Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-226/2023 18.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və X2 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və evə köçürülmələri tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(029)- 120/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 2(029)-120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Adil Vəliyev) iddianın təmin edilməsi, İddiaçı ilə azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 ünvan 1 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqlarının bərpa edilməsi, İddiaçı ilə azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 yaşadıqları ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, İddiaçı ilə azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X27 və xx.xx.2011-ci il təvəllüdlü X17 pasport qeydiyyatında olduqları ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1056/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova - sədrlik edən və məruzəçi, G.Tağızadə və T.Quliyev) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(105)- 1056/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 ünvan 1 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqlarının bərpa edilməsi, onunla azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 yaşadıqları ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, onunla azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 pasport qeydiyyatında olduqları ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 avqust 2008-ci il tarixdə Qusar rayonu Gican kənd sakini X22 ilə rəsmi nikaha girərək evlənmiş və ünvan 4 ünvanda yerləşən, qayınatası X6 məxsus evdə pasport qeydiyyatına alınmaqla yaşamışlar. X22 ilə birgə yaşadıqları dövrdə iddiaçının, xx.xx.2009-cu il tarixdə Nusi adında qızları, ərinin ölümündən sonra da xx.xx.2011-ci il tarixdə Kamil adlı oğlu doğulmaqla yaşadıqları ünvanda pasport qeydiyyatına alınmışlar. İddiaçının əri X22 xx.xx.2011-ci il tarixdə, qayınanası X20 xx.xx.2011-ci il tarixdə, qayınatası X9 da xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. X9 ilə X12, iddiaçının əri Kamildən başqa 1973-cü il təvəllüdlü Əlixanova (Talıbova) Mətanət Şöhrət qızı, 1975-ci il təvəllüdlü Ağabalayeva (Talıbova) Afət Şöhrət qızı, 1977-ci il təvəllüdlü X23, 1982-ci il təvəllüdlü Mütəllimova (Talıbova) Aygün Şöhrət qızı adlı uşaqları da olmaqla, onların hamısı hazırda Rusiya Federasiyasında yaşayırlar. Müəyyən edilmişdir ki, iddiaçının ailəsi ilə pasport qeydiyyatında olub birlikdə yaşadıqları Qusar şəhəri Məlikov küçəsi-3 ünvanda yerləşən evin rəsmi qaydada dövlət qeydiyyatına alınması, eləcə də mərhum X4 ölümündən sonra rəsmi dövlət qeydiyyatına alınmış hər hansı əmlakı barədə məlumat yoxdur və bununla bağlı vərəsəlik işi də açılmamışdır. Lakin, Azərbaycan Respublikası Dövlət Arxivi Quba filialının 29 sentyabr 2021-ci il tarixli 1014 №-li Arxiv Çıxarışı ilə təsdiq edilir ki, Qusar şəhər X29 İcraiyyə Komitəsinin 27 sentyabr 1984-cü il tarixli 68 №-li Qərarı (iclas protokolu №-18) ilə X6 1,5 mərtəbəli, 3 otaqlı 60 kv.m yaşayış sahəsi və 35 kv.m qeyri-yaşayış sahəsi olan fərdi yaşayış evinin tikintisindən ötrü Qusar şəhərində çayın sağ sahilində 4 (dörd) sot torpaq sahəsi ayrılmışdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun (16 iyul 1996cı il) 9-cu maddəsinə görə də vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin torpaq sahəsində də həqiqətən fərdi yaşayış evi tikilməklə mərhum X9, iddiaçı, onun əri X22 və azyaşlı uşaqları qeyd edilən ünvanda pasport qeydiyyatında olmaqla yaşamış, iddiaçı və uşaqları hazırda da həmin ünvanda pasport qeydiyyatındadırlar, həmçinin iddiaçıya məxsus cehiz və digər əmlakları da həmin evdədir. Lakin, X4 vəfatından sonra onun bacısı, hazırkı iş üzrə Cavabdeh tərəfindən iddiaçının yaşadığı həmin evə daxil olmasına, pasport qeydiyyatında olmaqla yaşayış hüququ olan həmin evdə yaşamasına imkan verilmir və ona görə də iddiaçı uşaqları ilə birlikdə müvəqqəti olaraq Qusar rayonu Aşağı Ləgər kəndində valideynlərinin yanında yaşamağa məcbur olmuşlar. Bununla əlaqədar iddiaçının uşaqları – 12 yaşlı Talıbova Nusi və 10 yaşlı Talıbov Kamil də Qusar şəhərində təhsil aldıqları məktəbə gedibgəlməkdə çətinlik çəkirlər. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh tərəfindən qardaşı X4 vəfatından sonra, İddiaçı ilə azyaşlı uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X27 və xx.xx.2011-ci il təvəllüdlü X17 pasport qeydiyyatında olmaqla yaşayış hüquqları olan ünvan 4 ünvanda yerləşən evdə yaşamalarına imkan verilməyərək iddiaçıların mənzil hüquqları pozulmaqla, yaşadıqları mənzildən qanunsuz məhrum edilmiş və bu vəziyyət bu günə kimi davam edir. Bütün göstərilənlərə görə də İddiaçı ilə azyaşlı uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X27 və xx.xx.2011-ci il təvəllüdlü X17 ünvan 4 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqları bərpa edilərək, onların yaşadıqları həmin sahədən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı, eləcə də İddiaçı ilə azyaşlı uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X27 və xx.xx.2011-ci il təvəllüdlü X28 pasport qeydiyyatında olduqları ünvan 4 ünvanda yerləşən yaşayış evinə köçürülməlidirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh evin sahibi Talıbov Şöhrətin bacısı, iddiaçı isə gəlini olub. 2008-ci ildə evə gəlin köçüb, iki uşağı olub, 2011-ci ildə əri ölüb, 2014-cü ildə həmin evi tərk edərək ata evinə gedib. Həmin evdə Şöhrətin özü yaşayıb, onun 4 övladı olmuş, 2020-ci ildə Şöhrət öləndən sonra iddiaçı həmin evə köçürülmə, istifadə hüququnun tanınması barədə iddia qaldırmışdır. Lakin cavabdehin həmin evə hər hansı aidiyyəti və evə dair onun hər hansı hüquqi münasibəti yoxdur. Belə olan halda iddia ona qarşı iddia qaldırıla bilməzdi. Şöhrətin 4 övladı var, övladları mirası qəbul ediblər, evə Şöhrətin oğlu Şurik sahiblik edir. Hazırki işdə cavabdeh düzgün müəyyən edilməyib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirdi ki, rəhmətlik Şöhrət Talıbovu yaxşı tanıyır, təxminən 2 il bundan qabaq rəhmətə getmişdir. Gəlin Zarina qaynatası Şöhrətə yaxşı qulluq etmiş, sonradan nəsə oldusa gecələr gəlin evdə qalmamışdır. Onun o evdə qalmasına Yasəmən imkan verməmişdir. Evin açarları da Yasəməndə olmuşdur. O, həmçinin göstərmişdir ki, Yasəmən evi satışa da çıxarmışdır. X30 uşaqlarının biri Dərbənd şəhərində, digəri isə Mahaçqalada yaşayır. Oğlu Şurikin isə harda olduğunu bilmir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi evə köçürülmə hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni iddiaçının mübahisəli evə mülkiyyətçi Şöhrət Talıbovun iradəsi və razılığı ilə köçərək, hüquq əldə etdiyini, lakin cavabdehin iddiaçını həmin evdə yaşamasına mane olmağa başlaması, onun uşaqları ilə birlikdə evdən qovmasını, hazırda da həmin evə buraxmamasını, cavabdehin özünün isə həmin evə dair mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olmasının məhkəmə tərəfindən müəyyən olunmaması və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticədən cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən cavabdeh X3 iddiaya cavab verməli şəxs olmayan hesab etməsi barədə səhv nəticəyə gəldiyini, iddiaçının ona qarşı mübahisə yaradanın məhz Cavabdeh olmasını, eləcə də iddiaçının mərhum Ş.Talıbovun oğlu Kamilə çatası pay üzrə mərhumun birinci növbə vərəsələri sırasına daxil olması və hazırkı iş üzrə məhkəmədə iddia qaldırmazdan qabaq bu məqsədlə notariat kontoruna müraciət etməsinin nəzərə almamasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı X7 X22 ilə 20 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olması, bu nikahlarından xx.xx.2009-cu ildə Nusi, xx.xx.2011-ci ildə Kamil adlı uşaqları doğulması, nikahdan sonra qayınatası Şöhrət Talıbova məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşaması, əri Kamil Talıbovun xx.xx.2011-ci il tarixdə, qayınanası Nusi Talıbovanın xx.xx.2011-ci il tarixdə, qaynatası Şöhrət Talıbovun isə xx.xx.2020-ci il tarixdə ölməsi işin mübahisəsiz halıdır. İşin mübahisə olunmayan digər halı isə ondan ibarətdir ki, hazırkı iş üzrə İddiaçı və uşaqları da mərhum X13 çatası pay üzrə, mərhumun birinci növbə vərəsələridirlər. Baxılan iş üzrə iddia tələbi mənzil hüquqlarının bərpa olunması istifadə hüququna törədilən maneələrə son qoyulması və evə köçürülmələri barədədir. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı azyaşlı uşaqları ilə birlikdə yaşayış evinə köçürülmələri hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olsa da, lakin mübahisəyə (köhnə Mənzil Məcəlləsinin 53, 123-cü maddələri, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2., Mülki Məcəllənin 158.4-cü maddələrini tətbiq etməklə) tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, hazırkı işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddianı bu normalardan hansına görə əsaslı saydığını bildirmədən hər üç normaya ümumi şəkildə istinad etmişdir. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X32rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X25 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2001-ci ilin sentyabrın 1dən sonra yarandığından, hazırki mübahisə Mülki Məcəllənin 228.5-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (Mülki Prosessual Məcəllənin 228.5 maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). İşdən görünür ki, mübahisəli mənzil mərhum Şöhrət Talıbovdan miras qalmış və İddiaçı da uşaqları ilə birlikdə mərhum X13 çatası pay üzrə mərhumun birinci növbəli vərəsəsidir. İddiaçı hazırkı iş üzrə məhkəmədə mövcud iddianı qaldırmazdan qabaq bu məqsədlə notariat kontoruna müraciət etmişdir. Mülki Məcəlləsinin 1159.1, 1159.1.1., 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mülki Məcəllənin 1243.2, 1255-ci maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (Mülki Məcəllənin 157.4, 157.8, 158.2-ci maddələri). Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərində hüququ yarandığından, iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə köçürülməlidir. İddia tələbinin mənzilə hüquqları bərpa olunmaqla yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və azyaşlı uşaqları həmin mənzildə özlərinə məxsus əmlakları yerləşdirməklə yaşadıqlarından, o cümlədən artıq X30 ölümündən sonra oğlu Kamilə çatası payı üzrə birinci növbəli vərəsə hesab olduqlarından, cavabdeh tərəfindən onlara həmin ünvanda yaşamalarına maneələrin törədilməsi, iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamaq hüququndan məhrum edilməsini qaçılmaz etdiyindən, iddia tələblərini bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsi evə köçürülmə hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsi evə köçürülmə hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ilə azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X27 və xx.xx.2011-ci il təvəllüdlü X8 şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış evinə köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-226/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-226/2023
18.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver