Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2245/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(060)-2346/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(060)-2346/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 azyaşlı uşaqları 09.06.2018-ci il təvəllüdlü X9 və 10.06.2020-ci il təvəllüdlü Feyziyeva Məryəm Tural qızı ilə birlikdə Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim A.M.Süleymanova). Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(060)-2346/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların azyaşlı uşaqları 09.06.2018-ci il təvəllüdlü X9 və 10.06.2020-ci il təvəllüdlü Feyziyeva Məryəm Tural qızı ilə birlikdə Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçıların razılığı ilə X3 və Cavabdeh2 cavabdeh qismində işə cəlb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Həmin qətnamə ilə onun hüquqları pozulmuşdur. Bundan əvvəl Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5366/2019 saylı, 29.10.2019-cu il tarixli qətnaməsi ilə X6 oğlu İddiaçı1, gəliniə İddiaçı2 və nəvəsi X9 ilə birlikdə ona mənə məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-671/2020 saylı, 10.07.2020-ci il tarixli qətnaməsi lə onun apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5366/2019 saylı qətnaməsindən iddiaçının oğlu İddiaçı1, gəlini İddiaçı2 və nəvəsi X9 ilə birlikdə köçürülməsi hissəsinin qətnamədən xaric edilməsi qət edilmişdir. Buradan da aydın olunur ki, iddaçı və cavabdeh dəyişilsə də iddia predmeti və mübahisəli ev dəyişilməz olaraq qalır. Onların belə bir iddiası bir dəfə də olmuşdur, birinci instansiya məhkəməsi köçürülmələrini təmin etsə də apelyasiya instansiyası məhkəməsində onların köçürülmələri rədd edilmişdir. Bundan əlavə olaraq qeyd edir ki, sözü gedən ev 3 otaqdan və günün, qarın-yağışın qarşısını almaq məqsədi ilə çölə aid eyvandan ibarətdir. O, özü yataq xəstəsidir, 6 il öncə ürəyindən 4 damar dəyişdirilərək ağır ürək əməliyyatı keçirib, 2 ilə yaxındır ki, onkoloji xəstədir. Bununla əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməmiş, etibarnamə ilə həyat yoldaşı onu təmsil etmişdir. Bundan əlavə iddiaçının atası, yəni oğlu Əfqan ikinci dəfə evlənmiş, həmin nikahdan 3 azyaşlı övladları var. Ev onların öz ailəsinə giiclə çatır. İşin hallarına nəzər salanda aydın olur ki, iddiaçılar qərəzli şəkildə evə daxil olaraq oğlunun yeni ailəsini dağıtmağa çalışır. İddiaçıların onlarla eyni evdə qalması, eyni mətbəxdən istifadə etməsi düzgün deyil, mübahisəli evdə buna heç bir şərait də yoxdur. Eləcə də göstərdi ki, iddiaçılar ona məxsus evdə qalmamışlar, həm evdə onlara aid heç bir əşya da yoxdur. Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyəsinin yeni Yaşayış Massivi 2-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin 17.05.2021 -ci il tarixli arayışında da bu baradə ətraflı qeyd edilmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, apelyasiya qaydasında ləğv edilməlidir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsini ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsini ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X4 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsini ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2346/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(060)-2346/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt X11 Massivi, 2-ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli, 039 saylı arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və azyşalı uşaqları X9, Feyziyeva Məryəm Tural qızı Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə qeydiyyatsız yaşayırlar. Müəyyən edilmişdir ki, iddiaçılar nikaha daxil olduqdan sonra mübahisəli Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evində yaşamışlar. Daha sonra cavabdehlərlə aralarında olan münasibətlərin pozulması nəticəsində iddiaçılar və azyaşlı övladları həmin evdə yaşamırlar. İddiaçılar evdə yaşamamalarının səbəbi kimi cavabdehlərlə aralarında gərginlik olması və daha sonra isə cavabdehlərin onları evə buraxmamasını göstərmişdir. İş materiallarından görünür ki, iddiaçıların köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5366/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X6 oğlu İddiaçı1, gəlini İddiaçı2, nəvəsi X9 ilə birlikdə Sumqayıt şəhəri, «Yaşıl dərə» yeni yaşayış massivi, 2-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-671/2020 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5366/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı X7 oğlu İddiaçı1, gəlini İddiaçı2 və nəvəsi X9 ilə birlikdə Sumqayıt şəhəri, «Yaşıl dərə» yeni yaşayış massivi, 2-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsi qətnaməən xaric olunmuşur. Məhkəmə hesab etmişdir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da həmin ev mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdehlər iradəsi əleyhinə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazırki vaxta kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçılar uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə eləcə də qeyd etmişdir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Odur ki, iddiaçılar həmin mübahisəli tikilidə cavabdehlərlə birlikdə yaşadığından və cavabdehlərlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən, həmçinin mübahisəli ev iddiaçıların yeganə yaşayış yeri olduğundan onların azyaşlı övladları ilə birlikdə köçürülməsinə dair iddiası təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə yuxarıda şərh olunan müddəalara istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 azyaşlı uşaqları 09.06.2018-ci il təvəllüdlü X9 və 10.06.2020-ci il təvəllüdlü Feyziyeva Məryəm Tural qızı ilə birlikdə Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. “Gillou Birləşmiş krallığa qarşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X8 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daim əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, bunu əsəaslandıra bilməmiş, hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində qeyd edilən dəlillərə məhkəməsinin qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(060)-2346/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(060)-2346/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2245/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2245/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver