Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2248/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X17, İddiaçı iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-845/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-845/2021 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı cavabdehlər Əbdülrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı, Cavabdeh2 və X19 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan vərəsələrin paylarının müəyyən edlməsi və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-845/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışdır ki, X15 ilə 2002-ci ildən faktiki nikah münasibətlərinə daxil olmaqla alə qurmuş və nikahları 13.08.2013-cü ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 21.02.2014-cü ildə Mövsüm adlı bir uşaqları olmuşdur. Əri Eyvaz 10.06.2015-ci il tarixdə vəfat etmişdir. Ərinin adına 1,78 ha pay torpaq sahəsi və 16 sot həyətyanı torpaq sahəsi olmuşdur. Rəsmi qaydada paylar müəyyənləşsə də həmin vaxtdan torpaq sahəsindən cavabdehlər istifadə edir. Pay torpaq sahəsindən ərinə düşən hissəsi 0,59 ha təşkil edir. Pay torpaq sahəsinin 2/3 hissəsindən ərinin birincə həyat yoldaşı Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı və qızı Cavabdeh2 istifadə edirlər. Bundan başqa 0,16 ha həyətyanı torpaq sahəsi də olub. 2002-ci ildə qaynatası Mövsüm Əbdürrəhmanovun evinə gəlin köçmüş və əri ilə birlikdə əri vəfat edənə kimi həmin evdə yaşamışdır. 2014-cü ildə uşağı da həmin evdə anadan olmuşdur. 2015-ci ildə əri vəfat edəndən sonra məcburiyyət qarşısında bir müddət Bakı şəhərində yaşamışdır. Bundan istifadə edən baldızı Solmaz evi və həyətyanı torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Hazırda evdə heç kim yaşamır. O, azyaşlı uşağı ilə birlikdə kirayələrdə yaşayır. Bütün sənədləri də götürmüşlər və ona verməkdən imtina edirlər. Hətta o cavabdehdən torpağın ərinə düşn hissəsinin könüllü ona verilməsini xahiş etsə də ona rədd cavabı verilib. Sonradan ona məlum olmuşdur ki, cavabdehlərdən Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı və Cavabdeh2 saxta sənədlərlə ərindən miras qalmış 0,59 ha pay torpaq sahəsinin və 0,16 ha həyətyanı torpaq sahəsini öz adlarına rəsmiləşdirərək çıxarışlar almış və digər cavabdeh Araz Mövlanlıya satmışlar. Ona görə də, 10.06.2015-ci ildə vəfat etmiş mərhum əri X3 miras qalmış Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-0044 saylı dövlət aktına əsasən 1,78 ha pay torpaq sahəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN 0434 saylı şəhadətnaməyə əsasən 0,16 ha torpaq sahəsinə Xaçmaz rayon 1 saylı notariat ofisində miras qalmış əmlaka dair 23.08.2017-ci il tarixdə 2V-732 reyestrlə və 04.12.2017-ci il tarixdə 2V-1079 reyestrlə Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X3 miras qalmış əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında 13.03.2018-ci il tarixli RX ******* saylı və 13.09.2017-ci il tarixli RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların, eləcə də 0,16 ha torpaq sahəsinin Xaçmaz rayonu Əbilyataq kənd sakini X20 AN-1, ******* saylı, 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və onun adına olan 10.05.2018-ci il tarixli RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan vərəsələrin paylarının müəyyən edlməsi və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Əbdülrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı, Cavabdeh2 və X19 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X15 10.06.2015-ci il tarixdə vəfat etmişdir. Torpağa mülkiyyət hüququna dair JN 0044 saylı 30218028 nömrəli dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz Rayon AİK-nın 17.12.1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən X10, Abdurəhmanova Gülbikə və X11 mülkiyyətinə 1,78 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 043A saylı, 30218028 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 17.12.1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən X10, Abdurəhmanova Gülbikə və X11 mülkiyyətinə 0,16 ha torpaq sahəsi verilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31.05.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, 1,78 ha torpaq sahəsinə verilmiş JN 0044 30218028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına 04 dekabr 2017-ci il tarixli, 2V 1079 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən dövlət reyestrindən **********61 reyestr nömrəli, 0,16 ha torpaq sahəsinə verilmiş JN 043A kod 302180 28 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən dövlət reyestrindən **********32 reyestr nömrə ilə Cavabdeh2 və X1 adına çıxarışlar verilmişdir. Cavabdeh2 və X4 0,16 ha həyətyanı torpaq sahəsini 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 23.08.2017-ci il tarixli, reyestrdə 2V-732 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, 10.06.2015-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdeh2dır. Şəhadətnamə verilən miras əmlak X12 verilmiş JN- 043A kod 30218028 olan şəhadətnaməyə əsasən Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,05333 ha olan torpaq sahəsindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 04.12.2017-ci il tarixli, reyestrdə 2V-1079 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, 10.06.2015-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ərazi idarəsi tərəfindən 09.09.2017-ci ildə X12 verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən ümumi sahəsi 0,05933 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 1,78 ha torpaq sahəsinin 2/3 hissəsinə Cavabdeh2 və 1/3 hissəsinə Cavabdeh3 adına 13.03.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsinin 2/3 hissəsinə Cavabdeh2 və 1/3 hissəsinə Cavabdeh3 adına 13.09.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh3 və Cavabdeh2 Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Daşınmaz əmlak 4800 manat dəyərində qiymətləndirilmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisinin 127 nömrəli 23.02.2021-cu il tarixli məktubundan müəyyən olunur ki, 10.06.2015-ci il tarixdə Xaçmaz rayonu Əbilyataq kəndində vəfat etmiş X8 Xaçmaz notariat ofisində miras əmlakına dair vərəsəlik işi açılmış və 30.11.2017-ci il tarixli 2v 1079 reyestr altında mərhumun qızı Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. DƏDRX tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsi Cavabdeh1 adına 10.05.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsini təmin etməkdən imtina etdikdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı miras əmlakı faktiki qəbulu etməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda miras əmlakın qəbulu ilə bağlı müddətin bərpası üçün də müraciət etməmişdir. Bundan əlavə iddiaçı mübahisə predmeti olan əmlaklara dair çıxarışların etibarsız hesab edilməsini tələb etsə də, həmin əmlaklara dair Daşınmaz Əmlakın «Dövlət reyestrlərində aparılmış qeydiyyatın» ləğvi ilə bağlı iddia tələbi irəli sürməmiş və iddiaçı Cavabdeh3 və Cavabdeh2 Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsini Cavabdeh1 satmasına dair alqı-satqı müqaviləsini mübahisələndirsə də, alıcının hansı hüquq pozuntusuna yol verdiyini göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1-1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş Xaçmaz Rayon Məhkəməsinin 06.10.2016-cı il tarixli, 2(067)-4493 saylı qətnaməsi ilə müəyyən olur ki, iddiaçılar İddiaçı Qayıb qızı və X5 X6 və maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu, Əbilyataq kəndində yerləşən mərhum qaynataları X7 miras qalmış və Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş 16.10.2016-cı il tarixli ******* və ******* saylı çıxarışların, eləcə də reyestr № **********83-10301 saylı texniki pasportun ləğv edilməsi, iddiaçı X13 tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin evdən, həyətyanı sahədən və tikililərdən istifadə hüquqlarının tanınmaqla onların həmin evə köçürülmələri, miras əmlakdan vərəsələrin paylarının müəyyən edilməsi barədə iddia ərizəsi qismən təmin edilib, X14 tərəfindən X9 miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsini və 3.0729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsini miras kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Bundan əlavə həmin qətnamə ilə müəyyən olur ki, məhkəmə baxışı zamanı cavabdeh X2 təkidlərinə baxmayaraq İddiaçı Qayıb qızı əri X8 ölümündən sonra Xaçmaz rayonu, Əbilyataq kəndində yerləşən evdə yaşamaq istəməmiş və bu hərəkətilə miras əmlakı qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən də İddiaçı aid hissədə iddia təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı veridiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-845/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2248/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2248/2021
06.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver