyə olursa olsun satacaq və pulunu götürəcəkdir. Ona görə məcbur olub qardaşlarına və anasına hər şeyi açıb danışmış və İddiaçı avtomaşınları və evləri qaytarmaq üçün inəkləri satıb İddiaçı pulunu verməyi məsləhət görmüş, ailə üzvləri də onunla razılaşmışdılar. Ona görə də İddiaçı bildirmişdir ki, ona vaxt versin, mal-qaranı satıb pulunu verəcəkdir. İddiaçı qiymətləşərək evləri qaytarmaqla inəkləri ona verməsini təklif etmişdir. İddiaçı inəklərə baxaraq 120 baş inəyi 60000 manat qiymətləndirmişdir. Ertəsi gün İddiaçı oğlu Ələkbər və tanımadığı 2 şəxslə fermaya gələrək, anası Bibixanımın, qardaşları Üzeyir və Hilalın, çobanlar Təbriz, Ələmdar və Məhəmmədin yanında 120 baş inəyi qabaqlarına qataraq aparmışlar. Həmin inəklər ona və ailəsinə məxsus idi. Evləri onun adına keçirmək üçün ertəsi gün İddiaçı zəng etmiş, İddiaçı Bərdədə yas yerində olduğunu, qayıdan kimi evləri onun adına keçirəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı inəkləri Bakıda satdırmış, onun əmlaklarını da qaytarmaqdan imtina etmişdir. Sonradan İddiaçı Buzovnadakı evinə getmiş, əmlaklarını qaytarmağı tələb etdikdə, Əliyar bildirmişdir ki, güya ona əlavə olaraq 29000 manat faiz borcu yaranmışdır, ona görə də inəklərin pulundan, yəni 60000 manatdan, yalnız 31000 manat verəcəyini, qalan 29.000 manatı guya ona olan faiz borcunun əvəzinə hesablayacağını, evlərini qaytarmayacağını və 45000 manat ana borcu qaldığını bildirmişdir. İddiaçı növbəti dəfə onu aldadaraq inəklərini ələ keçirmişdi. O, qorxusundan bu söhbəti evdə heç kimə açıqlamamışdı. Sonra əlacsızlıqdan İddiaçı zəng edib evləri özünə götürməsini, avtomobilləri qaytarmasını, aralarında olanları heç kimin bilməməsini demişdir. İddiaçı özünə ev deyil, pul lazım olduğunu, evləri də, avtomobilləri da satıb onun pulunu verməsini, satanda gəlib notariat kontorunda alıcıya baş etibarnamə verərək öz pulunu götürəcəyini, artıq qalan pulu da ona verəcəyini bildirmişdir. Ona görə də bir müddət sonra “MİTSUBİSHİ” markalı avtomobilini Qubalı Vahid adlı şəxsə 21000 manata satması, daha doğrusu, maşını təxminən 180 baş quzu ilə dəyişəcəyi barədə razılığa gəlmişdilər. Buna görə də İddiaçı zəng edib Pikap maşınını satdığını demişdir. İddiaçı bunun müqabilində 10.000 manat istəmişdir ki, ana borcundan 10000 manat silsin və borcu 35000 manat qalsın. O buna razılıq vermiş, Vahidin 10000 manatlıqquzularını sataraq pul toplamışdır. Həmin vaxt Vahid Bakıya gəlmiş, o, Mahir Əliyevin və Vahidin yanında İddiaçı 10000 manat vermiş, İddiaçı də Vahidə baş etibarnamə vermiş və Vahid maşını götürüb Qubaya getmişdi. Bir müddət keçdikdən sonra Vahid ona zəng edərək avtomobili öz adına qeydiyyata salmaq istəyərkən, İddiaçı etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Bunun səbəbini soruşduqda, İddiaçı onun ana borcundan yenidən faiz borcu yarandığını və həmin 10000 manatı 2 ay faiz borcuna sildiyinə görə etibarnaməni ləğv etdirdiyini bildirmişdir. O, İddiaçı cəmi 45000 manat pul borc almış, lakin əvəzində İddiaçı aldatma yolu ilə ondan 36000 manat dəyərində 2 maşın, 100000 manat dəyərində 2 ev, 20000 manat dəyərində 50 baş inək, 29000 manat dəyərində 55 baş inək, avtomaşına görə 10000 manat pul almışdır. O aldığı pulun həm faizini, həm də əsas məbləğini dəfələrlə ödəməyinə baxmayaraq İddiaçı qanunsuz hərəkətlərinə görə böyük məbləğdə maddi ziyana düşmüşdür. İddiaçı ondan avtomobil tələb etməsi qanunsuzdur. Belə ki, həmin avtomobil onda olmamış, İddiaçı tələb etdiyi avtomobil Vahid Yusifovda olmuşdur. Əliyar X26rşı həmin avtomobilin tələbi ilə bağlı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, həmin məhkəmədə yuxarıda qeyd olunan hallar barədə izahat vermiş, lakin avtomobil onun idarəçiliyində və istifadəsində olmamışdır. O, həmin məhkəmədə heç vaxt avtomobilin onda olmasını deməmiş və həmin məhkəmədə göstərmişdir ki, avtomobilə görə bir neçə dəfə İddiaçı ödəniş etmiş, ona görə də avtomobil İddiaçı yox, onun mülkiyyəti hesab olunur. Lakin nədənsə Quba Rayon Məhkəməsi onun sözlərini düzgün göstərməmiş və məhkəmənin qətnaməsindən xəbərsiz olduğundan məhkəmə iclas protokoluna qeydlər etmək imkanı olmamışdır. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)- 1998/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X12 qarşı əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarında olan xx xxxx 2013-cü il tarixdə Abşeron rayon notariat kontorunda 7E-2716 nömrəli reyestrlə qeydə alınmış etibarnamənin surətindən görünür ki, İddiaçı “MİTSUBİSHİ” markalı, 2014-cü il buraxılışlı, tünd göy metallik rəngli, 4D56UCFB8519 mühərrik, NMBJNKB40FD018153 ban nömrəli, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2013-cü il tarixə kimi idarə etmək üçün X12 etibar etmişdir. Göstərilən hallar ona dəlalət edir ki, İddiaçı ona qarşı vermiş olduğu iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin verilmiş pulun müqabilində xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə onun aldanmağı ilə bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, həmin müqavilə bağlanarkan həm Süleyman, həm Hüseyn və həm də Sadıq tərəfindən aldadılmışdır. Belə olduğu təqdirdə onunla bağlanmış müqavilə formal müqavilədir və görünüş xarakteri daşıyır. Həmin müqavilə bağlanarkan bu şəxslərin məqsədi onu aldatmaq olmuşdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi vəqarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və nümayəndəsi X17 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X19 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DİN Baş Dövlət X35 və Abşeron rayonu 2 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onlarınnümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq ilk iddia qismən təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AC341388 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MİTSUBİSHİ” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan Bakı şəhəri 17 saylı notariat kontorunda xx xxxxxx 2015-ci il tarixdə təsdiq edilərək 7E-5806 saylı reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, İddiaçı “MİTSUBİSHİ” markalı, buraxılış ili 2014-cü il olan, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən sürücülük hüququ olduqda idarə etməyə, qeydiyyatdan çıxarmağa, qeydiyyata salmağa, bağışlamağa, ipoteka qoymağa, onun üzərində sərəncam verməyə, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyə, digər hərəkətlər etməyə dair səlahiyyətlər başqa şəxsə vermək hüququ ilə 1 il müddətinə-xx xxxxxx 2016-cı il tarixə kimi X12 etibarnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda xx xxxxxx 2016-cı il tarixdə təsdiq edilərək 7E-18442 saylı reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, İddiaçı “Mitsubishi” markalı, buraxılış ili 2014-cü il olan, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyə dair, etibarnamə ilə səlahiyyəti başqa şəxsə verməmək hüququ ilə 3 ay müddətinə-xx xxxxxx 2016-cı il tarixə kimi X12 etibarnamə vermişdir. İş materiallarında olan Abşeron rayonu 1 saylı notariat kontorunda xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilərək 7E-2716 saylı reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, İddiaçı “MİTSUBİSHİ” markalı, buraxılış ili 2014-cü il olan, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyə dair, etibarnamə ilə səlahiyyəti başqa şəxsə verməmək hüququ ilə 10 ay 10 gün müddətinə-xx xxxxxx 2017-ci il tarixə kimi X12 etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki,uçot bazasında **-HV-*** nömrəli, “Mitsubishi” markalı avtomobil xx xxxxxx 2014-cü il tarixdən İddiaçı adına qeydiyyatdadır. Həmin məktuba əlavə edilmiş “Mitsubishi” markalı,**-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, “Mitsubishi” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx.xx.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçıdur, xx.xx.2015-ci il tarixdə avtomobilə dair X9, xx.xx.2017-ci il tarixdə Cavabdeh, xx.xx.2016-cı il tarixdə X12 və digərlərinə etibarnamələr verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat kontorunda xx xxxx 2015-ci il tarixdə bağlanılaraq 4Ə-1151 sayla reyestrdə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini 50000 manata X2. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X14 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Abşeron rayonu 2 saylı notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə bağlanılaraq 4Ə-97 sayla reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, X19 özünə məxsus Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini 40000 manata X1. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X10 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olanQuba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1998/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X12 qarşı əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ezam edilmiş Xətai rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işində cinayət hadisəsi, Cavabdeh, X7, X5, İddiaçı və X20 əməllərində isə cinayət tərkibi olmadığından başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, uçot bazasına görə “MİTSUBİSHİ PİC UP” markalı,**-HV-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışına əsasən “MİTSUBİSHİ PİC UP” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış və xx.xx.2014-cü il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanları dəyişilmədən İddiaçı adına dövlət qeydiyyatına alınmış, xx.xx.2015-ci il tarixdə avtomobilə dair X9, xx.xx.2015-ci il tarixdə Cavabdeh, xx.xx.2016-cı il tarixdə X12 və digərlərinə etibarnamələr verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “MİTSUBİSHİ” markalı, **-HV-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin sahibi əvvəllər Cavabdeh olmuş, Cavabdeh həmin avtomobili xx.xx.2014-cü il tarixdə İddiaçı satmış, sonradan avtomobilə dair Cavabdeh oğluna, X12 və başqa şəxslərə etibarnamələr verilmişdir. Hazırda qeyd edilən avtomobil İddiaçı mülkiyyətindədir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “MİTSUBİSHİ” markalı, **-HV-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin onda deyil, X8 olmasına dair irəli sürdüyü dəlil məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1998/2019 saylı qətnaməsi ilə İddiaçı X12 qarşı “MİTSUBİSHİ” markalı, **-HV-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən görünür ki, həmin işə baxılarkən şahid qismində dindirilmiş Cavabdeh avtomobilin hazırda onda olduğunu göstərmişdir. İş üzrə cavabdeh X16 da mübahisə olduğuna görə avtomobili Cavabdeh qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normaları tətbiq edib hesab edir ki, ilk iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh qarşılıqlı iddiasında onunla cavabdeh İddiaçı arasında “MİTSUBİSHİ” markalı, **-HV- *** nömrəli və “Mercedes” markalı, **-CX-*** nömrəli yük avtomobillərinin və Bakı şəhəri Zabrat qəsəbəsi yerləşən 2 evinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmin əmlakların ona qaytarılması və aldatma yolu ilə cavabdeh tərəfindən ondan alınmış 20000 manat dəyərində 50 baş inəyin, 29000 manat dəyərində 120 baş inəyin və 10.000 manat pulun cavabdeh İddiaçı Cagangir oğlundan alınaraq ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əmələ gəlməsi üçün mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası MM-nin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları ilə təsdiq edilir ki, “MİTSUBİSHİ PİC UP” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. Həmçinin Abşeron rayonu 2 saylı notariat kontorunda xx xxxx 2015-ci il tarixdə bağlanılaraq 4Ə- 1151 sayla reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh özünə məxsus Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini 50000 manata X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X14 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eləcə də Abşeron rayonu 2 saylı notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə bağlanılaraq 4Ə-97 sayla reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi əsasında X19 özünə məxsus Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini 40000 manata X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X10 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarında qeyd olunur ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. İş materiallarından görünür ki, hazırki mübahisə ilə bağlı belə hallar mövcud deyildir, həmin halların mövcud olması ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur və bu halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına da təqdim edilməmişdir. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşdən görünür ki, Cavabdeh “MİTSUBİSHİ” markalı, **-HV-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü il tarixdə İddiaçı, Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini isə xx xxxx 2015-ci il tarixdə X2. Cavabdeh hazırki iddia ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh aldadılması kimi istinad etdiyi hal 5 ildən artıq müddətdə mövcud olduğu halda, hazırki iddia ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir, həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Cavabdeh “Mercedes” markalı, **-CX-*** nömrəli yük avtomobilinə dair alqı-satqı müqaviləsini də mübahisələndirdiyi halda, bu avtomobilin ona məxsus olması və İddiaçı satması barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatından görünür ki, qarşılıqlı iddia ərizəsində Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən 2 ev göstərsə də, əslində Abşeron rayonu, Məmmədli kəndində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini nəzərdə tutmuşdur. İş materiallarından, qarşılıqlı iddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən aldatma yolu ilə ondan alınmış 20000 manat dəyərində 50 baş inək və 29000 manat dəyərində 120 baş inək, 10000 manat pul tələb edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq şöbəsinin sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, X15 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2015-ci ilin yay aylarında X18 məxsus hər birinin qiyməti 400 manat olan 50 baş inəyi və hər birinin qiyməti 500 manat olan 120 baş inəyi pulunu sonra verəcəyi adı ilə alaraq, ələ keçirib zərər çəkmiş şəxs Novruz Tağıyevə külli miqdarda-80.000 manat məbləğində ziyan vurmaqla dələduzlu etməsi ilə bağlı ittiham elan edilmişdir. Toplanmış iş materiallarının tədqiqi zamanı istintaq orqanı tərəfindən İddiaçı qarşı irəli sürülmüş ittihamın yalnız onunla qabaqcadan əlbir olmasına ehtimal edilən Cavabdeh ifadəsinə əsaslanması, təqsirləndirilən şəxsin verdiyi ifadədən əlavə bu faktı təsdiq edəcək hər hansı digər mötəbər sübutun olmaması müəyyən edilmişdir. Bu isə şəxsə elan olunan ittihamın digər sübutlarla aradan qaldırıla bilməyən mülahizələrə əsaslandırılmasına dəlalət edir. Bununla belə istinataq orqanı Cavabdeh qeyd edilən xüsusat üzr əlavə araşdırma aparmaqla, təqsirli şəxsi əlavə dindirmiş, dindirmə zamanı sonuncu əvvəllər istintaq orqanına verdiyi ifadəsini təkzib etməklə, 2015-ci ilin yay aylarında N.Tağıyevə məxsus hər hansı heyvanın olmadığını, İddiaçı də ona məxsus təsərrüfatdan heyvan götürmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edib hesab edir ki, qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(026)-50/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2230/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2230/2020
28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver