Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2347/2020 12.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ilkin İddiaçı iştirakı ilə, İlkin İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)- 413/2020 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındaapellyasiyaqaydasındabaxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Cavabdeh iddianın təmin etmə tədbirinin görülməsi haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qarşılıqlı iddiaçı Cavabdehqərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İlkin iddiaçı Məmmədov İddiaçı Günel İslam qızına qarşı yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adına qeydiyyatda olan “Hyundai Veloster” markalı **-CG-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı şikayəti qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qarşılıqlı iddiaçı Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qarşılıqlı iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və ilkin iddiaçının izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini həmin avtomobilin hazırda İddiaçı adına qeydiyyatda olması barədə heç bir sənədin məhkəməyə təqdim edilməməsi, İddiaçı həmin avtomobili yararsız vəziyyətə düşdüyü üçün satması, avtomobilin hazırda kimin mülkiyyətində olmasının bilinməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən mübahisələndirilmiş, Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, iddiaçı iddia təmin etmə tədbiri növündə işə mahiyyəti üzrə baxılıb qurtaranadək “Hyundai Veloster” markalı **-CG-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət X4 tərəfindən verilmiş sənədlərdən görünür ki, qeyd edilən “Hyundai Veloster” markalı **-CG- *** qeydiyyat nişanlı avtomobil hazırda X1 mülkiyyətindədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sözügedən avtomobilin üzərinə həbs qoyulması onun hazırki mülkiyyətçisinin hüquqlarını məhdudlaşdıracağını qaçılmaz etdiyindən, ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Qarşılıqlı iddiaçı Cavabdeh şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxx 2020ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2347/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2347/2020
12.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver