Məhkəmə qərarları › İş №2(105)-234/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-234/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-234/2020 12.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və X3 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam veriməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.H.Əliyev) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 2, mənzil 10-a olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(060)-15656/2016 saylı qətnaməsinə əsasən Cavabdeh 18861 (on səkkiz min səkkiz yüz altmış bir) ABŞ dolları məbləğində əsas borc, 6238 (altı min iki yüz otuz səkkiz) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25099 (iyirmi beş min doxsan doqquz) ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2066 Y N:li, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li, **********76-05101-093037 reyestr №-li, ********** qeydiyyat №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən, 10 nömrəli mənzilə yönəldilərək, mənzilin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi. ipoteka predmetinin satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması qət edilmişdir. Mənzilin hərracdan satılması mümkün olmadığından qanunvericiliyin tələbinə uyğun olaraq, alınması üçün banka təklif olunmuş və İddiaçı ASC qeyd olunan mənzili alqı-satqı yolu ilə öz balansına qəbul edərək, ona dair mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt X6 müraciət edilərək, ünvan 2, mənzil 10-un İddiaçı ASC-nin mülkiyyətində olmasına dair qeyd olunan orqandan xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış alınmışdır. Hal-hazırda mənzil İddiaçı ASC-nin mülkiyyətində olsa da və hazırki iş üzrə cavabdehlər mənzildən çıxarılsalar da, onlar həmin mənzildə qeydiyyatdadırlar və formal olaraq istifadə hüquqları qalmaqdadır. Cavabdeh könüllü şəkildə mənzildən qeydiyyatdan çıxmırlar və onların mənzilə istifadə hüquqlarının qalması İddiaçı ASC-nin mülkiyyət hüquqlarını pozur, bankın yaşayış evinə dair sərbəst sərəncam vermə imkanlarını məhdudlaşdırır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyi üçün iddia tələbinə qarşı öz etirazını və sübutlarını təqdim edə bilməmişdir. Onun tərəfindən digər qətnamələrdən şikayət verilmişdir. Odur ki, məhkəmə bu iş üzrə icraatı dayandırmalı idi. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(060)-113/2019 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, mübahisəli evin iddiaçının mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2, mənzil 10 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə 123 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15656/2016 saylı xx xxxxxxx 2016cı il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh 18861 ABŞ dolları əsas, 6238 ABŞ dolları faiz, cəmi 25099 (iyirmi beş min doxsan doqquz) ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ünvan 3 ünvanda yerləşən 42 kvadrat metr ümumi, 29,1 kvadrat metr yaşayış, 12.9 kvadrat metr yardımçı sahəsindən ibarət 2 otaqlı 10 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 25099 (iyirmi beş min doxsan do qquz) ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra Cavabdeh bir ay ərzində mənzili tərk etmədikdə, Sumqayıt şəhəri, məhəllə 7-8-12, 17 saylı evin 10 saylı mənzilinin məcburi qaydada boşaldılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və məhkəmə xərcləri kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6556/2018 saylı xx xxxx 2018ci il tarixli qərardadından görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair mülki iş üzrə icraat İddiaçı ASC-in Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə minməsinədək dayandırılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3198/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Ə.Ö.Quliyevanın (Alıyeva) apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ünvan 3 ünvanda yerləşən 42 kvadrat metr ümumi, 29,1 kv metr yaşayış, 12,9 kv metr yardımçı sahəsindən ibarət 2 otaqlı 10 saylı mənzilin ilkin satış qiymətinin 52000 (əlli iki min) manat müəyyən edilməsi, iddia tələbinin mahiyyəti üzrə əsaslı hesab edildiyindən apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh Ə.Ö.Quliyevanın (Alıyeva) özünə aid edilməli, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərinin 300 (üç yüz) manat cavabdehdən alınaraq S-X4 Mərkəzi hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, yuxarıda göstərilən qətnamələrə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə olunan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiasının təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 10 saylı mənzilin açıq hərracda satışına dair «X2 Mərkəzi»nin xx xxxxxx 2017-ci il tarixli, Y-411 saylı hərracın nəticələri haqqında yekun protokolu və xx xxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməsi və ünvan 4 ünvanında yerləşən 10 saylı mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X5 tərəfindən İddiaçı ASC-nin adına qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx xxxx 2018-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-690/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-6593/2019 saylı qətnaməsi cavabdeh İddiaçı ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxx 2019-cu il tarixli 2(060)-113/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam veriməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar