Məhkəmə qərarları › İş №2(105)-2342/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2342/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2342/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X6 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İlk iddia üzrə İddiaçı və onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması və pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbi və mənəvi ziyanın tutulması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia qismən təmin edilmiş, Cavabdeh “Kia Sportage” markalı, **- GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı verilməsi, Ləğv prosesində olan “xxxxxxxxx” ASC-dən kompensasiya olunmuş 722,61 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, İddiaçı isə 18970 manat pulun alınıb Cavabdeh verilməsi qət edilmiş, qalan hissələrdə həm ilk, həm də qarşılqılı iddia təmin olunmamışdır.(hakim E.Hümbətov) Qətnamədən ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin qismən-ondan 18970 manat pulun alınıb, Cavabdeh verilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Cabbarlı X1 Fərəh Əli qızına qarşı iddia qaldıraraq, “Kia Sportage” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdehdən alınaraq ona geri qaytarılması, Ləğv prosesində olan xxxxxxxxx ASC-dən ona çatası kompensasiya olunmuş 722,61 manat, mənəvi ziyana görə 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxx”(Azərbaycan) ASC ilə arasında bağlanmış 119881-CNS-1939 saylı, xx.xx.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə əsasən ona “Kia Sportage-minik” markalı avtomobilin satın alınması üçün 48 ay müddətinə illik 17% hesablanmaqla 22230 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi 1198xx-xx-14420 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “Kia Sportage-minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili banka ipotekaya qoymuş və bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində “göstərilən avtomobilə dair ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsin” xüsusi qeyd aparılmışdır. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi X8 ilə 119882-7-6310 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kreditin qaytarılmasına görə bank qarşısında onunla birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Maddi vəziyyətinə görə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyinə görə “xxxxxxxx” (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(008)-1656/2015 saylı qətnaməsi ilə ondan və X3 müştərək qaydada 20197,31 manat məbləğində əsas borcun, 699,06 manat məbləğində faiz borcunun, cəmi 20896,37 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq “xxxxxxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin mülkiyyət hüququ əsasında ona məxsus olan “Kia Sportage-minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracda satılmasından əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun “xxxxxxxx” (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmışdır. Məhkəmə qərarından sonra tələb olunan məbləği ödəyə bilmədiyindən xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda “Kia Sportage-minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili Şamaxı şəhəri, Şərifzadə küçəsi, ev 4-də qeydiyyatda olan Cavabdeh 4500 manat və 5 ay ərzində “xxxxxxxx” (Azərbaycan) ASC-yə olan avtomobil krediti müqaviləsi üzrə öhdəliklərinin tam ödənilməsi şərti ilə etibarnamə əsasında satmışdır. 2017-ci ilin fevral ayında ona “xxxxxxxx” (Azərbaycan) ASC-dən mobil telefonununa mesaj daxil olmuşdur ki, kredit borcu üzrə ödənişlər olunmur. Cavabdeh zəng edərək niyə kredit borcunu ödəmədiyini, razılaşmanın şərtlərinə niyə əməl etmədiyini soruşduqda kredit borcunu ödəməyəcəyini demiş və onu hədələmişdir. Bir müddət ödəniş edərək gözlədikdən sonra, həmin şəxs onunla əlaqə saxlayaraq qəza törətdiyini və sığorta şirkətindən qeyd olunan maddi ziyan kimi alınacaq sığorta məbləğinin verilməsində sənədləşmə işlərində köməklik göstərilməsini xahiş etmiş, eyni zamanda qeyd olunan məsələni həll edəcəyini bildirmişdir. Sığorta ödənişinin alınmasında köməklik etməsinə baxmayaraq, yenə də qarşı tərəf verdiyi vədi yerinə yetirməmişdir. Bir müddətdən sonra Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Ləğv prosesində olan “xxxxxxxxx” ASCdən götürdüyü və ödədiyi ABŞ dolları kreditinin ona çatası kompensasiya olunmuş 722,61 manat pulun da “xxxxxxxx” (Azərbaycan) ASC-yə yönəldilərək adında olan, faktiki isə Cavabdeh tərəfindən ödənilməli olan 5333,16 manat borcdan çıxılmış və sonda yekun olaraq 4610,55 manat borc qalmışdır. Bütün bu olanlardan sonra Qəbələ regional “ASAN” Xidmət Mərkəzinə müraciət edərək xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda “Kia Sportage- minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh verdiyi etibarnaməni ləğv etdirmiş və “Kia Sportage-minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili özünə qaytarılması barədə AR-sı DİN-nin DYP-nə müraciət etmişdir. Lakin hal-hazıradək avtomobili ona qaytarılmamışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı iddia tələbinin rədd edilməsi, İddiaçı 20093,4 manat pul məbləğinin və mənəvi ziyan olaraq 3000 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılqılı iddiasını bununla əsaslandırmışdır ki, İddiaçı və onun zamini X9 məhkəmə qətnaməsilə müəyyən edilmiş borcun onlar tərəfindən ödənilməyəcəyini təsdiq etmişlər. Onlar həmin avtomobili xx.xx.2015-ci il tarixdə satmaq məqsədi və niyyətilə 3 şahidin yanında ona təqdim etmiş, buna görə onlara 11500 manat nağd şəkildə ödənilmiş və bundan sonra 9 saylı notarusda “Kio Sportage-minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülki etibarnamə almışdır. Bundan sonra onun tərəfindən həmin avtomobilə görə banka müəyyən məbləğdə ödənişlər edilmişdir. xx.xx.2017-ci il tarixdə onun tərəfindən 800 manat, xx xxxxxx 2019-cu il tarixdə X7 tərəfindən 650 manat, xx xxx 2019-cu il tarixdə onun tərəfindən 750 manat, xx.xx.2018-ci il tarixdə X2 tərəfindən 2000 manat, xx xxxx 2018-cu il tarixdə X7 tərəfindən 649.2 manat, xx xxxxxxx 2018-cu il tarixdə X7 tərəfindən 650 manat, xx xxxxxx 2018-ci il tarixdə X7 tərəfindən 600 manat, xx xxxxxx 2018-ci il tarixdə X7 tərəfindən 426 manat, xx xxxxxx 2018-ci il tarixdə X7 tərəfindən 400 manat, 07 sentiyabr 2018-ci il tarixdə X7 tərəfindən 650 manat, xx xxxx 2019-cu il tarixdə X7 tərəfindən 600 ABŞ dolları=1018.2 manat olmaqla, cəmi 8593.2 manat pul məbləği ödənilmişdir. İddiaçı digər banklara olan borclarına görə mübahisəli avtomobilin üzərinə həbs qoyulmuşdur və bu səbəbdən də DYP əməkdaşları həmin avtomobilin üzərində həbs olduğunu bildirərək cərimə meydançalarına aparmışlar. Beləliklə də, dəfələrlə yolda qalmış və bir xanım kimi sarsıntı keçirmişdir. Bu məsələnin ümumi razılıqla həll edilməsi ilə bağlı onun çox xərcləri olmuşdur. Bu məbləğlər ona qaytarıldığı təqdirdə, mübahisəli avtomobil İddiaçı qaytarıla bilər. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,qətnamə ilə qismən razı deyildir. Cavabdeh ona məxsus avtomobili 4 il idarə etmiş, avtomobil köhnəlmiş və dəyərini itirmişdir. Bundan sonra, Cavabdeh kredit müqaviləsi üzrə onun adına banka ödədiyi pulların ondan tutulması qanunsuzdur. Bu məbləğ, avtomobilin istismar olunması ilə bağlı köhnəlmə xərcləri ilə əvəzləşdirilməli idi. Bu hallara kifayət qədər düzgün qiymət verilmədiyindən qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunmalı, qarşılıqlı iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı İddiaçı və onun vəkili X11 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilk iddia üzrə Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasınatəkrar gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan “xxxxxxxx” (Azərbaycan) ASC-ilə İddiaçı oğlu arasında bağlanmış 119881-CNS-1939 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən kredit alana avtomobilin alınması məqsədilə 48 ay müddətinə, illik 17 % hesabı ilə 22230 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 1198xx-xx-14420 saylı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd edilən kredit öhdəliyinin icrasının təminatı kimi “xxxxxxxx” (Azərbaycan) ASC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan “Kia Sportage - minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-1656/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı və X3 müştərək qaydada 20197,31 manat əsas borc, 699,06 manat məbləğində faiz borcu, cəmi 20896,37 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxx” (Azərbaycan) ASCyə ödənilməsi, tələbin İddiaçı məxsus, ipotekaya qoyulan “Kia Sportage - minik” markalı, buxarılış ili 2013, rəng ağ mirvari, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi qət edilmişdir. Yenə işdə olan İddiaçı 119881-CNS-1939 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kompensasiya məbləğinin verilməsi barədə elektron arayışdan görünür ki, ona kredit müqaviləsi üzrə 722,61 manat kompensasiya məbləği hesablanmış və restruktrizasiya məbləği 4610,55 manat təşkil etmişdir. İş materiallarında olan AB 705400 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia-Sportage minik” markalı, buraxılış ili 2013, rəngi ağ mirvari, **-GF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı məxsusdur Yenə iş materiallarında olan ƏN-İ 605612 saylı, xx xxxxxx 2016-cı il tarixli etibarnamədən görünür ki, İddiaçı, Cavabdeh “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq bağışlamaq, hədiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxid ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o, cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətili kağızları eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə üçüncü şəxslərə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olar mülki işləri aparmağı, ərizə yazmağı, imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi” səlahiyyətlərini etibar etmişdir. Yenə də iş materiallarında olan ƏN-İİİ 909630 saylı, xx xxxxxx 2016-cı il tarixli etibarnamədən görünür ki, İddiaçı “Kia Sportage - minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 9 il 3 ay 22 gün müddətinə idarə etmək səlahiyyətlərini etibar etmişdir. İşdə olan “xxxxxxxx (Azərbaycan)” ASC-nin ödəniş qəbzlərindən görünür ki, İddiaçı borcu üzrə Cavabdeh tərəfindən xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək ümumilikdə 14470 manat vəsait ödənilmişdir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk iddianın təmin olunması, habelə hər iki iddianın təmin edilməməsi hissələrində qətnamədən apelyasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, hazırda məhkəmə araşdırması yalnız qətnamənin İddiaçı 18970 manat pulun alınıb Cavabdeh verilməsi hissəsində aparılır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, tərəflər arasında xx xxxxxx 2016-cı il tarixli şifahi razılaşma olmuşdur. Bu razılaşmaya əsasən İddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC ilə aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1656/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən tələbin yönəldildiyi “Kia Sportage - minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh istismarına vermiş (faktiki olaraq satmış) və ona bununla bağlı ƏN-İ 605612 saylı, xx xxxxxx 2016-cı il tarixli baş, avtomobili idarə edə bilməsi üçün isə ƏN-İİİ 909630 saylı, xx xxxxxx 2016-cı il tarixli etibarnamələr vermişdir. “Kia Sportage-minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin vaxtdan Cavabdeh istifadəsindədir. Bu əməliyyat üçün İddiaçı Cavabdeh ilkin ödəniş kimi 4500 manat pul almışdır və bu məbləğ tərəflər arasında mübahisələndirilmir. Tərəflərin razılaşma şərtlərindən biri də bu olmuşdur ki, qətnamə ilə bankın xeyrinə tutulan borc, yəni 20896,37 manat pul Cavabdeh tərəfindən 5 ay müddətinə banka ödəniləcəkdir. Keçən müddət ərzində Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə İddiaçı əvəzinə 14470 manat vəsait ödənilmişdir. Lakin sonradan ödəmələrdə problemlər yaranmışdır və hazırda müqavilə üzrə müəyyən məbləğ borc qalmışdır. Buna görə də tərəflər arasında hazırki mübahisə yaranmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakılarıqeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Yenə həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yenə də həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından görünür ki, tərəflər arasındakı nəqliyyat vasitəsinin alqı-satqısına dair razılıq şifahi olmuş, yazılı müqavilə bağlanıb notarial qaydada təsdiq edilməmiş, rəsmi reyestrdə qeydə alınmamışdır. Halbuk, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”n 2 saylı Əlavəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları rəsmi reyestrdə qeydiyyatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılır. “Notariat haqqında” AR Qanununun 46-cı maddəsinin tələblərinə görə qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əşyaların alğısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İşdən göründüyü kimi mübahisəli nəqliyyat vasitəsinin alqı-satqısı zamanı istinad olunan qanunvericilik aktlarının tələblərinə əməl edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı əqd etibarsızdır və Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tərəflərdən hər biri həmin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. İş materialları ilə təsdiq olunur ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh ilkin ödəmə kimi 4500 manat pul almış, bunun əvəzində isə Cavabdeh İddiaçı mülkiyyətində olan mübahisəli avtomobili etibarnamə əsasında idarə etmişdir (sahiblik etmişdir). Lakin sonradan Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı xeyrinə ümumilikdə 14470 manat vəsait ödəmiş, onu bank qarşısında bu məbləğdə olan maddi öhdəliklərdən azad etmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, İddiaçı cəmi 18970 manat pul alınıb, Cavabdeh verilməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Ödənilmiş kredit borcunun mübahisəli avtomobilin istismar xərcilə əvəzləşdirilməli olması barədə onun şikayətinin dəlili əsassızdır, çünki bu institutlar fərqli kateqoriyalıdırlar və onların hər birini tənzimləyən normalar mövcuddur (əsassız varlanma və dəymiş ziyanın ödənilməsi). Əmlakına qüsurlu istismar nəticəsində dəymiş ziyanla bağlı isə İddiaçı məhkəmədə ayrıca iddia qaldırmaq hüququ vardır. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəŞamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Quliyev Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar