Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2330/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-1314/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi M.Ə.Səfərovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-1314/2020 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər Səfərova X19, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilib, cavabdehlər Səfərova X22, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, K.Hüseynov küçəsi, 47 ünvanında 0.0794 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.6 m2 olan fərdi yaşayış evindən çıxarılmsı və həmin fərdi yaşayış evinin boşaldılıb İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi M.Ə.Səfərov apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-1314/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsalandırmışdır ki, o, 2000-ci ildə ünvan 2 ünvanında yaşayan X6 0.10 ha torpaq sahəsi almışdır. Həmin il yəni 2000-ci ildə evin tikintisinə başlamış və 2003-cü ildə tikinti işlərini başa vurmuşdur. 2008-ci ildə Ceyranbatan Bələdiyyəsinin sədri C.A.Zeynalovdan qanuni şəkildə ərazisinə yaxın, yəni birləşik torpaq sahəsindən 0.01 ha əlavə torpaq sahəsi almışdır. Torpaqların alqı-satqısına dair Akt xx.xx.2008- ci il tarixdə 269/08 nömrə ilə qeydə alınmışdır. Onun 0.11 ha torpaq sahəsi üzərində tikdirdiyi bir mərtəbəli, 95,6 kv.m olan fərdi yaşayış evinə olan mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, xx xxxxxxx 2010-cu il tarixli çıxarışı ilə təsdiq olunmuşdur. O və ailə üzvləri – həyat yoldaşı Cavabdeh1 Xudakərim qızı, övladları Səfərov Mirmövsüm Daşqın oğlu, X10 və X1 rayonu, Ceyranbatan qəsəbəsi, K.Hüseynov küçəsi, ev 47 ünvanında pasport qeydiyyatındadırlar. X2 maddi vəziyyəti ağır olduğu üçün Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xribtovi ünvanında ailəsi ilə birgə kirayə yaşayırdı. O, bir kiçik qardaş olaraq X5na və qardaşının ailəsini müvəqqəti qalmaq şərti ilə ona məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, K.Hüseynov küçəsində yerləşən 47 saylı evinə 2003-ci ilin may ayında köçməyə icazə vermişdir. 2010-cu ildə digər qardaşı Səfərov Azərin pula ehtiyacı olduğundan 0.11 ha torpaq sahəsindən 0.03 ha torpaq sahəsini Yardımlı rayonu, Çanaqbulaq kənd sakini Səfərov X3. Hal-hazırda 0.08 ha torpaq sahəsi qalmaqdadır. O, X5 və qardaşının ailəsi ilə birlikdə qeyd olunan mübahisəli evdə yaşamışdır. 2010-cu il tarixdən qardaşı və qardaşının ailəsi onunla bir yerdə yola getməyərək qalmaqallı söhbətlər yaratmışlar. Sonra o, digər problemlərin yaranmaması üçün xüsusi mülkiyyətində olan evindən çıxaraq şəhərdə kirayə qalmağa başlamışdır. Qardaşının və qardaşının ailə üzvlərinin qanunsuz əməlləri nəticəsində 9 (doqquz) ilə yaxındır ki, o, müxtəlif ünvanlarda kirayələrdə müvəqqəti yaşamağa məcbur qalmışdır. Bundan sonra dəfələrlə X5na və qardaşının ailəsinə səmimi şəkildə evini boşaltmağı bildirmiş, lakin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq ona məxsus evi boşaltmamışlar və bununla da onun yaşayışı üçün problemlər yaradırlar. Onun bir mülkiyyətçi kimi öz evinə mülkiyyət hüquqları, yəni sahiblik, istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşdırılır. X5 və ailəsi könüllü şəkildə onun evini boşaltmaq istəmədikləri üçün o, məcbur qalaraq bununla bağlı Abşeron rayon məhkəməsində iddia qaldıraraq iddiçı İddiaçı cavabdeh X15 və qardaşının ailəsinə qarşı “özgənin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması və dəymiş ziyanın ödənilməsi” barədə müraciət etməli olmuşdur. Məhkəmə prosesi zamanı X5 qarşılıqlı iddia ərizəsi verərək, mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin sənədlərə əsasən onun adına rəsmiləşdirilmiş olsa da, həmin evin yerləşdiyi torpaq sahəsinin Rusiyada yaşayan qardaşları tərəfindən X12 alınması və elə Rusiyada yaşayan qardaşlarının köməyi ilə həmin evin X15 üçün tikildiyini bildirərək və onun qeyd olunan evə aidiyyəti olmadığından onun adına verilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, xx xxxxxxx 2010-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3618/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək, onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh X11 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin evin boşaldılaraq ona təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməyərək və cavabdeh X11 “fərdi yaşayış evinə verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3618/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən narazı qalan cavabdeh X15 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi işə baxarkən qeyd edərək bildirmişdir ki, o, ailə üzvlərinin çıxarılmasını məhkəmədən xahiş etsə də, həmin şəxslərin kimliyini (ad, soyad və ata adlarını) dəqiqləşdirməmiş və həmin şəxslərin çıxarılmaları nəticəsinə gələn aşağı instansiya məhkəməsi iddia tələbini həmin şəxslərə münasibətdə də təmin edərkən bu halı nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bu səbəbdən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-353/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin qismən təmin edilməsi, onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh X11 çıxarılması və həmin evin X23 tərəfindən boşaldılaraq ona təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddiaçı X11 ona qarşı çıxarışın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya məhkəməsi X2 onun mülkiyyətində olan evindən çıxarılması barədə qətnamə qəbul etsə də qardaşının ailə üzvləri həmin evdə qalmaqdadır. Göründüyü kimi onun mülkiyyət hüquqları yenə pozulmaqda davam edir və xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən səmərəli istifadə edə bilmir. O, hal-hazırda Cəlilabad rayonu, Günəşli kəndində anasına məxsus evdə ailə üzvləri ilə birgə yaşayır. O, heç bir yerdə işləmir, maddi vəziyyəti olduqca ağırdır. Anadangəlmə ürək qüsurludur və 2019cu il aprel ayının 4-də açıq əməliyyat olunmuşdur. Əməliyyatdan sonra daima Bakı şəhərində həkim nəzarətində olur və tez-tez yoxlanışa gəlir və yoxlanış üçün gəldiyində isə qalmağa yeri olmur. X2 sözügedən evin tikintisində heç bir rolu olmamışdır. X11 sözügedən evdən çıxarılmasına dair məhkəmə qərarı olsa da hazırki iş üzrə cavabdehlərin, yəni X11 ailə üzvlərinin evdən çıxarılması ilə bağlı məhkəmə qərarında heç nə yazılmamışdır. Beləliklə göründüyü kimi, mülkiyyətində olan fərdi yaşayış evinə daxil olmaq, ondan istifadə etmək, fərdi yaşayış evindən fayda almaq və ümumilikdə mülkiyyət hüququndan məhrum edildiyinə görə o, X2 ailə üzvləri, yəni həyat yoldaşı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, cavabdehlər Səfərova X22, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılaraq fərdi yaşayış evinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi M.Ə.Səfərov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq iddia tələbini müdafiə etdiyini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Səfərova X19, Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, K.Hüseynov küçəsi, 47 ünvanında 0.0794 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.6 m2 fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-3618/2019 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, K.Hüseynov küçəsi, 47 ünvanında yerləşən fərdi yaşayış evindən X11 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiayasının xx.xx.2020-ci il tarixli, 2(105)-353/2020 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, K.Hüseynov küçəsi, 47 ünvanında yerləşən fərdi yaşayış evindən X11 çıxarılması və həmin evin X15 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyasının iclasında müəyyən olur ki cavabdehlər Səfərova X22, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus mənzildə heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlərin İddiaçı məxsus olan mənzildə heç bir hüquqi əsas olmadan yaşamaları iddiaçının qanuni maraqlarının pozilması kimi qiymətləndirilməli və belə olan halda İddiaçı öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin arşılılı münsibətlərinə əsaslanaraq hesab edir ki, cavabdehlər Səfərova X22, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus mənzildə hüquqi əsas olmadan yaşamaları sonuncunun öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur və buna görə də cavabdehlər Səfərova X22, Cavabdeh2 və Səfərov X13 rayonu, Ceyranbatan qəsəbəsi, K.Hüseynov küçəsi, 47 ünvanında 0.0794 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.6 m2 olan fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılıb İddiaçı təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi idianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi M.Ə.Səfərovun apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-1314/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2330/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2330/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver