Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2350/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Əlibaba oğlunun cavabdehlər X4 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahələrindən çıxarılma və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-101/2020 saylı qətnaməsindən İddiaçı Əlibaba oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) İddiaçı Cavabdeh2 və X4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, Hesab AZ34CTRE******************** keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab - AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh2 və X4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X3 və Cavabdeh2 Qusar rayonu Çiləgir kəndində yerləşən, KOD 30121028 JN-392 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus olan 0.12 hektar həyətyanı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin alınaraq onun qanuni sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu sabiq Çiləgir bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 02 saylı qərarı ilə Çiləgir kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi ona satılmış və xüsusi mülkiyyət hüququ KOD 30121028 JN-392 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Cavabdehlər X5 və Cavabdeh2 xeyli müddətdir ki, ona məxsus həmin torpaq sahəsini qanunsuz zəbt etməklə istifadə edirlər. Dəfələrlə cavabdehlərə müraciət edərək həmin torpaq sahəsini buraxmalarını tələb etsə də, həmin şəxslər ona məxsus torpaq sahəsini zəbt etmədiklərini, həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişlər. Bununla da, cavabdehlər onun həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi onların qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq o, hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər zəbt etdikləri ona məxsus 0.12 hektar torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onların qanunsuz sahibliyindən onun qanuni sahibliyinə qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz, əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tələbin əsası kimi istinad edilən halların sübut olunmaması ilə əsaslandırmış və məhkəmənin gəldiyi bu nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan KOD 30121028 JN-392 saylı xx xxx 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Çiləgir bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 02 saylı sərəncamı ilə Çiləgir kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi İddiaçı satılmaqla onun mülkiyyətinə verilmişdir. İşdə olan Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli və **********68 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.15 və 0.12 hektar həyətyanı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli **********62 saylı məktubdan görünür ki, X2 adına olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri torpaq sahəsinə aid sənədlərin, Cavabdeh2 adına olan 0.12 ha yaşayış məntəqələri torpaq sahəsinə aid sənədlərin və “JN-3xx xxx 30121028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, JN-3xx xxx 30121028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsinin cizgisi, baza xəritəsi üzərində öz əksini tapmadığı üçün tələbkarın tələb etdiyi torpaq sahəsinin verilmiş çıxarışlarla üst-üstə düşdüyünü təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 27777 saylı rəydən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən İddiaçı adına verilmiş KOD 30121028 JN-392 saylı xx xxx 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vahid elektron baza məlumatlarında kompleks yerquruluşu xəritələrində qeydə alınmadığı müəyyən olunur. Bu səbəbdən də, məhkəmə qərardadında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1. və 152.5. maddələri). İşdən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərX5 və Cavabdeh2 tərəfindən zəbt edilməsi əsası ilə mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasından ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Göründüyü kimi iddiaçının qeyd etdiyi xüsusat öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsində cavabdehlərin çıxarılması və torpaq sahəsinin qaytarılması barədə iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2350/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2350/2020
28.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver