Məhkəmə qərarları › İş №2(105)-2297/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2297/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2297/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Qubadlı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(028)-87/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(028)-87/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vladimir Ruvinov) İddiaçı Cavabdeh qarşı mənzilə köcürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı azyaşlı uşaqları 26 yanvar 2012-ci il təvəllüdlü X2 və 27 fevral 2013-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış evinə köcürülməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında işə baxılarkən Cavabdeh ərizə ilə müraciət edərək Qubadlı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(028)-87/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilərək, apellyasiya şikayətindən imtinasının qəbul edilib ona münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh 22.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(028)- 87/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, Cavabdeh Qubadlı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(028)-87/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A A L D İ: Cavabdeh Qubadlı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(028)-87/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası barədə ərizəsi təmin edilsin, onun apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar