Məhkəmə qərarları › İş №2(105)-2316/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2316/2022

28.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2316/2022 28.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tağızadə Gülnarə Fikrət qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X9, Cavabdeh14, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X3, Cavabdeh18, Cavabdeh19 İnşalla oğluna, Cavabdeh5, X5, Cavabdeh8, X11 və Cavabdeh6 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyəti məsələsinin müəyyən edilməsinə dair mülki işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ Kürdəmir Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddiaçı X2 aid hissəsə xitam verilməsi, iddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı zəbt olunmuştorpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim N.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X13, Cavabdeh14, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X6, Cavabdeh18, Cavabdeh19 İnşalla oğlu, Cavabdeh5 İnşalla oğlu, X7, Cavabdeh8, X16 və Cavabdeh6 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ərazi aidiyyətinin müəyyən edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual normanın məzmununa görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (Mülki Prosessual Məcəllənin 44.1. maddəsi). İşdən görünür ki, iddiaçılar X4 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X13, Cavabdeh14, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X6, Cavabdeh18, Cavabdeh19 İnşalla oğlu, Cavabdeh5, X7, Cavabdeh8, X16 və Cavabdeh6 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsi iddiaçılara məxsus torpaq sahəsi Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşdiyinə görə iddiaçının ərazi üzrə verməməklə aidiyyət qaydalarını pozması ilə mülki işin Şamaxı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, Şamaxı Rayon Məhkəməsi isə hazırki mülki iş üzrə mübahisəli torpaq sahələrinin faktiki olaraq Şamaxı və ya Kürdəmir rayonun inzibati ərazində yerləşməsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə sorğu verildiyini və həmin sorğuya daxil olmuş 27 sentyabr 2022ci il tarixli cavab məktubundan mübahisəli torpaq sahələri Kürdəmir rayonunun inzibati ərazisində yerləşməklə, Şamaxı rayonu, Nağaraxana kəndinin ərazi vahidliyinə aid olduğundan iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğunu nəzərə alaraq mülki işin Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasınının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir (Mülki Prosessual Məcəllənin 45.4. maddəsi). İşdən görünür ki, iddiaçılar X4 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X13, Cavabdeh14, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X6, Cavabdeh18, Cavabdeh19 İnşalla oğlu, Cavabdeh5, X7, Cavabdeh8, X16 və Cavabdeh6 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə ərazi aidiyyət qaydalarına uyğun olaraq işi öz icraatına götürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 27 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi Kürdəmir rayonu inzibati ərazi vahidliyində yerləşir. Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Qanunvericilikdə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız MPM-nin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Hazırkı iddia tələbi mülkiyyətçi olaraq iddiaçıların öz əmlaklarını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi vindikasiya iddiasıdır ki, bu cür tələblərə MPM-nin 39-cu maddəsinə əsasən daşınmaz əmlakın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası MPM-nin 44.1. maddəsinin tələbi baxımından hesab edir ki, Kürdəmir Rayon Məhkəməsi işi aidiyyət qaydalarına riayət etməklə öz icraatına qəbul etdiyindən, sonradan aidiyyət qaydaları dəyişsə də, hazırkı iş elə həmin məhkəmədə baxılmalıdır. Bu baxımdan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X13, Cavabdeh14, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X6, Cavabdeh18, Cavabdeh19 İnşalla oğlu, Cavabdeh5, X7, Cavabdeh8, X16 və Cavabdeh6 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4., 263, 264, 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X13, Cavabdeh14, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X6, Cavabdeh18, Cavabdeh19 İnşalla oğlu, Cavabdeh5, X7, Cavabdeh8, X16 və Cavabdeh6 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar