Məhkəmə qərarları › İş №2(105)-2309/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2309/2020

24.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2309/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı Cavabdeh qarşı «torpağın qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair» iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza üzrə xərci üzrə İddiaçı 200 manat alınıb Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına və 85,88 manat pul alınıb Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2Z, Kadastr və X8 Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesaba köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «torpağın qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışa əsasən reyestr nömrəsi **********57, qeydiyyat tarixi xx.xx.2008-ci il olmaqla daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabını 157 nömrəli vərəqində qeydiyyata alınmış ona məxsus 0,170055 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılması, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Muğanlı kəndində xüsusi mülkiyyətində 0,170055 ha torpaq sahəsi var. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə nə qədər izah etmək istəsə də başa sala bilməmişdir ki, onun torpaq sahəsində heç bir iş görməsin və torpaq sahəsini boşaltsın. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi hasara alınmış orada ev tikilmiş və bağ salınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı çıxarışa əsasən Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,170055 ha kənd təssərüfatı təyinatlı torpaqlar ona məxsusdur. Özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin qanunsuz hərəkətləri üzündən torpaq sahəsinə belə daxil ola bilmir. Odur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışa əsasən reyestr nömrəsi **********57, qeydiyyat tarixi xx.xx.2008-ci il olmaqla daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabını 157 nömrəli vərəqində qeydiyyata alınmış ona məxsus 0,170055 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılması, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Hakim iddianı rədd edərkən gəldiyi nəticəni məhkəmə tikinti-texniki ekspertizasının rəyinə uyğun olaraq ona məxsus torpaq sahəsini cavabdehin zəbt etməsi və sökülməsi tələb olunan tikilinin ona və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində aparılmasının təstiq edilməməsi ilə əsaslandırmışdır. İşdə olan rəylər ziddiyətlidir. Məhkəmə təkrar ekspertiza keçirmədən qətnamə qəbul etmişdir. Odur ki, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-24/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən mübahisəli torpağın tutulmasının ekspertiza rəyi ilə təsdiq edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı V.C.Fətaliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı çıxarışdan görünür ki, Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,170055 ha kənd təssərüfatı təyinatlı torpaqlar İddiaçı, N.Ş.Fətəliyeva, İ.V.Fətəliyeva, T.V.Fətəliyevaya məxsusdur. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışdan görünür ki, Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,25 ha kənd təssərüfatı təyinatlı torpaqlar Cavabdeh məxsusdur. İş materiallarında olan JN-1xx xxx 41013028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X2, X3, X5, X7, X9, X1 Şamaxı rayon X6 xx xxxxxx 1997-ci il tarixli 32 nömrəli qərarı ilə 1,27 ha torpaq sahəsi verilmişdir. İşə əlavə olan xx xxx 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, M.M.Zərbaliyev, A.M.Zərbaliyeva Cavabdeh JN 1xx xxx 41013028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 1,27 ha torpaq sahəsindən 2500 kv.m hissəsini satmışdır. İşə əlavə olan JN-1xx xxx 41013028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, V.C.Fətəliyev, N.Ş.Fətəliyeva, İ.V.Fətəliyeva, T.V.Fətəliyevaya Şamaxı rayon X6 xx xxxxxx 1997-ci il tarixli 32 nömrəli qərarı ilə 0,85 ha torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2006-cı il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı JN 1xx xxx 41013028 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 6772,82 kv.m torpaq sahəsini alıcı S.P.Bəkdəmirovun mülkiyyətinə vermişdir. İş materiallarında olan ƏMDK yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, mərkəzin elektron bazası ilə naturada torpaq istifadəçiliyi arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, MH ******* seriyalı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlarla naturada mübahisəli torpaq sahəsinin koordinatları uyğunsuzluq təşkil etdiyindən, Cavabdeh tərəfindən istifadə olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş araşdırma üzrə ekspertiza xərci 85,88 manat təşkil edir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə bildirilmişdir ki, mərkəzin elektron bazası ilə naturada torpaq istifadəçiliyi arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, MH ******* seriyalı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlarla naturada mübahisəli torpaq sahəsinin koordinatları uyğunsuzluq təşkil etdiyindən, Cavabdeh tərəfindən istifadə olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş araşdırma üzrə ekspertiza xərci 100 manat təşkil edir. İş materiallarında olan ƏMDK yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin xx xxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinə məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,170055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Seriya MH №0007489 çıxarışa əlavə edilmiş Torpaq sahəsinin plan-ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, plan-ölçü sənədində göstərilən torpaq sahəsi naturada göstərilən torpaq sahəsindən fərqli, başqa bir ərazidə yerləşir. Cavabdeh məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Seriya RX №0159547 çıxarışa əlavə edilmiş Torpaq sahəsinin plan-ölçü sənədində göstərilən torpaq sahəsi naturada faktiki istifadə etdiyi torpaq sahəsilə eyni ərazidə yerləşməklə konfiqurasiya və sahə fərqi mövcuddur. Seriya MH № ******* çıxarışa əsasən İddiaçı və ailə üzvlərinə məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,170055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Seriya RX №0159547 çıxarışa əsasən Cavabdeh məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür və fərqli ərazilərdə yerləşir. Eyni zamanda, naturada tərəflər eyni torpaq sahəsinə iddialı olsalar da, faktiki torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,170055 ha kənd təsərrüfatı təyinatlı Seriya MH №0007489 çıxarışa əlavə olunan plan-ölçü sənədində göstərilən torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur. Cavabdehin faktiki naturada istifadə etdiyi torpaq sahəsində tikintilər mövcuddur. Məhkəmə kollegiyası iddiaçı V.C.Fətəliyevin iş üzrə fərqli rəylərin olmasının və iş üzrə təkrar ekspertizanın keçirilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 31278 saylı ekspert rəyi ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli **********13 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinə məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,170055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Seriya MH №0007489 çıxarışa əlavə edilmiş Torpaq sahəsinin plan-ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, plan-ölçü sənədində göstərilən torpaq sahəsi naturada göstərilən torpaq sahəsindən fərqli, başqa bir ərazidə yerləşir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin RX seriyalı ******* saylı çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi naturada faktiki istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşməklə konfiqurasiya və sahə fərqi mövcuddur. Mütəxəssis rəyinə əsasən, seriya MH №0007489 çıxarışa əsasən İddiaçı və ailə üzvlərinə məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,170055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Seriya RX №0159547 çıxarışa əsasən Cavabdeh məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşmədiyi və fərqli ərazilərdə yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunur RİT naturada tərəflər eyni torpaq sahəsinə iddialı olsalarda, faktiki torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,170055 ha kənd təsərrüfatı təyinatlı Seriya MH №0007489 çıxarışa əlavə olunan plan-ölçü sənədində göstərilən torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur. Məlumat üçün bildirilir ki, cavabdehin faktiki naturada istifadə etdiyi torpaq sahəsində tikintilər mövcuddur. Keçirilmiş araşdırma üzrə ekspertiza xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı, cavabdehin mülkiyyətinə 0,170055 ha torpaq sahəsini zəbt edib tikinti apardığını iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Yanaşı yoxlanılmış müxtəxəssis və ekspert rəyləri ilə isə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmadığı, cavabdehin hazırda istifadəsində olan torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə, iş üzrə olan sübutlarla cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və sökülməsi tələb olunan tikininin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində aparılması təsdiq edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı oldugundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(074)-24/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar