Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2268/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(012)-2646/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(012)-2646/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı mənzildən çıxarılma tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh12 əşyaları ilə birlikdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi (20 Yanvar küçəsi) 11 saylı evin 24 saylı mənzilindən çıxarılması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı şikayətin məzmununda göstərilməlidir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(012)-2646/2022 nömrəli qətnaməsinin ləğv edilməsinə yönəlmiş apellyasiya şikayətinin nəticəvi hissəsində Abşeron Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilir. Göründüyü kimi cavabdehin vermiş olduğu apellyasiya şikayətində barəsində şikayət verilən qətnamənin çıxarılma tarixi səhv göstərilmişdir. Belə olan halda, həmin şikayətin icraata qəbul edilməsi mümkün deyildir. MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamış və həmin tələblərə cavab verməyən şikayət işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir ki, bununla da prosessual hüquq normasının tələbi pozulmuşdur. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Mirzəqulu oğluna, Cavabdeh11 və Cavabdeh12 qarşı mənzildən çıxarılma tələbinə dair Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(012)-2646/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2268/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2268/2022
19.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver