Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2264/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh X5 iştirakı ilə, İddiaçı Əlislam qızının cavabdeh X6 qarşı tövlənin cavabdehin öz vəsaiti hesabına sökülməsi, qeyd olunan ərazidə mal-qaranın saxlanılmasının cavabdehə qadağan edilməsi və tövlənin qarşısında yığılıb qalmış heyvandarlıq tullantılarının ərazidən uzaqlaşdırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel.2021ci il tarixli, 2(060)-2414/2021 saylı qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-2414/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X6 yaşadığı ərazidə (Yaşıl dərə yeni yaşayış massivi, 2A ünvanda) iri və xırda buynuzlu mal-qara saxlanılmasının qadağan edilməsi, ərazidə yığılıb qalmış heyvandarlıq tullantılarının (su, yem qalıqları və qazlar olan mal-qara bərk və maye ifrazatı) cavabdeh X5 öz vəsaiti hesabına ərazidən uzaqlaşdırılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh X4 tutularaq İddiaçı Əlislam qızına ödənilməsi qət eilmişdir (hakim R.N.Qoşqarlı). Qətnamədən narazı qalan cavabdeh X9 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-2414/2021 saylı qətnaməsinin ləğv edilib və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Əlislam qızı cavabdeh X6 qarşı tövlənin cavabdehin öz vəsaiti hesabına sökülməsi, qeyd olunan ərazidə mal-qaranın saxlanılmasının cavabdehə qadağan edilməsi və tövlənin qarşısında yığılıb qalmış heyvandarlıq tullantılarının ərazidən uzaqlaşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Sumqayıt şəhəri, Yaşıl dərə massivi, 781/A saylı evin qarşısında cavabdeh tərəfindən kustar üsulla tikilmiş tövlənin cavabdehin öz vəsaiti hesabına sökülməsi, qeyd olunan ərazidə mal-qaranın saxlanılmasının cavabdehə qadağan edilməsi və tövlənin qarşısında yığılıb qalmış heyvandarlıq tullantılarının (su, yem qalıqları və qazlar olan mal-qara bərk və maye ifrazatı) cavabdehin öz vəsaiti hesabına ərazidən uzaqlaşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, o, məhkəmə iclasında iddianı qismən qəbul edərək həqiqətən tövlə tipli tikililər tikinti norma və qaydalarına uyğun olmadan tikilib. Həmçinin ərazidə peyin və s. mövcuddur ki, bu insanların haqlı narazılığına səbəb olur. Digər hissələrdə iddianı qəbul etmir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş bildirişdə göstərilir ki, digər xəstəliklərin profilaktikası, müalicəsi və profilaktik tədbirlərin icrası vətəndaşların (fermerlərin) öz şəxsi vəsaiti hesabına, tarif (qiymət) Şurasının qərarı ilə tənzimlənən qiymətlər əsasında baytar mütəxəssislərin iştirakı ilə həyata keçirilir. O, tövlə tipli tikdiyi müvəqqəti binaya drenajlar qoymuşdur ki, həmin drenaj vasitəsi ilə əlavə çirkablar axıdılır, demək olar ki, hər gün su vasitəsi ilə oranı yuyub təmizləyir ki, heç bir iy-qoxu olmasın. Yığılıb qalmış peyinlərin isə daşınması bir qədər gecikdiyi üçün qonşunun belə hiddətinə səbəb olmuşdur, halbuki orada yıgılıb qalmış peyinləri hər həftə daşıtdırır. Soyuq aylarda iy-qoxu olmur, ıstı aylarda isə çalışır ki, peyini yığışdırsın. Hətta peyinə hazırda Yaşıl dərə ərazisində o qədər ehtiyac çoxdur kı, peyinləri daşımaq üçün növbə yaranır. Onun iki ana inək, iki də balası var, heyvandarlıqla məşğul olur, balaları böyüdüb ətliyə verir. Yaşadığı ərazidə heç kimin xüsusi mülkiyyəti yoxdur. Sənədsiz evdə yaşamasına baxmayaraq qayda-qanuna əməl etsə də bundan istifadə edən qonşusu, yəni iddiaçı onu məhkəmələrdə süründürür. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-2414/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-2414/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan müqavilə, ödəniş sənədləri, məhəllə komitəsinin verdiyi arayışlardan məlum olur ki, iddiaçı Eminova X2 massivi ev 781/A ünvanda, cavabdeh X9 isə Yaşıl dərə yeni yaşayış massivi 2A ünvanda qonşuluqda yaşayırlar. İş materialları ilə, o cümlədən tərəflərin izahatları, fotoşəkillərlə müəyyən olunur ki, cavabdeh X9 həyətyanı sahədə iri və xırdabuynuzlu heyvanlar saxlayır. Ərazidə heyvanların peyini, sair ifrazatları, yem qalıqları antisanitar vəziyyət yaradır, üfunət, yaxud pis qoxu ətrafa yayılır, bu isə iddiaçının (qonşunun) haqlı narazılığına səbəb olur. İddiaçı tərəfin bildirdiyinə görə dəfələrlə cavabdehin özünə müraciət edərək, mübahisəni məhkəmədən kənar qaydada, qonşuluq münasibətlərinə uyğun şəkildə həll etmək üçün, mal-qara saxlanılması nəticəsində yaranan narahatçılıqları sonuncunun diqqətinə çatdırılmış, müvafiq tədbirlər görülməsi, yəni mal-qara saxlamaması, ərazidə üfunət və antisanitar vəziyyət yaradan tullantıların yığışdırılması xahiş edilməsinə baxmayaraq cavabdeh bu vəziyyəti aradan qaldırmamışdır. İddiaçı məcbur olaraq müxtəlif instansiyalara, həmçinin hüquq-mühafizə orqanlarına müraciət və şikayət etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş materialların kserosurətindən görünür ki, iddiaçı cavabdehin hərəkətlərindən şikayət etmiş, cavabdeh R.S.Nağdıyev veriyi izahatda yaşadığı ünvanda ev heyvanları saxladığını və buna görə barəsində inzibati protokol tərtib olunduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, X1 dərə massivi, 2A ünvanında ev heyvanlarının saxlanılması qaydalarını pozduğuna görə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi tərəfindən onun barəsində Azərbaycan Respublikaı İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsinə əsasən 18.11.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eləcə də iş materiallarından görünür ki, iddiaçı dəfələrlə Sumqayıt Bələdiyyəsinə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinə müraciət etmişdir. Həmin Təşkilatlardan iddiaçıya ünvanlanmış cavablardan məlum olur ki, cavabdehlə profilaktik söhbətlər aparılmış, mal-qaranın yığışdırılması, sahənin sanitargigiyena vəziyyətinin bərpa edilməsi barədə xəbərdarlıq edilmiş, təmizliyə riyaət edilməsi barədə onunla maarifləndirmə işi aparılmışdır. Lakin buna baxmayaraq, mal-qara, xırdabuynuzlu heyvanların saxlanılması davam etmiş, antisanitar vəziyyət aradan qaldırmamış, qonşuluq münasibətlərinə xələl gətirən məqamlar aradan qalxmamışdır. Bundan başqa məhkəmə cavabdehin yaşadığı ərazidə inşa etdiyi tövlə tipli tikili ilə bağlı qeyd etmişdir ki, həmin tikililərin sökülməsinə dair hissədə iddia əsaslı deyil. Belə ki, iddiaçının iddia ərizəsindən və verdiyi izahatdan məlum olur ki, iddiaçı və onun ailəsi üçün narahatçılıq yaradan məsələ tövlə tipli tikilinin özü deyil, orada heyvanların saxlanılması nəticəsində yaranan üfunət və antisanitar vəziyyətdir. İddiaçının əsas istəyi və tələbi, qonşuluqda iri və xırdabuynuzlu heyvanların saxlanılmaması, ərazidə yaranmış antisanitar vəziyyətin aradan qaldırılmasıdır. Qeyd olunan tikili tövlə kimi istifadə edilməyəcəyi təqdirdə, iddiaçının həmin tövlə tikilisi ilə bağlı hər hansı tələbinin yaranması üçün əsas qalmır. Qanunvericiliyə əsasən vətəndaşlar elə hərəkət etməlidirlər ki, bu hərəkətlər qonşuların və üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İş materiallarından görünür ki, cavabdeh iddiaçıya bir qonşu kimi hörmət bəsləməli, qonşunun yaşadığı evə və həyətə cürbəcür hədsiz təsirlərdən çəkinməli olsa da, qonşuluq hüququnun tələb etdiyi davranış nümayiş etdirməmiş, ərazidə mal-qara, xırda buynuzlu heyvanlar saxlamış, heyvan tullantıları, ifrazatı və yem qalıqları ağır qoxular yaratmış, bu cür hədsiz təsirlər iddiaçının haqlı narazılığına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh X6 yaşadığı ərazidə (Yaşıldərə yeni yaşayış massivi 2A ünvanda) iri və xırda buynuzlu mal-qara saxlanılması qadağan edilməli, ərazidə yığılıb qalmış heyvandarlıq tullantıları (su, yem qalıqları və qazlar olan mal-qara bərk və maye ifrazatı) cavabdeh X5 öz vəsaiti hesabına ərazidən uzaqlaşdırılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində cavabdeh tərəfindən qeyd edilən dəlillər iş materialları ilə təkzib olunur, formal xarakter daşıyır və qətnamənin ləğv üçün əsas hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-2414/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2264/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2264/2021
22.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver