Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-236/2023 26.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ üzrə mübahisələr, vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X43 və X33 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil, üçüncü şəxs X6, onun nüayəndəsi və eyni zamanda üçüncü şəxs X12 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(067)-2318/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-35, 2V-36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi, Quba rayonu, Xucbala İƏV dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 08 №-li, xx.xx.2006-cı il tarixli ona verilən vəsiyyətnamə nəzərə alınmaqla vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildə Quba rayonunda anadan olmuşdur. Atası 1939-cu il təvəllüdlü, Quba rayon sakini X14 ilə anası 1942-ci il təvəllüdlü Qusar rayon sakini X34 ilə 1960-cı ildə rəsmi nikaha girməklə evlənmiş, birgə nikahdan 5 övladları olub: X24, X25, X15, X26, Ramazanova (Ağasıyeva) Esmira İsaməddin qızı. Həmçinin mərhum atasının Ağasıyeva Rahizad adlı qadınla olan nikahından X22 anadan olub. X13 xx.xx.1996-cı ildə, atası X14 xx.xx.2006-cı ildə vəfat edib. Mərhum atası ölümündən 3 ay öncə, yəni xx.xx.2006-cı ildə Quba rayonu, Xucbala kənd icra nümayəndəliyində vəsiyyətnamə vermişdir. Vəsiyyətnaməyə əsasən miras qoyan X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Göründüyü kimi mərhum atasına məxsus bütün əmlak ona vəsiyyət edilmişdir. Həmin vəsiyyətnamə Quba rayonu, Xucbala kənd icra nümayəndəliyinin vəsiyyətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Həmin vəsiyyətnamə hal-hazırda da qüvvədədir, nümayəndəlik tərəfindən digər şəxsə vəsiyyətnamə verilməmişdir. 2021-ci ildə Xaçmaz rayon 1 Saylı Notariat Ofisinə vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etmişdir. 411 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə əlaqədar ona bildirilmişdir ki, AR MM-nin 1246-cı maddəsində göstərilən 6 ay müddəti, yəni mirasın qəbul müddəti tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sonradan Quba Rayon Məhkəməsində cavabdehlər X49 Xidmət Mərkəzi Notariat Ofisinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə və Quba rayon İcra Hakimiyyətinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 2(027)325/2022 saylı, xx.xx.2022-çi il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və Quba rayon Xuçbala kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 06 iyul 2006-cı il tarixli reyestrdə 08 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən miras qoyan X4 qalmış Torpağın Mülkiyyətə verilməsinə dair JN117F30327028 nömrəli şəhadətnaməyə əsasən Quba rayonu Digah kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 19 aprel 1988-ci il tarixli reyestrdə 77 nömrə ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evinə X16 vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə qət edilmişdir. X1 adına açılmış hər hansı vərəsəlik şəhadətnaməsinin olub-olmaması barədə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə rəsmi sifarişli-xəbərnaməli məktubla müraciət etmiş, 32 saylı, xx.xx.2022-ci il tarixli Xaçmaz rayon 1 Saylı Notariat Ofisindən gələn cavab məktubunda ona bildirilmişdir ki, Xaçmaz rayonu 1 Saylı Notariat ofisində xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 1i ünvanında yerləşən 0,1314 ha, 0,3518 ha torpaq sahələrinə dair tam şəkildə vərəsəsi- Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 28, 4 saylı mənzildə qeydiyyatda olan X10 xx.xx.2022-ci il tarixdə 2V-35, 2V-36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə və vərəsəsi Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 28, 4 saylı mənzildə qeydiyyatda olan X17 Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 28, 4 saylı mənzilə dair 1/4 hissədə xx.xx.2010-cu il tarixdə 2 V-733, X10 3/4 hissədə xx.xx.2010-cu il tarixdə 2V-734 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələr verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(067)-2318/2022 saylı qətnaməsi ilə Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-35, 2V-36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi, Quba rayonu, Xucbala İƏV (dövlət notariat kontorunun dövlət notariusu) tərəfindən təsdiq edilmiş 08 №-li, xx.xx.2006-cı il tarixli ona verilən vəsiyyətnamə nəzərə alınmaqla vərəsəliyinin müəyyən edilməsi barədə iddiası təmin olunmamış, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim V.Qasımova). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 552.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145 1151.1, 1151.2, 1159.1, 1179.1, 1179.2, 1193, 1194, 1195, 1196, 1225.1, 1225.2, 1225.3,1230, 1231.1, 1231.2,1243.1,1243.2, 1243.3, 1248.1, 1246-cı maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmədikdə ona istinad etmişdir ki, hazırkı iddiaçının miras əmlakı faktiki qəbul etməsi və yaxud da miras əmlakı qəbul etməsi ilə bağlı müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsinə dair məsələyə aydınlıq gətirilmədən və iddiaçının da hazırda bu barədə ərizəsi olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(067)-2318/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Hesab edir ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır və maddi hüquq normlarının pozulması nəticəsində çıxarılmışdır. Belə ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi hazırki iş üzrə vəsiyyətnamə vardır və bu isə o deməkdir ki, qanun üzrə vərəsəlik istisna edilir, ən yaxşı halda vəsiyyətnamə ilə əhatə olunmayan əmlaklara münasibətdə açıla bilər. Bunun üçün isə ilk növbədə hazırki iddia tələbi təmin olunmalı və iş üzrə verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə ləğv olunmalıdır. Yalnız bundan sonra notarius yenidən vərəsələrin dairəsini müəyyən etməli və miras əmlakı qanunla müəyyən olunmuş qaydada bölməlidir. Bu proses zamanı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılmaqla bərpa edilməsi və ya mirasın qəbulu faktının müəyyən olunması məsələsinə baxıla bilər. Məhkəmənin istinad etdiyi bu məsələlərə, yəni mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılmaqla bərpa edilməsi və ya mirasın qəbulu faktının müəyyən olunması məsələsinə iş üzrə verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə ləğv olunmadan baxılması mümkün deyildir. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, mirasın qəbulu faktını müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə aktının olmamasına baxmayaraq iddiaçı mirası faktiki qəbul etmişdir və miras əmlak kütləsinə daxil olan evdə yaşayır. Bu isə o deməkdir ki, Mülki Məcəllənin 1243-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddədə deyilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi məhkəmə iddia tələbini rədd edərkən, əsas arqumenti ondan ibarət olmuşdur ki, Quba Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(027)325/22 saylı qətnaməsi ilə İddiaçı vərəsəlik hüququ tanınsa da onun mirası faktiki qəbul etməsi və ya mirasın qəbulu müddətinin ötürülmüş hesab edilməsi barədə məsələyə baxılmamışdır. Bununla da məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd olunmalıdır. Göründüyü kimi iddiaçının mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və ya mirasın qəbulu faktının müəyyən edilməsi barədə iddia tələbləri olmamış və təbii ki, iddia tələbi olmadığına görə onu rədd edən qanuni qüvvəyə minmiş qətnamə də yoxdur. Belə olan halda, məhkəmənin öz qətnaməsinin əsaslandırılması üçün istinad etdiyi hal, hüquqi səhv və maddi hüquq normasının pozulmasıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, Quba rayonunun Digah kəndində doğulub, həmin kənddə də yaşayır, İİ qrup əlildir. Bu səbəbdən atası onun adına vəsiyyətnamə yazıb. Onun xəbəri olmadan ona vəsiyyət olunmuş əmlak üçüncü şəxslər tərəfindən tam şəkildə qəbul olunub. O, vəsiyyət olunmuş evdə böyüyüb, indi də 3 övladı və arvadı həmin evdə yaşayır. Torpaqdan da o istifadə edir. Xaçmaz rayonunun Dağıstan küçəsindəki ev əmisinə məxsus olub, sonra onun atasına bağışlayıb. Tələb etdiyi torpaqlar pay torpaqlarıdır, əkin sahələridir, Dövlət aktı ilə verilib. Aktda təkcə atasının adı var, pay torpağı atasına ikinci nikaha daxil olmamışdan əvvəl verilib. Ona vəsiyyət olunan torpaq isə 1938-ci ildə babasına verilib. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının valideynləri 1960-cı ildə nikaha daxil olublar və bu nikahdan 5 övlad var. İddiaçının X13 1996-cı ildə, atası isə 2006-cı ildə ölmüşdür. Ata öz ölümündən 3 ay qabaq Quba rayonu, Xucbala kənd İcra Nümayəndəliyində vəsiyyətnamə qoymuş və bildirmişdir ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq əmlaklarını iddiaçıya vəsiyyət edir. Vəsiyyətnamə hazırda qüvvədədir. X2 ilə ikinci nikahından X23 doğulmuşdur. İddiaçı vəsiyyətnamə əsasında məhkəməyə müraciət edib və qətnamə əsasında onun vərəsəlik hüququ tanınmışdır. Famil Ağasıyev vəsiyyətnamədə göstərilən evdə yaşayır. Vəsiyyətnamə olduğu halda digər vərəsələr qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnamə alıblar. Vəsiyyətnamə qoyulan nümayəndəlik də notariusa bərabər tutulur. Üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxs X6 nümayəndəsi X23 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, valideynləri 1997-ci ildə nikaha daxil olandan sonra Xaçmaz rayonu, Dağıstan küçəsində yerləşən evdə yaşayıblar. Atası 6 ay xəstə yatdı. Atası öləndə Xaçmazdakı evdə o və anası qeydiyyatda olublar. Atası xəstə olanda Quba rayonunu getdi, orada 10 gün xəstə yatdı. Hesab edir ki, atası vəsiyyətnaməni məcburi şəkildə yazıb, xəstəliyinin son günlərində özündə olmayıb. Atasının iddiaçıdan başqa 4 övladı da var, onların heç bir iddiası yoxdur. O, ailəlidir, anasının yanında, həmin evdə yaşayır. Bütün sənədləşmə notarial qaydada gedib. Qubadakı məhkəmə icraatı barədə heç bir məlumatı yoxdur. Qardaşlarından yalnız iddiaçı ilə mübahisəsi var, qalanları ilə münasibəti yaxşıdır. İkinci nikahdan tək o, doğulub. Atasının adına olan əmlaklar anası ilə birgə nikah dövründə əldə olunub. O, doğulmazdan əvvəl Xaçmazdakı evi alıb orada yaşayıblar. Atası öləndən indiyədək o, atasından qalan Xaçmaz rayonu, Dağıstan küçəsində yerləşən evdə yaşayır. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün “ASAN Xidmət” Mərkəzinə gedəndə ondan soruşulmadığına görə başqa bacıqardaşının, ondan başqa hər hansı vərəsənin olub-olmaması barədə məlumat verməyib. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X18 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını, Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(067)-2318/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi, üçüncü şəxslərX25, X15, X26 və Ramazanova (Ağasıyeva) Esmira İsaməddin qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(067)-2318/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair hissədə təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-35, 2V-36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsi ləğv edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-236/2023 saylı, 2.01.2023-cü il tarixli qərardadı ilə iddia tələbi vəsiyyətnamə nəzərə alınmaqla vərəsəliyin müəyyən edilməsi tələbinə dair hissədə baxılmamış saxlanılmışdır. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə X35 xx.xx.1960-cı ilə rəsmi hikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə X19 10 mart 1997-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə X8 birgə nikahlarından xx.xx.1999-cu ildə Könül adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X35 xx.xx.1996-cı ildə, X14 xx.xx.2006-cı ildə vəfat etmişdir. İş materiallarında olan 06 iyul 2006-cı ildə tərtib edilmiş vəsiyyətnamənin surətindən müəyyən olunur ki, vəsiyyətnaməyə əsasən miras qoyan X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən 0,14 ha torpaq sahəsini və yaşayış evini oğlu X21 vəsiyyət etmişdir. İş materiallarında olan 27 may 1997-ci il tarixli, reyestr kitabında 3562 sayla qeydə alınmış Qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Dağıstan küçəsi bir mərtəbəli, iki otaqlı, yaşayış sahəsi 28-29 kvm olan, faydalı sahəsi 25-27 kvm. olan divarları mişar daşından tikilmiş, damı şiferlə örtülmüş olan 28/4 saylı yaşayış evi X9 adına qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışlarından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mənzil X6 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışlarından müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 0,1314 ha, 0,3518 ha torpaq sahələri X6 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və iddiaçıya ünvanlanmış ünvan 3undan müəyyən olunur ki, xx.xx.2006-cı ildə vəfat etmiş X7 Xaçmaz notariat ofisində miras əmlakına dair vərəsəlik işi açılmışdır. Lakin o, göstərilən 6 ay müddəti, yəni mirasın qəbulu müddətini pozmuşdur. Həmçinin mərhum X7 adından verilmiş vəsiyyətnamə qanuna uyğun tərtib edilməmişdir. Buna görə də iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan ünvan 4 ünvanlanmış 23 iyun 2022-ci il tarixli, 32 saylı məktubundan müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 1i ünvanında yerləşən 01314 ha, 0. 3518 ha torpaq sahələrinə dair tam şəkildə vərəsəsi- ünvan 2-də qeydiyyatda olan X10 ünvan 2 mənzilə dair ¼ huissədə xx.xx.2010-cu il tarixdə 2V-733, X11 ¾ hissədə xx.xx.2010-cu il tarixdə 2V-734 reyestrlə 16 yanvar 2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələr verilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(027)-325/22 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Quba rayon Xucbala kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli reyestrdə 08 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən miras qoyan X4 qalmış Torpağın Mülkiyyətə verilməsinə dair JNR-117F, 30327028 nömrəli şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 19 aprel 1988-ci il tarixli reyestrdə 77 nömrə ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evinə İddiaçı oğdlunun vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamədən görünür ki, İddiaçı miras qoyan X3 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmışdır. Qeyd edilən qətnamədən görünür ki, miras qoyan X20 xx.xx.2006-cı ildə vəfat etmiş, İddiaçı miras qoyanın dəfn xərclərini çəkmiş, miras qoyanın ölümündən hal-hazra kimi ondan miras qalmış əmlakı idarə etməklə həmin evdə yaşamaq və torpaq sahəsindən istifadə etməklə miras əmlakı qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnaməyə əsasən hazırkı iş üzrə iddiaçı xx.xx.2006-cı ildə vəfat etmiş atası X9 vəfatından sonra ona məxsus əmlakların bir hissəsini qəbul etməklə mirası qəbul etmişdir Ona görə də birinci instansiya məhkəməsinin iddiaçının miras əmlakı faktiki qəbul etməsi və yaxud da miras əmlakı qəbul etməsi ilə bağlı müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsinə dair məsələyə aydınlıq gətirilmədən və iddiaçının da hazırda bu barədə ərizəsi olmadığından hazırkı iddia tələbinin təmin oluna bilməməsinə dair gəlmiş olduğu nəticə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. İş materiallarından görünür ki, hazırki iş üzrə vəsiyyətnamə vardır, belə olduqda qanun üzrə vərəsəlik istisna edilir, ən yaxşı halda vəsiyyətnamə ilə əhatə olunmayan əmlaklara münasibətdə açıla bilər. Məhkəmə kollegiyasının iclasında iş üzrə üçüncü şəxs X23 bildirdi ki, notariat orqanına mərhum Ağasiyev İsaməddinin digər vərəsələrinin olması barədə məlumat verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə ləğv olunmalıdır. Yalnız bundan sonra, notarius yenidən vərəsələrin dairəsini müəyyən etməli və miras əmlakı qanunla müəyyən olunmuş qaydada bölməlidir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, mirasın qəbulu faktını müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə aktının olmamasına baxmayaraq, iddiaçı mirası faktiki qəbul etmişdir və miras əmlak kütləsinə daxil olan evdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-c maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, iş üzrə verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə ləğv olunmalı, notarius yenidən vərəsələrin dairəsini müəyyən etməli və miras əmlak qanunla müəyyən olunmuş qaydada bölünməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(067)-2318/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddia qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair hissədə təmin edilməli, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-35, 2V-36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(067)-2318/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddia tələbi qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair hissədə təmin edilsin. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-35, 2V-36 reyestrlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-236/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-236/2023
26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver