Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2344/2020 12.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qərardadından cavabdeh Azəbaycan Respublikası DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin rəisi N.Məmmədovun verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qərardadı ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdehlər DƏDRX-nin 14 saylı Ərazi İdarəsi və Cavabdeh2 qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin qismən ləğv olunması və torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınmasına dair” mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qətnaməsindən cavabdeh Azəbaycan Respublikası DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Azəbaycan Respublikası DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin rəisi N.Məmmədov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər DƏDRX-nin 14 saylı Ərazi İdarəsi və Cavabdeh2 qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin qismən ləğv olunması və torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınmasına dair” iddia təmin edilib, Cavabdeh2 məxsus torpağın plan və ölçü sənədi qismən, İddiaçı faktiki istifadə etdiyi 1,0 ha hissədə ləğv olunmuş, İddiaçı məxsus torpağın plan və ölçü sənədlərinin koordinatlarında dəyişiklik edilərək faktiki istifadə etdiyi torpaq sahəsinin kordinatları ona məxsus torpağın plan və ölçü sənədlərinə qeyd oluması qət edilmişdir. Qətnamədən cavabdeh Azəbaycan Respublikası DƏDRX-nin 14 saylı Ərazi İdarəsi apelyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh Azəbaycan Respublikası DƏDRX-nin 14 saylı Ərazi İdarəsi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi xx xxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin bərpasından imtina etmiş, apelyasiya şikayətinin qanunla nəzərdə tutulmuş müddət əzində verilmədiyi ilə əsaslandırmışdır. Qeyd olunan müddət ərzində Azərbaycan Respublikası ərazisində tətbiq olunan X2 ilə əlaqədar olaraq Ərazi İdarəsi məhdud işçi sayı ilə fəaliyyət göstərdiyi üçün apelyasiya şikayətinin vaxtında verilməsi mümkün olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icrata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərələrə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilməsi barədə müddətin bərpa edilməsindən imtina etdikdə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qətnaməsinin surəti xx xxxxx 2020-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş, lakin apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində deyil, xx xxx 2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qətnaməsinin surəti xx xxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Məhkəmənin qətnaməsi alındıqdan sonra cavabdeh tərəfindən apelyasiya şikayəti 1 ay müddətində deyil, 1 ay 4 gün sonra verilmiş və qanunla müəyyən edilmiş apelyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materialları ilə müəyyən olur ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. X3 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh təəfin verdiyi apelyasiya şikayətini və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh Azəbaycan Respublikası DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin rəisi N.Məmmədovun verdiyi şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-150/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2344/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2344/2020
12.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver