Məhkəmə qərarları › İş №2(105)-2365/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2365/2021

13.07.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2365/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,maraqlı tərəf ARƏMDX yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı alqı-satqı aktının bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6515/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsindən ARƏMDX yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı alqı-satqı aktının bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək Sumqayıt şəhər Bələdiyyəsiunin 26.11.2014-cü il tarixli, 143 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinə dair onunla Sumqayıtr şəhər Bələdiyyəsi arasında alqısatqı müqaviləsinin 2004-cü ilin 26 noyabr tarixindən bağlanmış hesab edilməsi barədə qətnamə çıxartmağı xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6515/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsiunin 26.11.2014-cü il tarixli, 143 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıtr şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin 2004-cü ilin 26 noyabr tarixindən bağlanmış hesab edlməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən ARƏMDX yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı tərəf ARƏMDX yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki birinci instansiya məhkəməsində icraat zamanı heç bir məhkəmə prosesi və yekun məhkəmə aktı barədə idarənin məlumatı olmayıb. Qətnamə icra üçün də idarəyə göndərilməyib. X1 Çıxarış üçün müraciətindən sonra idarənin sorğusuna əsasən qətnamə məhkəmə tərəfindən göndərilmişdir. İddianı qəbul etmir. Hesab edir ki, qətnamə əsassızdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6515/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə cavabdeh Sumqayıt Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edlən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə apelyasiya qaydasında baxılan zaman iddiaçının etibarnamə əsasında nümayəndəsi qismində iştirak etmiş X5 11.05.2016-cı il tarixli, AZ-İ № 805963 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qərara gəlir ki, iddiaçı X5 öldüyündən mülki işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə edilmiş11.05.2016-cı il tarixli, AZ-İ № 805963 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 03.05.2016-cı il tarixdə ölmüşdür. AR Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Yenə həmin Məcəllənin 261.0.7-ci maddələrinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermirsə hakim iş üzrə icraata xitam verir. İşdən görünür ki, iş üzrə İddiaçı ölmüşdür və tərəflər arasındakı mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinin yaranmasına yol vermir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264, 306, 384.0.4 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı alqı-satqı aktının bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar