Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2363/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Ərizəçi nümayəndəsi X6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 Saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirak ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli, 2(060)-372/2009 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 Saylı Ərazi İdarəsinin rəisi F.Atakişiyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli, 2(060)-372/2009 saylı qətnaməsi ilə (hakim T.C.Xəlilova) Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilib, “Novxanı” (Qurd dərəsi) bağlar massində yerləşən 27 saylı bağ sahəsinin X4 istifadəsinə verilməsi faktı tanınmış və həmin bağ sahəsinin onun icarəsinə verilməsinə dair tərtib edilmiş 17 aprel 1965-ci il tarixli, 28 nömrəli müqavilə bağlanmış hesab edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 Saylı Ərazi İdarəsinin rəisi F.Atakişiyev apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli, 2(060)-372/2009 saylı qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək “Novxanı” (Qurd dərəsi) bağlar massində yerləşən 27 saylı bağ sahəsinin onun istifadəsinə verilməsi faktının tanınması və həmin bağ sahəsinin onun icarəsinə verilməsinə dair tərtib edilmiş 17 aprel 1965-ci il tarixli, 28 nömrəli müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 Saylı Ərazi İdarəsinin rəisi F.Atakişiyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 29 yanvar 2009-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstutsiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.3, 329.1-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 4.3, 150.0.7, 152.1.6, 259.0.1 və 261.0.9-cu maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRXnin 2 Saylı Ərazi İdarəsinin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi D.Ərizəçi apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Sumqayıt Bələdiyəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbəi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı şəxs Sumqayıt Bələdiyəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materialları araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli, 2(060)-372/2009 saylı qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işin tədqiq olunan hallarından göründüyü kimi Ərizəçi “Novxanı” (Qurd dərəsi) bağlar massində yerləşən 27 saylı sağ sahəsinin onun istifadəsinə verilməsi faktının tanınması və həmin bağ sahəsinin onun icarəsinə verilməsinə dair tərtib edilmiş 17 aprel 1965-ci il tarixli, 28 nömrəli müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 70.1-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mübahisə predmeti iddiaçının uzun müddət yaşadığı və dövlət qeydiyyatına alınmamış yaşayış sahəsidir. Subyektiv hüquq haqqında mübahisəyə yalnız iddia icraatının qaydaları çərçivəsində baxılması mümkündür. İşə xüsusi icraat qaydasında baxılaraq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması məhkəmə prosesində açıq-aşkar göründüyü halda, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq işə xüsusi icraat qaydasında baxmış və ərizənin təmin edilməsindən imtina barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10 və 306.4-cü maddələrinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla (iddia icraatı qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 357, 362, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 Saylı Ərazi İdarəsinin rəisi F.Atakişiyevin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli, 2(060)-372/2009 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi “Novxanı” (Qurd dərəsi) bağlar masiində yerləşən 27 saylı bağ sahəsinin onun istifadəsinə verilməsi faktının tanınması və həmin bağ sahəsinin onun icarəsinə verilməsinə dair tərtib edilmiş 17 aprel 1965-ci il tarixli, 28 nömrəli müqavilənin bağlanmış hesab edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2363/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2363/2021
23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver