Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2319/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdeh3 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2nə və Cavabdeh3ə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-371/2020 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Təhsil Nazirliyinə, Cavabdeh2nə və Cavabdeh3ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh3də ibtidai siniflə təmin olunması və xx xxxxxxxx 2019-cu il tarixdən işə bərpa olunacağı tarixədək ibtidai sinif müəlliminin əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-371/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh3də əvvəlki işinə bərpa edilməsi, ibtidai siniflə təmin olunması, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. (hakim R.Həsənov) Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Cavabdeh3 apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsini onunla əsaslandırmışdır ki, ölkədə “koronavirus” pandemiyasının yayılması və xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən vaxtında apelyasiya şikayəti tərtib edilərək məhkəməyə təqdim edilə bilməmişdir. Buna görə də müddətin bərpasına dair ərizə təmin edilməlidir. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-371/2020 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-371/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh3in direktoru X1 şikayəti geri qaytarılmışdır.(hakim R.Həsənov) Həmin qərardaddan Cavabdeh3 şikayət verərək qərardadın ləğv edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-371/2020 saylı qərardadı ilə şikayətin təmin edilməyərək, baxılması üçün apellyasiya instansiyasına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi X2 şikayətə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-371/2020 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməli, Cavabdeh3in Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-371/2020 saylı qətnaməsindən apelyasiya şikayət vermə müddəti bərpa edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-in 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. X4 Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzrlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hazırki halda Cavabdeh3in apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması barədə gətirdiyi səbəbi üzrlü hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3in Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-371/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi “artıq formalizm”dən uzaqlaşmağa, eləcə də vətəndaşların özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnun realizəsinə xidmət edəcəyindən, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264. 266.1, 397.2. 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh3in şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-371/2020 saylı qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Cavabdeh3in Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)- 371/2020 saylı qətnaməsindən apelyasiya şikayət vermə müddəti bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan sikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2319/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2319/2020
04.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver