Məhkəmə qərarları › İş №2(105)-2286/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2286/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2286/2022 22.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(060)-3919/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(060)-3919/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Əfqan Ələkbərov). İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(060)-3919/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 3 otaqlı, sahəsi 43.62 kv.m olan 19 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə iddianı o əsasla təmin etməmişdir ki, iddiaçı mənzili 6 aydan çox tərk etdiyinə görə hazırki iddia tələbi təmin edilə bilməz. Halbuki, iddiaçının tələbi ondan ibarətdir ki, iddiaçının həmin mənzilə mülkiyyətə gözlənti hüququ var, bu səbəbdən mənzilə köçürülməsini xahiş edir. Mənzil order əsasında iddiaçı və cavabdehin atasına verilib. Orderdə iddiaçının özünün, atasının və anasının adı qeyd edilib. Valideynlər öləndən sonra mənzildə cavabdeh yaşayır və iddiaçını mənzilə buraxmır. İddiaçı ailə qurduqdan sonra mənzildən çıxıb, uzun müddətdir kirayədə yaşayır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(060)-3919/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatını izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X4 ilə X5 xx.xx.2003-cü il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarında xx.xx.1967-ci il tarixli 09/890 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 3 otaqlı, sahəsi 43.62 kv.m olan 19 saylı mənzilinin icarədarı X2r. Həmin orderdən görünür ki, Həşim Bağırov icarədər, Göhər Abışova - Həşim Bağırovun həyat yoldaşı, Güllər Bağırova və Aidə Bağırova - Həşim Bağırovun qızları və Fatma Bağırova - Həşim Bağırovun anasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kaspian” vəkil bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar etmək mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli, AZ-İİ 203880 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə doğulmuşdur və atası X6, anası isə X1r. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2003-cü il tarixdə X4 ilə nikaha daxil olanadək mübahisəli mənzildə yaşaması, ailə qurduqdan sonra həmin mənzildən köçməsini, mübahisəyə 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə baxılmalı olmasını, iddiaçının təxminən on səkkiz il əvvəl nikaha girərək sözügedən mənzili başqa ünvana (daimi yaşayış yerinə) köçməsi ilə əlaqədar könüllü tərk etməsini, bu səbəbdən onun bu yaşayış sahəsinə istifadə hüquqları itirilməsini müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materillarından müəyyən edilir ki, iddiaçı mübahisəli mənzildə xx.xx.2003cü il tarixdə X4 ilə nikaha daxil olanadək yaşamış, həmin tarixdən mənzili könüllü tərk edərək başqa yaşayış üvnanına köçmüşdür. Göründüyü kimi araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Bu maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin daha uzun müddət saxlanıldığı digər hallar da müəyyən olunmuşdur. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Bununla da müəyyən edilir ki, iddiaçı 2003-cü ildə ərə getdikdən sonra mübahisəli mənzili başqa ünvana (daimi yaşayış yerinə) köçməsi ilə əlaqədar könüllü tərk etmiş, bununla da yaşayış sahəsinə istifadə hüquqları itirilmişdir. Belə ki, cavabdehin başqa ünvana müvəqqəti getməsi, həmçinin yaşayış sahəsinin daha uzun müddətə saxlanılmasını nəzərdə tutan qanunvericilik normalarına əsasən müəyyən edilmiş halların mövcud olması işin faktiki halları və tutarlı sübutlar ilə təsdiqlənmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sözügedən mənzildən istifadə hüququ olmadığı halda onun həmin mənzilə köçürülməsini qanunvericilik istisna edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, iddiaçının həmin mənzildən gözlənti hüququnun olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, mənzil order əsasında verilərkən iddiaçının adı orderdə yazılsa da, iddiaçı 2003-cü ildən evi tərk etdikdən sonra mübahisəli mənzilə dair mülkiyyət hüquqlarının təsdiq edilməsi ilə əlaəqdar hər hansı formada müraciət etməmiş, bununla da mənzilə dair hər hansı gözləntisinin olmadığını göstərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(060)-3919/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar