Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2308/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Elman Məmməd oğlu Əhmədovun ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: Vəkil, Cavabdehin nümayəndəsi: X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı övladı ilə birlikdə evə köçürülmə barədə ilk, Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehin nümayəndəsi M.R.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) ilkin iddianın təmin edilməsi, İddiaçı 22 yanvar 2002-ci il təvəllüdlü oğlu X10 ilə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar, qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradıqmaqla evin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı övladı ilə birlikdə evə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1996-cı ildə faktiki, 28 avqust 1997-ci il tarixdə isə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra həmin vaxt cavabdehin anası X2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi ev 2 ünvanında yerləşən, hazırda isə cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin ünvana qeydiyyata düşmüşdür, hazırda da həmin ünvanda qeydiyyatdadır. Birgə nikah dövründə 26.07.1997ci il təvəllüdlü və 22.01.2002-ci il təvəllüdlü iki övladı doğulmuşdur. Cavabdeh və iki övladı ilə birlikdə 2017-ci ilin iyul ayınadək gəlin köçdüyü ünvanda yaşamışdır. Qızı 2016-ci ildə ailə həyatı quraraq başqa ünvana köçmüş, cavabdeh ona şər-böhtan atdığından onunla münasibətləri korlanmış və 2017-ci ilin iyul ayında 21 il yaşadığı evdən oğlu Rəcəblə birlikdə çıxaraq ünvan 3 ünvanında yerləşən ata evinə getməyə məcbur olmuş, hazırda qalmağa başqa yerləri olmadığından məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(012)-472/2018 saylı qətnaməsi ilə cavabdeh ilə onun arasında olan 28 avqust 1997-ci il tarixdə Abşeron RİHB-nin Saray qəsəbəsi üzrə Ərazi inzibati nümayəndəliyində 42 sayla qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan anadan olmuş 22 yanvar 2002-ci il təvəllüdlü X10 onun himayəsində saxlanmış, 22 yanvar 2002-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilmişdir. 2 ildir ki, oğlu Rəcəb ilə birlikdə ata evində qalmağa məcbur olmuş, cavabdeh isə 1996-cı ildən yaşadığı və qeydiyyatda olduğu həmin ünvana onu buraxmır. Cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi 2 ünvanında yerləşən evin ikinci mərtəbəsindəki 3 otaqdan istifadə etməklə birgə yaşamışlar. Bu baxımdan oğlu Rəcəb ilə birlikdə həmin ünvanda yerləşən evin ikinci mərtəbəsindəki 2 otağa köçürülməli, eyni zamanda onlara evin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmalıdır. Ona görə də, 22 yanvar 2002-ci il təvəllüdlü oğlu X6 cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki 2 otağa köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 28.08.1998-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Sonradan, aralarında olan ailə münasibətlərinin pisləşməsi nəticəsində rəsmi nikahları 08.01.1918-ci ildə məhkəmə qaydasında ləğv edilmiş və 16 yaşlı uşaq anasının himayəsinə verilmişdir və onunla birlikdə yaşayır. İddiaçı ona məxsus 2 saylı evə gəlin gəlmiş, uşaqları orada anadan olmuş və həmin evdə qeydiyyatdadırlar. İddiaçı köçmək istədiyi 2ç saylı ev valideynləri tərəfindən 12.09.2011-ci ildə bağışlama müqaviləsi əsasında ona bağışlanmışdır. Həmin ev paylı mülkiyyət deyil və tam onun mülkiyyətindədir. İddiaçı heç kim məcburi surətdə yaşadığı evdən çıxartmamışdır, o, özü könüllü surətdə gedərək valideynləri ilə yaşamağa üstünlük vermiş və iki ilə yaxındır ki, orada yaşayır. İddiaçı ona bağışlanılan xüsusi mülkiyyətinə köçürülməsi tələbi əsassızdır, çünki o, 2 ç saylı evdə deyil, 2 saylı evdə, yəni atasına məxsus olan evdə qeydiyyatdadır. Qeyd olunan ev onların birgə nikah dövründə əldə etdikləri əmlak deyildir və həmin evdə ikinci ailəsi ilə birlikdə yaşayır. Hazırkı şəraitdə keçmiş ailəsinin yaşadığı evə köçürülməsi və yeni ailəsi ilə birlikdə yaşaması mümkün deyildir. Hazırda Abşeron rayonu, Saray qəsəbəsində normal yaşayış sahəsində kirayədə yaşamağın aylıq kirayə xərci 100 manat təşkil edir. İddiaçı valideynlərinin yanından çıxaraq 3 il ərzində ayda 100 manat ödəməklə yaşasa ona 4 min manat kompensasiya ödəməyə razıdır, çünki 3 ilin kirayə xərci 3600 manat təşkil edir. Ona görə də, cavabdeh İddiaçı “evə köçürülməyə dair” iddiasının heç bir hüquqi əsası olmadığından həmin tələbin təmin edilməməsini, habelə humanistlik prinsiplərini əsas götürərək cavabdehə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4 min AZN (dörd min manat) kompensasiya ödəməklə və onun Abşeron rayonu, Saray qəsəbəsi M.Füzuli küçəsi, ev 2-yə olan yaşayış hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli 2(105)-770/2020 saylı qətnaməsi ilə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)-3035/2019 saylı qətnaməsinin «İddiaçı 22 yanvar 2002-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi» hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 22 yanvar 2002-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla həmin yaşayış evinə köçürülməsi, Qətnamənin - «Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli 2(102)-3453/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli 2(105)-770/2020 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(105)-2606/2020 saylı qətnaməsi ilə, apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(012)-3035/2019 saylı qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi, 6000 (altı min) manat kompensasiya verilməklə İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli 2(102)-2244/2021 saylı qərarı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli 2(105)- 2606/2020 nömrəli qətnaməsi «hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 3035/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 6000 manat kompensasiya verilməklə İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə şüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması» hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdehin nümayəndəsi M.R.Hüseynov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsində istifadə hüququnu saxlanmır. Qanunun tələbindən göründüyü kimi, iddiaçının mübahisəli yaşayış evində istifadə hüququ yoxdur. Məhkəmə qətnaməsində qanunun bu tələbi nəzərə alınmamışdır, maddi və prosessual normalar düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər öz maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İddiaçının onların xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evə köçürülməsi gələcəkdə təhlükəsiz yaşamaq hüquqlarını pozur, bu da yol verilməzdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini əsassız olaraq rədd etmişdir, işi hərtərəfli araşdırmamışdır. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(012)- 3035/2019 saylı qətnaməsinin ilkin iddianın rədd edilməsinə və qarşılıqlı iddianın isə təmin edilərək iddiaçıya 5000 (beş min) manat kompensasiya verilməklə Abşeron rayonu, Saray qəsəbəsi M.Füzuli küçəsi ev 2ç-dən oğlu X10 ilə birlikdə yaşayış sahəsinə olan yaşayış və istifadə hüquqlarının ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə cavabdehin nümayəndəsi M.R.Hüseynov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İlk iddia üzrə İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qarşılıqlı iddianın rədd edərkən, kompensasiya məbləğinin az olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehin nümayəndəsi M.R.Hüseynovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı qarşılıqlı iddia hissəsində tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən bu hissədə maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin 27.11.2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 09.10.2017-ci il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 4 saylı Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsi, ev 2 ünvanı üzərində Dövlət reyestrində cari dəyişiklik edilməsi üçün müraciət etmişdir. Hal-hazırda ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20.10.2017-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 12.09.2011-ci il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, M.R.Hüseynov və X1 rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58.4 kv.m yaşayış, 69.3 kv.m yardımçı sahədən ibarət olan 2 nömrəli fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsindən özlərinə düşən 0,08 ha torpaq sahəsini oğulları Cavabdeh bağışlamışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına 20.10.2017-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə 31 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 24.02.2018-ci il tarixdə verilmiş AZ-İ № 287894 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləginin göstərilib-göstəriməməsindən asılı olmayaraq, kompensasiyanın məbləgini bazar qiymətinə uygun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uygun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılıgını nəzərə almalıdır». Birinci kassasiya icraatında qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsini düzgün hesab etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, gələcəkdə cavabdeh yeni məbləğdə kompensasiyanın verilməsi halda istifadə hüququna xitam verilməsi mümkündür. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdehin nümayəndəsi Hüseynov Mübariz Kənan oğlunun apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 26 sentyabr 2019-cu il tarixli 2(012)- 3035/2019 saylı qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2308/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2308/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver