Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2248/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(067)-2734/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(067)-2734/2022 nömrəli qərardadı ilə (hakim V.Qasımova) İddiaçı Cavabdehnə qarşı ödənilmiş pulun geri qaytarılması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya göstərilən nöqsanı aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(067)-2734/2022 nömrəli qərardadının ləğv edilib, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(067)-2734/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh MMC-nin Xaçmaz şəhər mağazasından xx.xx.2021-ci il tarixdə kreditlə aldığı, işlənmiş A525 4/128 9B “Samsung” mobil telefonuna görə ödədiyi 580 manat pulun geri qaytarılması və ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 06 sentyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü bəndinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul etməkdən imtina etdikdə Mülki Prosessual Məcəllənin 152.1.5, 152.4-cü maddələrinə istinad edib hesab etmişdir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə olunmamışdır. İddia predmeti iki hissədən ibarətdir: birinci istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdırsa, ikinci hissəsi mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. İddia tələbinin ikinci hissəsi mənəvi zərərin ödənilməsindən ibarət olduğundan həmin iddia predmeti üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad edilmələri qanunvercilikdə nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstəriləməlidir. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərini geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsini qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümümi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 155, 156, 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(067)-2734/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2248/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2248/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver