Məhkəmə qərarları › İş №2(105)-2310/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2310/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2310/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 5500 manat pul və Cavabdeh2 3100 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 ondan aldığı 5.500 manat borc pulun və Cavabdeh2 ondan aldığı 5.600 manat borc pulun onlardan alınaraq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il tarixdə 15 baş iribuynuzlu malqaranı 11.100 manata satmışdır. 2014-cü il tarixdə oğlunu həqiqi hərbi xidmətə yola salmış, iribuynuzlu malqaranı satdığını eşidən cavabdehlər bacısının kürəkəni Cavabdeh1 və qardaşının qaynı Cavabdeh2 onlara gələrək pula ehtiyacları olduğunu və oğlunun əsgərlikdən gələnədək borcu geri qaytaracaqlarını bildirmişlər və pulu aldıqdan sonra notariusda borc müqaviləsi bağlayarıq deyərək onu inandırmışlar. 11.100 manat pulu cavabdehlərə vermişdir. 11.100 manat pulun 5.500 manatını Cavabdeh1, 5.600 manat pulu isə Cavabdeh2 götürmüşdür. Səhəri gün səhər saatlarında notariusa gedib onları gözləmişdir. Zəng edib notariusda onları gözlədiyini söyləmiş, lakin cavabdehlərin heç biri müqavilə bağlamaq üçün notariusa gəlməmişlər. Cavabdehlərin evinə getmiş, pulunu nə vaxt verəcəklərini soruşmuşdur. Yenə cavabdehlər onu inandırmışlar ki, oğlu hərbi xidməti başa vurub gələnədək geri qaytaracaqlar. Oğlu hərbi xidməti 2016-cı il tarixdə başa vurub evə qayıtmışdır. Cavabdehdən bu günədək pulu geri ala bilməmişdir. xx xxxxxxx 2016-cı il tarixdə cavabdehlər ona qəbz yazıb bildirmişlər ki, götürdükləri pulu 2017-ci ilin yanvar ayının sonunadək qaytaracaqlar. Cavabdeh2 zəng edib bildirmişdir ki, qızı talesimiya xəstəsidir, onun müalicə və müayinəsi üçün pul lazımdır, pulu qaytar. O isə, kobud sözlərlə təhqir edib, ədəb-etik normalarını belə gözləməmişdir. Cavabdeh1 isə onu ölümlə hədələmiş, oğlunu şərləyib tutduracağını bildirmişdir. Bu yaxınlarda yenidən pulu almaq üçün cavabdeh S.M.Həzrətquliyevin evinə getmişdir. Cavabdeh onu evində döymüş və xəsarət yetirmişdir. Cavabdeh1 olan 5.500 manat borc pulun və Cavabdeh2 olan 5.600 manat borc pulun, onlardan alınıb ona verilməsi yalnız məhkəmə yolu ilə mümkündür. Cavabdehlər aldıqları borc pulları ona verdikləri qəbzlərlə təsdiqləyiblər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı həmkəndlisidir. Onun faizə pul verməsini eşitmiş, 2015-ci ilin mart ayında pula ehtiyacı olduğu üçün İddiaçı ilə əlaqə saxlamış və Şamaxı şəhərində kirayədə yaşadığı evə gələrək ondan 10 faizlə 1000 manat pul almışdır. Həqiqətən də ümumilikdə 5600 manat pulu faizlə almışdır. Əvvəlcə xx xxxxxx 2019-cu il tarixdə həmin pulun 2500 manatını İddiaçı vermişdir və əvəzində ona əlyazma ilə təstiq cavabı yazdırıb imzalatmışdır. Şamaxı Rayon Poçt filialının xx xxxxxx 2019-cu il tarixli 26/41 saylı arayışdan görünür ki, 2018-2019-cu illərdə ümumilikdə 750 manat pulu İddiaçı rəsmi qaydada vermişdir. Daha sonra Qızmeydan kəndində 2016-2017-ci illərdə ümumilikdə cəmi 1320 manat pulu da hissə-hissə iddiaçıya qaytarmışlar. Lakin məhkəmə işin faktiki hallarını tam araşdırmadan, işə mahiyyəti üzrə düzgün baxmadan birtərəfli qaydada qətnamə çıxararaq iddiaçının qərəzli iddiasını qismən təmin edərək onun iddiaçıya 3100 manat pul qaytarmalı olmagı barədə əsassız qətnamə qəbul etmişdir. Onun iddiaçıya cəmi 1030 manat pul borcu qalmışdır. Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(074)-67/2020 saylı qətnaməsini qismən ləğv edib, yeni qətnamə çıxarılmasını, yəni ondan 1030 manat borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Ş.Z.Bəkirov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfln izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya borcunun olması barədə iltizama istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxxx 2016-cı il tarixli Cavabdeh2 imzaladığı əlyazma iltizamın surətindən görünür ki, o, İddiaçı borclu olduğu 5600 manat pulun, 2000 manatını 2016-cı ilin oktyabr ayının sonuna qədər, qalan 3600 manat pulu isə 2017-ci ilin yanvar ayının sonuna qədər ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh1 imzaladığı əlyazmadan görünür ki, “mən Cavabdeh1 İddiaçı 5000 min manat pul götürmüşəm. Mən Leylaya 11 ayda heç nə verməmişəm hesaba gələndə aldım 5500 hal hazırda qalır. Mən Cavabdeh1 5000 pul götürmüşəm” əlyazma Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli İddiaçı tərəfindən yazılmış əlyazmadan görünür ki, “Mən İddiaçı Şakirə verdiyim 56xx xxxxxx 2500 almışam” əlyazma sənəd Qədimova tərəfindən imzalanmışdır. İşə əlavə olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxx 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olundu ki, Cavabdeh2 İddiaçı 5600 manat borc pul almış, həmin pulu 2000 manatını 2016-cı ilin oktyabr ayının sonuna qədər, qalan 3600 manat pulu isə 2017-ci ilin yanvar ayının sonuna qədər ödəyəcəyini bildirmişdir. Cavabdeh2 İddiaçı həmin borcdan 2500 manatını qaytarmış, bu barədə iddiaçı əlyazma sənəddə Cavabdeh2 2500 manat pulu aldığını bildirmişdir. Həmçinin cavabdeh C.M. Həzrətquliyev, İddiaçı 5000 manat borca pul götürdüynü və iddiaçıya hal-hazırda 5500 manat borclu olduğunu bildirmiş və bu barədə əlyazma sənədi yazaraq imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən müvafiq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinin mənasına görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılığı ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli SRPF 26/41 saylı arayışdan görünür ki, Cavabdeh2 X3 Filialı vasitəsilə xx xxxx 2016-cı il tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi İddiaçı müxtəlif faxtlarda (xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci ildə) 300 manat və iddiaçının oğlu S.S.Qədimova 450 manat pul köçürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 İddiaçı 3100 manat tutmaqda haqlı olmamış və həmin borcdan poçt vasitəsi ilə ödənilmiş 750 manatı nəzərə almamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə Cavabdeh2 hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi həmin hissəsində dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli 2(074)-67/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilsin. Cavabdeh2 2350 (iki min üç yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar