Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2362/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və ya pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qərardadından ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, 0.02 ha torpaq sahəsini boşaltması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və ya pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 0.02 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsindən və 0.02 ha torpaq sahəsində inşa edilmiş tək qat tikilidən çıxarılması, İddiaçı Cavabdeh xeyrinə 4700 manat pul vəsaitinin tutulması, ilkin və qarşılıqlı iddia ərizələrinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Piriyev X1 Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qətnaməsindən xx.xx.2022ci il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qərardadına əsasən, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır (hakim Habil Əhmədov). İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Piriyev X1 Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qətnaməsindən xx.xx.2022ci il tarixdə təkrarən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qərardadına əsasən, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qətnaməsindən təkrarən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Habil Əhmədov). İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Piriyev X1 rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(012)-2770/2022 saylı qərardadından xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qərardadı ilə ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(012)-2770/2022 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil 27 oktyabr 2022-ci il tarixində elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək 14 və 19 sentyabr 2022-ci il tarixlərində prossesual müddət daxilində apellyasiya şikayəti verdiyini, lakin apellyasiya şikayətinin geri qaytarıldığını və bununla əlaqədar bu qərardaddan da şikayət verdiyini, eyni zamanda 23 və 24 sentyabr 2022-ci il tarixlərində yenidən apellyasiya şikayətləri göndərdiyini, lakin bu günədək ona münasibət bildirmədiyini qeyd etmişdir. Odur ki, 19 sentyabr 2022-ci il tarixli, 2(012)- 2770/2022 nömrəli qərardaddan verdiyi şikayətdən imtina etdiyini və ərizəni nəzərə alaraq iş materiallarının geri qaytarılmasını, Apşeron Rayon Məhkəməsinin müddətin bərpası məsləsinə baxaraq apellyasiya şikayətini baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxarkən qərardaddan verilmiş şikayətdən imtina olunduqda apellyasiya icraatına xitam vermək hüququ vardır. İş materiallarından göründüyü kimi, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil vermiş olduğu şikayətdən imtina etməsi qanuna zidd deyildir, bu səbəbdən də, onun şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.3, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətdən imtina qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qərardadından ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətdən imtinası qəbul edilsin və şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2362/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2362/2022
11.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver