Məhkəmə qərarları › İş №2(105)-2316/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2316/2020

01.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2316/2020 01.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2,İddiaçı, cavabdehlər X3, Cavabdeh1 və onun vəkili X5 iştirakları ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-939/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-939/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı Quba rayonu, Yeni Güləzi kəndində yerləşən 39 saylı yaşayış evinə köçürülməsi qət edilmiş, cavabdehlər Cavabdeh1 və X6 qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və X6 barışıq müqaviləsi təqdim edib, həmin barışıq müqaviləsinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçıapellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və X6 arasında bağlanmış barışıq müqaviləsinin şərtlərinə əsasənİddiaçı Quba rayonu, Yeni Güləzi kəndində yerləşən yaşayış evindən özünə məxsus olan əşyaları götürür və bununla da sözügedən yaşayış evinə olan iddiasından imtina etməsi barədə öhdəlik götürür. Hazırki barışıq sazişi ilə cavabdehlər Cavabdeh1 və X6 iddiaçının yaşayış eyinə olan iddiadan imtina etdiyinə görə ona 5000 manat pul vəsaitini verəcəkləri barədə öhdəlik ğötürürlər. Bu sazişi bağlamaqla iddiaçı yaşayış evindən yalnız özünə aid olan əşyaları götürür, iddia ərizəsində tələbindən imtina edir, gələcəkdə həmin evə görə hər hansı bir iddia qaldırmayacağını bildirir, cavabdehlər isə yuxarıda qeyd edilən məbləğdə pul vəsaitini iddiaçıya verirlər. Tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə kollegiyası iş materiallarını, barışıq müqaviləsinin şərtlərini araşdırıb, barışıq sazişinin təsdiq edilməklə işin icraatına xitam verilməsi barədə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, barışıq müqaviləsinin şərtlərinə tətbiq edilməli hüquq normalarına qiymət verərək hesab edir ki, barışıq müqaviləsinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişi təsdiq olunmalı, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-939/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261-264, 370, 384, 391 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ilə cavabdehlər Cavabdeh1 və X6 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər razılaşırlar ki, İddiaçı Quba rayonu, Yeni Güləzi kəndində yerləşən yaşayış evindən özünə məxsus olan əşyaları götürür və bununla da sözügedən yaşayış evinə olan iddiasından imtina etməsi barədə öhdəlik götürür.

2. Hazırki barışıq sazişi ilə cavabdehlər Cavabdeh1 və X6 iddiaçının yaşayış eyinə olan iddiadan imtina etdiyinə görə ona 5000 manat pul vəsaitini verəcəkləri barədə öhdəlik götürürlər.

3. Bu sazişi bağlamaqla iddiaçı yaşayış evindən yalnız özünə aid olan əşyaları götürür, iddia ərizəsində tələbindən imtina edir, gələcəkdə həmin evə görə hər hansı bir iddia qaldırmayacağını bildirir, cavabdehlər isə yuxarıda qeyd edilən məbləğdə pul vəsaitini iddiaçıya verirlər. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-939/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar