Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2389/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(012)-3536/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(012)-3536/2022 nömrəli qərardadı ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçı şikayət verib, qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-3536/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(012)-5416/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən Abşeron Rayon Məhkəməsinə daxil olmuş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair 2(012)-5416/2021 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair 2(012)-4499/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qətnaməsi ilə iddiaçı Rəsullu (Kərimova) Turanə Kamran qızının cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası təmin edilib, Rəsullu Cavabdeh və İddiaçı arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə nümayəndəliyində xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçı şikayət verib, qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(105)-1283/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilib, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı və şikayətin təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 22 aprel 2022-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı ləğv edilərək İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 26 sentyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, MPM-nin 259.0.4-cü maddəsinə görə,“eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır”. Məlum olduğu kimi o, Kərimova (Rəsullu) Turənə Kamran qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehin nikahı bağlamaq məqsədi olmadan, aldatma yolu ilə onunla nikaha daxil olduğu və bələ bir nikahın Ailə Məcəlləsinin tələblərinə əsasən etibarsız sayılmalı olduğunu xahiş etmiş, qarşı tərəf isə ondan sonra verdiyi iddia ərizəsində onun nikah bağlamaq məqsədi olmadan nikaha daxil olduğunu ifadə edir. Hər iki iddianın tərəfləri eyni olsa da, predmeti və əsasları başqadır. Məhkəmənin yanaşmasından belə bir nəticə çıxır ki, əqdin tərəflərindən biri digərinə qarşı həmin əqdin etibarsız sayılması iddiasını qaldırıbsa, qarşı tərəf həmin iddiaçıya qarşı daha sonra qarşılıqlı iddia yolu ilə və ya başqa bir yol ilə həmin əqdin etibarsız sayılması iddiasını qaldırsa, MPM-nin 259.0.4-cü maddəsinin tələbləri baxımından bu iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmənin bu yanaşması tamamilə qanunsuz, əsassız və qərəzli olmaqla, qəbul edilməzdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanması barədə nəticəyə gəldikdə Azərbaycan Respubliksı MPM-nin 259.0.4-cü maddəsinin tələbinə istinad edib hesab etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh Əfqan qızının İddiaçı qarşı nikahın etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilmiş, X1 və İddiaçı arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçıcavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir, onun apellyasiya şikayətinə qərardaddan verilmiş şikayətlə bağlı hələ baxılmamışdır. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet və əsasa əsaslanan iddialardan birinə baxıldığı halda, digəri baxılmamış saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və iddia ərizəsinin baxılmamış saxlanması məsələsini həll edəkən işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ilk növbədə məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər ayrı-ayrılıqda iddia tələbləri ilə məhkəmə müraciət etmiş, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi 15 iyul 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi isə 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(012)-5416/2021 nömrəli qərardadı ilə bir icraatda birləşdirimiş hər iki mülki iş üzrə tələb İddiaçı və Rəsullu Cavabdeh arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə nümayəndəliyində xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılmasından ibarədir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kərimova (Rəsullu) Turənə Kamran qızı nikahdan əvvəl “bakirə” olmadığını gizlədərək onu aldatmış, cavabdehin məqsədi nikaha daxil olub ailə kimi yaşamaq yox, sadəcə adı nikahda olan qadın kimi çıxması məqsədi olmuşdur. Kərimova (Rəsullu) Turənə Kamran qızı isə iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cəmiyyətdə öz qürurunu qorumaq üçün belə bir addım ataraq onunla nikaha girmiş, cavabdeh problemlərinin olduğunu, ailə qurmaq niyyətinin olmadığını ondan gizlətmiş, aldadaraq qürururu ilə oynamış, ondan istifadə edərək bütün həyatını və adını məhv etmişdir. Göründüyü kimi, hər iki iddia tələbinin tərəfləri eyni olsa da, predmeti və əsasları başqadır. Azərbaycan Respubliksı MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 saylı qərarının 7.1.-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Qanunvericiliyin tələbinə görə eyni tərəflər arasında, lakin predmeti və əsasları başqa olan iddialardan birinə baxıldığı halda, digər iddia ərizəsinin MPM-nin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanması həmin maddənin təsiri altına düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunanlar hallar araşdırılmamış, prosessual qanunverciliyin tətbiqində səhvə yol verilmiş, həmin hallar digər sübutlarla birlikdə yenidən müqayisəli surətdə tədqiq edilib, nəticəsindən asılı olaraq hüquqi qiymət verilməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilərək, birinci instansiya məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(012)-3536/2022 nömrəli qərardadı və şikayətin təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-3536/2022 nömrəli qərardadı ləğv edilib, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiasına yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(012)-3536/2022 nömrəli qərardadı və şikayətin təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-3536/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiasına yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2389/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2389/2022
15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver