Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2307/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və üzərindəki tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim C.Səfiyeva). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ Ağayeva X2 Ülkər İsrail qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Məmmədli Bələdiyyəsi) torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 iyun 2006-cı il tarixli, 06/451 saylı Qərarına əsasən onun sahibliyində olan Abşeron rayonu, Kürdəxanı ətraf ərazidə yerləşən 0,015 ha sahədən ibarət olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 iyun 2006-cı il tarixli, 06/451 saylı Qərarı ilə Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız Kürdəxanı ətrafı ərazidə yerləşən torpaq sahəsindən ev tikmək məqsədi ilə 0,03 ha torpaq sahəsi İddiaçı dəyəri tam ödənildikdən sonra satılmışdır. O, bundan sonra torpaq sahəsini qardaşı Adil ilə öz arasında bölmüş və həmin sahənin 1,5 sot hissəsində Adil özünə yaşayış evi tikməyə başlamışdır. Həmin zamanlar iddiaçı da özünə məxsus sahədə birmərtəbəli, 2 otaqlı yaşayış evi tikmişdir. İddiaçının digər qardaşı Şamil öz həyat yoldaşı Cavabdeh ilə Bakı şəhərinə köçdükdən sonra 2 il Adilin evində yaşamışdır. Bir müddət sonra isə onlar həmin evdən çıxarılaraq kirayə yaşamağa məcbur olmuşlar. Cavabdeh ailəsi ilə birlikdə iddiaçıdan ona məxsus evdə müvəqqəti yaşamaq üçün icazə aldıqdan sonra 2012-ci ildə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikiliyə köçüb yaşamağa başlamışdır. Bir müddət sonra iddiaçı onlara evdən çıxmağı təklif etmişdir. Qardaşı buna razılıq versə də, cavabdeh razılaşmamışdır. Bununla əlaqədar onların arasında mübahisə baş vermiş, hətta cavabdeh iddiaçının qardaşını da evdən qovmuşdur. Hazırda cavabdeh həmin torpaq sahəsi üzərində olan tikilidə yaşadığına görə iddiaçı öz əmlakı üzərində olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Dəfələrlə cavabdehə torpaq sahəsini boşaldaraq ona təhvil verilməsini bildirsə də, heç bir nəticə əldə edə bilməmiş və bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən göstərmişdir ki, mübahisəli torpaq sahəsi dövlət qeydiyyatına alınmasa da iddiaçının qanuni istifadəsindədir. Cavabdehin və ailəsinin müvəqqəti yaşamaları üçün verilməsi barədə iddiaçının dəlilləri əsaslı deyildir. Belə ki, mübahisəli tikili tikilən vaxtdan 10 ildən artıq bir vaxtda orada cavabdeh və onun ailəsi mübahisəsiz qaydada yaşamışlar və hal-hazırda da onlar orada yaşayırlar, kommunal xidmətlər cavabdehin sabiq əri Şamilin adınadır. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin nikah qeydi ləğv ediləndən sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli tikilinin kim tərəfindən tikilməsi barədə hər hansı bir mötəbər sübut təqdim edilməsə də, ötən 10 il ərzində orada cavabdehin və onun ailəsinin yaşamaları həmin tikilinin iddiaçı tələtindən yox, məhz cavabdeh və onun sabiq ərinin birgə nikahda olduqları vaxt öz vəsaitləri hesabına tikilməsi barədə cavabdehin iddiaya etirazının əsaslı olması nəticəsinə gəlmək olar. Göründüyü kimi, cavabdeh ona məxsus torpaq üzərində olan tikilinin onu tərəfindən tikilməsini də sübuta yetirməmiş, lakin məhkəmə onun həmin tikilidə 10 il ərzində yaşamasını onun həmin yaşayış sahəsini tikməsi kimi qiymətləndirmişdir. Abşeron Rayon məhkəməsi onun iddiasına yalnız tikiliyə münasibətdə qiymət vermişdir, halbuki, o, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə isə yalnız ona məxsus torpaq sahəsi üzərində yerləşən tikilinin kim tərəfindən tikilməsini mübahisənin əsası kimi qiymətləndirmişdir. Halbuki, məhkəmə iclasında şahid qismində ifadə verən X5 həmin torpaq sahəsində olan tikilinin onun tərəfindən tikilməsini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin ona məxsus olması sübuta yetirilmişdir, yəni cavabdehin yaşadığı tikilinin ona məxsus torpaq sahəsində yerləşməsi işin mübahisə edilməyən halıdır. Belə olduqda isə cavabdehin həmin torpaq sahəsinə hər hansı bir hüququnun olub-olmaması müəyyən edilməli, iddiaya bu kontekstdə qiymət verilməli idi. Belə ki, qeyd edilən torpaq sahəsi Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 iyun 2006-cı il tarixli, 06/451 saylı Qərarı ilə onun sahibliyinə və istifadəsinə verilmiş, həmin torpaq sahəsinə dair onun xüsusi mülkiyyət hüququları dövlət reyestrində qeydə alınmasa da həmin torpaq sahəsinə onun istifadə və sahiblik hüququ yaranmışdır. Hal-hazırda Cavabdeh həmin torpaq sahəsi üzərində olan tikilidə yaşadığına görə o, öz əmlakı üzərində olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Bundan əlavə isə o, həmin torpaq sahəsini dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə öz adıma qeydə aldırmaq istəyirə, cavabdehin orada yaşaması isə bu iradəsini həyata keçirməyə mane olur. Ona görə də Abşeron Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilib iddia təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək uyğun izahat verib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə da apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, sözügedən torpaq sahəsini 2 qardaş- Şamil və Adil birlikdə almışlar və torpaq almaq üçün 1000 manat məbləğində pulu atasıgil verib. 1 sotu 1000 dollar olan torpaq cəmi 4 sot idi. Qeydiyyatları rayona olduqları üçün torpağı yalnız İddiaçı adına ala bilmişlər. Onlar 2 il Adilin evində qalmış, sonra özləri üçün ev tikərək oraya köçməyə başlamışlar. Həmin torpaqda kommunal xidmətlər də Şamilin adınadır. İddiaçı arada qonaq kimi evə gəlib qalırdı. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Məmmədli Bələdiyyəsi lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclas zamanı nümayəndəsinin iştirakını təmin etməməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarından olan Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 iyun 2006cı il tarixli 06/451 saylı Qərarından görünür ki, Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız Kürdəxanı ətrafı ərazidə yerləşən torpaq sahəsində ev tikmək məqsədi ilə 0,03 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Yenə iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, X4 Cavabdeh qarşı nikahın ləğv edilməsinə dair iddia tələbi təmin edilmiş, tərəflər arasında olan nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından anadan olan uşaqları analarının himayəsində saxlanılmış, uşaqların saxlanması üçün X3 Cavabdeh xeyrinə aliment tutulması qət edilmişdir. Yenə də işdə olan Abşeron rayon İHB-nın Məmmədli kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 17.11.2020-cı il tarixli, 3007 №-li arayışdan müəyyən edilir ki, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində övladları-10.02.2008-ci il təvəllüdlü X10 və 02.01.2010-cı il təvəllüdlü X9 ilə birlikdə qeydiyyatsız yaşayır. İşə əlavə edilmiş Abşeron rayon Məmmədli Bələdiyyəsinin 10.08.2021-ci il tarixli, 311 saylı məktubundan görünür ki, mübahisəli torpa sahəsi bələdiyyənin qərarı ilə ev tikmək məqsədilə İddiaçı satılmışdır. Həmin torpaq sahəsinə və üzərindəki tikililərə dair vergilər Bələdiyyə büdcəsinə Müşgünaz Ağayeva tərəfindən ödənilir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, 3 sot torpağı bacısı- İddiaçı ilə birgə almışdır. Qardaşı Şamil ailəsi ilə birgə əvvəl onun evində qalmışdır. Evdən çıxarıldıqdan sonra onlar bir müddət kirayə qalmış, sonra iddiaçının evi hazır olanda orada yaşamağa icazə almışlar. Onun evində də sayğac Şamilin adına idi. O, daha sonra sayğacı öz adına keçirdi, iddiaçı isə keçirmədi. Torpaq alınanda cavabdeh qardaşı Şamillə nişanlı idi. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 iyun 2006-cı il tarixli, 06/451 saylı Qərarı ilə Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız Kürdəxanı ətrafı ərazidə yerləşən torpaq sahəsindən ev tikmək məqsədi ilə 0,03 ha torpaq sahəsi İddiaçı satılmışdır. O, bundan sonra torpaq sahəsini qardaşı Adil ilə öz arasında bölmüş və həmin sahənin 150 kv.m hissəsində Adil özünə yaşayış evi tikməyə başlamışdır. Həmin zamanlar iddiaçı da özünə məxsus sahədə birmərtəbəli, 2 otaqlı yaşayış evi tikmişdir. İddiaçının digər qardaşı Şamil öz həyat yoldaşı Cavabdeh ilə Bakı şəhərinə köçdükdən sonra 2 il Adilin evində yaşamışdır. Bir müddət sonra isə onlar həmin evdən çıxarılaraq kirayə yaşamağa məcbur olmuşlar. Cavabdeh ailəsi ilə birlikdə iddiaçıdan ona məxsus evdə müvəqqəti yaşamaq üçün icazə aldıqdan sonra 2012-ci ildə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikiliyə köçüb yaşamağa başlamışdır. Hazırda iddiaçı onlara evdən çıxmağı təklif etmiş, lakin cavbdeh mübahisəli yaşayış evinin onlar tərəfindən tikildiyi bildirərək evdən çıxmaq istəmir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, işdən göründüyü kimi mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 iyun 2006-cı il tarixli, 06/451 saylı Qərarı ilə İddiaçı satılması işin mübahisəsiz halıdır. Doğrudur, cavabdeh həmin torpaq sahəsinin atasının köməkliyi ilə özləri tərəfindən alındığını bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Qeyd edilən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin torpaq sahəsinə dair onun sahiblik və istifadə hüququ məlum alğı-satqı müqaviləsi bağlandığı andan yaranmışdır. Eləcə də, qeyd edilən torpaq sahəsinə dair hüquqların qeydiyyatı üçün hüquqi maneə də yoxdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.1-ci maddələrinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. Daha öncə qeyd olunduğu kimi, mübahisəli torpaq sahəsi iddiaçıya bələdiyyə qərarı əsasında satılmışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı özünə məxsus həmin torpaq sahəsində birmərtəbəli, 2 otaqlı yaşayış evi tikmişdir. Həmin yaşayış evinə dair də hüquqlar qeydə alınmasa da, hər bir halda həmin tikili, işdə olan Məmmədli Bələdiyyəsinin qərarından da göründüyü kimi, Bələdiyyə tərəfindən iddiaçıya yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsində inşa edilmişdir. Bu səbəbdən məlumatlandırma icraatı əsasında inşa edilməli olan həmin tikilini özbaşına tikinti kimi qiymətləndirmək olmaz. Başqa sözlə, iddiaçı həmin əmlaka dair “qanuni gözlənti” hüququ olan şəxsdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli Qərarında məsələyə aşağıdakı kimi hüquqi mövqe nümayiş etdirilmişdir: «Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Başqa sözlə, iddiaçının səlahiyyətli orqan tərəfindən sahibliyinə və istifadəsinə, daha öncə istinad olunan Qanunla isə mülkiyyətinə verilmiş, hazırda mübahisə predmetinə çevrilmiş torpaq sahəsinə, o cümlədən həmin torpaq sahəsində inşa edilmiş tikiliyə dair hüquqları qanunla qorunur. Daha öncə istinad olunan maddi hüquq normalarına əsasən həmin əmlaklar cavabdeh tərəfindən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edildiyi kimi iş üzrə cavabdeh mübahisəli torpaq sahəsini atasının maddi yardımı ilə aldıqlarını və üzərindəki yaşayış evini özləri tikdiyini iddia etsə də buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun torpaq sahəsini rayon qeydiyyatında olduqları üçün hazırki iddiaçının adına almaları barədə dəlili isə heç bir hüquqi əsası olmayan özünün sırf subyektiv fikrindən başqa bir şey deyildir. Əksinə, yuxarıda sadalanan sübut qaynaqları iddiaçının haqlı olduğunu təsdiq edir. Ən nəhayət, işin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında hazırki mübahisə mənzildən istifadədən daha çox əmlak mübahisəsidir. Hər bir tərəf mübahisəli torpaq sahəsinin və üzərindəki tikilinin ona məxsus olmasını iddia edir. Yuxarıda sadalanan səbəblərdən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, həmin torpaq sahəsi iddiaçıya məxsusdur. İşə baxan birinci instansiya məhkəməsi də bu qənaətə gəlmiş və cavabdeh də həmin qətnamədən şikayət verməmişdir. Baxmayaraq ki, apelyasiya baxışı zamanı yenə də həmin torpaq sahəsini atasının maddi köməkliyi ilə əldə etdiklərini iddia etmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehin yaşayış sahəsi olan tikilidən çıxarılmasına yönəldiyindən bu məsələyə də qiymət verilməlidir. Qeyd edildiyi kimi iddiaçı cavabdehin ona məxsus mübahisəli tikiliyə(yaşayış evinə) müvəqqəti köçüb yaşamasına icazə verdyini bildirir və ona görə də hazırda həmin tikilidən çıxarılmasını tələb edir. Tərəflər arasında hazırki mübahisə üzrə hüquq münasibətləri 2012-ci ildən yaranıb. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi və üzərində inşa edilmiş tikiliyə(yaşayış evi) dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da(daha öncə qeyd olunduğu kimi bu qeydiyyat üçün hüquqi maneə yoxdur), onun həmin əmlaklara dair qanuni gözlənti hüququ var. Yuxarıda qeyd edildiyi kimi (Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur) iddiaçının həmin əmlaklara dair hüququ mülkiyyət hüququna bərabərdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus tikilini boşaltmaq tələbində haqlıdır. AR Konstitusiyasında mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı) Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh artıq doqquz ilə yaxın müddətdir ki, iddiaçıya məxsus yaşayış evindən istifadə edir. Onun bundan sonra da həmin yaşayış evindən-tikilidən sahibinin iradəsinə zidd istifadəsi daha öncə qeyd olunduğu kimi ağlabatan və mütənasib hesab oluna bilməz. Bu hal həmin əmlaka sahiblik edən şəxsin üzərinə həddən artıq qoyulma kimi qiymətləndirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir k, işə baxan məhkəmə işin sadalanan faktiki hallarını nəzərə almayaraq səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını qeyd etsə də, heç bir ciddi sübuta əsaslanmadan ötən 10 il ərzində cavabdehin və onun ailəsinin mübahisəli tikilidə yaşamalarını əsas götürərək hesab etmişdir ki, həmin tikili iddiaçı tərəfindən yox, məhz cavabdeh və onun sabiq ərinin birgə nikahda olduqları vaxt onların vəsaitləri hesabına inşa edilmişdir. İşə baxan məhkəmə öz qərarını əsaslandırmaq üçün bir tərəfdən mülkiyyətin müdafiəsinə yönəlmiş maddi hüquq normalarına, digər tərəfdən isə özbaşına tikililərlə bağlı münasibətləri tənzimləyən normalara istinad edib ziddiyətli nəticəyə gəlmiş, mübahisənin obyektiv, qanuni və ədalətli həlli üçün lazım olan normaları tətbiq etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi tam ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 10 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumları cavabdehdən tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 iyun 2006-cı il tarixli, 06/451 saylı Qərarına əsasən İddiaçı sahibliyində olan Abşeron rayonu, Kürdəxanı ətraf ərazidə yerləşən 0,015 ha torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılsın, həmin torpaq sahəsi X1 təhvil verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 10 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumları Cavabdeh tutularaq ona qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2307/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2307/2021
10.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver