Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2380/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadı ilə (hakim E.A.Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(060)-678/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə onun şikayətini geri qaytardıqda onun tərəfindən müddətin ötürülməsi ilə əsaslanmışdır. Sumqayıt şəhər 1 saylı Poçt şöbəsinin 31 may 2021-ci il tarixində çıxarılmış düblikat qəbzindən göründüyü kimi, həmin qətnamədən verilmiş şikayət poçt şöbəsinə 16 may 2021-ci il tarixdə daxil olmuşdur. Həmin fakt 1 saylı Poçt şöbəsinin rəisi A.Ə.Səfərəliyevin verdiyi arayışla təstiq olunur. Onun tərəfindən apellyasiya şikayəti prosessual müddət çərçivəsində verildiyindən hər hansı prosessual müddətin ötürülməsindən söhbət gedə bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(060)-678/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını, şikayətin dəlillərini müdafiə etdiyini və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(060)-678/2021 saylı qətnaməsi İddiaçı tərəfindən 09 aprel 2021-ci il tarixdə xəbərnaməyə imza edilərək rəsmi şəkildə qəbul edilmişdir (.i.v.56). Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytardıqda onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin son günü 10 may 2021-ci il tarixinə düşmüşdür. Həmin gün qeyri-iş günü olduğundan iddiaçının qətnamədən apellyasiya şikayəti vermə müddəti növbəti iş günü olan 16 may 2021-ci il tarixində bitmişdir. İddiaçının apellyasiya şikayəti isə 17 may 2021-ci il tarixində rabitə orqanına verilmiş və 18 may 2021-ci il tarixdə məhkəməyə daxil olmasına istinad etmişdir. İşdə olan Sumqayıt 1 saylı Poçt şöbəsinin rəisi A.Ə.Səfərliyev tərəfindən verilmiş arayışdan məlum olur ki, həmin şikayət poçta 16 may 2021-ci il tarixdə daxil olmuşdur. İşə əlavə olan dublikat çekinin surətindən məlum olur ki, İddiaçı tərəfindən apellyasiya şikayəti poçta 16 may 2021-ci il tarixdə təhvil verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin vermə müddəti ötürülməmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 24 may 2021-ci il tarixli 2(060)-678/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin müddəti ötürülməmiş hesab edilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2380/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2380/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver