Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2372/2020 16.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı vəkili X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsi, həmin sahədə tikilmiş yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması və cavabdehlərin həmin evdən və sahədən çıxarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)- 5091/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-5091/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı valideyinlərindən miras qalmış Xaçmaz rayonu, Moruq-oba kəndində yerləşən 0,36 ha torpaq sahəsinin, həmin sahədə tikilmiş yaşayış evin və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması və onların həmin torpaq sahələri və evdən çıxarılmaları qət edilmişdir. (hakim F.Mirzəquliyev) Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-5091/2016 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-17/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.G.Rəhimov, G.F.Tağızadə və T.O.Quliyev) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-5091/2016 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsi, həmin sahədə tikilmiş yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması və cavabdehlərin həmin evdən və sahədən çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)-1650/2020 saylı qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-17/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: X1 Ramin Ənvər oğluna və Cavabdeh2 qarşı mülkiyyətində olan Xaçmaz rayonu, Moruq-oba kəndində yerləşən 0,36 ha torpaq sahəsi, həmin sahədə tikilmiş yaşayış evi və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması, əsassız əldə etdiklərinin qaytarılması və zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra X12 iddia ərizəsinin həcmini azaltmış, valideynlərinin vəsiyyətnaməsinə əsasən ona miras qalmış, habelə Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə mülkiyyət hüququ tanınmış Xaçmaz rayonu, Moruq-oba kəndində yerləşən 0,36 ha torpaq sahəsinin, həmin torpaq sahəsində tikilmiş evin və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona verilməsi, cavabdehlərin həmin evdən və sahədən çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Moruq-oba kəndində yerləşən 0,36 ha torpaq sahəsi, həmin sahədə tikilmiş yaşayış evi və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun tərəfindən vərəsəlik qaydasında qəbul edilmiş, həmin əmlaka mülkiyyət hüququ tanınmışdır. Bütün qardaş və bacılar bununla razılaşmışdır və kənd əhalisi bilir ki, qeyd olunan miras əmlak ona məxsusdur. Lakin cavabdehlər, yəni bacısı qızı Cavabdeh2 və onun qeyri-rəsmi yaşadığı Cavabdeh1 heç bir əsas olmadan onların evdə müvəqqəti olmamalarından istifadə edərək, torpaq sahələrini və evi zəbt etmişlər. Onlar sahədəki bağdan fındıq və başqa meyvələri yığmış, ağacları kəsmiş, evdə olan çoxlu avadanlıqları və atasından qalmış əmlakını satmışlar. Sonda öz hərəkətlərini gizlətmək məqsədilə xx xxxxxxx 2015-ci il tarixdə evini də yandırmışlar. Cavabdehlər onları evə və sahəyə buraxmırlar. Onlar Xaçmaz Rayon Məhkəməsinin adı çəkilən qətnaməsinin icrası ilə əlaqədar DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsinin əməkdaşlarını da müvafiq ölçülərin aparılması üçün evə və həyətə buraxmamışlar. Bu məsələ ilə əlaqədar dəfələrlə 102 xidmətinə, polisə müraciət etsələr də, polis orqanları həmin şəxslər barəsində heç bir tədbir görməmişlər. Cavabdehlər mübahisəli evin və torpaq sahələrinin, habelə bağ-bostanın vəsiyyətnamə ilə ona mənsub olduğunu bilə-bilə evi heç bir qanuni əsas olmadan zəbt etmiş və 2015-2016-cı illər ərzində 0,36 ha torpaq sahəsində salınmış bağdan fındıqları yığaraq satmış, pulunu mənimsəmişlər.Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətinibununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı bundan əvvəlki müraciətində cinayət törədərək, Xaçmaz rayon polis şöbəsində, Zəminənin özü tərəfindən qəsdən gizlədildiyinə görə rəsmi olaraq etibarsız sayılan sənədləri bilərəkdən məhkəməyə təqdim edərək lehinə qərar çıxarmağa nail olmuşdur. Məsələnin məğzi isə bundadır ki, İddiaçı atası Məhəmmədov Allahverdi 2012-ci ildə rayon notariusunda evini və torpağını qızı Zəminəyə vəsiət etsə də, sonradan qızının ona qarşı nalayiq hərəkətlərini görüb, 2014-cü ilin 8 oktyabrında yenə də rayon notariusunda bütün daşınar və daşınmaz əmlakını ona vəsiət edərək qalan vərəsələri vərəsəlikdən məhrum etmişdir. Onun xəstəlik, ölüm və digər dəfn xərclərini və mərasimlərini o keçirmişdir. Ölümündən sonra isə mirası qəbul edərək rayon notarisusuna ərizə ilə müraciət etmişdir. Xaçmaz rayon notariusunun 277 saylı rəsmi cavabı mövcuddur. İddiaçı cinayət törədərək bilərəkdən aldatdığı məhkəmənin 2 (067)-827/ 2016 saylı qərarından apeliyasiya şikayəti vermişdir və hazırda o işə Sumqayıt apeliyasiya məhkəməsində baxılır. İddiaçı müraciət etdiyi xx xxxxxx 2016-cı il tarixli, 2 (067)- 5091 saylı qərarına gəldikdə isə İddiaçı 2012-ci ilin rəsmi qüvvədən düşmüş vəsiyətnaməsini və digər daşınmaz əmlaklara aid etibarsız hesab olunan sənədləri təqdim etmişdir. Bu hallar kifayət qədər araşdırılmadığından qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1apelyasiya şikayətini müdafiə etdiyini bildirsə də, əlavə etdi ki, onun bu mübahisəyə heç bir aidiyyatı yoxdur. Hazırda onu Şahnisə isə bağlayan heç bir şey yoxdur. O, bunları uşağa görə edirdi, uşağı da onun əlindən aldılar. Apelyasiya şikayətindən imtina etməsə də, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X5 şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğunu bildirərək, şikayətin təmin edilməməsini, iş üzrə çıxarılmış qətnaməsini isə dəyişdirilmədən saxlanmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədəlazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(067)- 827 saylı qətnaməsindən görünür ki, X4 miras qalmış Xaçmaz rayonunun Moruq oba kəndində yerləşən evin, X8, X10 və X3 miras qalmış Torpağın Mülkiyyətə Verilməsinə dair JN 059 A saylı, 30215028 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Moruq oba kəndində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair JN 0069A saylı, 30215028 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu, Moruq oba kəndində yerləşən 1,74 ha torpaq sahəsinin İddiaçı tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi faktı müəyyən edilməklə onun mülkiyyət hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(105)-97\2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(067)-827 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN 0069A saylı, 30215028 kodlu dövlət aktından görünür ki, Xaçmaz rayonu, Moruq oba kəndində yerləşən 1,74 ha torpaq sahəsi X8, X10 və X6 Xaşmaz rayon AİK-nın xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmişdir. Yenə işdə olan yaşayış evinin 1988-ci il tarixli texniki pasportundan görünür ki, Xaçmaz rayonunun Moruq oba kəndində yerləşən 2 mərtəbəli evə dair X7 adına sənəd tərtib edilmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN 059 A saylı, 30215028 kodlu şəhadətnamədən görünür ki, Xaçmaz rayonu, Moruq oba kəndində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsi X8, X10 və X6 Xaşmaz rayon AİK-nın xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmişdir. İşdə olan ölüm haqqında AZ-İ 751414 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdikləri izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli,Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)- 5091/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Xaçmaz rayonu, Moruq-oba kəndində yerləşən 0,36 ha torpaq sahəsinə, həmin sahədə tikilmiş yaşayış evinə və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ tanınmışdır. İddiaçı iddia edir ki, cavabdehlər onun mülkiyyətində olan bu əmlaklardan qanunsuz olaraq istifadə edərək mülkiyyətçini torpaq sahələrinə və yaşayış evinə buraxmırlar. Cavabdehlərdən Cavabdeh1 qətnamə ilə razılaşmayıb ondan apelyasiya şikayəti vermiş, apelyasiya baxışı zamanı ziddiyətli izahat verərək bir tərəfdən bu mübahisənin ona aid olmadığını bildirsə də, şikayətindən də imtina etməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yenə həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Daha öncə qeyd edildiyi kimi X8, X10 və X3 miras qalmış Xaçmaz rayonu, Moruq-oba kəndində yerləşən 0,36 ha torpaq sahəsi, həmin torpaq sahəsində tikilmiş yaşayış evi və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vərəsəlik qaydasında miras əmlak kimi iddiaçı tərəfindən qanuni əsaslarla əldə edilmişdir və onun mülkiyyətindədir. Cavabdehlərin isə həmin torpaq sahələri və evə heç bir hüququ qeydə alınmamışdır. Cavabdeh1 iddiaçının qeyd olunan əmlaklara dair mülkiyyət hüququnu tanıyan məhkəmə qətnaməsəni mübahisələndirsə də cəhdləri uğursuz olmuşdur. İşin tədqiq olunan faktiki hallarından görünüdüyü kimi cavabdehlər iddiaçının mülkiyyətində olan əmlakdan istifadə etməsinə maneçilik törədir, onu nə torpaq sahələrinə, nə də evə buraxmırlar. Cavabdeh1 verdiyi apelyasiya şikayətinin məzmunundan və apelyasiya baxışı zamanı verdiyi izahatdan da bu aydın hiss olunur. İstinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qeyd edilən yaşayış evinin və torpaq sahələrinin cavadehlər tərəfindən istifadə olunması həmin əmlakların mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarını pozmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda cavabdeh tərəfindən apelyasiya şikayətinin əsaslarına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının bu qaydada pozulması qanunsuzdur bə buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)- 5091/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2372/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2372/2020
16.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver